Məhkəmə qərarları › İş №1(102)-177/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-177/2020

15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-177/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarından Azərbaycan Respub likası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim N.N.Mirzəyev, hakimlər B.M.Məmmədov və R.İ.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum1 (xx xxxx 1996-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəl əri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 11 oktyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum2 (15 fevral 1998-ci il tarixdə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 11 ok tyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum1 və Məhkum2, eyni zamanda onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 Noruz oğlu tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunmuş əməlləri həmin maddələrdən Cinayət Məcəlləsinin 29,180.2.1 və 29,180.2.4-cü maddələrinə tövsif edilmiş, həmin maddələrlə həm Məhkum1, həm də Məhkum2 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətmişlər. Belə ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 9 oktyabr 2018-cı il tarixdə, saat 16:45 radələrində ünvan5ndə yerləşən Heydər Əliyev a dına parkın yanında X5 və XXX77inin tələbəsi, XXX80nun sakini Zərərçəkmiş şəxs kollecdən çıxmasını görüb, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs yaxınlaşmış, Məhkum1 əvvəlcə Zərərçəkmiş şəxs çay içmək adı ilə 1 manat pul istəmiş, sonra isə onlar birlikdə İsmayıllı şəhəri H.Əliyev adına parkın sol kənarından keçən yol ilə piyada şəhər mərkəzinə doğru hərəkət etmişlər. Bu zaman Məhkum2 Zərərçəkmiş şəxs qolbağını, saatını, telefonunu və üzərində olan pulunu verməsini tələb etmiş, lakin XX99in həmin əşyaları və pulunu vermədiyini görüb hərəkət etdikləri yolun parkın girişinə doğru sağa olan döngəsində həmin əmlakı hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə ələ keçirmək üçün sonuncuya basqın edərək ilk öncə Məhkum2 Zərərçəkmiş şəxs çiynindən tutub itələməklə parkın dəmir barmaqlıqlardan ibarət hasarına vurub sıxmaqla ona sol kürək nahiyəsinin bir ədəd səthi qançırından ibarət, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, sonra isə Məhkum1 və Məhkum2 hücuma məruz qalmış şəxsdən pulunu, orta bazar qiyməti 5 manat olan qolbağını, üzərində “EMPORİO ARMANİ” yazısı olan, orta bazar qiyməti 5 manat təşkil edən qol saatını, üstündə orta bazar qiyməti 3 manat olan ***-***-**-** saylı Azercell GSM danışıq kartı və orta bazar qiyməti 2 manat olan telefon qabı olan, orta bazar qiyməti 130 manat təşkil edən “Samsung-J2” markalı telefonunu verməsini tələb etmiş, XX99 müqavimət göstərdiyini gördükdə Məhkum1 əvvəlcədən aralarında olan ümumi razılığa əsasən Məhkum2 bıçağı çıxarması ilə bağlı tələbinə əməl edərək üzərində olan qara rəngli qatlanan cib bıçağını şalvarının arxa cibindən çıxarıb Zərərçəkmiş şəxs qarnına dirəmiş, Məhkum2 həmin vaxt əli ilə XX99evin qolundakı saatı və qolbağını açmağa çalışdıqda, Zərərçəkmiş şəxs ani vaxt ərzində Məhkum2 əlini çiynindən kənarlaşdırıb qaçaraq onlardan uzaqlaşmış, Məhkum1 Məhkum2la birlikdə Zərərçəkmiş şəxs arxasınca qaçsa da, sonuncunu tuta bilməmiş, həmin hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan bıçaq tətbiq etməklə quldurluq cinayətini törətmişlər. Birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 bıçaq tətbiq etmələrinin müəyyən olunmaması, onların zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı həyat və sağlamlıq üçün təhülkəli olmay an zor tətbiq etmələri, lakin iradələrindən asılı olmayan səbəbə görə XX99in əmlakını ələ keçirə bilməmələri, nəticə etibarı ilə yuxarıda təsvir edilən hərəkətləri ilə qabaqacadan əlbir olan bir qrup şəxs tərəfindən insanın həyatı və sağlamlığı üçün təhülükəli olmayan zor tətbiq etməklə soyğunçuluğa cəhd cinayətini törətmələri barədə nəticəyə gəlmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə toplanmış sübutlarla, o cümlədən heç bir sübutla təkzib olunmayan zərər çəkmiş şəxsin ifadəsi ilə Məhkum1 və Məhkum2 silah qismində bıçaq tətbiq etməklə Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətmələri kifayət qədər sübuta yetirildiyi halda, apellyasiya instansiyası məhkəməsi müstəsna olaraq təqsirləndirilən şəxslərin ziddiyyətli, həqiqiəti əks etdirməyən ifadələri əsasında, eləcə də bıçaqla bağlı ziddiyyətli dəlillər irəli sürüməklə onların əməllərinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrindən soyğunçuluğa cəhdi nəzərdə tutuan Cinayət Məcəlləsinin 29,180.2.1, 29,180.2.4-cü maddələrinə dəyişdirmiş, bununla da təqsirkarıların əməllərinin hüquqi tövsifində səhvə yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.15-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni mə hkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin q ərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum1 və Məhkum2 törətdikləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən bıçaq tətbiq etməklə quldurluq cinayətinin hüquqi tövsifinin əsassız olaraq soyğunçuluğa cəhd kimi qiymətləndirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5ci maddələrin dən 29,180.2.1, 29,180.2.4-cü maddələrinə dəyişdirildiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd ed ir. Quldurluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində bu cinayət “özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın” kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində təsbit edilmiş soyğunçuluq isə (əsas tərkibi təsbit edən Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin dispozisiyası ilə birlikdə götürülməklə) insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakının açıq talanmasını ehtiva edir. Görünüdüy kimi, quldurluqla Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində göstərilən soyğunçuluq cinayətini fərqləndirən obyektiv cəhətə aid zəruri əlamət quldurluqd a özgə əmlakının ələ keçirilməsi üçün insanın həyatı və ya sağlamlığı üçün təhlükəli olan zorakılıqdan və ya belə zorakılıq tətbiq etmə hədəsindən istifdə edilməsi, soyğunçuluqda isə tətbiq edilən zorakılığın insanın həyatı və ya sağlamlığı üçün təhlükəli xarakterə malik olmamasıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum1in və Məhkum2 Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrində göstərilən quldurluq deyil, Cinayət Məcəlləsinin 29,180.2.1 və 29,180.2.4-cü maddələrində nəzərdə tutulmuş soyğunçuluğa cəhd cinayətini törətmələri barədə nəticəni onunla əsaslandırmışdır ki, hadisə zamanı zərərçəkmiş XX99 həyatı və yaxud sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediləcəyi hədəsinə məruz qalmamış, Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxsin əmlakının açıq ələ keçirilməsinə yönəlmiş hərəkətləri XX99in həyatı və sağlamlığı üçün təhlükəli olmayan zorakılıqla (belə zorakılıqla psixi təsir göstərmə ilə) müşayiət olunmuşdur. Lakin, məhkəmə bu qənaətini bir-birini istisna edən iki dəlillə əsaslandırmışdır. Bu dəlillərdən birincisi odur ki, ortadan qaldırlması mümkün olmayan şübhələr mövcud olduğundan hadisə zamanı Məhkum1 və Məhkum2 bıçaqdan silah qismində istifadə etmələrini müəyyən edilmiş saymaq (real fakt kimi qəbul etmək) olmaz. Yəni, bu o deməkdir ki, artıq Məhkum1 və Məhkum2 əməllərinə qiymət verərkən (irəli sürülmüş ittiham üzrə nəticəyə gələrkən) həmin faktdan çıxış etmək olmazdı. Lakin, apellyasiya instansiyası məhkəməsi bu halı (əmlakın ələ keçirilməsi üçün bıçaqdan istifadə olunmasını) XXXX88nə verdiyi ərizəsindən başlayaraq cinayət iş i üzrə icraatın bütün mərhələlərində ardıcıl olaraq təsdiq edən zərərçəkmiş şəxs XX99in məlumatlarını inandırıcı şəkildə təkzib etmədən işin həqiqi halı qismində qəbul etməkdən imtina etmişdir. XX99 ibtidai istintaqda olduğu kimi, birinci və apellyasiya instansiyası məhkəmələrində də göstərmişdir ki, o, Məhkum2 tələb etdiyi əşyaları verməkdən imtina etdikdə, E.X6 “bıçağı çıxart” demiş, Məhkum! də bıçağı çıxardıb onun qarnına dirəmişdir. Məhkəmə tərəfindən XX99in qeyri-səmimiliyinə, qərəzli, təqsirləndirilən şəxslərin məhz quldurluğa görə məhkum edilmələrində maraqlı olmasına dəlalət edən hallar müəyyən edilməmişdir (belə hallara apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunamamışdır). Əksinə, zərərçəkmiş şəxsin məhkəmələrdə nümayiş etdirdiyi mövqeyə görə, o, təqsirləndirilən şəxslərlə barışmış və onların sərt cəzalandırılmasını istəməmişdir. Bundan başqa, zərərçəkmiş XX99i hadisədən sonra ilk müşahidə etmiş (XXXX77”ın mühafizəçisi) X1 XX99in vəziyyətini, onunla ünsiyyətini təsvir edərkən göstərmişdir: “9 oktyabr 2018-ci il tarixdə, saat 16 radələrində mən həmin bankın qarşısında hava almaq üçün çıxmışdım. Bu zaman mənə bir nəfər tanımadığım çavan oğlan yaxınlaşdı. Həmin şəxs ağlayaraq həyacanlı vəziyyətdə idi. Əlində qara rəngli böyük ölçülü telefon var idi. Həmin şəxsdən nə baş verdiyini soruşduqda o, dayanaraq özünü pis hiss etdiyini bildirib məndən su istədi. Mən içəridən su gətirib həmin şəxsə verdim, həmin şəxs sudan içərək əl-üzünü yudu. Bir qədər özünə gəldikdən sonra isə... adının XX99 olduğunu,... kollecdən çıxıb evə gedərkən 2 nəfər tanımadığı cav an oğlanın Heydər Əliyev adına parkın yanında onun qolbağısını, saatını, telefonunu və pulunu istədiklərini bildirdi. O, həmin şəxslərə heç nə verməyəcəyini bildirdikdə həmin şəxslərdən biri onun çiynindən tutub onu parkın hasarına vurduğunu, digəri isə üzərinə bıçaq çıxartdığını dedi. Belə olduqda o, həmin şəxslərdən qaçaqraq oradan uzaqlaşdığını, həmin şəxslərin isə onun arxasınca qaçdıqlarını dedi”. Göründüyü kimi, XX99 hadisə zamanı ona qarşı bıçağın tətbiq olunduğunu yalnız cinayət işi üzrə icraatı aparan orqanlara deyil, həm də Məhkum2 və Məhkum1 qaçıb qurtarqdan sonra ilk rastlaşdığı ünvan14nun adi sakininə də bildirmişdir. Həmçinin, bu zaman o, çox həyəcanlı olmuş, ağlamış, su içib, əl-üzünü yuduqdan sonra özünə gəlmişdir. Zərərçəkmiş şəxsin məlumatları təkzib edilmədiyi (konkret səbəblər göstərilmədən qəbul edilmədiyi), hətta şahid XXX555un ifadəsi ilə üst-üstə düşdüyü vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum1 və Məhkum2 bıçağın mövcudluğunu inkar etmələrindən, polis əməkdaşları tərəfindən hadisədən bir neçə dəqiqə sonra başqa yerdə tutulduqları vaxt onlarda bıçağın aşkar edilməməsindən çıxış etməklə şərh edilən mühüm hal barədə yuxarıdakı nəticəni çıxarması kassasiya protestinin müəllifi kimi məhkəmə kollegiyasına da kifayət qədər əsaslandırılmamış qənaət kimi görsənir. Apellyasiya instansiyası məhkəməsinin ikinci dəlili isə hadisə zamanı bıçaqdan istifadə edilməməsi (bıçağın ümumiyyətlə mövcud olmaması) barədə yuxarıda şərh edilən dəlillə açıq-aşkar ziddiyyət təşkil edən dəlildir. Belə ki, apellyasiya məhkəməsinin qərarında gətirilmiş mülahizələrdən belə aydı n olur ki, bu dəfə apellyasiya məhkəməsi (XX99in həyatı və yaxud sağlamlığı üçün təhlükəli olan zorakılığın tətbiq ediləcəyi barədə hədəyə məruz qalmaması haqqında nəticəyə gələrkən) artıq bıçağın mövcud olmasından, lakin hadisənin baş verdiyi şəraitə, cinayətin törədilmə hallarına və s. xüsusatlara görə zərərçəkmiş şəxsin bıçağın nümayiş etdirilməsini real təhlükə kimi qəbul etməməsindən çıxış etmişdir. Lakin, apellyasiya məhkəməsinin bu dəlillə əlaqəli olan mülahizələri də məhkəmədə baxılmış sübutlarla, xüsusilə zərərçəkmiş şəxs XX99in və şahid XXX555un ifadələri ilə uzlaşmır. Belə ki, XX99 ifadəsində göstərmişdir: “XXX65 İmana dedi ki, bıçağı çıxart. Sonra isə mən bıçağı XXX65in əlində gördüm. Ona görə də qorxdum” (birinci instansiya məhkəmsinin iclas protokolu). Mahiyyətcə eyni məlumat ları o, apellyasiya instansiyası məhkəməsində də təkrarlayaraq əşyalarını verməkdən imtina etdikdə Məhkum2 göstərişi ilə Məhkum1 bıçağı çıxardıb açıb-açmamasını dəqiq bilməsə də, onun qarnına dirədiyini göstərmiş və suallara cavab verərəkən bunları ifadəsində xüsusilə qeyd etmişdir: “Məhkum1 mənə öz gödəkçəsinin cibindən bıçaq dirədiyi zaman XXX65 məndən saatımı və qolbağımı tələb etməyə davam edirdi....Hadisə zamanı mən çox qorxdum və özümü pis hiss edirdim. Həmin vaxt yaxındakı “XX775”ın tanımadığım mühafizəçisinə yaxınlaşıb ondan kömək istəmişəm”. XX99in bilavasitə hadisədən sonra qorxu, həyacan içərisəndə ona müraciət etdiyini şahid XXX44 da ifadəsində təsdiq etmişdir. Belə vəziyyətdə apellyasiya məhkəməsinin zərəçəkmiş şəxs XX99in hadisə zamanı Məhkum2 və Məhkum1 bıçağı nümayiş etdir mələrini onun həyatı və sağlamlığı üçün real təhlükə törətməyən davranış kimi qiymətləndirməsi (onların sadəcə silah tətbiq etmə görüntüsünü yaratmaq istəmələrini başa düşməsi və məhz bu cür də dərk etməsi) barədə mülahizələri işin mühüm əhəmiyyət kəsb edən halını (XX99in ona qarşı edilən hərəkətlərə subyektiv münasibətini) və bununla bağlı olan sübutları düzgün dəyərləndirən yanaşma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün s übutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin və yuxarıda təsvir edilən digər normalarının tələblərinə əməl olunmadığı, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən hal (zərərçəkmiş XX99in həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılığın tətbiq ediləcəyi hədəsinə məruz qalıb-qalmaması məsələsi) üzrə nəticə ziddiyyətli (biridigərini sitisna edən) dəlilllərlə əsaslandırıldığı vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum1 və Məhkum2 əməllərinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5ci maddələrindən 29,180.2.1, 29,180.2.4-cü maddələrinə dəyişdirməsi sübutların cinayətprosessual qanunun tələblərinə müvafiq qaydada tədqiq edilib-qiymətləndirilməsindən, işin mühüm əhəmiyyət kəsb edən hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasından hasil olunmuş nəticə kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiy mətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 30 avqust 2019-cu il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 30 avqust 2019-cu il tarixliqərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edislin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar