Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1770/2022 28.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum və zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2021 -ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4; 29,177.2.1; 29,177.2.2; 29,177.2.3; 29,177.2.4 və 186.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 Nəsimi oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim X7) 29 dekabr 2021ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci ildə Ucar rayonu, Çiyni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Ucar rayonu, Çiyni kəndində qeydiyyatda olan, Xırdalan şəhəri, Abşeron gənclər şəh ərciyində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4; 29,177.2.1; 29,177.2.2; 29,177.2.3; 29,177.2.4 və 186.1 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4; 29,177.2.1; 29,177.2.2; 29,177.2.3; 29,177.2.4-cü maddələri 03 (üç) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 -ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılmaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmişdir. Təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 07 iyul 2021ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş mülki iddia ərizəsinin baxılmamış saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə) 02 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə məhkum edilməsinə dair 29 dekabr 2021-ci il tarixli hökmü dəy işdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1; 177.2.3; 177.2.4; 29,177.2.1; 29,177.2.2; 29,177.2.3; 29,177.2.4-cü maddələri təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) ilə endirilmiş, Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu üzərində 03 (üç) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid13 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, cinayətkar niyyətlərini həyata keçirmək üçün 17 fevral 2021-ci il tarixdə saat 20:30 dəqiqədə "xxxx" ASC-yə məxsus Baki şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanda yerləşən bankomat aparatlarının quraşdırıldığı köşkün qarşısına gəlib aralarında əvvəlcədən əldə olunmuş cinayətkar niyyətə uyğun olaraq özü kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə həmin köşkün yaxınlığında gözləmiş, Şahid13 isə açarseçmə üsulu ilə köşkün kilidini açaraq saxlanc yerinə qanunsuz daxil olaraq qaynaq aparatından istifadə etməklə həmin köşkdə quraşdırılmış dəyəri 24426 manat təşkil edən 780 saylı, «X9 2050XE» markalı bankomat aparatının seyf qapısını kəsib yararsız hala salaraq zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus xeyli miqdarda əmlakı qəsdən zədələyərək məhv etmiş, daha sonra saxlanc yeri hesab edilən həmin bankomatın nəğd pulların saxlanıldığı hissəsinə qanunsuz daxil olmaqla içərisi ndə ümumilikdə 47.425 manat nağd pul vəsaiti olan, bir ədədinin qiyməti 767 manat 50 qəpik olmaqla 03 (üç) ədəd, cəmi dəyəri 2.302 manat 50 qəpik təşkil edən pul kasetlərini gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 49.725 (qırx doqquz min yeddi yüz iyirmi beş) manat 50 (əlli) qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid13 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, cinayətkar niyyətlərini həyata keçirmək üçün 27 mart 2021-ci il tarixdə saat 20:29 dəqiqədə "xxxx" ASC-yə məxsus Baki şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 ünvanında yerləşən bankomat aparatının quraşdırıldığı köşkün qarşısına gəlib aralarında əldə olunmu ş cinayətkar niyyətə uyğun olaraq özü kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə həmin köşkün yaxınlığında gözləmiş, Şahid13 isə bankomatda olan xeyli miqdarda 15.457 manat məbləğində nəğd pul vəsaitini gizli olaraq talama məqsədi ilə əvvəlcədən üzərində gətirdiyi dəmir parçası ilə köşkün qapısında olan kilidi sındıraraq saxlanc yerinə qanunsuz daxil olsa da həmin köşkdə quraşdırılmış təhlükəsizilik kameraları vasitəsilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun bu hərəkətləri vaxtında aşkar olunmaqla Azərbaycan Respublikası DİN-nin 102 çağrı mərkəzinə məlumat verilməsinin ardından polis əməkdaşlarının həmin yerə gəlməsi səbəbindən ifşa olunduqlarını anlayaraq hadisə yerindən qaçıb getməklə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə məxsus ümumilikdə 15.457 manat dəyərində nəğd pul vəsaitini gizli olaraq talamağa yönəldilmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli talamağa, yəni oğurluq etməyə cəhd etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, məhkəmə hökm qəbul edərkən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halları nəzərə almamışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum qardaşı X3 Azərbaycan Vətən Müharibəsi veteranıdır. Azərbaycan Vətən Müharibəsi veteranlar İctimai Birliyinin üzvüdür. 44 günlük vətən müharibəsində iştirak etmiş, Cəbrayılın azad olunması, Füzulinin azad olunmasına görə medal və fəxri fərmanlarla təltif edilmişdir. Bundan əlavə təqsirləndiril ən şəxs özü Vətən müharibəsi zamanı qeydiyyatda olduğu rayon Hərbi Komissarlığına müraciət edərək könüllü şəkildə döyüşmək istədiyini bildirmiş, lakin gözlərinin əlil olması səbəbindən onu müharibə aparmamışlar, buna baxmayaraq o arxa cəbhədə öz təşəbbüsü ilə fəaliyyət göstərmiş fiziki baxımdan ordunun ərzaq, paltar və s. ilə təchiz olunması zamanı əlindən gələni etmişdir. Bundan başqa DİN BƏSİİ İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən də müəyyən olunur ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkumıun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, ona həddən artıq ağır cəza təyin edilmişdir. Bundan başqa əməlində CM-in 186.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli olmadığı halda qanunsuz və əsassız olaraq həmin maddə ilə təqsirli bilinmişdir. Belə ki, aparılmış istintaq və məhkəmə araşdırmaları zamanı tərəfindən bankomatlara müdaxilə etməyini, eləcə də onun hissələrini yarasız hala salmağını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Əvvəllər məhkum olunmamış, İİİ qrup əlildir, qardaşı respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir, özünün idman üzrə dərəcə diplomu var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkum kassasiya şikayətində əməlində CM-in 186.1-ci maddəsinin tərkib hissəsi olmadığından həmin maddənin xaric olunmasını, CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə təyin olunmuş cəza CM-in 62-ci maddəsi tətbiq olunmaqla çəkdiyi cəza ilə əvəz olunaraq azadlığa buraxılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun, kassasiya şikayətlərinin təmin olunmaması barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qə naətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin və məhkumun kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixl i qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulma sına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsini n cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası ilk əvvəl məhkumun kassasiya şikayətində mübahisələndirilən CM-in 186.1-ci maddəsi ilə tövsif edilmiş əməlinə qiymət verilməsini məqsədəmüvafiq sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum C inayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: CM-in 186.1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməyə (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) görə məsuliyyət nəzərdə tutulmuşdur. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi in sanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) özgənin əmlakını məhv etmə və ya zədələmədən ibarət əməl; b) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticə; c) törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, tam yararsız vəziyyətə salınır. Əmlakı məhv etmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Cinayətin obyektiv cəhətinin zəruri əlaməti zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqda ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Burada xeyli miqdar dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür (CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi). Belə ziyan məhv edilmiş əmlakın real dəyəri, zədələnmiş əmlakın bərpası üçün çəkilən xərc və s. formada ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 18 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və ona əlavə edilmiş foto-cədvəldən müəyyən edilir ki, 17 fevral 2021-ci il tarixdəki oğurluq hadisəsi ünvan 1 ünvanda yerləşən "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus köşkdə baş vermişdir. Protokoldan həmçinin müəyyən edilir ki, baxış zamanı hadisə yerindən iki ədəd müdaxilə olunmamış pul qutusu, əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. Eləcə də, fotoşəkillərdən müəyyən edilir ki, köşkdə olan üç ədəd bankomatdan 2-ci yerdə dayanan bankomatın seyf hissəsinin qapısının gövdə hissəsinin sol yan tərəfi kəsilmiş və köşkdəki kamera küncdə tavandan sındırılmış vəziyyətdə olmuşdur. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nağd vəsaitlərlə iş departamentinin direktor müavini, ATM-lərin nağd vəsaitlə təminatı şöbəsinin müdiri və şöbənin xəzinadarı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus ünvan 1 ünvanda yerləşən köşkdə quraşdırılmış 780 saylı "Pro Cash 2050 XE” tipli bankomata 126000 (bir yüz iyirmi altı min) AZN nağd vəsait yerləşdirilmişdir. Müdaxilə zamanı bankomatda 48840 (qırx səkkiz min səkkiz yüz qırx) AZN nağd vəsait olmuşdur. Müdaxilədən sonra bankomata baxış keçirilmiş və iki kassetdən ümumilikdə 1415 (bir min dörd yüz on beş) AZN nağd vəsait aşkarlanmışdır. Oğurlanan məbləğ 47425 (qırx yeddi min dörd yüz iyirmi beş) AZN təşkil etmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xx.xx.2021-ci il tarixli 1193 nömrəli arayışından müəyyən edilir ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC- yə məxsus ünvan 1 ünvanda yerləşən köşkdə quraşdırılmış 780 saylı "Pro Cash 2050 XE” tipli bankomata xx.xx.2021-ci il tarixdə müdaxilə nəticəsində tam yararsız vəziyyətə düşdüyündən qüsur aktı tərtib edilm işdir. Həmçinin arayışdan müəyyən edilir ki, sözügedən bankomat bank tərəfindən 24426 (iyirmi dörd min dörd yüz iyirmi altı) AZN məbləğinə alınmışdır. ünvan 2 ünvanda yerləşən "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus köşkdə quraşdırılmış mühafizə kamerasında qeydə alınmış videogörüntüləri əks etdirən DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən edildi ki, həmin diskdə 03 ədəd fayl vardır, fayllarda olan videogörüntülər 27 mart 2021-ci il tarixdə qeydə alınmışdır. Videoçəkilişdən görünür ki, qeyd edilən mühafizə kamerası Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 31/33 ünvanında yerləşən "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus köşkün içərisini qeydə almışdır. Mühafizə kamerası ilə qeydə alınmış görüntülər 27 mart 2021-ci il saat 20:29-dan 20:36-dək olan müddə t ərzində olan görüntülərdir. Həmin görüntülərə baxış zamanı saat 20:29:40-da "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus bankomat yerləşən köşkün giriş qapısının açılması, bundan sonra köşkün içərisində əynində qara rəngli gödəkçə, üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında qara rəngli idman papağı olan şəxsin daxil olması, saat 20:30:13də həmin şəxsin mühafizə kamerasını qoparması müşahidə edildi. Saat 20:36-da videogörüntülər başa çatdığı üçün sonradan hadisə yerində nə baş verməsini müşahidə etmək mümkün olmamışdır. İkinci videofayldakı videogörüntü də 27 mart 2021-ci il tarixdə qeydə alınmaqla saat 20:22:04-dən saat 20:41:07-dək olan müddəti əhatə etmişdir. Videogörüntü tədqiq edildikdə müəyyən edildi ki, saat 20:26:26-da bir nəfər üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında idman papağı olan şəxs bankomatın qarşısına yaxınlaşır və üzünün kameraya düşməməsi üçün başını əyərək saat 20:27:43- dək hansısa əməliyyatla davamlı olaraq məşğul olur, bu müddət ərzində saat 20:26:50-də daha bir nəfər qara rəngli tibbi maskada olan şəxs çiynində çanta olan şəxsə yaxınlaşır və eyni zamanda ətrafa boylanaraq nəzarət edir. Üçüncü videofayldakı videogörüntü tədqiq edildikdə müəyyən edildi ki, həmin görüntü də 27 mart 2021-ci il tarixdə qeydə alınmaqla saat 20:41:14-dən saat 21:00-dək olan müddəti əhatə etmişdir. Videogörüntünün 20:44:25-ci dəqiqəsində bir nəfər polis əməkdaşının qaçaraq bankomata yaxınlaşması, bir müddət sonra isə digər polis əməkdaşlarının bankomatın qarşısına gəlmələri müşahidə edildi. ünvan 1 ünvanda yerləşən "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus köşkdə quraşdırılmış mühafizə kamerasında qeydə alınmış videogörüntüləri əks etdirən 02 ədəd fayldan ibarət DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən edildi ki, mühafizə kamerası Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus köşkün giriş qapısının qarşısını qeydə almışdır. Diskdəki görüntülər müşahidə kamerası tərəfindən 17 fevral 2021-ci il saat 20:35-dən saat 21:05dək olan müddət ərzində qeydə alınmış görüntülərdir. Həmin görüntülərə baxış zamanı saat 20:37-də "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus bankomatlar yerləşən köşkün giriş qapısına iki nəfər şəxsin yaxınlaşması, həmin şəxslərdən birinin əynində qara rəngli gödəkçə, üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında qara rən gli idman papağı olması, ikinci şəxsin əynində çəhrayı rəngli kapişonlu uzun gödəkçə, başında qara rəngli papaq və üzündə qara rəngli tibbi maska olması, saat 20:37-də birinci şəxsin, yəni çiynində idman çantası olan şəxsin köşkə daxil olması, digər şəxsin köşkdən aralanması, saat 20:53-də köşkə daxil olmuş şəxsin çıxaraq bankomatın qarşısında dayanan və pul çıxarmaqla məşğul olan şəxslərə müraciət edib nəsə deyərək yenidən köşkə daxil olması və saat 21:04-də köşkün çərisindəki şəxsin əlində bir ədəd torba və bir ədəd idman çantası ilə köşkü tərk edərək hadisə yerindən uzaqlaşması müəyyən edildi. ünvan 1 ünvanda yerləşən "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus köşkdə quraşdırılmış mühafizə kamerasında qeydə alınmış videogörüntüləri əks etdirən digər DVD disk məhkəmə iclasında nümayiş e tdirilərkən müəyyən edildi ki, mühafizə kamerası Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus köşkün içərisini qeydə almışdır. Mühafizə kamerası tərəfindən 17 fevral 2021-ci il saat 20:30-dan 20:57-dək olan müddət ərzindəki görüntülər qeydə alınmışdır. Həmin görüntülərə baxış zamanı saat 20:46-da "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus bankomatlar yerləşən köşkün giriş qapısının açılması, bundan sonra köşkün içərisinə əynində qara rəngli gödəkçə, üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında qara rəngli idman papağı olan şəxsin daxil olması, saat 20:47-də həmin şəxsin bir əli ilə üzünü tutaraq digər əli ilə mühafizə kamerasını qoparması, bundan sonra həmin şəxsin qaynaq aparatı ilə köşkdəki üç ədəd bankomatdan ortadakı banko matın qapısını kəsməyə başlaması müəyyən edilmiş, saat 20:57-də videogörüntülər başa çatdığı üçün sonradan hadisə yerində nə baş verməsini müşahidə etmək mümkün olmamışdır. Diskdəki ikinci fayldakı görüntülərə baxış zamanı bankomatın qarşı tərəfində quraşdırılmış kamera ilə qeydə alınmış görüntülərin olması, görüntünün saat 20:40-dan saat 20:57-dək davam etdiyi dəqiqələrində müxtəlif şəxslərin bankomatın qarşısına gələrək əməliyyatlar həyata keçirməsi, bu müddət ərzində isə sağ tərəfdə binanın qarşısında bir nəfər şəxsin gəzişməsi, bəzən isə sağ əlini qulaq nahiyyəsində saxlaması müşahidə edildi. Cinayət işi üzrə müəyyən edilər hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməli zamanı "xxxx" ASC-yə məxsus bankomatın yararsız hala salması, bununla da özgənin əmlakını qəsdən zədələməsi öz təsdiqini tapmışdir və bu barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 186.1-cı maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, zərərçkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən, CM-in 186.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-ol maması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətləri nə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etmə klə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasınd a nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarların da müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-in 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə düzgün olaraq təqsirli bilinmiş, məhkuma verilmiş ittihamdan CM-in 186.1-ci maddəsinin xaric edilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətlərində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissə nin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olm ası dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyə tlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab vermə lidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Birinci instansiya məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcə sini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən halları (peşəkar idman sahəsindəki nailiyyətlərini onun şəxsiyyətini müsbət xarakterizə edən hal olaraq qiymətləndirməklə, özünün 3-cü qrup əlil olmasını, məhkumluğunun olmamasını və ailə üzvünün Vətən Müharibəsi iştirakçısı olmasını), cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq onun Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirici hallar kimi Məhkum peşəkar idman s ahəsindəki nailiyyətlərini onun şəxsiyyətini müsbət xarakterizə edən hal olaraq qiymətləndirməklə, özünün 3-cü qrup əlil olmasını, məhkumluğunun olmamasını və ailə üzvünün Vətən Müharibəsi iştirakçısı olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab etmişdir ki, Məhkum daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə də onun islah edilməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə təyin edilmiş 04 (dö rd) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 03 (üç) il müddətə endirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma azadlıqdan məhrumetmə cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun cəzanın növü ilə razılaşmış, həmçinin məhkuma təyin olunmuş cəzanın həddini azaltmışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil və onun cəza çəkmədən islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Məhkum təyin olunmuş cəzanın şərti tətbiq olunması onun islah olunması məqsədinə cavab vermir və onun cəzanı real çəkməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, müdafiəçinin kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə, məhkumun kassasiya şikayətinin onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halla rın müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hall ar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəs inin tətbiqinin zəruriliyi barədə dəlilləri əsassızdır, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin onun barəsində cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi) dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 8ci bəndində gös tərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsəl ə barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CMnin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhəsində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəm ələrinin məhkuma cəza təyini və əməlini hüquqi tövsifi ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi2 Nəsimi oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4; 29,177.2.1; 29,177.2.2; 29,177.2.3; 29,177.2.4 və 186.1-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1770/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1770/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver