Məhkəmə qərarları › İş №1(102)-1771/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1771/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1771/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Yusifov Ülvi Rövşən oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsini n 21 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Yusifov Ülvi Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 1(101)-391/2022 nömrəli (hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1979-cu ildə Əlibayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində beşi azyaşlı olmaqla altı uşağı olan, orta təhsilli, işləmi r, məhkumluğu olmayan, XXX ünvanında qeydiyyatda olmaqla, yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 12 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, iş üzrə ekspertiza xərci və maddi sübutlar ilə bağlı məsələlər öz həllini tapmışdır. Hökmdən müdafiəçi Yusifov Ülvi Rövşən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) 16 iyun 2022-ci il tarixli 1(103)-845/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Yusifov Ülvi Rövşən oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 5 avqust 2021-ci il tarixdə axşam saatlarında, istintaqa şəxsiyyəti məlum olmayan, «instaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü ona İran İslam Respublikası vətəndaşı «Əli» kimi təqdim edən şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq qrupun «Əli» adlı üzvü vasitəsilə göndərdiyi kordinat və işarələnmiş şəkillər əsasında, istintaqa məlum olmayan şəxs tərəfindən, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən avtomobil yolunun kənarında quraşdırılmış yol hərəkət nişanının yanında qoyulmuş yerdən qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda, bir ədəd qara rəngli selofan torbanın içə risində, ayrı-ayrılıqda təmiz çəkiləri, bir ədəd qara rəngli selofan paket bükümündə təmiz çəkisi 204,681 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 5,033 qram və bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 309,773 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik qabda təmiz çəkisi 0,878 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 520,365 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin əldə edərək, daşımaqla yaşadığı evinin mətbəx hissəsində yerləşən qəhvəyi rəngli dolabın içərisində saxlamış, 12 avqust 2021-ci il tarixdə axşam saatlar ında, bir ədəd qara rəngli selofan bükümdə təmiz çəkisi 204,681 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində olan göy rəngli şalvarın sol yan cibində saxlamaqla daşımış, digər bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 5,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 309,773 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik qabda təmiz çəkisi 0,878 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və əldə etdiyi narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyi bir ədəd üzərində «Digital Scale», arxasında isə «500gx0,01g» yazısı olan qa ra rəngli elektron tərəzini yaşadığı evinin mətbəx hissəsində yerləşən qəhvəyi rəngli dolabın içərisində saxlamış, 12 avqust 2021-ci il tarixdə saat 20:50 radələrində AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq, AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı üzərində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli selofan bükümdə, külli miqdar hesab edilən təmiz çəkisi 204,681 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 13 av qust 2021-ci il tarixdə yaşadığı evinə baxış keçirilən zaman, yaşadığı evinin mətbəx hissəsində yerləşən qəhvəyi rəngli dolabın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 5,033 qram və bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 309,773 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik qabda təmiz çəkisi 0,878 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə külli miqdar hesab edilən təmiz çəkisi 315,684 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə külli miqdar hesab edilən 520,365 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və bir ədəd üzərində «Digital Scale», arxasında isə «500gx0,01g» yazısı olan qara rəngli elektron tərəzi üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Yusifov Ülvi Rövşən oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, ittiham aktına əsasən Məhkum Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi ilə hərəkət edərkən saxlanılmışdır, lakin apellyasiya məhkəməsində şahid qismində ifadə verən X13 bildirmişdir ki, Məhkum H.B.Zərdəbi küçəsi 49 ünvanında yerləşən mağazadan çörək alarkən saxlanılmışdır. Bəli bu fakt onun üzərində narkotik vasitənin olmasını istisna etməsədə, ən azından onun saxlanlımasının fərqli göstərilməsi özüözlüyündə şübhələr yaradır. Təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ittiham tərəfin təqdim etdiyi sübutlar arasında olan ziddiyyət təqsirləndirilən şəxsin əleyhinə deyil, onun xeyrinə dəyərləndirilməlidir. Belə ki, əgər şəxs barəsində əməliyyat məlumatı daxil olursa, müvafiq olaraq əməliyyatı qanunvericiliyin tələblərinə uyğun aparmaq lazımdır ki, bu cür ziddiyyətlər yaranmasın. Əgər Məhkum saxlanılarkən hal şahidləri iştirak etsəydi və ya video çəkilişlə saxlanılsaydı ziddiyyətli məqamlara aydınlıq gələrdi. Lakin, şəxsin saxlanılaraq polis bölməsinə aparılması və yalnız bundan sonra onun üzərinə baxı ş keçirilməsi, özü-özlüyündə ziddiyyətlidir və təqsirləndirilən şəxsin yalandan olsa belə döyülərək, narkotik vasitəni onun üzərinə qoyulması barədə verəcəyi ifadə üçün şərait yaradılmış olur. İstənilən halda bu təqsirləndirlən şəxsin özünü müdafiə etmək vasitəsidir və bunun üçün natamam aparılmış əməliyyat şərait yaratmış olur. Apellyasiya məhkəməsi prosesi qismən istintaqla keçirilməklə müdafiə tərəfinin xahiş etdiyi şahidlərin ifadələrini almaqla verilmiş apellyasiya şikayətinin araşdırılması istiqamətində mühüm addımlar atsa da, həmin sübutları kifayət qədər əsaslı hesab etməyərək, ziddiyyətli məqamlara düzgün hüquqi qiymət verməmişdir. Ümumiyyətlə, cinayət işinin materialları arasında E.Məmədovun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair heç bir sübut əlavə olunmamış və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən fakt öz əksini tapmamışdır. Belə olan halda ona qarşı belə bir ittihamın irəli sürülməsi və bu əsasla da, yəni yalnız şübhələr və ya ehtimal əsasında məhkum olunması qanunvericiliklə yolverilməzdir. Məhkum əməlində cinayət tərkibi olmasa da, AR CM-də edilmiş dəyişiklərə əsasən saxlanılan şəxsdə aşkarlanmış narkotik vasitənin çəkisi külli miqdarda olsa belə əgər satış məqsədi ilə əldə olunmaması müəyyən olunarsa, həmin halda əməl CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Bu isə Məhkum qarşı irəli sürülmüş ittihamın tövsifinin dəyişməsi üçün əsas ola bilər ki, bununda araşdırılıb hüquqi qiymətin verilməsi üçün cinayət işinin yenidən apellyasiya instansiyasına qaytarılması zərurəti yaradır. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Yusifov Ülvi Rövşən oğlu çıxış edərək, birinci instansiya məhkəməsində verilən vəsatətlərin təmin olunmadığını, satıcı işləyən şəxsin ifadəsində məhkumun ərzaq alarkən saxlanıldığını göstərilsə də, iş materiallarında məhkumun küçədə saxlanılmasının qeyd olunduğunu, məhkumun üzərinə baxışın saxlanıldıqdan iki saat sonra keçirildiyini, əgər əməliyyat məlumatı var idisə nə səbəbə məhkumun üzərinə baxışın dərhal video çəkiliş vasitəsi ilə keçirilmədiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının a pellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiy yətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı apa rılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olu b-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübut lar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmı ş sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlar a əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə ol duqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarı isə dəyişdiril mədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, o cümlədən əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu i ddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə, şahidlərin ifadələri ilə, məhkəmə-kimyəvi ekspertizanın 13 avqust 2021-ci il tarixli 6/3467 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 3 sentyabr 2021-ci il tarixli 3235 nömrəli rəylərlə, 12 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürm ə, baxış və götürmə haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan 12 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Məhkum bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd alışqan, 100 manat pul, sol yan cibindən 1 ə dəd siqaret qutusu, 1 ədəd yaşadığı evin açarı, 1 ədəd qara rəngli selofan büküm, sol arxa cibindən 1 manat 10 qəpik pulu, sağ arxa cibindən 2 ədəd “İphone” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur, bundan sonra tərəfimdən Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonucunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkum üzərindən çıxararaq təqdim etdiyi 2 ədəd siqaret qutusu, 1 ədəd alışqan, yaşadığı evin açarı, 101 manat 10 qəpik məbləğində pulu yaşadığı evin açarı özünə qaytarılsa da, özünəməxsus 2 ədəd “İphone” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Məhkum təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə her oinə bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan büküm sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin 207 qram (iki yüz yeddi) qram olması müəyyən edilmişdir. Aşkar edilmiş sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və həmin kağız zərfin üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Məhkum üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan maddənin adını “narkotik vasitə heroin olduğunu, özünün metamfetamin istifadəçisi olduğunu, həmin maddəni özünü İran İslam Respublikasının vətəndaşı, “Əli” kimi təqdim etdiyi şəxsin vasitəsilə 7 gün bundan öncə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin maddələri ona deyilən yerlərə qoymağı müqabilində 1 kq narkotikə görə 1000 manat pul əldə etməli olduğunu, narkotikin qalan hissəsini yaşadığı evdə saxladığını, ünvanına baxış keçirilməsinə heç bir etirazının olmadığını, evində olan narkotik maddənin qalan hissəsini təqdim edə biləcəyini bildirmişdir. Saxlanılan zaman və polis idarəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq qeyd etmişdir. Həmçinin, cinayət işində olan 12 avqust 2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Məhkum mənzildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, mənzilin mətbəxinə daxil olaraq burada girişdən sağ tərəfdə yerləşən qəhvəyi rəngli dolabın içərisindən 1 ədəd qara rəngli sellofan torbanı, həmin dola bın üzərindən isə 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Həmin sellofan torba götürüldükdən sonra baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisindən 1 ədəd ağ rəngli plastik qabın içərisindən 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan bükümlər 1 sellofan torbaya qoyularaq sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 339 (üç yüz otuz doqquz) qram olması müəyyən edilmişdir. Həmin sellofan torba, ağ rəngli plastik qab və 1 ədəd qara rəngli elektron tərəzi 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənib, iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Məhkum təqdim etdiyi sellofan torbada olan maddənin narkotik vasitə heroin olduğun u, həmin maddəni ona deyilən yerlərə qoyması üçün Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin yerə narkotik maddə qoyulmasını ona “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşının bildirdiyini, həmin maddələri ona deyilən yerlərə qoymasına görə pul əldə etməli olduğunu bildirmişdir. Bundan sonra onun razılığı əsasında digər otaqlara baxış keçirilmiş, otaqlardan birinin qapısı kilidli vəziyyətdə olmuşdur. Baxış zamanı oradan iş üzrə əhməiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Mənzilin 1 qonaq otağından, 1 mətbəxdən, 1 sanitar qovşağından və 1 ədəd yataq otağından ibarət olması müəyyən edilmişdir. Baxış gecə vaxtı süni işıqlanma şəraitində keçirilmiş, baxış zamanı «Sony» markalı video aparatın video çəkiliş funksiyasında n istifadə edilməklə video çəkilişi aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədq iqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətinin yeni faktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xa tırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti o lduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkə mələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsin də təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə gətirdiyi dəlillərinə münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixo trop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci ma ddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası nın 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Heroinin xalis çəkisinin 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunduğu halda Məhkum üzərindən və yaşadığı evdən aşkar edilib götürülən heroinin miqdarı ümumilikdə 520,365 qram olmaqla külli miqdar tə şkil etməsi həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edən hal kimi çıxış edir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, Məhkum barəsində şəxsi axtarış və götürmə, baxış və götürmə haqqında istintaq hərəkətinin aparılmasına dair protokollardan, o cümlədən iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, məhkum edilmiş şəxs Məhkum üzərində və yaşadığı ünvandan ümumi təmiz çəkisi 520,365 qram olan heroin aşkar edilərək götürülmüş, Məhkum sorğu-sual zamanı sellofan bükümdə və torbada olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoyması üçün Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin yerə narkotik maddə qoyulmasını ona “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşının bildirdiyini, həmin maddələri ona deyilən yerlərə qoymağı müqabilində 1 kq narkotikə görə 1000 manat pul əldə etməli olduğunu bildirmişdir. Kassasiya məh kəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlər - təqsirləndirilən şəxsin qardaşı X9, arvadı X5 və təqsirləndirilən şəxsin qonşusu X10 apellyasiya instansiyası məhkəməsi iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi, X4 və X5 verdikləri ifadələri təqsirləndirilən şəxsin yaxın qohumları olması səbəbindən Məhkum cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə onu müdafiə xarakterli ifadələr kimi qəbul etmiş, həmçinin digər şahid X10 ifadəsinin isə dəqiq olmaması səbəbindən bu ifadələri sübut növü kimi qəbu l edilməməli olması barədə nəticəyə gəlmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhk əməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (özünü qismən təqsirli bilməsi, himayəsində beşi azyaşlı olmaqla altı uşağınının olması, ərazi üzrə müsbət xarakterizə olunması) olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Belə ki, cinayət işi materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum himayəsində beşi azyaşlı olmaqla altı uşağı vardır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdaf iəçisi Yusifov Ülvi Rövşən oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Yusifov Ülvi Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhk um barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar