Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1771/2024 19.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi Şahid1 Məhkum müdafiəçiləri Bakı şəhəri “Müdafiəçi1 və Partnyorları” Vəkil Bürosun un vəkilləri Müdafiəçi1 və X4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 1(103)-159/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olmaqla, üç övladı olan, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 9 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamışdır.
2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum cavabdeh kimi ondan 68600,00 ABŞ dolları (ödəniş günü mərkəzi bankın müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borcun və 30,00 manat dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxs Özkan Arifin xeyrinə ödənilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)-1558/2017 saylı və 260000,00 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(103)-351/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən y erinə yetirmədiyinə görə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)-1558/2017 nömrəli qətnaməsi üzrə tələbkar Özkan Arifin xeyrinə 11500,00 ABŞ dolları və 799,00 manat məbləğində pul vəsaiti ödəmiş, Bakı Apellyasiya Məhkəməsini n 19 mart 2018-ci il tarixli, 2(103)-351/2018 nömrəli qətnaməsi üzrə tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə 950,00 manat məbləğində pul vəsaiti ödəmiş, qalan məbləğləri zərərçəkmiş şəxslərin xeyrinə ödəməyərək, onlara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 20 oktyabr 2023-cü il tarixli, 1(005)-269/2023 nömrəli hökmü ilə Məhkum CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum istintaq zamanı tutma altında saxlanıldığı 08 (səkkiz) gün (02-09 mart 2023- cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 11 (on bir) ay, 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin hökm elan edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qismində qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə iclas zalında dərhal həbs edilməsi, Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edil mişdir.
4. Hökmdən Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs Ozkan Arifin etibarnamə üzrə nümayəndəsi (vəkil) Müdafiəçi4 və məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət məhkəmə tərkibində) 29 yanvar 2024-cü il tarixli, 1(103)159/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs Ozkan Arifin etibarnamə üzrə nümayəndəsi (vəkil) Müdafiəçi4 və məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 1(005)-269/2023 nömrəli hökmünün verilmiş a pellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 1(103)-159/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Müdafiəçi tərəfindən kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına, cinayət işinin faktiki hallarına, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməməsinin inzibati və cinayət məsuliyyətinə səbəb olmasının tarixən necə yaranmasına, məhkumun adına heç bir bank hesabının olmamasına, adına heç bir gəlir və əmlak məlumatının aşkar edilməməsinə, adına heç bir nəqliyyat vasitəsinin qeydiyyatdan keçirilməməsinə və digər çoxs aylı hallara istinadlar edərək aşağı instansiya məhkəmələri tərəfindən iş üzrə materialların düzgün araşdırılaraq tədqiq edilmədiyini, sözügedən cinayət əməli üzrə məhkumun əməlində cinayət tərkibinin mövcud olmasının əsas şərti kimi çıxış edən “qərəz” əlamətinin mövcud olmamasını qeyd edərək, şikayətinin dəlilləri qismində sadaladıqlarına münasibətdə məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 1(103)-159/2024 nömrəli qərarının ləğv edilməsinin Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
9. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında işti rak edən Məhkum müdafiəçiləri Müdafiəçi1 və X9 hər biri ayrı-ayrılıqda kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdilər.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi Şahid1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublika sı CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyy ən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum müdafiəçisi kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdir ilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
18. Bununla belə, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 1(103)-159/2024 nömrəli nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cin ayət məsuliyyəti yaradır.
20. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
22. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
23. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
25. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nə zərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
26. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, cinayət işi materiallarında onun əməlinin CM-in 306.1-ci maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 306.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində cinayət tərkibinin mövcud olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki ha llarının inkar edilməsi üzərində qurmuşdur.
27. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
28. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
29. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
30. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibi olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
31. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
32. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 14 6-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, yekun məhkəmə qətnaməsi, icra sənədləri, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair müvafiq qərarlar və istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
33. Adı çəkilən və digər sübutlar birinci instansiya və apellyasiya məhkəməsinin yekun hökmündə təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araş dırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, birinci instansiya və apellyasiya məhkəməsinin yekun hökmünü şübhə altına almaq üçün əsas görmür.
34. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlid ir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçilərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 1(103)-159/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024cü il tarixli, 1(103)-159/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.