Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1771/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 7 may 1967-ci il tarixdə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respubl ikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Safıkürd kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-175/2025 nömrəli 6 mart 2025-ci il tarixli hökmündən məhkumun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-4/2024 nömrəli 10 sentyabr 2024cü il tarixli qərarı ilə (sədrlik edən hakim R.T.Əhmədov) Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müd dətlərinin keçməsi və cinayət tərkibinin olmaması əsası ilə xitam verilməsi, zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-175/2025 nömrəli 5 mart 2025-ci il tarixli hökmü ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), Z.N.Hüseynov və E.Z.Əliyevdən ibarət məhkəmə tərkibində) apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayo n Məhkəməsinin 1(007)-4/2024 nömrəli 10 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilmişdir. Məhkum CM-in 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və CM-in 46.2-ci maddəsi tətbiq edilməklə, ona 1 (bir) il 6 (altı) ay müddətinə mişar daşının istehsalı və satışı ilə məşğul olma fəaliyyəti hüququndan məhrum edilməklə aylıq qazancından 20 faiz pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilmişdir. Məhkum 14 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin 1 (bir) günü islah işlərinin 4 (dörd) günü hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətinə islah işləri cəzasından çıxılmış və onun üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılmışdır. Həmçinin, Məhkum 126.601,86 manat pul vəsaitinin zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xeyrinə tutulması, mülki iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 37, mənzil 55 olan, "xxxx" X5 Firmasının (VÖEN:**********) 7 aprel 2018-ci il tarixədək olan dövrdə təsisçisi və direktoru olarkən, həmin firmanın nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 77.3, 78.1, 103.1, 104, 105.1, 130.1, 130.2, 149, 151,152, 154, 155, 157, 159, 173, 174, 177, 178, 203- 206, 208, 213-217 və 218-221-ci maddələrinin tə ləblərini pozaraq, firmanın qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumlikdə xeyli miqdar təşkil edən 131.601,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə təsisçisi və direktoru olub, fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi "xxxx" X5 Firmasının adından Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvanında yerləşən daş karxanasında həyata keçirdiyi mişar daşının hasilatı və satışından 2014-cü il üzrə gəliri 98.649,72 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 82.208,12 manat, əldə etdiyi mənfəəti 16.441,60 manat və həmin il üzrə ödənilməli mənfəət vergisi 3.288,32 mana t olduğu halda, bəyannamə təqdim etməməklə 3.288,32 manat mənfəət vergisini; 2015-ci il üzrə gəliri 115.698,25 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 96.415,20 manat, əldə etdiyi mənfəəti 19.283,05 manat və həmin il üzrə ödənilməli mənfəət vergisi 3856,61 manat olduğu halda, bəyannamə təqdim etməməklə 3.856,61 manat mənfəət vergisini; 2016-cı il üzrə gəliri 95.148,0 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 79.290,0 manat, əldə etdiyi mənfəəti 15.858,0 manat və həmin il üzrə ödənilməli mənfəət vergisi 3.171,60 manat olduğu halda, bəyannamə təqdim etməməklə 3.171,60 manat mənfəət vergisini; 2017-ci il üzrə gəliri 98.226,0 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 81.855,0 manat, əldə etdiyi mənfəəti 16.371,0 manat və həmin il üzrə ödənilməli mə nfəət vergisi 3.274,20 manat olduğu halda, bəyannamə təqdim etməməklə 3.274,20 manat, cəmi isə 13.590,73 manat mənfəət vergisini; Bundan əlavə, o, 7 aprel 2018-ci il tarixədək olan dövrdə təsisçisi və direktoru olub, fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi "xxxx" X5 Firmasının vergi ödəyicisi kimi qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2014-cü ilin iyun-2015ci ilin dekabr ayınadək olan dövr üzrə 214.347,97 manat dövriyyədən 38.582,63 manat, 2016-cı ilin yanvar ayı üzrə 7.331,58 manat dövriyyədən 1.319,68 manat, fevral ayı üzrə 6.446,00 manat dövriyyədən 1.124,28 manat, mart ayı üzrə 7.784,10 manat dövriyyədən 1.401,14 manat, aprel ayı üzrə 6.909,30 manat dövriyyədən 1.243,67 manat, may ayı üzrə 8.055,90 manat dövriyyədən 1.450,06 manat, iyun ayı üzrə 8.689,50 ma nat dövriyyədən 1.564,11 manat, iyul ayı üzrə 8.568,90 manat dövriyyədən 1.542,40 manat, avqust ayı üzrə 9.383,40 manat dövriyyədən 1.689,01 manat, sentyabr ayı üzrə 8.568,72 manat dövriyyədən 1.542,37 manat, oktyabr ayı üzrə 8.085,60 manat dövriyyədən 1.455,41 manat, noyabr ayı üzrə 10.650,60 manat dövriyyədən 1.917,11 manat, dekabr ayı üzrə 4.874,40 manat dövriyyədən 877,39 manat, 2017-ci ilin yanvar ayı üzrə 1.592,78 manat dövriyyədən 796,39 manat, fevral ayı üzrə 1.571,01 manat dövriyyədən 785,51 manat, mart ayı üzrə 1.520,60 manat dövriyyədən 760,30 manat, aprel ayı üzrə 1.565,57 manat dövriyyədən 782,78 manat, may ayı üzrə 1.320,95 manat dövriyyədən 660,47 manat, iyun ayı üzrə 1.462,21 manat dövriyyədən 731,11 manat, iyul ayı üzrə 1.157,98 manat dövriyyədən 578,99 manat, avqust ayı ü zrə 1.614,17 manat dövriyyədən 807,08 manat, sentyabr ayı üzrə 1.450,55 manat dövriyyədən 725,27 manat, oktyabr ayı üzrə 1.456,70 manat dövriyyədən 728,35 manat, noyabr ayı üzrə 1.424,30 manat dövriyyədən 712,15 manat, dekabr ayı üzrə 1.543,86 manat dövriyyədən 771,93 manat, 2018-ci ilin yanvar ayı üzrə 1.641,71 manat dövriyyədən 820,85 manat, fevral ayı üzrə 1.357,56 manat dövriyyədən 678,78 manat, mart ayı üzrə 1.203,01 manat dövriyyədən 601,51 manat olmaqla, cəmi 431.067,97 manat dövriyyədən 77.592,23 manat ƏDV-ni; Bundan başqa, o, 7 aprel 2018-ci il tarixədək olan dövrdə təsisçisi və direktoru olub, fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi "xxxx" X5 Firmasının Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvanında yerləşən daş karxanasında (karyerdə) xx.xx.2013-cü il tarixdə n xx.xx.2018-ci il tarixədək olan dövr ərzində istehsal etdiyi 30654 kub.metr mişar daşının hasilatından 33.387,0 manat məbləğində mədən vergisi hesablayıb ödəməli olduğu halda, qeyd olunan dövr üzrə bəyannamə təqdim etməyərək, cəmi 33.387,0 manat mədən vergisini; Habelə, o, "xxxx" X5 Firmasının təsisçisi və direktoru olub, fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi dövrdə cəmiyyətin adından Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvanında yerləşən daş karxanasında mişar daşının hasilatı və satışından 2013-cü ilin 4-cü rübü üzrə 21.148,25 manat, 2014-cü ilin 1-2-ci rübləri üzrə 99.649,52 manat olmaqla, cəmi 120.797,77 manat satış dövriyyəsindən qeyd olunan rüblər üzrə 4.831,90 manat sadələşdirilmiş vergini hesablayıb ödəməli olduğu halda, qeyd olunan rüblər üzrə bəyannamə tə qdim etməyərək, cəmi 4.831,90 manat sadələşdirilmiş vergini; Həmçinin, o, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə ayrılmış və firmanın istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 2.0 ha torpaq sahəsinə görə 2014-cü il üzrə 400,0 manat, 2015-ci il üzrə 600,0 manat, 2016-cı il üzrə 600,0 manat və 2017-ci il üzrə 600,0 manat olmaqla, cəmi 2.200,0 manat torpaq vergisini bəyan edib ödəməli olduğu halda, qeyd olunan illər üzrə vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, cəmi 2.200,0 manat torpaq vergisini, ümumilikdə isə xeyli miqdar təşkil edən 131.601,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş k assasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-175/2025 nömrəli 6 mart 2025-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instasniyası məhkəməsi qərar qəbul edərkən işin faktiki hallarına düzgün qiymət verməmiş, iş materiallarında olan ifadələrlə və digər sənədlərlə "xxxx" X5 Firmasının direktoru Məhkum həmin müəssisənin 100% təsis payını 7 aprel 2018-ci il tarixində Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda alqı-satqı müqaviləsinə əsasən X1 müəssisənin heç bir vergi borcunun, öhdəliyinin olmaması tam sübuta yetirildiyi halda, Məhkum guya ki, qəsdən, vahid niyyətlə vergidən yayınma cinayəti törədib xx. xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə 131.601,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması qənaətinə gəlmişdir. Məhkəmə öz hökmünü işin faktiki hallarına düzgün qiymət vermədən və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq hesablanmamış, dəqiqləşdirilməmiş vergi məbləğlərinin göstərildiyi ekspert rəyi əsasında çıxarmışdır. Amma Bakı Apellyasiya Məhkəməsi "xxxx" X5 Firmasının direktoru Məhkum xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəyi ilə məşğul olarkən, Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvanda yerləşən daş karxanasında həyata keçirdiyi mişar daşının hasilatı və satışından vergi orqanına təqdim etməli olduğu və təqdim etmədiyi hansı bəyannamələrin olduğunu, firmanın h ansı tarixdən ƏDV ödəyiscisi kimi fəaliyyət göstərməli olmasını, sadələşdirilmiş vergi ödəyicisinin ödədiyi vergi məbləği ilə ƏDV ödəyicisinin ödəməli olduğu vergilər arasında 4 dəfədən çox fərq olduğunu nəzərə almamışdır. (sadələşdirilmiş vergi vergi tutulan əməliyyatlardan həmin dövrdə 4 faiz, ƏDV isə 18 faiz təşkil edirdi). Şikayət müəllifi qeyd edir ki, iş materiallarına diqqət yetirdikdə "xxxx" X5 Firmasının ekspert rəyləri əsas götürülərsə hansı tarixdən etibarən ƏDV ödəyicisi kimi qeydiyyatda durmalı olduğunun müəyyən edilmədiyi, dolayısı ilə firmaya əlavə dəyər vergisinin düzgün hesablanmadığı tam aydın olur. Amma apellyasiya instansiyası məhkəməsi bu halları araşdırmadan, sadəcə olaraq vergi cinayətini davam edən cinayət kimi qiymətləndirərək faktiki olaraq Məhkum hər hansı vergil əri ödəməkdən yayınmaq niyyətinin olmadığı halda onun 4 direktoru olduğu firmaya 5 ildən artıq vaxt keçəndən sonra qanunsuz və əsassız olaraq hesablanmış vergiləri guya qəsdən ödəmədiyi qənaətinə gəlmişdir. Qeyd olunan əsassız hesablanmış vergilər barədə vaxtında məlumatı olmadığı üçün Məhkum heç bu halları məhkəmədə mübahisələndirə də bilməmişdir. Cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən həmin məhkəmə tərəfindən təyin edilmiş və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 316-16/2-10/7588 9/7679 nömrəli rəyi ilə, "xxxx" X5 Firmasının təsisçisi ve direktoru olduğu müddətdə həmin firmanın fəaliyyətinə faktiki olaraq rəhbərlik edərək firmanın adından Bakı şəhəri, Qaradağ rayonu, Korgöz ŞTQ, keçid 1595 ünvanında yerləşən daş karxanasında hasil etdiyi mişar daşının həcminin təxminən 2.284.979,0 ədəd (4352342,0–2067362.45 (45/50%)) təşkil etdiyi və eyni zamanda "AFƏT&CO” X5 Firması tərəfindən tərəfindən ekspertiza təyini haqqında qərarda ekspert qarşısnda qoyulmuş sual üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ümumilikdə 101.560,44 manat məbləğində vergilərin dövlət büdcəsin az hesablanması müəyyən olunmuşdur. Amma ibtidai istintaq orqanı tərəfindən keçirilmiş ekspertiza zamanı Məhkum Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini vahid niyyətlə davam edən cinayət əməli kimi törətməsi və törətmiş olduğu cinayət əməli nəticəsində daş karxanasında həyata keçirdiyi mişar daşının hasilatı və satışından vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil e tməklə və bəyannamə təqdim etməməklə, ümumlikdə xeyli miqdar təşkil edən 131.601,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması guya təsdiq olunmuşdu. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş və iş materiallarına əlavə edilərək sübut kimi tanınmış xx.xx.2023-cü il tarixli, 9/26xx-xx/2448 nömrəli məhkəməmühasibatlıq ekspertizası və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7588 9/7679 nömrəli məhkəmə tikinti-texniki ekspertizası barədə rəyləri arasında heç bir təhlil aparılmadığını nöqsan kimi göstərsə də, apellyasiya instansiyası məhkəməsi də qeyd olunan rəylər arasındakı ziddiyyətləri araşdırmamış və şübhəli halların təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması ilə bağlı Konstitusiyanın, CPM-nin və Vergi Məcəlləsinin tələblərinə riayət etməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 8 avqust 2023-cü il tarixli 9/26xx-xx/2448 nömrəli rəyinə əsasən faydalı qazıntı çıxarılması zamanı itkinin 25% yox, 45-50% olması nəzərə alınsa da, elektrik enerjisi ilə bağlı itkinin də 20% yox, 50% olması nəzərə alınmamışdır. Qeyd olunan itkinin 20 faiz yox 45-50 faiz olması ilə bağlı rəsmi sənəd Azərbaycan Respublikaı Ekologiya və Təbii sərvətlər Nazirliyi tərəfindən təqdim 5 edilmişdir. Lakin apellyasiya instansiyası həmin sənədlərə və ekspertiza rəyinə şübhə ilə yanaşmış və qeyd olunan rəyi sübut kimi qəbul etməmişdir. Şikayətçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyini hazırki iş üzrə düzgün təfsir etməmiş və Məhkum guya ki, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan vergidən yayınma cinayətini (mütəmadi törədilən eyni cinayət əməli kimi göstərilən davam edən cinayət) törətməsi qənaətinə gəlmişdir. Halbuki, yuxarıda qeyd etdiyim ki, Məhkum direktoru olduğu "xxxx" X5 Firmasının 100% təsis payını 07 aprel 2018-ci il tarixində Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda alqı-satqı müqaviləsinə əsasən X2 müəssisənin heç bir vergi borcunun, öhdəliyinin olmaması barədə Dövlət Vergi Xidmətindən müvafiq sənəd alıb notariusa təqdim etmişdir. Məhkəmə nədənsə Məhkum "xxxx" X5 Firmasının direktoru kimi fəaliyyət göstərdiyi müddətdə xx.xx.2013-cü il ta rixdən xx.xx.2018-ci il tarixədək olan dövrlər ərzində 22.500 manatdan çox məbləğdə ödədiyi vergiləri, firmanın təsis paylarının alqı-satqısı zamanı heç bir vergi borcunun, öhdəliyinin olmaması barədı Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışı görməzdən gəlmiş, Məhkum barəsində vergi orqanı tərəfindən sonradan qanunsuz və əsassız olaraq hesablanmış vergiləri mötəbər sübut kimi qəbul edərək onun barəsində CM-in 213.1-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən k assasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız cinayət məsuliyyətinə cəlb olunduğu qeyd edilir və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinə görə “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min ma natdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011 -ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozul masına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yeku nunda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o demə kdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009- cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X7rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsi ndən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalət li məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət p rosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış süb utları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından görünür ki, "xxxx" X5 Firmasının direktoru Məhkum xx.xx.2013-cü il tar ixdən 7 aprel 2018-ci il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəyi ilə məşğul olarkən, Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvanda yerləşən daş karxanasında həyata keçirdiyi mişar daşının hasilatı və satışından vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumlikdə xeyli miqdar təşkil edən 131.601,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması, Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 30 oktyabr 2019-cu il tarixli **********176989 nömrəli səyyar vergi yoxlaması aktı və həmin akta əlavə edilmiş yoxlama sənədləri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X12 X3 verilmiş 23 dekabr 2021-ci il tarixli məktub, Audit şöbəsindən daxil olmuş 10 yanvar 2022-ci i l tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 aprel 2022-ci il tarixli, 9/2418 saylı ekpert rəyləri ilə Məhkum təqsiri tam şəkildə sübuta yetirilir. Kassasiya şikayətində istinad olunan məhkəmə-mühasibatlıq ekspertizasının 8 avqust 2023-cü il tarixli 9/26xx-xx/2448 nömrəli və 26 aprel 2024-cü il tarixli 3-16-16/210/7588 9/7679 nömrəli rəyləri ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ibtidai araşdırma zamanı ibtidai istintaq orqanı tərəfindən qanuni əsaslarla toplanmış və mötəbərliyi şübhə doğurmayan obyektiv sübutlar əsasında (şahid ifadələri, sorğulara cavablar, audit rəyi, ekspertiza rəyləri və sair yazılı sənədlər) Məhkum Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini vahid niyyətlə dava m edən cinayət əməli kimi törətməsi və törətmiş olduğu cinayət əməli nəticəsində daş karxanasında həyata keçirdiyi mişar daşının hasilatı və satışından vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumlikdə xeyli miqdar təşkil edən 131.601,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi buna heç bir əsas olmadan iş üzrə 2 (iki) müxtəlif ekspertiza təyin etmiş, həmin ekspertizaların keçirilməsi kifayət qədər uzun müddət tələb etmiş, məhkəmə qərarında ekspertizaların nəticəsinə əsasən məhkəməyə təqdim edilmiş ekspertiza rəyləri arasında heç bir təhlil aparılmamış, məhkəmə qərarına əsasən keçirilmiş ekspertiza rəylərinin ziddiyyətli və natamam olması yo xlanılmamışdır. Lakin qeyd edilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi məhkəmə icraatı qaydasında keçirilmiş ekspertizalar üzrə rəyləri mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə qərarları ilə keçirilmiş xx.xx.2023-cü il tarixli, 9/26xx-xx/2448 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası və xx.xx.2024-cü il tarixli, 316-16/2-10/7588 9/7679 nömrəli məhkəmə tikinti-texniki ekspertizası barədə rəylərdən açıq-aşkar görünür ki, həmin rəylərdə göstərilən nəticə cinayət işinin materialları ilə ziddiyyət təşkil edir. Bu ziddiyyət onda ifadə olunur ki, məhkəmə qərarları əsasında keçirilmiş ekspertizalar zamanı tədqiqatın üsulu göstərilməmiş, ekspertlərin gəldiyi nəticə əsaslandırılmamış və aparılan ekspertiza yoxlaması cinayət işinin materialları ilə uyğunluq təşkil etmir. Bu səbəbdən də məhkəmə həmin rəyləri mötəbər sübut kimi hesab etməmiş və belə nəticəyə gəlmişdir ki, göstərilən ekspertizalar üzrə aparılmış tədqiqatın nəticəsi cinayət işinin materiallarına uyğun olmadığından, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza rəylərini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası, ibtidai istintaq zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X12 X3 verilmiş 23 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" X5 Firmasına məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvında yerləşən daş karxanasında xx.xx.2013-xx.xx.2013-cü il ərzində 84193 ədəd, 2014-cü il ərzində 793197 ədəd, 2015-ci il ərzində 462793 ədəd, 2016-cı il ərzində 380589 ədəd, 2017-ci il ərzində 392880 ədəd, xx. xx.2018-xx.xx.2018-ci il tarixlərdə 93401 ədəd olmaqla, ümumilikdə 2.207.053 ədəd mişar daşı istehsal olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq orqanı tərəfindən toplanmış yazılı sənədlərdə və ekspertiza rəylərində, "xxxx" X5 Firmasının direktoru Məhkum xx.xx.2013cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəyi ilə məşğul olarkən, Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvanında yerləşən daş karxanasında həyata keçirdiyi mişar daşının hasil atı və satışına dair qeyd olunan məlumatlarla, məhkəmə araşdırması zamanı (işə birinci instansiya məhkəməsində baxılarkən) keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/261610/2448 nömrəli və tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/210/7588 və 9/7679 nömrəli rəylərində, "xxxx" X5 Firmasının direktoru Məhkum xx.xx.2013cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəyi ilə məşğul olarkən, Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvanında yerləşən daş karxanasında həyata keçirdiyi mişar daşının hasilatı və satışına dair qeyd olunan məlumatlar arasında ciddi uyğunsuzluğun müəyyən olunduğunu nəzərə alaraq, bu sənədlərin müqayisəli tədqiqi ilə işin həqiqi hallarının düzgün müəyyən edilməsini mümkün hesa b etmişdir. Bununla belə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə əsasən, "xxxx" X5 Firmasının direktoru olmuş Məhkum xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəyi ilə məşğul olarkən, Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvanında yerləşən daş karxanasında həyata keçirdiyi mişar daşının hasilatı və satışından vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumlikdə xeyli miqdar təşkil edən 131.601,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, nəticə etibarı ilə də vahid niyyətlə davam edən cinayət əməli törətmişdir. Məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş "xxxx" X5 Firmasının direktoru Məhkum xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan illər üzrə eyni əməlləri davamlı olaraq törətmiş və onun vahid qəsdlə əhatə olunan bu cinayət əməli xx.xx.2018-ci il tarixdə (şirkət alqı-satqı müqaviləsinə əsasən başa şəxsin xeyrinə özgəninkiləşdirilənədək) başa çatmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, belə nəticəyə gəlir ki, Məhkum törətmiş olduğu vergidən yayınma cinayəti onun "xxxx" X5 Firmasının təsisçisi və direktoru olduğu xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə baş vermiş, həmin cinayət əməli vahid qəsdlə əhatə olunan davam edən cinayətdən ibarət olmuş, həmin cinayət əməli xx.xx.2018-ci il tarixədək davam etmiş və cinayət əməli xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Bu səbəbdən də Məhkum tə rəfindən törədilmiş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 213.1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 213.1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan apellyasiya in stansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı- ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat ve rən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirə rək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbi qini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103) -175/2025 nömrəli 6 mart 2025-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)175/2025 nömrəli 6 mart 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1771/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1771/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver