Məhkəmə qərarları › İş №1(102)-1772/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1772/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1772/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 30 iyul 1973-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki Abşeron rayonu, Xırdalan şəhəri, fərdi yaşayış evində yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-756/2021 nömrəli, 03 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 11 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.

3. Birinci instansiya məhkəməsinin hə min hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir.

6. Məhkəmə iclasında iştirak edən Məhkum ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kas sasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası Məhkum oğlu tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda q eyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1090/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar