Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1773/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kərimov Fərhad Abdulkərim oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxs1, Müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Məmişov Bəylər Sahib oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 296.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.N.Hacıyev, hakimlər F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət tərkibdə) xx xxx 1979-cu ildə Salyan rayonunun Komsomol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, ünvan1 qeydiyyatda olmaqla ya şayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 296.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 296.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, 26 dekabr 2018-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il 19 (on doqquz) gün ümumi cəza müddətinə hesablanaraq çıxılmaqla üzərində 4 (dörd) il 11 (on bir) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində CM-in 70-ci mad dəsi tətbiq edilməkdə 2 (iki) il sınaq müddəti müəyyən edilməsi hökm edilmiş, Təqsirləndirilən şəxs ittihamından “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar xeyli və külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmədə ifadə olunan, yəni CM-in 182.3.2-ci maddəsi ilə əhatə olunan ittiham, Zərərçəkmiş şəxs4 dələduzluq yolu ilə külli miqdarda əmlak hüquqlarını əldə etməsi epizodu və Zərərçəkmiş şəxs4 4900 manat pulunun alınıb ələ keçirməklə dələduzluq etməsi epizodunda ittihamın məzmunundan təkrarən sözü çıxarılmışdır. Həmin hökmlə həmçinin, məhkum1 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən məhkum X2, müdafiəçilər Məmişov Bəylər Sahib oğlu, Məmmədli Ənnağı Əbdül oğlu, zərərçəkmiş Zərərçəkmiş şəxs6 və zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi X7 tərəfindən ve rilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.E.Rəhimov, hakimlər F.Şahid3 və K.H.Əkbərovdan ibarət tərkibdə) 10 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfin dən təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, habelə şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 tanışı X2 ilə rəsmiləşdirilmiş 01 dekabr 2017-ci il tarixli 3M-153 reyestr nömrəli kredit müqaviləsini ləğv etdirəcəyinə dair yalan vədlər verib aldadaraq 09 mart 2018-ci il tarixdə saat 18 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 58-ci kilometrliyində yerləşən özünə məxsus “Dənizpetrol” yanacaqdoldurma məntəqəsinin kafesində Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 4900 manat pul u alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs5 8600 manat dəyərində “KAMAZ 5320 YÜK” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobili alacağı təqdirdə avtomobilə görə hər ay 700 manat verməklə ödəniləcək pulun iki misilini, yəni cəmi 17.200 manat pulu gələcəkdə ödəyib qurtarandan sonra avtomobili onun adına keçirəcəyi barədə yalan vəd verib aldadaraq 2017-ci ilin iyul ayında Salyan şəhərində avtomobili 8600 manata alaraq etibarnamə ilə Zərərçəkmiş şəxs5 vermiş, Zərərçəkmiş şəxs5 avtomobilə görə 2017-ci ilin yay aylarından 2018-ci ilin mart ayına kimi olan dövr ərzində ümumilikdə onlara 6500 ma nat pul ödəmiş, sonradan avtomobilə görə ödəniş pulunu ödəməkdə çətinlik çəkdiyi üçün E.Cabbarov ilə birlikdə əlavə olaraq 4000 manat borc verməklə avtomobilə görə olan borcu yuvarlaqlaşdırıb 21000 manat dəyərində borc müqaviləsi bağlanacağı təqdirdə həm qeyd olunan 4.000 manat pulu verəcəklərinə və həm də avtomobili Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirəcəklərinə dair yalan vəd verib aldadaraq Salyan şəhərində Zərərçəkmiş şəxs5 Elşən Cabbarovdan guya 21000 manat borc alması ilə bağlı Salyan rayon 2 saylı notariat ofisində kredit müqaviləsinin bağlanması üçün xüsusi notariusun "xxxx" ASC-nin Salyan filialında adına olan depozit hesabına keçiriləcək 21000 manat pulu əvvəlcədən razılaşdıqları kimi Elşən Cabbarova vermiş, sonuncu da həmin pulu notariusun depozit hesabına keçirərək 05 iyun 2018- ci ildə Salyan şəhərində notariat ofisində həmin borc müqaviləsinin bağlanmasına nail olmaqla gələcəkdə mülki icraat qaydasında xeyli miqdarda əmlak tələb hüququnu əldə etməklə yanaşı, verdiyi vədinə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 6500 manat məbləğində pulunu ələ keçirərək və 21000 manat pul tələb hüququ əldə etməklə ümumilikdə Zərərçəkmiş şəxs5 xeyli miqdarda, yəni 27500 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tanışı X2 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında guya Vüqar X1 20000 manat pul təklif edərək zərərçəkmiş1 qəsdən öldürməsini sifariş verməsi barədə şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etməsini təşkil etmiş, bu barədə ümumi razılığa gəldikdən sonra zərərçəkmiş1 öz növbəsində 25 avqust 2018-ci ildə saat 04 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək Zərərçəkmiş şəxs4 zərərçəkmiş1 20000 manat təklif edərək zərərçəkmiş1 qəsdən öldürməsini sifariş etməsi barədə bilə-bilə yalan məlumat vermiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilmələrinə baxmayaraq həmin tarixdə X6 Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 204-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilmiş cinayət haqqında məlumat verən şəxs kimi guya Zərərçəkmiş şəxs4 ona 20000 manat təklif edərək zərərçəkmiş1 qəsdən öldürməsini sifariş etməs i barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etməklə şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Bundan başqa, o, təkrarən tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs6 8300 manat dəyərində “KAMAZ 53212 YÜK” markalı **-HJ-*** qeydiyyat nişanlı avtomobili satın alması üçün özündə 6000 manat pulunun olması, əlavə olaraq 2300 manat pula ehtiyacı olması ilə bağlı ona olan müraciətindən istifadə edərək 2017-ci ilin iyul ayında sonuncuya verilməsi üçün tələb olunan 2300 manat pulu Elşən Cabbarova vermiş, zərərçəkmiş1 da öz növbəsində 2300 manat pulu Zərər çəkmiş şəxs6 verərək avtomobilin alınmasına köməklik göstərməklə hər ikisi onun etibarını qazanmış, borcun qaytarılmasının təminatı olaraq həmin tarixdə Şahid19 adına avtomobilə etibarnamə verilməsinə nail olduqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin iyul ayından başlayaraq 10 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs6 verdiyi borcu ödədikdən sonra avtomobili onun adına keçirəcəyi ilə bağlı yalan vədlər verib aldadaraq ünvan 1 ünvanı ilə üzbəüz yerləşən mağazada 2017-ci ilin iyul ayında 1120 manat, 18 sentyabr 2017-ci il tarixdə 500 manat pulunu ələ keçirmiş, 02 oktyabr 2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin Bakı şəhəri, Qaradağ rayonu, Xocasən şosesində yerləşən inzibati binasında “KAMAZ 53212 YÜK” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili alqısatqı müqaviləsi ilə qeydiyyatdan çıxardaraq zərərçəkmiş1 adına şəhadətnamə almış, həmin an zərərçəkmiş1 ondan rüsum adı ilə 355 manat alıb, bundan sonra cinayət əməllərini davam etdirərək ünvan 1 ünvanı ilə üzbəüz yerləşən mağazada 25 may 2018-ci il tarixdə 500 manat, 10 iyul 2018-ci il tarixdə 500 manat, 2018-ci ilin sentyabr ayının əvvəllərində Salyan rayonu, Sarvan kəndində Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətində 7500 manat, 10 oktyabr 2018-ci il tarixdə ünvan1 400 manat pulunu ələ keçirməklə verdiyi vədinə əməl etməyərək avtomobili Zərərçəkmiş şəxs6 adına sənədləşdirməməklə sonuncunun vahid niyyətlə əhatə olunan qəsdlə 10875 manat məbləğində pulunu və 8300 manat dəyərində “KAMAZ 53212 YÜK” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs6 xeyli miqdarda, yəni 19175 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, ittiham hökmü çıxarmışdır. Belə ki, cinayət işi üzrə mövcud olan sübutlarla məhkum Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda dələduzluq cinayətini törətməsi ilə bağlı irəli sürülmüş ittihamlar üzrə təqsi rliliyi sübuta yetirilmədiyi halda, o, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Yalnız və yalnız iş üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş, halbuki, onun həmin ifadəsi özünün ehtimal və şəxsi mülahizələrindən ibarət olmaqla, heç bir mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı qərəzli ifadə verməsində məqsədi yalnız zərərçəkmiş1 aralarında olan qərəzli münasibətlərə görə Təqsirləndirilən şəxs qisas almaqdan ibarətdir. Buna görə də, onun həmin ifadəsi iş üzrə mötəbər sübut qismində nəzərə alma bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul olunarkən, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində sübutların araşdırılması zamanı əldə olunmuş sübutlar düzgün qiymətləndirilməmiş və nəzə rə alınmamışdır. Odur ki, qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10.09.2020-ci il tarixli qərarını ləğv etməklə, onun CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi B.S.Məmişov çıxış edərək, hüquqlarını müdafiə etdiyi məhkum Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olmadığını, iş materiallarından göründüyü kimi, zərərçəkmiş şəxslərdən pulu birbaşa Təqsirləndirilən şəxs almadığını bildirib, kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarın ı ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxs1 müdafiəçinin mövqeyi ilə razı olmadığını bildirib, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlan ılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin ci nayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlin in cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci ins tansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haql ı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 i yun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətn amədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyə tinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə ye tirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Belə ki, cinayət hadisəsini törədən zaman Təqsirləndirilən şəxs öz əməlilərinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Burada Təqsirləndirilən şəxs niyyətinin məhz zərərçəkmiş şəxslərin pulunu ələ keçirməyə yönəlməsi məsələsi müəyyən edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, həmçinin məhkumun və zərə rçəkmiş şəxslərin hadisədən əvvəlki qarşılıqlı münasibətləri məhkəmələr tərəfindən nəzərə alınmış, Təqsirləndirilən şəxs əməllərinin dələduzluq kimi tövsif edilməsi sübutların məcmusu ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiy a məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımında n təhlili göstərir ki, həmin normada sadalanan, məhkum1 bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzan ın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan məhkum Təqsirləndirilən şəxs aid olan hissədə dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 296.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1773/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1773/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver