Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1773/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, 24 avqust 1998-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda cəz a çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 1(103)-898/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(101)-1653/2022 nömrəli hökmü ilə (hakimlər: M.H.Əkbərov (sədrlik edən), F.Ə.Qəniyev və İ.A.Mahmudov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 ( iki ) il müddətə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli c əzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), H.H.Əhmədov və Z.A.Şirinov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa şəxsiyyəti məlum olmayan "Hümbət” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3.549 qram heroini və tanışı X3 birlikdə istifadə etmələri üçün 0,329 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib öz üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum tanışı X5 ilə birlikdə 18 fevral 2022-ci il tarixdə 13:00-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 47-ci kilometrliyində sonuncunun idarə etdiyi «Kia Forte» markalı, **-CY-*** qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq BMCMİyə gətirilmiş və orada Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd qəhvəyi rəngli pul qabının içərisində olan bir ədəd gümüşü bükümün içərisindən bir ədəd yaşıl rəngli sellofan bükümdə 3,549 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gödəkçənin sol yan cibindən siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli bir ədəd kağız bükümdə təmiz çəkisi 0,329 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, həmçinin 0,329 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmi şdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Protest müəllifi məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum qanunsuz olaraq əldə edib saxladığı narkotik maddənin miqdarı şəxsi istehlak miqdarından 23 dəfə, külli miqdarın aşağı həddindən isə təxminən 1.7 dəfə çox olmuş, ondan 2 fərqli növdə (heroin və marixuana) narkotik vasitə aşkar olunmuş, həmçinin Məhkum istifadəsində olan mobil nömrədən digər şəxsə "Qaqana o patıdanda koladanda pay ayır brat” sms mətni göndərmişdir ki, bu da həmin narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsinin birbaşa təsdiqidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 1(103)-898/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiy ini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestinin dəlillərinə nəzərə yetirildiyi zaman müəyyən edilir ki, dövlət ittihamçısı Məhkum narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşınması haqqında qənaətini məhkum edilmiş şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə – heroinin miqdarının 3.549 qram təşkil etməklə şəxsi istehlak miqdarından 15 dəfə, külli miqdarın aşağı həddindən isə təxminən 1.7 dəfə çox olması, həmçinin Məhkum istifadəsində olmuş mobil nömrədən digər şəxsin nömrəsinə göndərilmiş smslə əsaslandırmışdır. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndində) məhkəmələrə izah olunur ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göst ərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.” Narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin iqtibas belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin onun mövqeyi ilə razılaşmaq üçün kifayət etmədiyini göstərir. Çünki Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdar ının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən və psixotrop maddələrdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji ekspertizasının 21 may 2022-ci il tarixli, 2684 nömrəli rəyindən görünür ki, Məmmədov X6 və Kannabinoidlərin birgə qəbulu nəticəsində asıllıq sindromu yəni narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Eyni zamanda Məhkum aşkar edilmiş heroinin külli miqdarda (bir bükümdə) olduğu müəyyən edilsə də, sonuncunun digər istehlakçılarla razılıq əldə etməsi, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqlarının olması, narkotik vasitənin bükümlərə ayrılması, onda narkotik vasitələrin hazırlanması və ölçməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə vəziyyətdə apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum narkotik vasitəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktiki əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti qərarda ətraflı təsvir olunmuş sübutlarla uzlaşır. Belə ki, Məhkum ibtidai istintaq və məhkəmə is tintaqı zamanı verdiyi ifadələrindən narkotik vasitəni satmaq kimi məqsədinin olmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini göstərmişdir. Cinayət işi materiallarında olan sübutlar əsasında Məhkum narkotik vasitənin satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiq edən nəinki kifayət edən, ümumiyyətlə heç bir mötəbər sübut mövcud deyildir. İş üzrə dindirilmiş şahidlərdən də (polis əməkdaşlarından) heç biri narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq yuxarıda qeyd olunan narkotik vasitələrin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Məhkum istifadəsində olmuş mobil nömrədə n digər şəxsin nömrəsinə “qaqana o patidanda koladanda pay ayir brat” məzmunlu mesajına münasibətdə isə məhkəmələr haqlı olaraq müraciət edən şəxsin Məhkum olmaqla özü üçün həmin vasitələri istəməsini aşkar məlum olan hal kimi qəbul etməklə yanaşı, qeyd olunan “sms” mətninin sonuncunun hər hansı bir şəxslə sövdələşərək narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hal kimi qiymətləndirilməsindən imtina etmişlər. Digər tərəfdən aşkar edilmiş heroinin ümumi təmiz çəkisinin 3.549 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 1,549 qram çox olması məhkumun özünün narkotik vasitə istifadəçisi olmaqla, narkomaniya xəstəliyindən əziyyət çəkməsi, özü-özlüyündə məhkəmələrin Məhkum üzərindən aşkar edilmiş narkotik vasitələrin şəxsi i stifadəsi məqsədi ilə əldə etməsi, saxlaması və daşıması ilə bağlı qənaətlərinin iş materiallarında olan mövcud sübutlarla uzlaşmasına dəlalət edir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, apellyasiya instansiya məhkəməsi qərarında Məhkum cinayət əməlini kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-cı maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışdır. Odur ki, kollegiya apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkumun satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlaması, daşıması ha qqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda, dövlət ittihamçısının kassasiya protestində Məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, məhkəmələr tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan əməlləri (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edilməsini, saxlanmasını və daşınmasını) cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etmiş olduğu digər dəlillər də, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni və əsaslı qərarın ləğv edilməsini şərtləndirən əsaslı arqument kimi qəbul edilə bil məz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Bununla belə, aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müəyyən olunur ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın miqdarı- 0.329 qram təşkil etmiş və qeyd olunan miqdar 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə 1-ci siyahısının 12-ci bəndində göstərilən miqdar dan, yəni 5 qramdan az olmuşdur. İbtidai araşdırma zamanı Məhkum AR CM-nin 234.3-cü maddəsi ilə ittiham elan edilərkən narkotik vasitənin miqdarının şəxsin əməlinin tövsifi üçün əhəmiyyəti olmasa da, məhkəmələr tərəfindən məhkum edilmiş şəxsin əməli həmin maddədən AR CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi nəzərə alındıqda, qeyd olunan maddənin tərkibinin yaranması üçün narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması əsasdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri məhkum edilmiş şəxsin əməlini düzgün tövsif etsə də, göstərilən halı nəzərə almamışlar və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 0.329 qram marixuanaya münasibətdə də Məhkum əməlində cinayət tərkibinin olması qənaətinə gəlməklə, həmçinin sonuncunu qeyd olunan miqdarda narkotik vasitəyə görə təqsirli bilib cəzaandırmaqda haqlı olmamışlar. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası cinayət-prosessual qanunun 419.1-ci maddəsindən çıxış etməklə kassasiya protestinin dəlilləri ndən asılı olmayaraq Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı cinayət qanunu normalarının məhkəmələr tərəfindən nə cür tətbiq edildiyini yoxlayıb belə nəticəyə gəlir ki, Məhkum üzərində aşkar edilmiş təmiz çəkisi - 0.329 qram narkotik vasitə qurudulmuş marixuanaya görə təqsirli bilinib cəzalandırlması ilə bağlı müddəalar birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından xaric edilməlidir. Digər tərəfdən yuxarı qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiya məhkəməsinin qərarından Məhkum 0.329 qram narkotik vasitə qurudulmuş marixuanaya görə təqsirli bilinib cəzalandırlması ilə bağlı müddəaların xaric edilməsi hər bir halda sonuncu tərəfindən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəliliyinin azalmasına və bun unla da, Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsinə təsir edən amil kimi çıxış etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsinin razılaşdığı) azadlıqdan məhrum etmə cəzasının müddətini 2 ay azaldıb, ona 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında dəyişdirilməsinin əsası kimi cinayət-prosessual qanunun 416.1.6-cı maddəsində göstərilən müddəanı nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 26 aprel 2023-cü il tarixli qərarı yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 26 aprel 2023-cü il tarixli, 1(103)-898/2023 nömrəli qərarı dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsinin qərarından və Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(101)-1653/2022 nömrəli hökmündən Məhkum 0. 329 qram narkotik vasitə qurudulmuş marixuanaya görə təqsirli bilinib cəzalandırlması ilə bağlı müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1773/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1773/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver