Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1773/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213-1.2.1 və 21 31.2.3-cü maddələri ilə təqsirli bilinən Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 1(003)-150/2024 saylı hökmü ilə (Sədrlik edən hakim X6) xx xxxx 1984-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağcabədi şəhəri M.Ə.Sabir küçəsi ev 22-də qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri Qalibiyyə küçəsi ev 69 mənzil 75-də yaşayan, barəsində başqa ye rə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, Məhkum təyin edilmiş sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə min ənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut olub İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanca verilmiş – Məhkum götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 250 qutu “Heets amber selestion”, 240 qutu “Heets bronze selection”, 240 qutu “Heets gold selestion”, 9 qutu “Heets slate selestion” markalı elektron siqaretlərin və 47 qutu “Chapman gold”, 568 qutu “Chapman red” markalı siqaretlərin hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə keçirilməsi hökm edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı şəhər Xə zər Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilərək Məhkum oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 1(003)-150/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 25 aprel 2024-cü il tarixdən hesablanması, Məhkum məhkəmə iclas zalından dərhal həbs edilməsi, Məhkum cəzaçəkmə müəssisəsinə etap olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Verilmiş ittihama əsas ən, Məhkum 13 iyun 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhərində olduğu vaxt Rusiya Federasiyasının Moskva şəhərində yaşayan tanışı Azərbaycan Respublikasının və Rusiya Federasiyasının vətəndaşı X7 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə külli miqdarda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarını əldə edib satış məqsədilə saxlama, Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşımaqla ölkə daxilində satışını həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib razılaşmış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü X16 Federasiyasında istintaqla müəyyən edilməmiş mənbədən tamah niyyəti ilə qəsdən 1 qutusunun qiyməti 7 manat təşkil edən 1820 manat dəyərində 260 qutu “Heets amber selection”, 1 qutusunun qiyməti 7 manat təşkil edən 1750 manat dəyərində 250 qutu “Heets brozne selection”, 1 qutusunun qiyməti 7 manat təşkil edən 1750 manat dəyərində 250 qutu “Heets gold selection”, 1 qutusunun qiyməti 7 manat təşkil edən 70 manat dəyərində 10 qutu “Heets state selection” markalı elektron siqaret və 1 qutusunun qiyməti 6 manat təşkil edən 300 manat dəyərində 50 qutu “Chapman gold”, 1 qutusunun qiyməti 6 manat təşkil edən 3588 manat dəyərində 598 qutu “Chapman red” markalı olmaqla, külli miqdarda, ümumilikdə 9278 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarını əldə etmiş, həmin tütün məmulatlarını sellofan torbalara yığaraq saxlamış, Moskva-Bakı aviareysi ilə gələrkən X9 Aeroportunun gözləmə zalında ona (Məhkumna) təhvil vermək üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşımış, 13 iyun 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən X9 Aeroportunda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Terminal-1 X13" gömrük postunda “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük zonasını tərk edərkən daxil olmuş əməliyyat məlumatı əsasında HNBGİ-nin əməkdaşları tərəfindən saxlanılmış və müşayiət etdiyi əl yüklərinə gömrük nəzarəti qaydasında baxış keçirilməsi üçün yoxlama otağına dəvət edilmiş, lakin Cavid Verdiyev məsuliyyətdən yayınmaq məqsədilə əl yüklərini orada qoyub gömrük zonasını tərk edərkən gömrük əməkdaşları tərəfindən Hava Limanının çıxışında saxlanılaraq gözləmə zalında onu gözləyən Məhkum ilə birlikdə yenidən gömrük yoxlama otağına gətirilmiş və hər ikisinin iştirakı ilə Cavid Verdiyevin müşayiət etdiyi əl yüklərinə keçirilmiş yoxlama zamanı qeyd edilən tütün məmulatları aşkar edilərək onlardan götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ona elan olun muş Azərbaycan Respublikası CM-nin 213-1.2.1 və 213-1.2.3- cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin may ayında 3 epizod üzrə aksiz markası ilə markalanmamış tütün məmulatlarını satış məqsədilə Hava Nəqliyyatında Baş Gömrük idarəsindən keçməklə Azərbaycan Respublikasına gətirdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2 və 213- 1.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş X4 təxminən 7 il bundan əvvəl Rusiya Federasiyasında olarkən tanımış, onunla münasibətləri yaranmışdır. 2023-cü ilin iyun ayının əvvəllərində Cavid ona Rusiyadan Azərbaycan Respublikasına satmaq üçün aksizsiz siqaret gətirmək istədiyini bildirmiş, həmin siqaretlərin Azərbaycan Respublikasında satmaqda köməklik etməsini ondan xahiş etmiş, o da Cavidə həmin aksizsiz siqaretləri gömrükdən keçirəcəyi təqdirdə həmin siqaretləri sata biləcəyini demişdir. Cavid onun siqaret satışı ilə məşğul olduğunu bildiyinə görə ona belə bir təklif etmiş, o da aksizsiz siqaretləri satmaqla gəlir əldə etmək məqsədi ilə onunla razılaşmışdır. 2023-cü ilin iyun ayının 13-də saat 1 radələrində X14 Rusiya Federasiyasından gəlməyini gözləmiş, orada Cavidin istifadəsində olan +**********1 nömrəsindən istifadəsində olan 050- ***-**-** nömrəyə “WhatsApp*1 proqramı vasitəsi ilə zəng edərək siqaretlərin olduğu əl arabasını çıxarmağa qorxduğunu bildirmiş və daha sonra öz şəxsi əşyaları ilə birlikdə Hava Limanından çıxmışdır. Həmin vaxt Hava Limanının çıxışında olan Orxan adlı taksi (əlaqə nömrəsi: ***-***-**-**) sürücüsünün nəqliyyat vasitəsinə Cavidin əl yükünü yerləşdirmişlər və o, Cavidə siqaretlərin olduğu əl yükünün götürülməsi üçün gömrük zonasına daxil olmasını bildirmiş, daha sonra Cavidin gömrük zonasına daxil olması üçün onunla birlikdə “AZAL’Mn baqaj-axtarış sistemi üzrə nəzarət buraxılış məntəqəsinə yaxınlaşmışdır. Orada olan “AZAL’Mn əməkdaşı ilkin olaraq Cavidin NBM sistemindən keçməsinə icazə verməmiş, bunun üçün onun məlumat mərkəzinə yaxınlaşmasını bildirmişdir. Cavid “AZAL’Mn məlumat mərkəzinə yaxınlaşaraq orada yerləşən xanımlara ona məxsus olan baqajın gömrük zonasında qaldığını bildirmiş, onlar da Cavidi NBM-ə göndərmişlər. “AZAL’'-ın əməkdaşı ilə birlikdə gömrük zonasına daxil olmuş, gömrük zonasında olarkən Cavid 30 dəqiqə ərzində onunla əlaqə saxlayaraq gömrük əməkdaşlarının olduğunu bildirmiş və əl yükündə olan aksi zsiz siqaretlərin tutula biləcəyindən ehtiyat etmiş, lakin daha sonra həmin aksizsiz siqaretlərin olduğu yükü '‘Yaşıl Kanaldan keçirərkən gömrük əməkdaşı tərəfindən saxlanılmışdır. Cavid yükü orada qoyaraq qaçmağa cəhd göstərmiş, o, isə Cavidlə əlaqə saxlayaraq qaçmamağı, hər bir halda gömrük əməkdaşları tərəfindən saxlanılacağını ona bildirmişdir. Gömrük əməkdaşları Cavidi saxlayaraq yoxlama otağına aparmışlar, bir müddət sonra gömrük əməkdaşları ona yaxınlaşaraq onu da yoxlama otağına dəvət etmişlər və onun, Cavidin və hal şahidlərinin iştirakı ilə əl yükünə baxış keçirilmişdir. Yoxlama zamanı Cavidin əl yükü kimi gətirdiyi üzərində “Хлеб1' sözü yazılmış parça torbadan 1 blok (10 qutu) “Heets Bronze selection11 markalı, 1 blok (10 qutu) “Heets Slate selection11 markalı elektron siqaret, 11 blok (110 qutu) və 8 qutu “Chapman red11 markalı siqaret, əl yükü kimi gətirdiyi üzərində “Heets1" sözü yazılmış karton qutunun içərisindən 26 blok (260 qutu) “Heets amber selection1' markalı, 24 blok (240 qutu) '‘Heets Bronze selection1' markalı, 25 blok (250 qutu) “Heets gold selection11 markalı elektron siqaret, əl yükü kimi gətirdiyi üzərində “Heets1' sözü yazılmış digər karton qutunun içərisindən 35 blok (350 qutu) “Chapman red11 markalı və 5 blok (50 qutu) “Chapman gold11 markalı siqaret, əl yükü kimi gətirdiyi göy rəngli bel çantasından isə 13 blok (130 qutu) “Chapman red11 markalı siqaret aşkar olunmuşdur. Həmin siqaretləri gömrük əməkdaşları protokol əsasında götürmüşlər. Bu zaman o, Hava limanının çıxışında onları gözləyən Cavidə məxsus əl yükünün olduğu taksi sürücüsü Orxan a zəng edərək onun və Cavidin işi olduğunu, həmin yükü öz evinə aparmağı və daha sonra ondan götürəcəyini bildirmişdir. Gömrükdən çıxdıqdan sonra həmin yükü Cavidlə birlikdə Orxandan götürmüşdür. 1-ci əl arabasında Cavidə məxsus şəxsi əşyalar, kolbasa, ikra və qida məhsulu olmuş, həmin yükü də Cavid toy mərasimində istifadə edilməsi üçün tanımadığı tanışına göndərmişdir. Onu da bildirir ki, Cavidlə tutulduqları təqdirdə eyni məzmunlu izahat vermək barədə əvvəlcədən razılaşmış, Cavid isə ondan tutulduğu tədqirdə bilet puluna görə tanımadığı şəxsin əl yüklərini ona verdiyini və siqaretlərin onun özünə, yəni Məhkum aid olmasını qeyd etməsini xahiş etmiş, o da bu səbəblə Cavidin məsuliyyətdən yayınması üçün uydurma ad olaraq Andrey adından istifadə etmiş, 5 il əvvəl Rusiyada istifadə etdiyi +* *********6 nömrəsinin guya Andrey adlı şəxsə məxsus olmasını qeyd etmişdir. Cavid hadisədən sonra məsuliyyətdən yayınaraq Rusiya Federasiyasına qaçmış və onun zənglərinə cavab verməmişdir. Törətdiyi əməlindən peşmandır, qara ciyəri xəstə olduğuna görə müalicə olunur, himayəsində yetkinlik yaşma çatmayan iki uşağı vardır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmələrdə səmimi işin hallarına uyğun ifadələr verərək əməlindən peşman olduğunu bildirmişdir. Məhz bu və digər hallara görə də 1-ci instansiya məhkəmsİ ona cəzasını şərti olaraq təyin etmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə Məhkum törətdiyi əməlini etiraf edərək peşmançılıq çəkməsi, qara ciyərinin xəstəliyi ilə əla qədar müalicə olunması, himayəsində yetkinlik yaşma çatmayan İki uşağının olması, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsi kimi hallan cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, əsaslı olaraq Məhkum cəza çəkmədən də islah oluna biləcəyi barədə nəticəyə gələrək, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiya məkhəməsinin qərarının dəyişdirilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə Məhkum barəsində cəzanın şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası mə hkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində məhkuma birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən ədalətli və qanuni qərar qəbul edilmiş, apellyasiya məhkəməsində cinayət işinə baxılarkən yüngülləşdirici halları nəzərə almadan əsasız olaraq məhkuma təyin edilmiş CM-in 70 maddəsinin hökmdən xaric edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsində məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu mürac iətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin t örədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Re spublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayət törətmiş şəxsin törətdiyi əməlini etiraf edərək peşmançılıq çəkməsi, qara ciyərinin xəstəliyi ilə əlaqədar müalicə olunması, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olması, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsi isə Cinayət Məcəlləsinin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə görə cəzanı yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən CM-in 59.1.8, 59.1.10-59.13-cü maddələrinin hər hansı birində göstərilən bütün hallar mövcud olduqda, cəzanı ağırlaşdıran hallar isə olmadıqda, təyin olunan cəzanın müddəti v ə ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu h alında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmündən və həmin hök mü cəza hissəsində dəyişdirmiş apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum irəli sürülmüş ittihamın mahiyyətindən məlum olur ki, Məhkum qabaqcadan əlbir olduğu Cavid Vediyev 13 iyun 2023-cıi il tarixdə, saat 01 radələrində X9 Aeroportunda Gömrük əməkdaşları tərəfindən nəzarət qaydasında yüklərinə baxış keçirilməsi üçün yoxlama otağına dəvət edilmiş, lakin Cavid Verdiyev məsuliyyətdən yayınmaq məqsədilə əl yüklərini orada qoyub gömrük zonasını tərk edərkən gömrük əməkdaşları tərəfindən Hava Limanının çıxışında saxlanılaraq gözləmə zalında onu gözləyən Məhkum ilə birlikdə yenidən gömrük yoxlama otağına gətirilmiş və hər ikisinin iştirakı ilə Cavid Verdiyevin müşayiət etdiyi əl yüklərinə keçirilmiş yoxlama zamanı qeyd edilən tütün məmulatları aşkar edilərək onlardan gö türülmüşdür. Məhkum törətdiyi həmin əmələ görə cinayət qanununun 213-1.2.1 və 213-1.2.3-cü maddələrinin müəyyən etdiyi məhrumiyyət Azərbaycan Respublikasının Cinayət Məcəlləsində beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, qara ciyərinin xəstəliyi ilə əlaqədar müalicə olunması, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olması, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunması – şəxsiyyətini səciyyələndirən hallar, törətdiyi əməldən səmimi peşman olması isə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin təqsirkarın şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hallara və cəzanı ağırlaşdıran halların olmamasına dair nəticələri ilə apellyasiya məhkəməsi də razılaşmışdır. Məhkum əməlindən səmimi peşman olması onun gercəkdən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, cinayətin ictimai-təhlükəliliyini düzgün dəyərləndirdiyini əks etdirir və birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş digər cəzanı yüngülləşdirən və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah oluna biləcəyinə inam yaradırlar. Məhkəmə kollegiyası Məhkum məhkəməyədək icraatın əvvəlindən hökm çıxarıldığı günədək həbslə bağlı olmayan qətimkan tədbiri (başqa yerə getməmək haqqında ilti zam) altında olmasını, bu tədbirin şərtlərinə əməl etməklə, icraatı aparan orqanların, o cümlədən məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gəlməsini bu cür inamı möhkəmləndirən xüsusat kimi qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növünün təyin edilməsini əsaslı saysa da, məhkumun cəza çəkmədən də islah olunması mümkündür və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi məqsədəmüvafiqdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin nəzərdə tutduğu şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olması haqqında nəticəyə gəlir. Belə ki, şərti məhkum etmənin tətbiqi üz rə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcud olması haqqında nəticəyə gə lir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətin təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4 -cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal həbsdən azad edilsin. Sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın icrası Məhkum yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1773/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1773/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver