Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1775/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər: İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) Məhkum - xx.xx.1983-cü il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Tovuz rayon Məhkəməsinin 29.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətin ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 263-1.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 24.10.2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, yol hərəkəti qaydalarını pozaraq avtomobili idarə etmə hüququ olmadan, sərxoş vəziyyətdə avtomobili idarə edərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törədib, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 13 oktyabr 2019-cu il tarixdə saat 22:24 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili idarə etmək hüququ ol madan, alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi, avtomobilin qeydiyyat şəhadətnaməsi ilə X8 məxsus Toyota land Gruiser-Prado markalı **-FJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Tovuz şəhəri, Heydər Əliyev adına prospektdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən diqqətini tam dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillərlə hərəkətin təhlükəsizliyini təmin edən lazımi ara məsafəsi saxlayaraq hərəkət etməli, yaxud da hərəkətin təhlükəsizliyini təmin edərək, ötüb keçməli olduğu halda Qanunun bu tələblərinə pozaraq, Tovuz şəhəri, H.Əliyev prospepkti ilə Qazax rayon istiqamətinə görə yolun sağ tərəfi ilə hərəkətdə ola n X7 idarə etdiyi «Muravey» markalı dövlət qeydiyyat nömrəsi olmayan motorellerin arxa tərəfindən vuraraq aşırmış, zərbənin təsirindən X7 yolun sağ kənarında dayanmış vəziyyətdə olan X5 məxsus «VAZ-2106» markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobilin arxa şüşəsinə dəyərək yerə yıxılmış, nəticədə X7 başın ağır küt travması, qapalı kəllə beyin travması, baş beyin əzilməsi, beyinə qansızma, sol gicgah sümüyünün və kəllə əsasının xətti sınığı ilə müşayət edilən həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, zərərçəkmiş şəxslər X8 məxsus Toyota land Gruiser-Prado markalı **-FJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 2050 (iki min əlli) manat və X5 məxsus «VAZ-2106» markalı **-BO-*** dövlət q eydiyyat nişanlı avtomobilə isə 416 (dörd yüz on altı) manat dəyərində maddi zərər vurub, Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkmiş şəxsə yardım göstərməli, hadisə barədə müvafiq orqanlara xəbər verməli olduğu halda, Qanunun bu tələbini də pozaraq, hadisə yerindən qaçmaqla, ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər:Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 08 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. G əncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, himayəsində epilepsiya xəstəliyi olan azyaşlı uşaq olması, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmaması onun cəzanı yüngülləşdirən hallardır. Bu halları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüq uqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərb aycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkum himayəsində epilepsiya xəstəliyi olan azyaşlı uşaq olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işi üzrə sübutların toplanması, məhkəmə iclasında tədqiq edilib qiymətləndirilməsi za manı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinin pozulması hallarına yol verilməmiş, sübutların mümkünsüzlüyü müəyyən edilməmiş, toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində ona dəymiş ziyanın könüllü olaraq qismən ödəməsini Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən cəzanı yün gülləşdirilən hallar kimi qeyd etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, Məhkum təqsirli bilindiyi hər iki madələrlə təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsi ilə müə yyən edilmiş həddən aşağıdır. Başqa sözlə həmin qanunun tələbi pozulmamışdır. Eyni zamanda Məhkum təyin edilmiş cəzanın başqa əsaslarla yüngülləşdirilməsi üçün qanuni əsasların mövcudluğu cinayət işinin materiallarından müəyyən edilməmişdir. Ona görə də düzgün olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Kassasiya şikayətinin təmin edilməsi və məhkumun cəzasının yüngülləşdirilməsi üçün başqa qanuni əsasların mövcudluğu müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsas ən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1775/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1775/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver