Məhkəmə qərarları › İş №1(102)-1775/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1775/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1775/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi i lə təqsirli bilinib məhkum olunmuş Məhkum Bürhan oğlunun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-990/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə), xx xxxxxxx 1990-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Masallı şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisə sində cəza çəkən Məhkum Bürhan oğlu, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 1(99)-365/18 saylı hökmü ilə təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 1(106)-123/2019 saylı qərarı ilə 06 (altı) ilə endirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(102)-645/2021 saylı qərarı ilə 05 (beş) il 06 (altı) aya endirilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan 16 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən Məhkum Bürhan oğlu və müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-492/2024 saylı 22 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-990/2023 nömrəli, 19 dekabr 2023-cü il tar ixli hökmü dəyişdirilərək, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti il 07 (yeddi) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 1(99)365/18 saylı hökmü ilə təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 1(106)123/2019 saylı qərarı ilə 06 (altı) ilə endirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(102)-645/2021 saylı qərarı ilə 05 (beş) il 06 (altı) aya endirilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci ma ddəsinə əsasən hazırki qərarla təyin edilmiş 07 (yeddi) il, 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirməklə, Məhkum qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum təqsirləndirilir ona görə ki, o məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Dəyyanov X6 Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2. 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Şirvan Apellyasiya Mə hkəməsinin 12 fevral 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasının 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2021 -ci il tarixli qərarı ilə Məhkum aid hissədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilərək yekun qərarlardan Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasəncinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilərək apellyasiya instansiyası məhkəməsinin 12 fevral 2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 234.4. 1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətdə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 36,90 qram çəkidə narkotik vasitə heroin, 17,143 qram çəkidə narkotik vasitə tiryək, 31,5 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Məhkum 16 sentyabr 2022-ci il tarixdə saat 22:30-da ünvan 3 ünvanın qarşı sında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan idman gödəkçəsinin sol iç cibindən 01 ədəd bükümdə külli miqdarda 36,90 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə 17,143 qram çəkidə narkotik vasitə tiryək və 01 ədəd bükümdə külli miqdarda 31,5 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından məhkum dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə göstərmişdir ki, Məhkəmə kollegiyasını n qənaətinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin olunarkən, ədalət prinsipinin tələblərini pozmuş, cəzanın ailəsinə təsirini, cəzanı yüngülləşdirən halı kifayət qədər nəzərə almamışdır, (qərarın 9-cu vərəqinin 7-ci abzası) Cinayət kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğun deyil. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 5, 7, 8 və 9-cu maddələrində nəzərdə tutulmuş qanunvericiliyinin əsas prinsiplərinin tələbləri nəzərə alınaraq Məhkum birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalət prinsipi naminə azaldılmalıdır, (qərarın 9-cu vərəqinin 8-ci abzası) Məhkəmə kollegiyasının qərarı ilə işin müəyyən edilmiş faktiki halları eləcə də, Məhkum əməllərinin hüquqi tövsifi mübahisə doğurmasa da, hesab edirəm ki, aşağıda şərh edilən dəlillərə əsasən cəza təyininə dair hissədə cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya məhkəməsinin Məhkum təyin edilmiş cəzanın müddətini “ədalət prinsipi naminə” endirməsinə baxmayaraq, həmin prinsipin qəbul edilmiş qərarda nədə ifadə olunmasını müəyyən etmək mümkün deyil. Əksinə hökmdən və cinayət işi materiallarından müəyyən olunur ki, Dəyyanov X6 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri İlə təqsirli bilinib, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 5 il 6 ay, CM-nin 234.4.1 və, 234.4.3-cü maddələri ilə 7 il 6 ay, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 20 may 2018-cİ il tarixdən hesablanmış, barəsində narkomaniyadan müalicə olunması, üçün tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 il 6 aydan 5 il 6 aya endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə ona CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən topla nılmaqla qəti olaraq 6 İl müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 32.5,206.3.2-ci maddəsi üzrə icraata CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və CM- nin 66.3-cü maddəsinə dair müddəalar xaric edilmiş, Məhkum Üzərində yalnız apellyasiyg instansiyası məhkəməsi tərəfindən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Məhkum cəzasının çəkilməmiş 1 il 5 ay 6 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, cəzasının çəkilməmiş hissəsi 1 il 2 ay 4 gün təşkil edir. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Məhkumluğu ödənilməmişdir və onun əməlində cinayətlərin təhlükəli residivi var.. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Sadalanmış normalardan göründüyü k imi Məcəllənin 65.2-ci maddəsinə əsasən residivin hansı növünün yarandığı aydınlaşdırılır və 58-ci maddəyə əsasən cəza fərdiləşdirilərkən residivin növü ilə əlaqədar sanksiya hüdudunda təyin ediləcək cəzanın hədlərinə dair qanunun göstərişi nəzərə alınır. Yuxarıda göstərilənlərə və cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının təyin edilmiş cəza hissəsində ləğv edilərək yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edi lməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək apellyasiya məhkəməsində yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət i ttihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, yalnız məhkuma cəzanın təyin edilməsi zamanı cinayət qanununun normalarının düzgün tətbiq olunmaması mübahisə edilir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum Bürhan oğluna Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab e dir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin, ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq v ə ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Lakin məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin Məhkum Bürhan oğluna təyin etdiyi cəzanın həddi ilə əsasız olduğundan razılaşmır və aşağıdakıları qeyd etməyi lazım bilir: Hökmdən və cinayət işi materiallarından müəyyən olunur ki, Məhkum CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 1(99) -365/18 saylı hökmü ilə təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 1(106)-123/2019 saylı qərarı ilə 06 (altı) ilə endirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(102)-645/2021 saylı qərarı ilə 05 (beş) il 06 (altı) aya endirilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan 16 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həb s” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Məhkumluğu ödənilməmişdir və onun əməlində cinayətlərin təhlükəli residivi var. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq m addəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Sadalanmış normalardan göründüyü kimi Məcəllənin 65.2-ci maddəsinə əsasən residivin hansı növünün yarandığı aydınlaşdırılır və 58-ci maddəyə əsasən cəza fərdiləşdirilərkən residivin növü ilə əlaqədar sanksiya hüdudunda təyin ediləcək cəzanın hədlərinə dair qanunun göstərişi nəzərə alınır. Cinayət qanunvericiliyinin tələbləri baxımından şəxsin əməlində residivin olması onun şəxsiyyətinin təhlükəliliyinin yüksək olması haqda nəticə çıxarmağa və sonuncuya təqsirli bilindiyi yeni əməlinin sanksiya hüdudunda təyin ediləcək cəzanın həddinə (ağırlaşdırılmasına) təsir edən amil kimi çıxış edir. Apellyasiya instansiyası məhkəməsinin qərarında məhkəmənin birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngüll əşdirən yəni 2-ci dərəcəli əlil olması halından əlavə hər hansı bir cəzanı yüngülləşdirən halı müəyyən etmədiyi (cinayətlərin təhlükəli residivi isə hökmdə CM-in 18.2.2 və 61.1.1-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hal kimi müəyyən olunduğu) vəziyyətdə, müstəsna olaraq Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin, habelə cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının məzmununu sadəcə təkrarlayıb Məhkum cəzasını azaltmaqla bu məsələ üzrə gəldiyi nəticəni aydın şəkildə izah etməmiş, yəni bu hissədə hökmün dəyişdirilməli olmasına dair qənaətini CPM-İn 399.1.5, 404-cü maddələrinin tələbləri baxımından əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxslər barəsində bu və ya digər cəza tədbiri seçilərkən ilk növbədə bunun əsasla rını nəzərdə tutan cinayət qanunvericiliyinin normaları və işin halları rəhbər tutmalıdırlar. İndi ki, halda apellyasiya məhkəməsinin Məhkum təyin olunmuş cəzanın yüngülləşdirməsinin əsasını yuxarıda sadalanmış cəzanın yüngülləşdiriməsi üçün əsas olmuş hansı maddi hüquq normalarının çıxış etdiyini müəyyən etmək mümkün deyil. Əməlində cinayətlərin təhlükəli residivi olduğundan Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasından az cəza təyin edilə bilməzdi. Qeyd olunanlar nəzərə alınmaqla apellyasiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası cinayət qanunun normasının düzgün tətbiq edilməməsi ilə yanaşı, qanunun tələblərinə uyğun ədalətli cəza hesab edilə bilməz. Apellyasiya mə hkəməsinin qərarında hüquqi izahı olmayan, ümumi sözlərlə ifadə olunmuş mövqeyi cinayət və cinayət-prosessual qanunun tətbiqi baxımından qeyrimüəyyənlik yaradır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfində n cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forma sı, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında apellyasiya icraatına dair cinayət qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum Bürhan oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-492/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar