Məhkəmə qərarları › İş №1(102)-1776/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1776/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1776/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-96/2022 nömrəli, 02 iyun 2022-ci nömrəli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Bəraət almış şəxs X7 18 may 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 3. 15 noyabr 2020-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 177.2.2, 177.2.3 və 234.1-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, 24 sentyabr 2019-cu i l tarixdə, gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, 72 Z ünvanında yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin qapısının kilidini sındırmaqla evə daxil olub oradan dəyəri 30 manat təşkil edən 01 ədəd elektrik dəmir kəsən aparatı, dəyəri 60 manat təşkil edən 01 ədəd elektrik yerdeşən aparatı, dəyəri 230 manat təşkil edən 01 ədəd “Almaz” markalı elektrik yerdeşən aparatı, dəyəri 50 manat təşkil edən 01 ədəd elektrik taxta kəsən aparatı, dəyəri 150 manat təşkil edən 01 ədəd elektrik fiqurlu taxta kəsən aparatı, dəyəri 30 manat təşkil edən 01 ədəd qapı selektor rabitəsi düyməsini, hər bir metrinin dəyəri 0,35 manat təşkil edən 175 manat dəyərində 500 metr uzunluğund a 2,5 mm-lik mis tərkibli elektrik naqilini, hər bir metrinin dəyəri 0,28 manat təşkil edən 55 manat dəyərində 200 metr uzunluğunda telefon naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 780 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum təkrarən 18 yanvar 2020-ci il tarixdə, gecə saat 05 radələrində X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsində yerləşən yaşayış sahəsi olan fərdi tikili olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin pəncərəsini itələyib açmaqla evə daxil olub oradan hər bir metrinin dəyəri 2,5 manat təşkil edən 1000 manat dəyərində 400 metr uzunluğunda divarda çəkilmiş vəziyyətdə olan elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş X4 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum təkrarən 23 yanvar 2020-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Pioner” düşərgəsində yerləşən yaşayış sahəsi olan fərdi tikili olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub evin açıq qapısından evə daxil olmaqla oradan dəyəri 180 manat təşkil edən 01 ədəd kişi paltosunu, dəyəri 120 manat təşkil edən 01 ədəd qadın gödəkcəsini, dəyəri 180 manat təşkil edən 01 ədəd kişi ayaqqabısını, dəyəri 40 manat təşkil edən 01 ədəd qadın ayaqqabısını, dəyəri 80 manat təşkil edən 01 ədəd qadın qış ayaqqabısını və 120 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 720 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum 04 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsinin mərkəzində X2 15 manat müqabilində əldə edərək özündə saxlayıb Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Grandmart” supermarketin qarşısına daşımış və 05 sentyabr 2020-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Grandmart” supermarketin qarşısında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilərək şübhəli şəxs qismində tutulmuş və orada olan inzibati otaqların birində onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siq aretin qızılı rəngli kağızına bükülmüş ümumi xalis çəkisi 0,237 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

4. Həmçinin, həmin ittiham aktına görə X5 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 04 sentyabr 2020-ci il tarixdə, saat 16 radələrində narkotik vasitəni satış məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan “Fikrət” adlı şəxsdən qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 25 manata əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində Məhkum həmin narkotik vasitə olan heroinin bir hissəsini, yəni 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, xalis çəkisi 0,237 qram olan narkotik vasitə heroini 15 manata satmış, 05 sentyabr 2020-ci il tarixdə, saat 18:40 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanının qarşısında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilərək şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2020-ci il tarixdə A.T.Abdullayevin ünvan 5 ünvanında yerləşən evində axtarış və götürmə keçirilən zaman həmin evin qonaq otağında olan dolabın üst çəkməcəsindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, xalis çəkisi 0,180 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin otaqda olan divanın saxlanc yerindən üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd “inject” markalı şpris aşkar edilə rək götürülmüşdür. 5. 25 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və X7 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-69/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 05 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş, cinayə tin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilmişdir. X3 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

7. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-69/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə, X3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair yeni ittiham hökmü çıxarılmaqla onlara cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədl ərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti mahiyyətcə onunla əsaslandırılmışdır ki, məhkəmə X3 narkotik vasitənin satması ilə bağlı ittiham tərəfinin təqdim etdiyi, prosessual pozuntularla əldə edilmiş sübutları əsassız olaraq sübutlar siyahısından xaric etmiş, ibtidai istintaq orqanının səlahiyyətlərini üzərinə götürməmiş və ittihamın sübut etməsini təmin etməmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-96/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-69/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protest i vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərarını qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmişdir. Nəticədə, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri və X5 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə qanunsuz və əsassız olaraq bəraət verilmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-96/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliy i, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və bunun nəticəsi olaraq əsassız qərar qəbul edildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir. 17.Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-96/2022 nömrəli, 02 iyun 2022-ci nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmə ləri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda kobud prosessual pozuntularla əldə edilmiş sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbuledilməz hesab etməsinin hansı qanunvericilik normasına zidd olduğunu izah etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məh kəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq ətraflı əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət və mülki hüquq normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qər ar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

22. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-96/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-96/2022 nömrəli, 02 iyun 2022-ci nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar