Məhkəmə qərarları › İş №1(102)-1776/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1776/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1776/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 4 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-c ü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X16, X14 (məruzəçi) və X4 ibarət tərkibdə) 4 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1994-cü il tarixdə Ağdaş rayonunun Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Ağdaş rayonu Ləki qəsəbəsi Sabir küçəsi 20-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı tarixdən, yəni 4 mart 2022- ci il tarixdən hesablanmış, əlavə cəza kimi təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X13 və X5 ibarət tərkibdə) 13 may 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, zərərçəkm iş şəxslərin hüquqi varisləri X17 və X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(091)-5/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 06 fevral 2021-ci il tarixdə saat 23 radələrində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1 -ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə etməməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi "Mercedes-Benz C-180” markalı avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməmiş, alkoqollu içkilərdən qəbul edərək orta dərəcəli sərxoş halında etibarnamə olmadan idarə etdiyi boz rəngli **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı "Mercedes-Benz C-180” markalı avtomobillə Ağdaş-Ləki avtomobil yolunun 5-ci kilometrliyində Ləki qəsəbəsi istiqamətində maksimum icazə verilən hərəkət sürəti 70 km/saat olan yol şəraitində avtomobili 120-130 km/saat sürətlə idarə edib idarə etdiyi avtomobili əks hərəkət z olağına çıxartmış və avtomobilin qabaq sol hissəsi qarşıdan əks istiqamətdə öz yolu ilə hərəkətdə olan sürücü Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyatda olmaqla yaşayan xx.xx.1984-cü il təvəllüdlü X9 idarə etdiyi qırmızı rəngli VAZ-2107 markalı avtomobillə toqquşmuş, nəticədə VAZ-2107 markalı avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyatda olmaqla yaşayan xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol mil və dirsək sümüklərinin açıq yerdəyişmiş sınıqları, sol İ-N-NMV dişlərin sınıb düşməsi, hər iki əng sümüyünün, burun sümüyünün sınıqları, hər iki göz qapaqlarının yaraları kimi ehtiyatsızlıqdan az ağır xəsarətlər almasına, həmçinin, VAZ-2107 markalı avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyatda olmaqla yaşayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol əng sümüyünün sınığı, alın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və dərialtı hematoması, (şişkinliyi), sol üst göz qapağının yarası, sol gözətrafı nahiyənin,sol almacıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi kimi ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, "Mercedes-Benz C180” markalı avtomobilin qabaq hissəsində əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün başının böyük burmasının yerdəyişmiş sınığı, sağ bazu oynağının çıxığı, üzün sıyrıqları kimi ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, VAZ2107 markalı avtomobildə olan sürücüsü X11 boyun fəqərələrinin sınığı, başın alın nahiyəsinin yumşaq qatının iç səthinə qansızma, burun sümüklərinin sınığı, sağ bazu sümüyünün aşağı 1/3-nin, sol baldır sümüklərinin aşağı 1 \3-nin qapalı sınıqları, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin iç səthinin geniş yaraları, döş qəfəsinin sağ ön aşağı nahiyəsinin, sağ qarın nahiyəsinə keçən sıyrığı, sol baldırın orta 1/3-nin ön səthinin sıyrığı, sol qabırğaaltı nahiyənin sıyrığı, alın nahiyəsinin qançırı kimi sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, avtomobilin qabaq hissəsində əyləşmiş sərnişin Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyat olmaqla yaşayan xx.xx.1961-ci il təvəllüdlü X10 ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə ənsə nahiyəsinə qansızma, ənsə nahiyəsinin yarası, sol said s ümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, sağ said sümüklərinin aşağı 1/3-nin açıq sınığı, sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı, başın ənsə nahiyəsinin yarası, sağ budun aşağı 1/3-nin ön səthinin, sağ diz oynağının ön səthinin, sağ çiyin nahiyəsinin, çənəaltı nahiyənin, sol körpücükaltı nahiyənin, sol baldırın orta 1/3-nin ön səthinin sıyrıqları kimi sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyat olmaqla yaşayan xx.xx.2008-ci il təvəllüdlü X7 ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə alın təpə nahiyəsində qansızma, alın təpə nahiyəsinin qançırı, alt çənə sümüyünün sol bazu sümüyünün aşağı 1/3-nin, sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınıqları kimi sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, yəni, ehtiyatsızlıqdan 3 şəxsin ölümünə və 3 şəxsin az ağır xəsarətlər almasına səbəb olmuşdur. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, o, ağır cinayətin törədilməsində ittiham olunur, lakin ibtidai istintaq zamanı əldə olunan sübutlar məhkəmə istintaqında öz təsdiqini tapmamış, ehtimal edilən cinayət əməlinin tərəfindən törədilməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Cinayət işi üzrə ittiham əsas sübut olan Şahid1 və Zərərçəkmiş şəxs1 istintaq zamanı verdikləri ifadələr üzərində qurulmuş, hər iki şəxs məhkəmə zamanı ifadələrindən imtina etmişlər. Şahid1 məhkəmədə onun avtomobilinin qarşı hərəkət zolağına çıxmadığını, öz hərəkət zolağında olduğunu bildirmiş, halbuki ekspert rəyi avtomobilinin qarşı hərəkət zolağına çıxması üzərində qurulmuşdur. Şahid ifadələrinin təhlili onu göstərir ki, mərhum Seymur Əhmədov anidən onun yoluna çıxmışdır. Ekspert rəyi mötəbər sübut hesab edilə bilməz. Məhkəmə təkrar və əlavə ekspertiza təyin etmədən cinayət işi üzrə tam, hərtərəfli araşdırma aparmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Kassasiya şikayətində Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qə rar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə əlavədə bildirilmişdir ki, məhkəmələr onun şəxsiyyətinin səciyyələndirən və cəzasını yüngülləşdirən hallara hüquqi qiymət verməmişdir. Evlidir, himayəsində 2 azyaşlı uşağı var, ailənin yeganə qazanc gətirən şəxsidir, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Göstərdiyi şücaət və qəhrəmanlığa görə təltif edilmişdir. O, ehtiyatsızlıqdan törədilmiş cinayət hadisəsinin fəsadlarının qarşısını almağa çalışmış, hadisə yerini tərk etməmiş, hadisə nəticəsində xəsarət alan şəxslərə dərhal tibbi yardım göstərilməsini təşkil etmişdir. Yaşayış və iş yerindən müsbət xarakterizə olunur, zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışmışdır. Atası İİ Qarabağ müharibəsinin iştirakçısıdır, şəkərli diabet xəstəliyindən əziyyət şəkir, ürəyindən əməli yyat olunmuşdur. 53 yaşlı anası 2 dəfə ağır əməliyyat olunmuş və qulluğa ehtiyacı var. Yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığından müstəqil və sərbəst hərəkət edə bilmir. Kassasiya şikayətinə əlavədə cəzasını yüngülləşdirən qeyd edilən halların nəzərə alınmasını, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi və yeni baxışda məhkəmə istintaqının aparılması barədə göstəriş verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və ona əlavənin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin və ona əlavənin təmin olun maması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verər sə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı b ir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin və ona əlavənin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyası nın 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etm əli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmas ına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqı nda tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Kassasiya şikayətində və ona əlavədə məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsin əsassız ittiham edilməsi, məhkəmələr tərəfindən cəza təyin edilərkəh cəzanı yüngülləşdirən halların nəzərə alınmadığı iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, məhkum edilmiş şəxs Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cü mlədən onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrini n qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlə rə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdır ılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş hal da olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan əmələ görə cinayət məsuliyyəti nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutu lmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 07 saylı rəyindən görünür ki, X9 meyitində aşkar oluna xəsarətlər- boyun fəqərələrinin sınığı, başın alın nahiyəsinin yumşaq qatının iç səthinə qansızma, burun sümüklərinin sınığı, sağ bazu sümüyünün sınığı, aşağı 1/3-nin, sol baldır sümüklərinin aşağı 1 \3-nin qapalı sınıqları, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin iç səthinin geniş yaraları, döş qəfəsinin sağ ön aşağı nahiyəsinin, sağ qarın nahiyəsinə keçən sıyrığı, sol baldı rın orta 1/3-nin ön səthinin sıyrığı, sol qabırğaaltı nahiyənin sıyrığı, alın nahiyəsinin qançırı, küt alət təsirindən törənmiş törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X9 ölümünə səbəb boyun fəqərələrinin sınığı olmuşdur. X9 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X9 ölümü meyitin müayinəsindən ən azı 8, ən çoxu 12 saat əvvəl baş vermişdir. X9 meyitindən götürülən qanda 0, 84 promilli etil spirti aşkar olunmuşdur. Aşkar olunan bu miqdar etil spirti rəsmi cədvəli üzrə canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur; Məhkəmə-tibb ekspertizasının xx.xx. 2021-ci il tarixli 08 saylı rəyindən görünür ki, X8 meyitində aşkar olunan xəsarətlər - ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızma, başın yumşaq qatının iç səthinə ənsə nahiyəsinə qansızma, ənsə nahiyəsinin yarası, sol said sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, sağ said sümüklərinin aşağı 1/3-nin açıq sınığı, sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı, başın ənsə nahiyəsinin yarası, sağ budun aşağı 1/3-nin ön səthinin, sağ diz oynağının ön səthinin, sağ çiyin nahiyəsinin, çənəaltı nahiyənin, sol körpücükaltı nahiyənin, sol baldırın orta 1/3-nin ön səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər v uran xəsarətlərə aiddirlər. X8 ölümünə səbəb ağır qapalı kəllə beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X8 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X8 ölümü meyitin müayinəsindən ən azı 8 ən çoxu 14 saat əvvəl baş vermişdir; Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 09 saylı rəyindən görünür ki, X3 meyitində aşkar olunan xəsarətlər- ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə alın təpə nahiyəsində qansızma, alın təpə nahiyəsinin qançırı, alt çənə sümüyünün sol bazu sümüyünün aşağı 1/3-nin, sol bud sümüyünün aşağı 1/3-n in qapalı sınıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X3 ölümünə səbəb ağır qapalı kəllə beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəcəklərinə qansızmalar olmuşdur. X3 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol- nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X3 ölümü meyitin müayinəsindən ən azı 8 ən çoxu 16 saat əvvəl baş vermişdir; Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 149 saylı rəyindən görünür ki, Məhkum bədənində olan xəsarətlər- iki bud sümüyünün travmatik şokla müşahidə olunan çoxqəlpəli qapalı yerdəyişmiş sınıqları, sağ ayağın İ barmağının çıxığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərinə aiddirlər. Qeyd olunan xəsarətlər yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər; Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 150 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər - sol mil və dirsək sümüklərinin açıq yerdəyişmiş sınıqları, sol İ-M-İM-İV dişlərin sınıb düşməsi, hər iki əng sümüyünün, burun sümüyünün sınıqları, hər iki göz qapaqlarının yaraları küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol- nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər; Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 151 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər- sol əng sümüyünün sınığı, alın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və dərialtı hematoması, (şişkinliyi), sol üst göz qapağının yarası, sol gözətrafı nahiyənin, sol almacıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər; Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 152 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarətlər - sağ bazu sümüyünün başının böyük burmasının yerdəyişmiş sınığı, sağ bazu oynağının çıxığı, üzün sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər; Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2021-ci il 404/K saylı rəyindən görünür ki, Məhkum və Zərərçəkmiş şəxs3 qan nümunələrində etil spirtli aşkar edildi. Etil spirtinin qatılığı Məhkum qanında -1%, Zərərçəkmiş şəxs3 qanında -0,43%-dir; Məhkəmə yol-nəqiyyat hadisəsi ekspertizasının 16 may 2021-ci il 8/893 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Be nz C180 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İ.E.X22 C-180 markalı avtomobili sərxoş vəziyyətdə və hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 120-130 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1 -ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1 -ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırması” yol nişanının) tələblərinə uyğunsuzluq olmu şdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-2107 markalı **-DO-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.S.Əhmədov VAZ-2107 markalı avtomobili sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə və hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 80-90km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64 -cü maddəsinin 1 -ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur; 07 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Ağdaş- Ləki avtomobil yolunun 5-ci km-də yerləşməklə yolun hərəkət hissəsi düzdür. Örtüyün növü asfaltbetondur. Örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 8 metr, hərəkət zolaqlarının sayı 2 olmaqla hərəkət hissəsinin eni 4 metrdir. Hərəkət hissədə qırıq-qırıq xətt vardır. Hərəkət hissəyə sağdan və soldan ehtiyat hissə, sonra sağdam ağaclar və soldan boşluq və kolluq hissə birləşir. Yol işıqlandırılmamaqla sürücü yerindən faraların işığında görünüş məsafəsi uzaq işıqla 150 metr, yaxın işıqda 100 metr, gün işığında 200 metrdir. Toqquşan nəqliyyat vasitələrinin s ayı 2 olmaqla toqquşmadan əvvəl VAZ 2107 markalı avtomaşın Ağdaş şəhəri istiqamətinə, Mersedes markalı avtomaşın Ağdaş rayonu Ləki qəsəbəsi istiqamətində hərkətdə olmuşdur. Hadisə yerində üzü Ağdaş istiqamətinə gedəndə yarı hissəsi ağ xəttin üzərinə aşmış formada üzü əks hərəkət yoluna vAz 2107 markalı avtomaşın dayanmış, qabaq hissəsi həmin avtomaşına istiqamətlənmiş üzü Ləki qəsəbəsi tərəfə Mersedes markalı avtomaşın dayanmışdır. VAZ 2107 markalı avtomaşının qabaq hissəsi, Mersedes markallı avtomaşının isə sol qabaq hissəsi əzilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cinayət işinin birinci instansiya məhkəməsində araşdırlan sübutlarla əsaslanaraq Məhkum Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşır və məhkum edilmiş şəxsin baş vermiş yol nəqliyyat hadisəsində təqsirinini olmaması barədə kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki cinayət işi üzrə Məhkum təqsirli olub-olmamasını müəyyən edilməsi üçün ilk növbədə baş vermiş yol nəqliyyat hadisəsinin düzgün mexanizmi müəyyən edilməli, həmin mexanizmə əsasən əldə edilmiş məlumatlara əsasən sürücünün hadisənin qarşısını almaq üçün texniki imkana malik olub olmadığı araşdırılması zəruridir. Apellyasiya məhkəməsi haqlı olaraq iş üzrə sübutları araşdıraraq Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1 -ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və həmin maddələrin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olması barədə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmiş və Məhkum hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə etməməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi "Mercedes-Benz C-180” markalı avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək alkoqollu içkilərdən qəbul edərək or ta dərəcəli sərxoş halında etibarnamə olmadan idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan üç şəxsin ölümü və üç şəxsin az ağır xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olması barədə nəticəyə gələrkən ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq bir-birilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirmiş, hadisənin baş verdiyi şəraitdə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edi r ki, Məhkum əməlində ittiham olunduğu CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli olması apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin təl əblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-ol maması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinay ət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini t apan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması h alları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 263-1.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli olmaması barədə kassasiya şikayətinin dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanı n onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin məhkum edilmiş şəxsə cəza təyin edilərkən yüngülləşdirən halların nəzərə alınmaması barədə dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinə əlavədə göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinə əlavənin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğv edilərək Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti və ona əlavə təmin edilmədən, cinayət işi üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumfindən verilmiş kassasiya şikayəti və ona əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 263-1.4-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar