Məhkəmə qərarları › İş №1(102)-1776/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1776/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1776/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakları ilə, Məhkum Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə d air cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim Vüsal Tağıyev) 30 noyabr 2023-cü il tarixli hökmü ilə xx xxxxxxxx 1980-cı il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmuş, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il 6 (altı) ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 1(001)-72/2019 nömrəli hökmü ilə Məhkum olunduğu 2 (iki) il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş əsas və əlavə cəza ilə qismən toplanılmaqla, ona 2 (iki) il 6 (altı) ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqda n məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 1(001)-72/2019 nömrəli hökmü ilə Məhkum olunduğu 2 (iki) il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından əsas cəzanı tam çəkməsini nəzərə alaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə əlavə cəzasının çəkilmiş 1 (bir) il 8 (səkkiz) ay 1 (bir) günü hazırkı hökmlə təyin edilmiş əlavə cəzadan çıxılaraq, üzərində qəti olaraq 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə cəzasının əvvəlinin 6 iyul 2023cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın təmin edilməsi və mülki cavabdeh Məhkum 60.780,95 (altmış min yeddi yüz səksən manat doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 22 fevral 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı Məmmədov Eldar İmdad oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-12/2023 nömrəli 3 0 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 2hdud Məsuliyyətli Cəmiyyətində (VÖEN:**********) (bundan sonra MMC) özü faktiki rəhbər olarkən, həmin cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlaklarının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16,1,1, 16,1,3, 16,1,7, 53,1, 77,3, 78,1, 98, 101, 104, 105,1, 130,1, 130,2, 149, 218-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ya bəyannamə təqdim etməməklə, ümumilikdə xeyli miqdar təşkil edən, 60780,95 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, "xxxx" MMC-nin adından vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində 2017-ci ilin 2-ci rübü üzrə gəliri 353296,96 manat, ödənilməli sadələşdirilmiş vergini 14.131,88 manat göstərməli olduğu halda, bəyannamə təqdim etməyib, 10,71 manat ödəyərək, 14.121,1 7 manat sadələşdirilmiş vergi; 2017-ci il üzrə mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən gəliri 1.399.793,27 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 1.166.494,39 manat, əldə etdiyi mənfəəti 233.298,88 manat, həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 46.659,78 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 46.659,78 manat mənfəət vergisi olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 60.780,95 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının göstərdiyi mülahizə apellyasiya protestində mübahisələndirilən qaydada cinayət qanunu normasının tətbiqindən imtina olunması üçün əsas deyildir. B elə ki, iş materiallarından görünür ki, Məhkum Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü ilə CM-in 32.5,213.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 15 avqust 2018-ci il tarixdən hesablanmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli qərarı ilə 3 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Lakin məhkəmə CM-in 66.5-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 14 iyun 2022-ci il tarixli Qərarının tələblərini pozaraq, Məhkum CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edərkən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü ilə ona məhkum olunduğu 2 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından əsas cəzanı tam olaraq çəkilmiş cəza kimi hesab edib qəti cəza müddətinə hesablamış və Məhkum üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə əlavə cəzasının çəkilmiş 1 il 8 ay 1 günü hazırkı hökmlə təyin edilmiş əlavə cəzadan çıxılaraq, üzərində qəti olaraq 9 ay 29 gün müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi Məhkum ona təyin edilmiş 3 il 6 ay müddət ə azadlıqdan məhrum etmə cəzasını tam şəkildə çəkməmiş, o, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarı ilə 3 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Yəni Məhkum ona təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından faktiki olaraq 3 il 2 ay 20 gün azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Beləliklə də, Məhkum qəti cəza müddəti hesablanarkən yalnız çəkdiyi 3 il 2 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə alınmalı idi. Göründüyü kimi, məhkəmə tərəfindən CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin olunarkən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü ilə onun məhkum olunduğu 2 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etm ə cəzanın (halbuki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli qərarı ilə 3 ay 10 gün vaxtından əvvəl şərti azad olunması nəzərə alınmalı idi) yalnız çəkilmiş hissəsi nəzərə alınmaqla (yəni, 3 il 2 ay 20 gün) qəti cəza müddətinə hesablanmalı olduğu halda, CM-in 66.5-ci maddəsinin və Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyun 2022-ci il tarixli Qərarının tələbləri pozularaq, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2019cu il tarixli hökmü ilə ona təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası bütünlüklə qəti cəza müddətinə hesablanmaqla (çıxılmaqla) yanlışlığa yol verilmişdir. Halbuki, çəkilmiş cəza 3 il 6 av müddətə deyil, 3 il 2 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası olmuşdur. Lakin, qeyd olunan xüsusat cəza təyini zamanı əsas və əl avə cəzalara dair hissədə nəzərə alınmamış, beləliklə, Məhkum cəza təyini zamanı cinayət qanunu norması düzgün tətbiq edilməmiş, apellyasiya instansiya məhkəməsi isə həmin aşkar qanun pozuntusunu aradan qaldırmayaraq birinci instansiya məhkəməsinin yol verdiyi pozuntunu təkrarlanmışdır. Qeyd olunan aşkar qanun pozuntusu ümumilikdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının natamam olduğunu, qanun normasının tətbiqi ilə bağlı ittiham tərəfinin gətirdiyi dəlilin tədqiqindən əsassız olaraq imtina olunduğunu, yekunda düzgün olmayan qərar qəbul edildiyini göstərir. Qeyd etmək zəruridir ki, mübahisələndirilən oxşar hüquqi məsələ ilə bağlı artıq məhkəmə təcrübəsi də formalaşmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi X5 Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xx.xx.2023-cü il tarixli qərarında da, məsələyə hazırki protestdə mübahisələndirilən əsaslarla yanaşaraq apellyasiya protestini təmin etmiş və cinayət qanunu müddəalarına uyğun qərar qəbul etmişdir. Kassasiya protestində mübahisələndirilən qərarın ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə məhkumun, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən f aktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasə n Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi, ona təyin edilmiş cəza mübahisələndirilmir, təyin edilmiş qəti cəzanın düzgün müəyyən edilməməsi qeyd edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə da ir” 14 iyun 2022-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin tələblərindən görünür ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları əhatə etmə və ya toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Bu halda birinci hökmə əsasən tamamilə və ya qismən çəkilən cəza yeni cəza müddətinə hesablanır. Bu qayda tətbiq edilərkən cinayətlərin məcmusuna görə ikinci hökmlə təyin edilmiş cəzanın müd dəti və ya həcmi birinci hökmlə təyin edilmiş cəzadan az olmamalıdır. Əvvəlki hökmlə müəyyən edilmiş cəzanın çəkilmiş hissəsi yeni hökmə əsasən təyin edilən cəzanın müddətinə hesablanarkən cəzanın qəti müddətindən birinci hökm üzrə çəkilmiş cəzanın adi hesabla çıxılmasına yol verilmir. Bunun üçün yeni hökmlə təyin edilən qəti cəzanın icrası birinci hökmlə təyin edilmiş cəzanın icrasına başlanılmış olduğu gündən müəyyən edilir. CPM-in 353.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində digər məsələlərlə yanaşı, təqsirləndirilən şəxsə sübuta yetirilmiş hesab edilən hər bir cinayətə görə təyin edilmiş cəzanın növü və həddi; çəkilməli olan yekun cəza tədbiri; azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün müəyyən edilmiş cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növü; cəzaçəkmə müddətinin başlanğıcı da göstərilməlidir. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması cəza müddətinin axımını dayandırmadığından məhkumun cəzadan azad olduğu müddətin cəzaların toplanması zamanı nəzərə alınmaması məhkumun hüquqi vəziyyətini əsassız olaraq ağırlaşdırmış olardı. Çünki cəzadan şərti olaraq azad etmə zamanı məhkumun üzərinə vəzifələr qoyulduğundan onun bu hüquqi vəziyyəti cəzanı tam çəkib hüquqi nəticələr aradan qalxdıqdan sonrakı vəziyyəti ilə eyniləşdirilə bilməz. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Məhkum Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-c u il tarixli, 1(001)-72/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 3 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyindən belə məlum olur ki, qanunun aydın olması yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Həm Konstitusiyadan, həm də Konvensiyadan irəli gələn hər kəsin qanunsuz cəzalandırılmamaq hüququnun müstəsna əhəmiyyət i isə bu sahəyə aid cinayət-hüquqi qaydaların təfsirindən xüsusi dəqiqliyi və aydınlığı tələb edir (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarı). Nəzərə alınmalıdır ki, hüquq tətbiqedici tərəfindən qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 14 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda vurğulam ışdır ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini də pozmuş olar. Qeyd olunan prinsiplərə riayət olunması, bununla da cinayət prosesini həyata keçirə n orqanlar tərəfindən qarşıda duran vəzifələrin qanuna əsasən yerinə yetirilməsi cinayət mühakimə icraatının məqsədlərinə nail olunmasına xidmət etməklə, nəticədə hər kəsin hüquqlarının müdafiəsini də təmin etmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə CM-in 66.5-ci maddəsi ilə cəza təyin edərkən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın yalnız çəkilməmiş hissəsi tamamilə və ya qismən birləşdirilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmünə əsasən əsasən Məhkum təyin edilmiş əsas cəzanın çəkilməmiş hissəsini müəyyən edilərkən qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə qəti cəza müddətinin hesablanmasında səhvə yol verm işdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum CM-in 66.5-ci maddəsi ilə cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi zamanı qəti cəzanın müddəti düzgün müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına riayət edilməsini yoxlayarkən bu hala qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur, buna görə də kassasiya protesti təmin etməklə, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının kassasiya protestinə münasib ətdə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi məqsədəmüvafiqdir. Apellyasiya protesti üzrə yeni apellyasiya baxışı zamanı Məhkum Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş əsas cəzanın çəkilməmiş hissəsini müəyyən edərkən qanunvericiliyin tələblərinə riayət edilməklə yeni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar