Məhkəmə qərarları › İş №1(102)-1777/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1777/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1777/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs X6, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 28 fevral 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması və Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər X10 və X4 ibarət tərkibdə) 28 fevral 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1982-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Resp ublikasının vətəndaşı, azərbaycanlı, evli- himayəsində iki nəfər azyaşlı uşaqları olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 15 oktyabr 2014-cü il tarixdə şübhəli şəxs qismində tutulub 17 oktyabr 2014-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 03 iyun 2017-ci il tarixdə tutulub 05 iyun 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə 11 iyul 2017-ci il tarixədək həbsdə və 11 iyul 2017-ci il tarixədə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edi lməklə 19 avqust 2017-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 2 (iki) ay 16 (on altı) gün, 21 sentyabr 2020-ci il tarixdə tutulub 23 sentyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmünün çıxarıldığı 28 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 5 (beş) ay 7 (yeddi) gün - cəmi 1 (bir) il 7 (yeddi) ay 25 (iyirmi beş) gün ona təyin olunan 7 (yeddi) müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və cəza çəkməsi üçün üzərində qəti olaraq 5 (beş) il 4 (dörd) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən Məhkum Zərərçəkmiş şəxs7 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat AZN-ə ekvivalent olan 10.000 (on min) ABŞ dolları məbləğində x eyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin maddələrlə ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən Məhkum Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirilməsi epizodu üzrə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin maddələrlə ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən Məhkum Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat məbləğində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin maddələrlə ona cəza təyin edilməmişdir. Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakının etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə cinayət tərkibi yaranmadığından həmin epizod Məhkum qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Məhkum ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməmiş, cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 28 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs10 tərəfindən Məhkum qarşı qaldırılmış mülki iddialar aşağıdakı qaydada həll edilmişdir: - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Məhkum qarşı 70.000 (yetmiş min) manat maddi zərərə görə pul tələbinə dair mülki iddiası qismən təmin edilsin. 50.000 (əlli min) manat pul Məhkum alınıb Zərərçəkmiş şəxs5 nəfinə ödənilməsi, Zərərçəkmiş şəxs5 vurulmuş maddi zərərin 20.000 (iyirmi min) manatının məhkəməyədək icraat mərhələsində ödənilməsi nəzərə alınmiş və mülki iddia qalan hissədə təmin edilmədən rədd edilməsi -zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 Məhkum qarşı 22.000 (iyirmi iki min) manat maddi zərərə və 20.000 (iyirmi min) manat mənəvi zərərə görə pul tələbinə dair mülki iddiasının qismən təmin edilməsi, Zərərçəkmiş şəxs10 yetirilmiş 20.000 (iyirmi min) manat maddi ziyanın Məhkum alınıb Zərərçəkmiş şəxs10 nəfinə ödənilməsi və bu məqsədlə Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabına qoyulmuş 14.900 (on dörd min doqquz yüz) manat pul məbləği Zərərçəkmiş şəxs10 vurulmuş maddi zərərin ödənilməsinə yönəldilməsi, qalan 5100 (beş min yüz) manat Məhkum müstəqil tələb olunması,mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxs Məhkum qarşı vurulmuş zərərin əvəzi olaraq 67.180 ABŞ dolları, həmin məbləği qanunsuz saxlamağa görə illi k 5% olmaqla 16.796 ABŞ dolları, cəmi 83.938 ABŞ dollarının və mənəvi zərərin əvəzi olaraq 10.000 manatın ödənilməsi barədə mülki iddianın baxılmamış saxlanılması və onun hüquqi varisinə mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah olunması; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs Məhkum qarşı vurulmuş maddi zərərin ödənilməmiş qalan 2500 manat hissəsinin ödənilməsinə dair mülki iddiasının təmin olunması və icra olunmuş hesab edilməsi -iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 qanunla müəyyən olunmuş qaydada mülki iddia verməmələrinin nəzərə alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahim li İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X19 və X2 ibarət tərkibdə) 01 iyun 2022-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs1 nümayəndəsi və müdafiəçisi Nümayəndə1, Zərərçəkmiş şəxs6 apellyasiya şikayətləri və Dövlət ittihamçısı1 apellyasiya protesti təmin edilməmiş, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi vermiş olduğu apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə məhkum olunmasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(101)-69/2022 saylı hökmü ləğv olunmuş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamın onun Zərərçəkmiş şəxs6 5500 0 (əlli beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs5 70000 (yetmiş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla və Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirməsi barədə dələduzluq epizodları üzrə əməlində cinayət tərkibi olmadığına görə həmin epizodlar üzrə Məhkum bəraət verilmişdir. Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 ümumilikdə 247.180 (iki yüz qırx yeddi min yüz səksən) manat 50 (əlli) qəpik məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq epizodu üzrə "təkrarlıq” tövsifedici əlaməti xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməl ini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Məhkum Zərərçəkmiş şəxs7 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat AZN-ə ekvivalent olan 10.000 (on min) ABŞ dolları məbləğində xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi, Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirilməsi və Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat məbləğində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodları üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və ona həmin hissədə cəza təyin edilməmişdir. Elan olunmuş ittihamın qalan epizodları üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum 15 oktyabr 2014-cü il tarixdə şübhəli şəxs qismində tutulub 17 oktyabr 2014-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 03 iyun 2017-ci il tarixdə tutulub 05 iyun 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə 11 iyul 2017-ci il tarixədək həbsdə və 11 iyul 2017-ci il tarixədə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə 19 avqust 2017-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 2 (iki) ay 16 (on altı) gün, 21 sentyabr 2020-ci il ta rixdə tutulub 23 sentyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli hökmü ilə cəzaçəkmənin əvvəlinin hesablandığı 28 fevral 2022-ci il tarixədək həbsdə saxlandığı 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün və hazırki hökmün çıxarıldığı 01 iyun 2022-ci il tarixədək 03 (üç) ay 04 (dörd) gün həbsdə saxlanıldığı cəmi 01 (bir) il 10 (on) ay 29 (iyirmi doqquz) gün ona təyin olunan 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və cəza çəkməsi üçün üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Məhkum cəza çəkməsinin başlanğıcı 01 iyun 2022-ci il tarixdən hesablanmışdır. Z ərərçəkmiş şəxs5 mülki iddiası üzrə icraata xitam verilsin və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 Məhkum qarşı 22.000 (iyirmi iki min) manat maddi zərərə və 20.000 (iyirmi min) manat mənəvi zərərə görə pul tələbinə dair mülki iddiası qismən təmin edilmiş, Zərərçəkmiş şəxs10 yetirilmiş 20.000 (iyirmi min) manat maddi ziyan Məhkum alınıb Zərərçəkmiş şəxs10 nəfinə ödənilməsi və bu məqsədlə Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabına qoyulmuş 14.900 (on dörd min doqquz yüz) manat pul məbləği Zərərçəkmiş şəxs10 vurulmuş maddi zərərin ödənilməsinə yönəldilməsi, qalan 5100 (beş min yüz) manatın Məhkum müstəqil tələb olunması, mülki iddianın qalan hissədə təmin edi lmədən rədd edilməsi, Zərərçəkmiş şəxs11 mülki iddiasının baxılmamış saxlanılması və onun hüquqi varisinə mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah olunması hökm edilmişdir. Zərərçəkmiş şəxs4 vurulmuş ziyan ödənildiyindən onun mülki iddiası üzrə icraata xitam verilmişdir. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 qanunla müəyyən olunmuş qaydada mülki iddia verməmələri nəzərə alınmış və onlara qanunla müəyyən edilmiş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqiları izah edilmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Məhkum qarşı 70.000 (yetmiş min) manat maddi zərərə görə pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmış və ona qa nunla müəyyən edilmiş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqiları izah edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 178.3.2 və 182.3.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş və külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 özünün rəhbə rlik etdiyi ünvan 2 ünvanında fəaliyyət göstərən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzinin iqtisadi tərrəqqisini təmin etmək üçün reklam işlərini və yeni cərrahiyyə şöbəsinin açılması işini bitirmək bəhanəsi ilə bu işlərin həyata keçirilməsi üçün sərmayə kimi 55.000 (əlli beş min) manat verməsini xahiş edib həmin pulu verəcəyi halda işləri bitirdikdən sonra sonuncunu həmin tibb müəssisəsinin meneceri vəzifəsinə təyin edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla vahid niyyətlə əhatə olunmuş qəsdlə 2012-ci ilin dekabr ayından 2013-cü ilin mart ayınadək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən «Pendik Şifa Bakı İstanbul» klinikasında Zərərçəkmiş şəxs6 hissəhissə olmaqla, ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zə rərçəkmiş şəxs6 külü miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə rəhbərlik etdiyi ünvan 2 ünvanında fəaliyyət göstərən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzində həkim kimi işləmiş Zərərçəkmiş şəxs5 tibb müəssisəsində cərrahiyyə şöbəsi açaraq avadanlıqlarla təmin edəcəyini söyləyib həmin şöbənin fəaliyyəti nəticəsində əldə olunacaq qazanca şərik edəcəyi barədə yalan vəd verib aldadaraq 2012-ci ilin dekabr ayında ünvan 2 ünvanında yerləşən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzində yalandan vəd etdiyi işlərin həyata keçirilməsi üçün sərmayə adı ilə Zərərçəkmiş şəxs5 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs11 özünün rəhbərlik etdiyi ünvan 2 ünvanındakı «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzinin fəaliyyətinin genişləndirilməsinə sərmayə qoyacağı halda tibb mərkəzinin gəlirinə şərik edəcəyinə və tibb mərkəzini on gün ərzində onun adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2013-cü ilin aprel ayının sonlarında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 164.787 ( yüz altmış dörd min yeddi yüz səksən yeddi) manat təşkil edən 210.000 (iki yüz on min) ABŞ dolları və 2013-cü ilin may ayının əvvəllər ində Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 82.393 (səksən iki min üç yüz doxsan üç) manat 50 (əlli) qəpik təşkil edən 105.000 (yüz beş min) ABŞ dolları pul vəsaitini Zərərçəkmiş şəxs11 yaşadığı ünvan 8 ünvanındakı evin qarşısında sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 ümumilikdə 247.180 (iki yüz qırx yeddi min yüz səksən) manat 50 (əlli) qəpik məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs11 Almaniya Federativ Respublikasından münasib qiymətə son model «Range Rover» markalı avtomobil alıb gətirəcəyinə dair yalan vəd verib aldatmaqla 24 may 2013cü il tarixdə ünvan 9 ünvanında f əaliyyət göstərən «Mado» restoranının qarşısında Zərərçəkmiş şəxs11 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi İİƏİ25.552 (yüz iyirmi beş min beş yüz əlli iki) manat təşkil edən 160.000 (yüz altmış min) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 özünün yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələrinin olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib inam qazanmaqla sonuncunun oğlu Musa Həsənovu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində münasib vəzifəyə təyin edilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq 26 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi 559-cu məhəllədə yerləşən «Türkiyəm» restoranında Zərərçəkmiş şəxs7 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat təşkil edən 10.000 (on min) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid20 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs2 guya Şahid20 Birləşmiş X14 şəhərində və Qazaxıstan Respublikasında telefon aksessuarlarının satışı sahəsində biznesinin oldu ğunu bildirib həmin biznesə sərmayə qoyacağı halda onu şərik etməklə əldə olunacaq gəlirdən hər ay 1.750 (min yeddi yüz əlli) manat məbləğində qazanc ayıracaqlarına dair yalan vəd verib aldadaraq, gömrük nəzarəti məntəqəsində olan malların rüsumunu ödəmək adı ilə 2013-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən «Koşkin Dom» adlı restoranda Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2014-cü ilin yay aylarında sonuncunun qonşuluğunda kirayə yaşayan və həmin ərəfədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında aldığı iki sot torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyən Zərərçəkmiş şəxs3 ilə yaxın münasibət yaradıb yalandan özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər vəzifəli şəxsinin qohumu və həmin şirkətin məsul əməkdaşı kimi təqdim edərək etibarını qazanmış və sonuncuya ev tikdirmək üçün 3.000 (üç min) manat müqabilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən icazə sənədi alacaqlarını vəd verib aldadaraq 2014-cü ilin noyabr ayında Fətulla Nağıyevlə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanının qarşısında Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2014-cü ilin yay aylarında sonuncunun qonşuluğunda kirayə yaşayan və həmin ərəfədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında aldığı iki sot torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyən Zərərçəkmiş şəxs3 ilə yaxın münasibət yaradıb yalandan özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər vəzifəli şəxsinin qohumu və həmin şirkətin məsul əməkdaşı kimi təqdim edərək etibarını qazanmış və növbəti dəfə yeni yaranmış cinayətkar niyyətdən çıxı ş edərək sonuncuya ev tikdirmək üçün əlavə 1.100 (min bir yüz) ABŞ dolları müqabilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən icazə sənədi alacaqlarını vəd verib aldadaraq 2015-ci İlin may ayında Fətulla Nağıyevlə birlikdə özlərinin həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti və şəxsiyyəti istintaqa məlum olmayan «Mahir» adlı şəxsin vasitəsi İlə ünvan 12 ünvanında yerləşən «Yeganə» şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs3 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.153 (min yüz əlli üç) manat 35 (otuz beş) qəpik təşkil edən 1.100 (min bir yüz) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X11 ilə q abaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2014-cü ilin yay aylarında sonuncunun qonşuluğunda kirayə yaşayan və həmin ərəfədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında aldığı iki sot torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyən Zərərçəkmiş şəxs3 ilə yaxın münasibət yaradıb yalandan özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər vəzifəli şəxsinin qohumu və həmin şirkətin məsul əməkdaşı kimi təqdim edərək etibarını qazanmış və növbəti dəfə yeni yaranmış cinayətkar niyyətdən çıxış edərək sonuncuya ev tikdirmək üçün əlavə 500 (beş yüz) manat müqabilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən İcazə sənədi alacaqlarını vəd verib aldadaraq bu adla 2015-ci ilin may ayının axırlarında Fə tulla Nağıyevlə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 16 ünvanında fəaliyyət göstərən kafedə Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində gündüz növbəsində münasib vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin qarşısında Zərərçəkmiş şəxs4 19 oktyabr 2015-ci il tarixdə 3.000 (üç min) manat və 20 oktyabr 2015-ci il tarixdə 1.00 0 (bir min) manat olmaqla, ümumilikdə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 anası Zərərçəkmiş şəxs8 məxsus ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi sonuncunun adına dövlət qeydiyyatından keçirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Rövşən Əsgərovdan 2015-ci ilin oktyabr ayı ərzində ünvan 16 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin inzibati binasının qarşısında iki dəfəyə 12.000 (on iki min) ABŞ dolları və 30 oktyabr 2015-ci il tarixdə ünvan 17 ünvanının qarşısında 900 (doqquz yüz) ABŞ dolları olmaqla, Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə ümumilikdə 13.539 (on üç min beş yüz otuz doqquz) manat 57 (əlli yeddi) qəpik təşkil edən 12.900 (on iki min doqquz yüz) ABŞ dolları puf vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 06 dekabr 2011-ci il tarixli, AN-N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 200.000 (iki yüz min) manata aldığı ünvan 2 ünvanında fəaliyyət göstərən özünə məxsus «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzini satışa çıxarması ilə əlaqədar 2013-cü ilin iyul ayında tibb müəssisəsinə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs1 qarşısında inam və etibar qazanmaq məqsədi ilə özünü işgüzar və etibarlı tərəfdaş kimi təqdim edərək guya Türkiyə Respublikasında tekstil sahəsində fəaliyyət göstərən və iflasa uğrama mərhələsində olan digər biznes sahəsini əlavə cəlb edəcəyi maddi vəsaitlər hesabına dirçəltmək üçün, əsl həqiqətdə isə digər şəxslərə qarşı törətdiyi dələduzluq cinayətləri nəticəsində ələ keçirdiyi pul vəsaitlərini zərərçəkmiş şəxslərə geri qaytarmaq məqsədi ilə Zərərçəkmiş şəxs1lə içərisindəki avadanlıqları ilə birlikdə tibb mərkəzinin 4.180.000 (dörd milyon yüz səksən min) manata alqı-satqısı barədə şifahi razılaşma əldə edib Məhkum həmin vaxtdan 04 avqust 2013-cü tarixədək olan müddət ərzində ünvan 19 ünvanında yerləşən ofisdə şəxsən Zərərçəkmiş şəxs1 ilkin olaraq 200.000 (iki yüz min) manat, sonrakı iki dəfədə isə eyni ünvanda cə mi 480.000 (dörd yüz səksən min) manat pul vəsaitini alması, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 05 avqust 2013-cü il tarixli, 100.CL.250412.00001/C nömrəli alqısatqı və ipoteka müqaviləsi əsasında əvvəllər özünün götürdüyü kreditə görə “AGbank" ASC-yə olan 2.480.261 (iki milyon dörd yüz səksən min iki yüz altmış bir) manat məbləğində kredit borcunu razılaşdıqları kimi Zərərçəkmiş şəxs1 banka tam ödəməsi, 05 avqust 2013-cü il tarixli, 100.CL,250412.00001/c nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən 12 saylı notariat kontorunun bankdakı depozit hesabı vasitəsi ilə 06 avqust 2013-cü i! tarixdə 619.739 (altı yüz on doqquz min yeddi yüz otuz doqquz) manat və həmin tarixdə "xxxx" ASC-nin qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 100.000 (yüz min) manatın qarşılığı olaraq 130.000 (yüz otuz min) ABŞ dolları pul vəsaitlərini şəxsən Zərərçəkmiş şəxs1 alması, həmçinin Zərərçəkmiş şəxs1 faktiki sahibliyində olmaqla, anası X1 adına rəsmiləşdirilmiş, hər birinin dəyəri 150.000 (yüz əlli min) manat olmaqla, ümumilikdə 300.000 manat dəyərində ünvan 20 ünvanında yerləşən 15 saylı və ünvan 21 ünvanında yerləşən 17 saylı iki ədəd üç otaqlı mənzilləri Məhkum öz təklifinə əsasən dostu X12 adına Zərərçəkmiş şəxs1 verdiyi 06 avqust 2013cü il tarixli etibarnamə əsasında həmin əmlakları əldə etməsi nəticəsində əvvəlcədən razılaşdıqları 4.180.000 manat məbləğində pul vəsaitinin alıcı Zərərçəkmiş şəxs1 tərəfindən ona tamamilə ödənilməsinə və əlavə olaraq 02 avqust 2013-cü i! tarixdə Məhkum əldə etdiyi ümumi vəsaitin 980.000 manatdan İbarət hissəsinin t ibb mərkəzində quraşdırılmış avadanlıqların dəyərinə aid edilməsi barədə Zərərçəkmiş şəxs1lə sövdələşərək «məişət texnikasının, tibbi və texniki avadalıqların alqı-satqı müqaviləsi»nin şərtlərinə uyğun tərtib edilən «əmlakın təhvil-təslim aktı»na imza etməsinə baxmayaraq, tərəflər arasında alqı-satqı və ödəniş tam həyata keçirilib başa çatdıqdan sonra faktiki aralarında heç bir borcun qalmadığı və sonrakı müddətdə fikir ayrılığı, narazılıq olmadığı halda Məhkum təkrarən tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə bir neçə ildən sonra, yəni 2016-cı ilin aprel ayından etibarən gələcəkdə hüquq mühafizə orqanlarına özünün qanunazidd hərəkətləri ilə bağlı şikayət olunacağı halda məsuliyyətdən yayına bilmək üçün qabaqcadan düşünülmüş şəkildə Zərərçəkmi ş şəxs1 tibb mərkəzinin alqı-satqısına görə guya ona pul borclu olmasını yalandan iddia etməklə 27 iyul 2016-cı il tarixdə saat 22:16-da özünün istifadəsində olan +**********32 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********118 saylı mobil telefon nömrəsinə zəng edərək ona külli miqdarda 1.000.000 (bir milyon) manat məbləğində pul çatdırmayacağı halda həmin gün axşam saatlarında ünvan 2 ünvanında yerləşən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 tüfənglə başından vurub öldürəcəyini bildirməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xe yli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs9 işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncunun oğlu Elçin Hüseynovu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə icra məmuru vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 2018-ci ilin iyun ayında ünvan 23 ünvanının qarşısında 5.000 (beş min) manat və 2018- ci ilin noyabr ayında ünvan 24 ünvanında yerləşən «Kral» şadlıq sarayının qarşısında 14.000 (on dörd min) manat olmaqla, ümumilikdə 19.000 (on doqquz min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə et ibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən təqsirləndirilən şəxs Xəqani Əliyevin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və həbsdən azad olunmasına dair məhkəmə hökmünün çıxarılması məsələsini müsbət həll edəcəyinə dair sonuncunun anası Zərərçəkmiş şəxs10 yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə özünün həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan dostları Şahid10 və Şahid11 vasitəsi ilə Zərərçəkmiş şəxs10 2019-cu ilin oktyabr ayında 6.000 (altı min) manat, 14 noyabr 2019-cu il tarixdə 4.000 (dörd min) manat və bir neçə gün sonra 2019-cu ilin noyabr ayında 10.000 (on min) manat olmaqla, ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 ünvanında yerləşən «Göy göl» kafesinin qarşısında alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək sonuncuların külli miqdarda pul vəsaitlərini ələ keçirmiş, özünün real maliyyə imkanları barədə yanlış məlumat verərək onları aldatmışdır. Bundan başqa, 2013-cü ilin yay aylarında o, özünə məxsus olan «Pendik Şifa» tibb müəssis əsinin 4.180.000 manata satılması ilə bağlı Zərərçəkmiş şəxs1 ilə razılıq əldə etmiş və həmin razılığa uyğun olaraq həmin tibb müəssisəsini Zərərçəkmiş şəxs1 razılaşdırdıqları məbləğə satmışdır. Buna baxmaraq, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 aldatma və etibarından sui-istifadə etmək yolu ilə keçirmiş olduğu külli miqdarda pul vəsaitini geri qaytarmamış, digər borclarının ödənilməsinə sərf etdiyini bildirmişdir. Lakin Məhkum həmin borcların nədən ibarət olmasını açıqlaya bilməmiş, məhkəmə kollegiyası da həmin ifadəyə tənqidi yanaşmamışdır. Məhkum tərəfindən edilmiş Zərərçəkmiş şəxs1 qarşı edilmiş hədə real olmuş, zərərçəkmiş şəxsə qarşı yönəlmiş hədənin nəticəsində o, yaşadığı Bakı şəhərini tərk etmək məcburiyyətində qalmış, qorxaraq səhhəti pisləşmiş və hüquq-mühafizə orqanlarına mü raciət etmişdir. Məhkum əməlində CM-in 182-ci maddəsinin tərkib əlamətləri vardır. Apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyin normalarının tələblərinə riayət etməyib, ibtidai araşdırma zamanı əldə olunmuş və hər iki məhkəmə instansiyasında tədqiq edilmiş işin obyektiv hallarına uyğun sübutları düzgün qiymətləndirməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 182.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli hökmü ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar çıxarılması xahiş olunur. Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 kassasiya şikayətində göstərilir ki, Bakı Apell yasiya Məhkəməsində məhkəmə istintaqı zamanı məhkəmə kollegiyası cinayət hadisəsini araşdırmalı olduğu halda ən çox işin mülki tərəfini araşdırmaqla məşğul olmuş, alqı satqı müqaviləsinin bağlanması zamanı baş verə biləcək qanun pozuntularını təhlil etməyə çalışmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və X7 alqı satqı müqaviləsinin bağlanmasından sonra Məhkum borcunun necə və kim tərəfindən ödənilməli olmasını təhlil etməyə çalışmışdır. Alqı-satqı müqaviləsi mübahisə predmeti deyil və qüvvədədir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli hökmünü ləğv edib Məhkum əməlində Azərbaycan Respublikası CMin 182.3.2-ci maddəsinin tərkibi olduğuna görə təqsirləndirilən şəxsi Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə təqsirli bilib müvafiq cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş olunmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, mübahisələndirilən hökm CM-in 178.3.2-ci maddəsi üzrə Məhkum münasibətdə dəyişdirilməli, CM-in 70-ci maddəsi tədbiq olunaraq müdafiə etdiyi şəxs barəsində şərti cəza verilməlidir. Belə ki, cinayət işi materiallarından görünür ki, müdafiə etdiyi Məhkum CM-in 178.3.2-ci maddəsi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmişdir və ondan şikayət yoxdur. Lakin məhkəmə Məhkum barəsində yalnız cəzadan 2 il müddətində azaltmaqla kifayətlənmişdir, halbuku Ali Məhkəmənin Plenumunun qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, CMin 178-ci maddəsi üzrə məhkum edilmiş şəxslər ziyanı ödədikdə, zərərçəkmiş şəxslərlə barışdıqda şərti cəza tətbiq olunsun. Hesab edir ki, məhkəmə Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasına, ailəli olmasına, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasına, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinə, dəymiş ziyanların ödənilməsinə düzgün hüquqi qiymət verməmişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum edilməsi hissəsini dəyişdirərək, CM-in 70-ci maddəsini tədbiq edərək müdafiə etdiyi Məhkum şərti cəza təyin edib, azadlığa buraxılması barəsində qərar qəbul edilməsi xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özünün kassasiya şikayətinin və kassasiya prot estinin təmin olunması barədə Zərərçəkmiş şəxs1 nümayəndəsinin, müdafiəçinin kassasiya şikayətinin təmin olunmaması və Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayəti təmin edilməli, müdafiəçinin kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həl li qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və zərərçəkmiş şəxsin kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi və kassasiya protestində əlavə olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirmək epizodl arı üzrə əsassız bəraət verilməsi mübahisələndirilir. Müdafiəçinin kassasiya şikayətində Məhkum təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsi xahiş olunur. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin nümayəndəsinin, müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şə xsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmənin külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi cinayət əməli nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan h üququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı məhkəmələ r Məhkum Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları bəzilərinin hazırki qərarda qeyd olunması qənaətindədir. Belə ki, apellyasiya icraatı zamanı dindirilmiş Məhkum elan edilmiş ittihamın dələduzluq epizdları üzrə özünü qismən təqsirli bilərək, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə isə ümumiyyətlə təqsirli bilməyib ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Belə ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 Sərxan qızı, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 ilə bağlı epizdolar üzrə özünü t əqsirli bilir. Zərərçəkmiş şəxs6 55.000 (əlli beş min) manat məbləğində maddi ziyan vurmaqla və Zərərçəkmiş şəxs5 70.000 (yetmiş min) manat məbləğində külli miqdarda ziyan vurma barədə dələduzluq epizodları üzrə özünü təqsirli bilmir. Belə ki, həmin epizod üzrə zərərçəkmiş şəxsləri aldatmaq və ya əmlaklarını ələ keçirmək niyyəti olmamışdır. Belə ki, o, Zərərçəkmiş şəxs5 pul tələb etməmiş, Elşən həkim klinikanın fəaliyyətinin yaxşılaşdırılması üçün cərahiyyə şöbəsinin mövcudluğunun zəruriliyini bildirmiş və qeyd olunan şöbənin açılması üçün avadanlıqları özü almış, həmin avadanlıqların alınması üçün Zərərçəkmiş şəxs5 özü 70.000 (yetmiş min) manat məbləğində pul xəcləmiş, Cavad isə öz növbəsində klinika satılacağı zaman həmin borc pulu ödəyəcəyini bildirmişdir. Bütün problemləri yaradan Zərə rçəkmiş şəxs1 olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 müraciəti ilə əlaqədar özünü ümumiyyətlə təqsirli bilmir. Heç vaxt Əzizdən hədə- qorxu yolu ilə pul tələb etməmiş, verməyəcəyi təqdirdə nə Əzizi, nə də Əzizin yaxın qohumlarını öldürtdürəcəyi ilə, o cümlədən sağlamlıqlarına zərər vuracağı ilə hədələməmişdir. O, özünə məxsus «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzini 2013-cü ildə Zərərçəkmiş şəxs1 satmış, Əziz pulun bir qismini versə də, qalan hissəsini verməkdən qəti imtina etmişdir. O da ara-sıra Əzizlə görüşmüş və ya mobil telefon əlaqəsi yaradaraq pul borcunu geri qaytarmasını tələb etmişdir. Lakin həmin tələb hər-hansı hədəqorxu ilə müşayiət edilməmişdir. Zərərçəkmiş şəxs1 guya ki, sonuncunu tüfəng tipli odlu silahla öldürəcəyi ilə hədələməsi, habelə hədə-qorxu xarakteri daşıyan digər əməllərə yol verməyi barədə ifadəsində göstərdikləri ona qarşı böhtandır. Əzizin məqsədi ona məxsus pulu geri qaytarmamaq olmuşdur. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, 2016-cı ilin ortalarında Cavad onu kriminal aləmə yaxın olan şəxslərin adları ilə hədələməyə başlamışdır. Həmin ərəfələrdə «Rövşən Lənkəranski» adlı kriminal avtoritetin yaxın ətrafı olan bir şəxs və əsl adı Allahverdi olan «Oleq» və «Alik» ləqəbli kriminal şəxsləreyni onunla görüşərək guya ki, onun Cavada borclu olduğu barədə məlumat aldıqlarını bildirmiş və pulu tez bir zamanda geri qaytarmalı olduğunu demişlər. Lakin o, həmin şəxslərin hər birinə mövcud real vəziyyəti, əlində olan sənədləri, Cavadın verdiyi yalan vədləri göstərmişdir. Həmin şəxslər fakt qarşısında qaldıqları üçün bir daha onu narahat et məmişlər. Lakin Cavad bununla barışmayaraq şəxsən özü ona zənglər edib təzyiqlər, təhdidlər göstərməyə başlamışdır. Cavad öz iş otağını 2013-cü ilin avqust ayında ona təhvil verən zaman ağ rəngli divanın arxasından vinçester markalı tüfəngini çıxarıb özü ilə aparmışdır. Bu onun yaddaşında həkk olmuşdur. 27 iyul 2016-cı il tarixdə, axşam saat 22 radələrində Cavad ona zəng edib dayanmadan onun və ailə üzlərinin ünvanına ağır küçə söyüşləri söyməyə başlamış və sabaha 1.000.000 (bir milyon) manat pulu çatdırmayacağı halda axşamı klinikaya gəlib pilləkənlərin qarşısında onu gözləyəcəyini və o, işdən çıxanda tüfənglə başından vurub öldürəcəyini demişdir. Həmin vaxt onun halı çox dəyişmişdir. Çünki Cavadda tüfəng olmasını öz gözləri ilə görmüş və bunu edəcəyinə əmin olmuşdur. Cavad bildirmişdir k i: «Əgər səni vurmasam atamdan xəbərim yoxdu». O dərhal işdən çıxıb ərizə ilə hüquqmühafizə orqanlarına müraciət etmişdir. Səhəri gün də daxil olmaq şərti ilə bir neçə gün işə getməmiş, hətta bir neçə günlük İmişli rayonuna da yollanmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1lə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşmədə dindirmə protoklundan da görünür ki, Zərərçəkmiş şəxs1 üzləşmə zamanı da yuxarıda göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və hətta şikayət ərizələrində, ilkin izahat və ifadələrində göstərmədiyi halda, üzləşmə zamanı klinikanın təhvil-təslimi prosesində Məhkum «Vinçestr» markalı tüfəng olduğunu gördüyünü, sonuncunun ondan 1.000.000 manat tələb edərkən onu və ailə üzvlərini həmin silahla öldürəcəyi ilə hədələdiyini göstərmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin, yəni iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə Məhkum təqsirliliyini sübuta yetirə biləcək mötəbər sübutlar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan hədə qorxu ilə tələb etmə cinayət əməlinin tərkibinin yaranması üçün istənilən hədə-qorxu real olmalı və şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qo humlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hazırki cinayət işi üzrə toplanmış sübutlardan, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin müqayisəli təhlilindən aydın olur ki, Məhkum Zərərçəkmiş şəxs1 tibb mərkəzinin alqı-satqısına görə guya ona pul borclu olmasını yalandan iddia etməklə tüfənglə başından vurub öldürəcəyini bildirməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmələr isə Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə tələb olunan pul vəsaitini borcunu tələb etməsi kimi qiymətləndirmiş və bu zaman cinayət işi üzrə müəyyən edilmiş halları düzgün nəzərə almamışlar. Belə ki, cinayət işi materiallarından görünür ki, Məhkum özgənin əmlakını hədəqorxu ilə tələb etməsi ilə bağlı Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış material üzrə 02 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin başlanılmasına əsas və səbəb təqsirləndirilən şəxs Məhkum özünə məxsus "Pendik Şifa” tibbi klinikanı 02 avqust 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən baxılan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 4 milyon 180 min manata satıb, razılaşılan pul məbləğini tam almasından xeyli müddət sonra Zərərçəkmiş şəxs1 yanına getməklə və ona zənglər etməklə sonuncunu öldürəcəyi ilə hələ-qorxu gəlməklə əvvəlcə 400.000 manat, daha sonra 700.000 manat və axırda isə 1.000.000 manat əlavə pul tələb etməsi barədə Zərərçəkmiş şəxs1 hüquq-mühafizə orqanlarına ünvanlamış olduğu şikayət ərizəsi ətrafında toplanmış ilkin təhqiqat materialları olmuşdur. Cinayət işi üzrə həmçinin müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə irəli sürülmüş 07 avqust 2018-ci il tarixli ittihamın məzmununa təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qarşı külli miqdarda hədə-qorxu ilə tələb etmə cinayətini cinayətkarlar arasında «Oleq» ləqəbi ilə tanınan Allahverdi adlı və Rövşən Lənkəranskinin adamı kimi təqdim etdiyi şəxslərlə birlikdə, həmçinin sonuncunun adamını Zərərçəkmiş şəxs1 ofisinə göndərməklə əvvəlcə 400.000 manat, sonra 70 0.000 manat və yekunda 1.000.000 manat məbləğində külli miqdarda pulu Zərərçəkmiş şəxs1 əldə etmək məqsədi ilə sonuncudan hədə-qorxu ilə tələb etməsi daxil edilməsinə baxmayaraq, Məhkum hədə-qorxu ilə tələb etmə cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsifedici əlamətə görə ittiham verilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qərarına əsasən cinayət işinə baxılmasına xitam verilməklə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından sonra ibtidai istintaq davam etdirilmiş və aparılan istintaqın nəticəsi olaraq ibtidai istintaq orqanının "Sübutların qiymətləndirilməsi barədə” 08 may 2019-cu il tarixli qərarına əsasən «Oleq» ləqəbli Allahverdi adlı, Rövşən Lənkəranski k imi tanınan və onun adamı kimi göstərilən şəxslərin hərəkətlərində Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 -ci maddəsində nəzərdə tutuan cinayət əməlinin törədilməsi təsdiq olunmadığından cinayət işinin icraatına adı çəkilən şəxslərin barəsində həmin hissədə xitam verilməsinin nəzərə alınması (8-ci bənd) qərara alınmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən qaldırılan «şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında» 18 dekabr 2015-ci il tarixli mülki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkum iddialarını əsassız və böhtan xarakterli hesab edib, həmin məlumatların onun şərəf və ləyaqətini alçaltdığını, ictimaiyət arasında və iş yerind ə onun haqqında mənfi fikirlər yaratdığını və onun işgüzar nüfuzuna xələl gətirdiyini bildirmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qiyabi qətnaməsi ilə təqsirləndirilən şəxs Məhkum ərizəsində Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini ləkələyən məlumatlar təkzib edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 Məhkum onun külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməsini 27 iyul 2016-cı il tarixdə rəhbər vəzifəli şəxslərə ünvanladığı şikayət ərizələrində göstərmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakının hədə-qorxu ilə tələb olunması epizodu üzrə məhkəmədə şahid qismində dindirilmiş Şahid15, Şahid16, Şahid17 Qələndər oğlunun və Şahid18 ifadələrini Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə irəli sürmüş ittihamın təsdiqində mötəbər sübut kimi qəbul etməyən aşağı məhkəmələr bu barədə mövqelərini, bu sübutların digər sübutlara münasibətdə belə bir qiymət verilməsinin zəruriliyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışlar. Belə ki, Şahid15 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs1 məxsus klinikada kompyüterlərin idarə olunması və təmiri işlərində işləyərkən 2016-cı ilin iyul ayının sonlarında axşam saatlarında klinikada olan zaman Əzizin vəziyyətinin yaxşı olmadığını görüb nə baş verməsini Zərərçəkmiş şəxs1 soruşduğunu, Zərərçəkmiş şəxs1 bir nəfər şəxs tərəfindən uzun müddətdir ki, hədələndiyini, bir az əvvəl də həmin şəxsin zəng edərək onu güllələyəcəyi ilə hədələdiyini bildirdiyini göstərmişdir. Şahid16 isə məhkəmə baxışı zamanı ifadə verib Zərərçəkmiş şəxs1lə uzaq qohum və İmişli rayonunda qonşu olduqlarını, 2016-cı ilin yay aylarının birində Zərərçəkmiş şəxs1 rayondan gətirdiyi sovqatı çatdırmaq onun «İstanbul» klinikasına gedib onunla görüşdüyünü, Əzizin telefonda kimləsə 3-5 dəqiqə danışdığını, danışdığı adamın adının Cavad olduğunu eşitsə də, danışıqların məzmununa qulaq asmadığını, danışıb qurtarandan sonra Əzizin halının pisləşdiyini, həkimlərin yardımından təxminən 40 dəqiqə sonra Əziz özünə gəldiyini, maraqlandıqda Əzizin Cavad tərəfindən ölümlə hədələndiyini, onu tüfənglə öldürəcəklərini dediklərini bildirdiyini göstərsə də, məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində isə İmişli rayonundan olan ortaq tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs1 uzun müddət tanıdığını, 2016-cı ilin iy ul ayının sonlarında İmişli rayonundan Zərərçəkmiş şəxs1 gətirdiyi meyvəni ona çatdırması üçün Əzizlə əlaqə saxlayıb sonuncunun yaşadığı məhəllədə onunla görüşdüyünü, Zərərçəkmiş şəxs1 onunla hal-əhval etmədən tələsik meyvəni götürüb aparmaq istədiyini, tez-tez sağına-soluna nəzər yetirdiyini, həyəcanlı olmasının səbələrini soruşduqda Əziz ona bir nəfər Cavad adında şəxsin guya onun sonuncuya borclu olması və pulu qaytarmayacağı təqdirdə tüfənglə öldürəcəyini bildirdiyini göstərmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, şahidlər Şahid17 Qələndər oğlu və Şahid18 da hadisəni birbaşa görən şahidlərdən deyil, buna görə də onların ifadələrini əsassız olaraq qeyri-mötəbər sübut kimi qiymətləndirmişdir. Bundan başqa, Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəs i ilə irəli sürmüş sonuncu ittihamın məzmundan görünür ki, ibtidai istintaq orqanı belə bir nəticəyə gəlmişdir ki, «Pendik-Şifa Bakı-İstanbul» klinikasının alqısatqısından sonra tərəflər, yəni təqsirləndirilən şəxs Məhkum və zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 arasında alqı-satqı və ödəniş tam həyata keçirilib başa çatdıqdan sonra faktiki aralarında heç bir borc qalmamış və sonrakı müddətdə fikir ayrılığı, narazılıq olmamışdır. İbtidai istintaq orqanının bu xüsasat üzrə də gəldiyi nəticəni əsassız hesab edən məhkəmələr tərəflər arasında 02 avqust 2013-cü il tarixdə imzalanmış təhvil-təslim aktını nəzərə almamışlar. Belə ki, məişət texnikasının, tibbi və texniki avadanlıqların alqı-satqı müqaviləsindən və əmlakın təhvil-təslim aktından görünür ki, Məhkum 02 avqust 2013-c ü il tarixdə tibb müəssisəsinə məxsus 980.000 (doqquz yüz səksən min) manat pul müqabilində məişət texnikasını, tibbi və texniki avadanlıqları, ləvazimatları Zərərçəkmiş şəxs1 təhvil vermişdir. Bundan başqa cinayət işinə əlavə edilmiş 05 avqust 2013-cü il tarixli kredit və ipoteka müqavilələrindən də görünür ki, Zərərçəkmiş şəxs1 Məhkum "xxxx" ASC-yə olan 2.480.261 manatdan ibarət kredit borcu ilə bağlı bank öhdəliyini öz üzərinə götürmüş və həmin borcu tam ödəmişdir. Məhkəmə kollegiyası "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbi qi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya y azılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Aşağı instansiya məhkəmələr Məhkum külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin, yəni iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etmə cinayətini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini sübuta yetirə biləcək mötəbər sübutların müəyyən edilmədiyi barədə səhv nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini də nəzərə almaqla qeyd edir ki, məhkəmələr göstərilən mövqe lərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmişlər. Belə ki, məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə Məhkum hərəkətlərini özgənin əmlakının tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın öldürəcəyi ilə hədələməklə hədəqorxu ilə tələb etmə əməli hesab etməmiş və əsassız olaraq ittihamın əsasında ziddiyyətli sübutların olması qənaətinə gəlmişlər. Halbuki iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin (Şahid15, Şahid16, Şahid17 Qələndər oğlu və Şahid18) müqayisəli təhlili məhkəmələrin gəldiyi bu qənaətin əsassız olmasını təsdiq edir. Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum elan olunmuş ümumi ittihamın onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 aldatma və ya etibardan sui-istifadə etmə yolu il ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə əməlində cinayət tərkibinin olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi mövqeyini də əsassız olması barədə dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanun vericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə hə min cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı) CM-in 178.3.2-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əld ə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumat ların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ilə razılığa gələrkən həqiqi niyyətinin razılaşmanın şərtlərinə əməl etmək olmadığının (onları aldadıb hansısa əmlaklarını əvəzsiz olaraq ələ keçirmək olduğu) sübuta yetirilməməsi barədə mövqeyini əsaslı hesab etmir. Belə ki, Məhkum qeyd edil ən zərərçəkmiş şəxslərin aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olması aşkar görünsə də, göstərilən məhkəmə həmin epizodlar üzrə məhkumun əməlini mülki xarakterli pozuntu kimi qiymətləndirməkdə haqlı olmamışdır. Apellyasiya məhkəməsi belə bir qənaətə gəlsə də, özünün bu mövqeyini kifayət qədər əsaslandırmamış, ittihamın dələduzluq əməlləri üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 münasibətdə olan epizodlar üzrə əsassız olaraq bəraət vermişdir. Apellyasiya məhkəməsi Məhkum adı çəkilən zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirərkən həqiqi niyyətinin aldatma olmadığı barədə nəticəyə gələrkən, onun həmin şəxslərə tibb klinikasını satandan sonra əldə etdiyi pulla borcunu guya qaytaracağı barədə vədini yerinə yetirmə məsini nəzərə almamışdır. Qeyd edilənlər isə məhkumun həqiqi niyyətinin zərərçəkmiş şəxsləri aldatmaq olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni şübhə altına alır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsini 182.3.2-ci maddəsi ilə bəraət verərkən birinci instansiya məhkəməsi tərəfindən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməməsini, iş üzrə toplanmış sübutların hərtərəfli araşdırmamasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməməsini nəzərə almadan əsassız yekun nəticəyə gəlmişdir. Həmçinin dələduzluq əməlləri üzrə iki epizod-zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 münasibətdə məhkuma bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Göstərilən zərərçəkmiş şəxslərə münasibətdə Məhkum yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməməsi və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətinin olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hər hansı sübutla öz təsdiqini tapmır. Belə ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin s übutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutları n elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi və dələduzluq əməli üzrə iki epizoda münasibətdə bəraət verən Apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə Məhkum əsassız olaraq bəraət vermişdir. Buna görə də kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şi kayəti əsaslı sayılmaqla təmin edilməlidir. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlilləri razılaşır və hesab edir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı göstərilən kassasiya müraciətlərinə əsasən ləğv edilərək yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq edilməməsinə qiymət verməmişdir ki, bu hal da Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum münasibətdə cəza təyin edərkən Cinayət Məcəlləsinini 70-ci maddəsinin tətbiq edilməsi zəruriliyi barədə dəlillərini müzakirə etməyi məqsədəmüvafiq hesab etməməklə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya protestinə münasibətdə ləğv olunur və yeni apellyasiya baxışında qeyd edilən məhk umun irəli sürülmüş ittihamla təqsirlilik məsələsi həll olunduqdan sonra yenidən cəza təyin olunacaq. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların məhkum Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi və dələduzluq əməllərində iki epizod üzrə təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və məhkuma əsassız bəraət verilməsi barədə kassasiya protestinin və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü kassasiya protestinin və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti isə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Re spublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 01 iyun 2022-ci il tarixli hökmü Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayəti və kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar