Məhkəmə qərarları › İş №1(102)-1778/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1778/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1778/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin 15 yanvar 2004-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasının rədd edilməsi haqqında cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin 1-3/2004 nömrəli, xx.xx.2004-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum tərəfindən 30 yanvar 2023-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilmə si haqqında vəsatət verilmişdir. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim X6) 24 fevral 2023-cü il tarixli, 1(079)-02/2023 nömrəli qərarı ilə Babək Rayon Məhkəməsinin 1-3/2004 nömrəli, xx.xx.2004-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Həmin qərardan Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(079)-02/2023 nömrəli qərarının ləğv edilməsini və həmin Məhkəmənin 1-3/2004 saylı, xx.xx.2004-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə sinin Cinayət kollegiyasının (hakimlər: X10 oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Novruzov Əsgər oğlu və X4 ibarət tərkibdə) 19 aprel 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə (xx.xx.2015-ci il tarixədək qüvvədə olan redaksiyada) təqsirləndirilməsinə dair cinayət işi üzrə Babək Rayon Məhkəməsinin 15 yanvar 2004-cü il tarixli, 1-3/2004 nömrəli hökmündən Məhkum apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətinin təmin edilməməsi barədə Babək Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(079)-02/2023 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Babək Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(079)- 02/2023 nömrəli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, Məhkum Ədliyyə Nazirliyinin MQİBİ-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılmış, sonra isə 7 saylı məntəqə tipli cəza şəkmə müəssisəsinə göndərilmişdir. Həm özü, həm də qardaşı uzun müddət daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmış və hər ikisi dövlət mükafatları ilə təltif edilmişlər. Hər ikisinin qeyd olunan dövlət orqanlarında nüfuzu var idi və şəxsi heyət də onları çox yaxşı tanıyırdı. Bütün şəxsi heyət məlumatlı idi ki, o, heç bir cinayət törətməmişdir və onun həbsi öz xidməti fəaliyyəti ilə əlaqədar müəyyən etdiyi cinayət faktlarını aşkara çıxarması və rəhbərliyə rəsmi qaydada təqdim etməsi ilə bağlıdır. Cinayət mühakimə icra atının başa çatmasından 19 ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayətinin verilməsi müddətinin bərpasının hüquqi müəyyənliyin tərkib hissəsi olan "res judicata" prinsipinin - ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsinə gətirib çıxara bilməsi barədə məhkəmə qərarında qeyd olunanlarla bağlı isə bildirir ki, Məhkum qarşı saxta ittihamın uydurulmasında iştirak edən şəxslərin rəsmi qaydada ərizələr yazaraq onun belə bir cinayət törətmədiyini, onun əleyhinə yalan ifadələr verməyə məcbur edildiklərini bildirdikləri, həmçinin bu barədə digər mötəbər sübutların mövcud olduğu halda, eləcə də ötən 19 il ərzində hökmün surətinin ona təqdim edilməsi barədə həm yazılı, həm də şifahi surətdə məhkəməyə dəfələrlə müraciət etməsinə baxmayaraq, həmin hökm ün surətinin ona verilmədiyi və bu faktın Babək Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarında da təsdiq edildiyi və buna görə də hökmdən şikayət vermək hüququnun təmin edilmədiyi halda məhkəmənin "res judicata" prinsipinə istinad edərək şikayətlərini təmin etməməsi də absurddur. Məhkum 2004-cü ildə məhkum edilmişdir, qanunvericiliyin tələbinə görə isə xidmət illərinə görə 2003-cü ildə ona pensiya təyin edilməli idi. Buna görə də o, 2004-cü ildə, həbsxanadan çıxandan sonra Naxçıvan və DİN-nə çox saylı məktublar göndərmiş və ona pensiya təyin edilməsini xahiş etmişdir. Lakin ona nəinki pensiya təyin edilməmiş, hətta müraciətinə cavab belə verilməmişdir. Qeyd etdiyi faktlar və məlumatlar Məhkum və onun qohumlarının daim təqib və təzyiq altında, həyatının təhlükə altında olduğunu v ə hökmdən apellyasiya şikayəti vermək imkanının olmadığını birbaşa təsdiq edir. Belə olan halda, həmin vaxtdan 19 il ötdükdən sonra hökmdən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasının mümkün olmadığı barədə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli və Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarlarının ləğv edilməsi və Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsininxx.xx.2004-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsə lələr: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 ( iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin əsas dəlillərinin məzmununu hökmün surətinin Məhkum təqdim edilməməsi, hökmün surətini əldə etmək imkanının olmaması, onun hökmün surətini 18 yanvar 2023-cü il tarixdə əldə etməsi, buna görə də apellyasiya şikayətinin verilməsi üçün müddətin həmin tarixdən hesablanmalı olması, məruz qaldığı qanunsuzluqlara, təqiblərə görə apellyasiya şikayəti vermək imkanının olmaması, bütün bunlara görə 19 il ötdükdən sonra hökmdən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasının mümkün o lmadığı barədə məhkəmənin gəldiyi nəticənin qanuni və əsaslı hesab edilə bilməməsi təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, cinayət işinin materiallarına əsasən Məhkum Babək Rayon Məhkəməsinin 1-3/2004 nömrəli, xx.xx.2004-cü il tarixli hökmü ilə məhkum edilmişdir. Məhkəmə baxışı iclasının protokoluna əsasən Babək Rayon Məhkəməsinin 1-3/2004 nömrəli, 15 yanvar 2004-cü il tarixli hökmü təqsirləndirilən şəxsin iştirakı ilə keçirilən məhkəmə baxışı iclasının nəticəsində qəbul edilərək hökmdən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyasına apellya siya şikayəti və ya protesti vermək hüququnun mövcudluğunun cinayət prosesi iştirakçılarına izah olunması faktı müəyyən olunur. İş materiallarına əsasən hökm 04 fevral 2004-cü il tarixdə qanuni qüvvəsini almış, bundan sonra Məhkum cəza çəkmək üçün ƏN MQİBİ-nin 3 saylı X1 xidmətində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə şifahi sorğusu əsasında əldə olunmuş Məhkum cinayət işinə dair şəxsi iş materiallarından aydın olur ki, Qaradağ Rayon Məhkəməsinin 29 oktyabr 2004-cü il tarixli, 6-29/2004 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ-nin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə da ir ərizəsi və cəza çəkmə müəssisəsinin mülahizəsinə baxılaraq ərizə təmin edilməklə Məhkum 11 ay 15 gün müddətinə çəkilməmiş cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ-nin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin Qaradağ Rayon Məhkəməsinə ünvanlandığı mülahizədə isə Məhkum ilə aparılan fərdi tərbiyəvi xarakterli söhbətlər zamanı törətdiyi cinayət əməlindən peşmançılıq çəkdiyini bildirdiyi qeyd edilmişdir. Göründüyü kimi sadəcə Məhkum cinayət əməlindən peşmançılıq çəkdiyini bildirməsi faktı özlüyündə belə sözügedən hökmdən onun məlumatlı olmasını göstərir. Buna baxmayaraq hökmün qəbul edilməsi tarixindən 19 il müddət ötdüyü halda Məhkum Babək Rayon Məhkəməsinin 1-3/2004 saylı, xx.xx.2004-cü il tarixli hökmündən apellyasiya şikayəti vermişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 19 il vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum apellyasiya şikayətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Babək Rayon Məhkəməsinin 15 yanvar 2004-cü il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, b irinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmiş, qey d etdiyi dəlillər isə hüquqi əsası olmayan subyektiv mülahizələrdən ibarət olmaqla ötürülmüş müddətin bərpası üçün əsas sayıla bilməz. Ona görə də kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçi ilə birgə verdiyi kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinə görə: Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən o rqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayətprosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayə t prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəm əsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X7rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Cinayət mühakimə icraatının başa çatdığı vaxtdan sonra 19 ildən artıq müddətin keçməsi kimi mühüm amil müvafiq inzibati və məhkəmə orqanlarının iddia edilən davranışı kimi hallarla birlikdə nəzərə alındıqda belə apellyasiya şikayətinin verilməsi müddətinin uzun illər sonra bərpası hüquqi müəyyənliyin tərkib hissəsi olan "res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsinə gətirib çıxara bilər. "Avropa İnsan Hüquqları Konvensiyası”nın 6-cı maddəsinin 1 -ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə möv qe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, «Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il tarixli qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə y uxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi). "X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2 007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan "res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanunun mənasına görə, şikayət vermək hüququ, konkret şəxsin, pozulduğunu etimal etdiyi hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Bu hüquqdan elə istifadə olunmalıdır ki, icraat daxilində fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Mübahisə açılan akt üzrə şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanları həmin müddətin davamiyyəti ilə əlaqələndirilir, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və qərardan istənilən vaxt, hətta onun qüvvəyə minməsindən illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi t əfsir olunmamalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bərpa oluna bilər. Apellyasiya şikayəti və ya apellyasiya protestinin vaxtında verilməməsinin üzrlü səbəbləri şikayət və ya protest verməyə mane olan xəstəlik, iş materialları ilə vaxtında tanış olmaq imkanının olmaması, hökmün və ya məhkəmənin digər qərarının mahiyyətinin şəxsə vaxtında və düzgün izah olunmaması, hökmün və ya məhkəmənin qərarının surətini vaxtında göndərilməməsi, məhkəmə iclas protokolunun vaxtında hazır olmaması, şikayət və ya protest vermək hüququ olan şəxsin məcburiyyət altında şikayət və ya protest verə bilməməsi, şikayət və ya protest verilməsinə fövqəladə halların mane olması və s. ola bilər. L akin iş materiallarında və vəsatətdə qeyd edilən halları təsdiq edən hər hansı bir sübut müəyyən edilmir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi də haqlı olaraq yuxarıda qeyd edilənləri, həmçinin Məhkum hökmün qəbul olunduğu tarixdən vəsatətlə müraciət olunan vaxta kimi keçmiş müddət ərzində (19 il) apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını üzürlü hesab etməyə əsas olan halların mövcud olmadığını qeyd etmiş və müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti, vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bər pası barədə vəsatətin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin 15 yanvar 2004-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin müddətinin bərpasının rədd edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar