Məhkəmə qərarları › İş №1(102)-1778/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1778/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1778/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 18 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Heydərov (sədrlik edən və məruzəçi), Hüseyn Məmmədov və Səxavət Hüseynov) 1(101)-1111/2022 nömrəli 20 sentyabr 2022-ci il tarixli hökmü ilə, 10 avqust 1990-cı il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Zaqatala rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvə li 05 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: İttihama əsasən Məhkum tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını gizli talama məqsədi ilə həmkəndlisi X2 ilə törətdikləri cinayətdə iştiraklarına və rollarına dair əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib 01 yanvar 2022-ci tarixdən 02 yanvar 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus, ünvan 1 ünvanında yerləşən üç mərtəbəli fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla düşərək birlikdə evin yarımzirzəmi hissəsində yerləşən istixana otağının pəncərəsinin üzərindəki qoruyucu dəmir barmaqlığı divara bərkidildiyi hissələrdən qoparıb və plastik pəncərənin kilidini sındıraraq açıb evin içərisinə birlikdə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki mətbəxinin divarından asılan monitorun arxasına yerləşdirilmiş, evin video müşahidə kameralarının bir ədəd 1000 (bir min) manat dəyərində qeydiyyat qurğusunu, ikinci mərtəbəsində olan böyük yataq otağındakı paltar dolabının rəflərindən bir ədəd 3000 manat dəyərində «Dolce Gabbana» markalı, bir ədəd 1700 manat dəyərində “Longines” markalı, hər birinin dəyəri 2500 manat olmaqla ümumi dəyəri 5000 manat olan iki ədəd «Versace» markalı, bir ədəd 2000 manat dəyərində «Diesel» markalı, bir ədəd 4500 manat dəyərində «Omeqa» markalı, bir ədəd 2000 manat dəyərində «Golden Concept Sveden» markalı və bir ədəd 3000 manat dəyərində «Svarovski» markalı kişi qol saatlarını, bir ədəd 3500 manat dəyərində «Thomas Sabo» markalı və bir ədəd 2000 manat dəyərində «Cerr uti» markalı qadın qol saatlarını, bir ədəd 800 manat dəyərində «Şeyx» markalı və bir ədəd 400 manat dəyərində «Egeblue» markalı ətirləri, kiçik yataq otağından içərisində 10000 (on min) manat məbləğində nağd pul və üzərində üç ədədi in, digərləri isə xırda ölçüdə brilyant qaşları olan, ağ qızıldan hazırlanmış gül bağlaması formalı 7000 manat dəyərində qadın qolbağı; boyunbağı və sırğa cütündən ibarət gül formalı 10000 manat dəyərində brilyant dəst; bənövşəyi rəngli qaşlarla bəzədilmiş 5000 manat dəyərində bir cüt brilyant sırğa; çəhrayı qaşlı armud formalı 3000 manat dəyərində bir cüt qızıl sırğa; boyunbağı, sırğa cütü, qolbaq və üzükdən ibarət saçaq formalı 10000 manat dəyərində qızıl dəst; qolbaq, sırğa cütü, boyunbağından ibarət ürək formalı 5000 manat dəyərində qızıl dəst; ağ və göy r əngli brilyant qaşlarla bəzədilmiş, ağ qızıldan hazırlanmış gül naxışlı 20000 manat dəyərində boyunbağı; sallama qızıl kulonlu 5000 manat dəyərində qızıl boyunbağı; üzərində “Allah” yazısı həkk olunmuş yumru formalı kulonlu 3500 manat dəyərində qızıl boyunbağı; boyunbağı, sırğa cütü, üzükdən ibarət bəbir bəzəkli 4200 manat dəyərində qızıl dəst; hər tayının üzərində yeddi cüt brilyant qaşlı halqa formalı 10000 manat dəyərində qızıl sırğa cütü; ağ qızıldan hazırlanmış 3500 manat dəyərində sırğa cütü; çoxsaylı brilyant qaşlarla bəzədilmiş 7500 manat dəyərində ağ qızıl üzük; qolbaq və üzükdən ibarət rəngli qaşlarla bəzədilmiş ürək və gül formalı 3400 manat dəyərində qızıl dəst; brilyant qaşlarla bəzədilmiş 3700 manat dəyərində qızıl qolbaq; brilyant qaşlı gül formalı kulonlu 3300 manat dəyərin də qızıl boyunbağı; üzəri qaşlarla bəzədilmiş gül formalı 5000 manat dəyərində qızıl kulon; brilyant qaşlarla bəzədilmiş göz şəkilli 2400 manat dəyərində qızıl kulon; brilyant qaşlarla bəzədilmiş şar formalı 2100 manat dəyərində ağ qızıl kulon; kəpənək formalı 2800 manat dəyərində qızıl üzük; halqa formalı 2500 manat dəyərində ağ qızıl üzük; brilyant qaşlı 7200 manat dəyərində ağ qızıl üzük; iri və xırda brilyant qaşlarla bəzədilmiş 7000 manat dəyərində ağ qızıl üzük; bir ədəd iri brilyant qaşlı gül formalı 7000 manat dəyərində qızıl üzük; ağ qızıldan hazırlanmış və çoxsaylı brilyant qaşlarla bəzədilmiş hörümçək toru formalı 12000 manat dəyərində qolbaq; boyunbağı və sırğa cütündən ibarət sallama formalı 6700 manat dəyərində qızıl dəst; toxunma formalı 7500 manat dəyərində qızıl boyunbağı; göy rəngli iri firuzə qaşlı və xırda brilyant qaşlı ağ və sarı qızılın qarışığından hazırlanmış 10000 manat dəyərində üzük; bir ədəd 10000 manat dəyərində “Geneva” markalı qızıl qol saatı; bir ədəd 8000 manat dəyərində “Geneva” markalı qızıl qol saatı; çoxsaylı bahalı brilyant qaşlarla bəzədilmiş ağ qızıldan olan 20000 manat dəyərində qol saatı; 1000 manat dəyərində ağ mirvari boyunbağı; bənövşəyi rəngli iri qaşlı 1200 manat dəyərində boyunbağı; çobanyastığı çiçəyi formalı 1200 manat dəyərində qızıl sırğa cütü; iri narıncı qaşlı və şəffaf xırda qaşlı 1400 manat dəyərində qızıl qolbaq; 1800 manat dəyərində halqavari qızıl sırğa cütü; iri mirvari qaşlı, romb formalı kulonu olan 1500 manat dəyərində muncuqlu qızıl boyunbağı; şəffaf rəngli xırda qaşlarla bəzədilmiş ümumi dəyəri 1200 manat ola n 02 ədəd qızıl qolbaqlar; kişi köynəyinin qolları üçün 200 manat dəyərində gümüş düymə cütü; bənövşəyi rəngli iri qaşlı 1000 manat dəyərində ağ qızıl üzük; üzərində 02 ədəd ürək formalı qaşları və 01 ədəd sonsuzluq işarəsi sallanan 300 manat dəyərində qızıl sancaq; üzərində sallama buta, ulduz və halqa işarəsi olan xırda şəffaf qaşlarla bəzədilmiş 300 manat dəyərində qızıl açar halqası; iri yarpaq formalı şəffaf qaşlarla bəzədilmiş kulonlu və yaşıl rəngli yaqut qaşlı zəncir formalı 1500 manat dəyərində qızıl boyunbağı; qara və şəffaf qaşlı zəncir formalı 800 manat dəyərində qızıl boyunbağı; mirvari qaşlı 400 manat dəyərində qolbaq; xırda şəffaf qaşlı ulduz və aypara formalı 1000 manat dəyərində qızıl sırğa cütü; bənövşəyi muncuqlu 900 manat dəyərində qızıl qolbaq; balaca ayı formalı 500 manat dəyərində gümüş sırğa cütü; şəffaf qaşlı 1500 manat dəyərində gümüş sırğa cütü; gül formalı 500 manat dəyərində gümüş sırğa cütü; Ulu Öndər Heydər Əliyevin siması və imzası əks olunan 1800 manat dəyərində qızıl döş nişanı; bənövşəyi iri qaşlı 800 manat dəyərində qolbaq; 1000 manat dəyərində gümüş sırğa cütü; hər birinin dəyəri 1000 manat olmaqla ümumi dəyəri 5000 manat təşkil edən 05 ədəd “Nikolay”-ın onluq qızıl pulu; dəyəri 1000 manat olan “Atatürk”-ün bir ədəd onluq qızıl pulu saxlanılan və buna görə də saxlanc yeri hesab edilən bir ədəd 1000 (bir min) manat dəyərində dəmir seyfi gizli talayıb ev sahibinə ümumilikdə 282000 (iki yüz səksən iki min) manat məbləğində külli miqdarda maddi zərər vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 18 aprel 2023-cü il tarixli, 1(103)-116/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi onun işinə düzgün və ədalətli baxmayıb. Belə ki, onun la birlikdə həbs olunan X3 istintaqda və məhkəmədə oğurladığı pulun 800 manatını ona verdiyini demişdir. Nə Murad, nə də o, heç bir qızıl əşyası oğurlayaraq xərcləməmişdir. Lakin, məhkəmədə qərar verərkən bu fakta tamamilə düzgün qiymət verməmiş, onun guya yarısını ona verildiyi qeyd edilmişdir. Halbuki, o, 800 manat puldan başqa heç bir pul və ya qızıl-zinət görməmişdir. Həmin ittiham nahaq yerə onun üstünə yazılıb. Eyni zamanda onun birinci dəfə cinayət törətməyi, hər iki valideynini itirməyi nəzərə alınmayıb. Onun 7 yaşı olarkən anası dünyasını dəyişib. Hələ atasının da dünyasını dəyişməsi ilə çox pis vəziyyətdə qalıb. Ona böyüklük edən bir nəfər olmayıb. O, özbaşına böyüyüb, lazımı ailə tərbiyəsi almayıb. Cinayəti bilərəkdən törətməmişdir. Məhkəmə qərar verərkən bunların heç birini nəz ərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırı lmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materialları na, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum oğlunun əməli Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. İlk-öncə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi z əruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası CPM-in 139-cü maddə sinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilsə də, onun törətmiş olduğu ci nayət əməli onun özünün cinayət işi üzrə ibtidai istintaq və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs qismində verilmiş ifadələri, o cümlədən digər təqsirləndirilən şəxs X1, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərin keçirilməsi haqqında protokolları, ekspertiza rəyi ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökmdə göstərmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası Məhkum təqsiri barədə məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübut edilmiş, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən hall arı müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barəsində olan apellyasiya məhkəməsinin qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfin dən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkum kassasiya şikayətinin digər dəlili Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin halları və onun şəxsiyyətini nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxs in şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstəril mişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, apelyasiya instansiya məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 9 və 61-ci maddəsində nəzərdə tutulan müvafiq olaraq cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən işin hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərə cəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, Məhkum tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyan tam aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici halları nəzərə almadan təyin edilməsi barədə dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyi n edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya inst ansiyası məhkəməsinin Məhkum barəsində qərarın ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar