Məhkəmə qərarları › İş №1(102)-1779/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1779/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1779/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Quba Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə Əliyev Namiq Qula mhüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənov Rahim Təşəkkül oğlu) Əliyev Namiq Qulamhüseyn oğlu, 26 aprel 1989-cu il tarixdə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində beş azyaşlı uşaqları olan, heç yerdə işlməməmiş, Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2 021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 228.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, buna qədər əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən isə həmin cəza Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CM-nin 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham ümumi ittihamdan xaric olunmuşdur. Həmçinin hökmlə cinayət işi materialları zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 əmlaklarının oğurlanması hissələrdə təkrar araşdırılmanın aparılması üçün Şabran rayon Polis Şöbəsinə göndərilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə, o, 2020-ci il noyabrın 26-da saat 19 radələrində Şabran rayonunun Sincanboyad kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus evin həyətyanı sahəsinin açıq qapısından keçib həyətə, oradan isə evin I mərtəbəsinin mətbəxindəki plastik pənc ərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin II-ci mərtəbəsində yataq otağındakı sandığın qapağı üzərindəki qıfılı sındırıb, saxlanc yerindən Zərərçəkmiş şəxs8 Hacıbala qzına məxsus 585 əyarlı qızıldan hazırlanmış 35 qram çəkidə 1800 manat dəyərində 1 ədəd kolyeni, 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 600 manat dəyərində 1 ədəd qolbağı, 585 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə 800 manat dəyərində 1 ədəd qadın nişan üzüyünü, 585 əyarlı qızıldan yarpaq formasında hazırlanmış, üzərində sadə qaşları olan 15 qram çəkidə 700 manat dəyərində 1 ədəd qadın üzüyünü, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə 400 manat dəyərində 1 cüt qızıl sırğalarını, Zərərçəkmiş şəxs7 məxsus 585 əyarlı qızıldan hazırlanmış, üzərində xırda brilyant qaşlar ı olan 25 qram çəkidə 1000 manat dəyərində 1 ədəd kişi üzüyünü, ümumilikdə Zərərçəkmiş şəxs7 və arvadı Zərərçəkmiş şəxs8 5.300 (beş min üç yüz) manat dəyərində əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin yanvar ayının 09-dan 10-na keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən kompüter oyun zalının qarşısına gələrək binanın arxasındakı aluminium materialdan olan nəfəsliyi qırıb açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan bir ədəd 450 (dörd yüz əlli) manat dəyərində "Hisense” markalı televizoru, 300 (üç yüz) manat dəyərində "Samsunq” markalı bir ədəd monitordan və bir ədəd prosessordan ibarət kompüter dəstini, ümumilikdə 600 (altı yüz) manat dəyərində iki ədəd "Play Station” markalı oyun kompüterini və beş ədəd həmin kompyuterin pultlarını, ümumilikdə Zərərçəkmiş şəxs6 məxsus 1350 (bir min üç yüz əlli) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021ci ilin mart ayının 29-dan 30-na keçən gecə saat təxminən 03 radələrində Quba rayonunun Vəlvələ kəndi ərazisində yerləşən "Agrarco” MMC-yə məxsus meyvə bağından dörd ədəd üzərində gidroforları olan su motorlarını, ümmumilikdə "Agrarco MMC”yə məxsus 2000 (iki min) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021ci ilin aprel ayının 14-dən 15-n ə keçən gecə saat 02 radələrində Quba rayonu Talabıqışlaq kəndi ərazisindən keçən Vəlvələ çayının kənarında yerləşən "VVN” MMC-yə məxsus qumçınqıl karxanasından 100 (bir yüz) metr uzunluqda mis materialdan olan kabeli, ümumilikdə "VVN” MMC-yə məxsus 5000 (beş min) manat dəyərində əmlakı olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, 06 iyun 2021-ci il tarixdə saat 19 radələrində, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan olan pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən Zərərçəkmiş şəxs8ya məxsus 750 əyarlı qızıldan hazırlanmış 8000 manat dəyərində üzərində 40 ədəd brilliant q aşları olan 40 qram çəkidə kolyeni, 750 əyarlı qızıldan hazırlanmış 4000 manat dəyərində üzərində 30 ədəd brilliant qaşları olan 35 qram çəkidə qolbağı, 583 əyarlı qızıldan hazırlanmış 300 manat dəyərində üzərində bir ədəd silkon qaşı olan 3 qram çəkidə qadın üzüyünü, 583 əyarlı qızıldan hazırlanmış 400 manat dəyərində 5 qram çəkidə üzərində yarpaq naxışları olan qadın nişan üzüyünü, 583 əyarlı qızıldan səkkiz formasında hazırlanmış 350 manat dəyərində 3 qram çəkidə qadın üzüyünü, 583 əyarlı qızıldan «gül» formasında hazırlanmış 400 manat dəyərində üzərində beş ədəd silikon qaşları olan 5 qram çəkidə qadın üzüyünü, 583 əyarlı qızıldan hazırlanmış 300 manat dəyərində təxminən 4 qram çəkidə üzərində səkkiz ədəd silikon qaşları olan qadın üzüyünü, 583 əyarlı qızıldan uzunsov fantaziya forması nda hazırlanmış 450 manat dəyərində 5 qram çəkidə üzərində beş ədəd silikon qaşları olan qadın üzüyünü, 583 əyarlı qızıldan uzunsov «gül» formasında hazırlanmış 320 manat dəyərində 4 qram çəkidə üzərində doqquz ədəd silikon qaşları olan qadın üzüyünü, 583 əyarlı qızıldan hazırlanmış 1.400 manat dəyərində 8 qram çəkidə üzərində beş ədəd brilliant qaşları olan qadın nişan üzüyünü, 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 4000 manat dəyərində 15 qram çəkidə üzərində doqquz ədəd brilliant qaşları olan bir ədəd üzük və bir cüt sırğaları, 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 1000 manat dəyərində 12 qram çəkidə üzərində 6 ədəd silikon qaşları olan bir ədəd üzüyü və bir cüt sırğaları, 583 əyarlı qızıldan hazırlanmış 800 manat dəyərində 7 qram çəkidə üzərində səkkiz ədəd brill iant qaşları olan kişi nişan üzüyünü, 583 əyarlı qızıldan hazırlanmış 700 manat dəyərində 6 qram çəkidə üzərində bir ədəd qara minalı və səkkiz ədəd silikon qaşları olan kişi üzüyünü, 583 əyarlı qızıldan yarpaq formasında hazırlanmış 400 manat dəyərində 4 qram çəkidə qırıq qolbağı, 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 600 manat dəyərində 5 qram çəkidə boyunbağı ilə birlikdə üzərində «allah sözü» yazılmış bir ədəd dördkünc formasında kulonu, 583 əyarlı qızıldan hazırlanmış 1500 manat dəyərində 20 qram çəkidə «Maktaym» markalı kişi qol saatını, misdən zəncir formasında hazırlanmış 30 manat dəyərində 200 qram çəkidə boyunbağın, sadə dəmirdən hazırlanmış 2 manat dəyərində 3 qram çəkidə üzərində «xarı bülbül» kulonu ilə birlikdə qolbağı və bir ədəd 35 manat dəyərində «Oukitel» mark alı mobil telefonu, ümumilikdə Zərərçəkmiş şəxs9 24,987 (iyirmi dörd min doqquz yüz səksən yeddi) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 iyun 2021-ci il tarixdə saat 12 radələrində X1 məxsus Quba rayonunun Timiryazev qəsəbəsində yerləşən evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan olan pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən sonuncunun qızı Zərərçəkmiş şəxs1 məxsus qadın əl çantasının içərisindən bir ədəd 40 (qırx) manat dəyərində "Rolex” markalı qadın qol saatını, bir ədəd 700 (yeddi yüz) manat dəyərində Orient markalı kişi qol saatını, ümumilikdə 500 (beş yüz) manat dəyərində bir cüt üzərində ağ qaşl arı olan qızıl qadın sırğalarını, bir ədəd nazik qızıl qadın sepini, bir ədəd üzərində ağ və qara rəngli halqalar olan qızıl qadın üzüyünü, bir ədəd üzərində ağ və qara rəngli qaşları olan qızıl qadın qolbağını və 33 (otuz üç) manat pulu, ümumilikdə Zərərçəkmiş şəxs1 1273 (bir min iki yüz yetmiş üç) manat dəyərində əmlakını gizli olaraq talayıbməbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 iyul 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs4 məxsus Quba rayonunun Alekseyevka kəndində yerləşən evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan olan pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən sonuncuya məxsus 399 (üç yüz doxsan doqquz) manat 50 (əlli) qəp ik dəyərində bir cüt qızıl qadın sırğalarını, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 399 (üç yüz doxsan doqquz) manat 50 (əlli) qəpik dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 iyul 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan olan pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən sonuncuya məxsus ümumlikdə dəyəri 128 manat olan 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl sırğıanı, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 128 (yüz iyirmi səkkiz) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 iyul 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs3 məxsus Quba rayonunun Alekseyevka kəndində yerləşən evin hasarından keçib həyətə. Oradan isə evin pəncərəsini sındırlmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən sonuncuya məxsus ümumilikdə 428 (dörd yüz iyirmi səkkiz) manat 40 (qırx) qəpik dəyərində bir ədəd qızıl qadın boyunbağısını və bir ədəd qızıl qadın qolbağını, həmçinin həmin evin yataq otağındakı şifonerin içərisindən 20 (iyirmi) manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 448 (dörd yüz qırx səkkiz) manat 40 (qırx) qəpik dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Quba rayonunun Timiryazev qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gələrək evdə heç kəsin olmadığını əmin olduqdan sonra həmin ünvanda pul və qiymətli əşyaların olmasına əmin olaraq 06 iyul 2021-ci il tarixdə saat 20 radələrində həmin evin həyətinə hasardan keçib evin pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olub, evdən oğurluq etmək istəyərkən ev sahiblərinin geri qaydıaraq evə daxil olmaları və onu yataq otağında görmələri səbəbindən dərhal hadisə yerindən qaçıb uzaqlaşaraq faktiki olaraq qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Cinayət işinə birinci instansiya məhkəməsində baxılması nəticəsində Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 məxsus əmlakı oğurlanması epizodları və bu epizodlarla bağlı CM-nin 177.2.4-cü maddəsi ümumi ittihamdan xaric edilərək iş üzrə Məhkum qalan epizodlar üzrə oğurluq cinayətini törətməkdə təqsirli bilinməsi barədə yuxarıda göstərilən hökm çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Abbasov Seymur Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və və məruzəç), Əsgərova Ruhiyyə Orucəli qızı və İsmayılov Azər İbrahim oğlundan ibarət tərkibdə) 02 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və işin yeni apellyasiya baxına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Əsasən ibtidai araşdlırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, həmin ittiham üzrə üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassı z olaraq imtina etmiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, ibtidai istintaq zamanı Məhkum istər şübhəli, istərsə də təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində özünü ona CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş, eyni zamanda ifadəsində həmin oğurluq epizodları üzrə göstərmişdir ki, o, narkotik vasitələrdən vaxtaşırı istifadə edir, xeyli zamandır ki, heç bir yerdə işləmədiyindən maddi durumu çox çətinləşmiş, iş tapa bilmədiyi və ailəsinin dolanışığını təmin etmək üçün oğurluq etmək qərarına gəlib 2020-ci ilin noyabr ayının axırlarında, saat 19 radələrində yaşadığı Xaçmaz şəhərindən tanımadığı «Vaz 2106» markalı avtomobillə Şabran şəhərinə gəlib, şəhərin girəcəyində yerləşən Sincanboyad kəndində yerləşən evləri gəzərək orada bir evdə heç kimin olmadığını gördükdə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evin pəncərəsini özü ilə gətirdiyi vintaçanla açaraq evə daxil olub birinci mərtəbədən evin ikinci mərtəbəsinə qalxaraq oradakı yataq otağına keçmiş və otaqdakı paltar şifonerini axtarmağa başlamışdır. Yataq otağında olan paltar şifonerində heç bir əşya tapa bilmədiyi üçün o, şifonerin yanındakı sandığın qıfılını sındırıb onun içindən qızıl-zinyət əşyaları taparaq onları oğurlayıb, pəncərədən küçəyə çıxmış, bundan sonra Şabran şəhər avtovağzalına gedərək oradan dövlət nömrə nişanını xat ırlamadığı taksi avtomaşını ilə Xaçmaz rayonuna qayıtmışdır. Sonradan Şabran şəhərində olan evdən oğurladığı qızılzinyət əşyalarını Xaçmaz şəhər bazarında tanımadığı şəxslərə dəyər-dəyməzinə sataraq əldə etdiyi təxminən 400-500 manat pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 06 iyun 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı Xaçmaz şəhərindən tanımadığı «Vaz 2109» markalı avtomobillə Şabran şəhərinə gedərək axşam saat 19 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində taksidən düşüb, həmin küçədə yerləşən evləri gəzərək orada bir evdə heç kimin olmadığını görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, evin pəncərəsini özü ilə götürdüyü vintaçanla açaraq yataq otağına daxil olmuş və otaqdakı əşyaları axtarmağa başlamışdır. Yataq otağında o, paltar şifoner inin yuxarı gözündə saxlanılan qızıl-zinyət əşyalarını və bir ədəd mobil telefonu oğurlayaraq pəncərədən küçəyə çıxmış və piyada Şabran şəhər avtovağzalına gedərək oradan dövlət nömrə nişanını xatırlamadığı taksi avtomaşını ilə Xaçmaz şəhərinə qayıtmışdır. Həmin evdən də oğurladığı bir ədəd mobil telefonu hələ Şabran şəhərində olarkən küçədə yadında qalmadığı yerə atmış, oğurladığı qızıl-zinyət əşyalarının bəzilərini Xaçmaz şəhərində, digərlərini isə Bakı şəhəri, Neftçilər metrosunun yanında dəyərdəyməzinə sataraq əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. İş üzrə toplanmş sübutlar narkotik vasitələrin aludəçisi olan Məhkum cinayət törətməyə meyilli şəxs olmasına, məhkəmə baxışının sonrakı mərhələlərində səsləndiriyi fikirlərin inandırıcı olmamasına və məhkəmə iclasında verdiyi ifadələrinin müdafiə xarakterli olması barədə qənatə gəlmək üçün kifayət qədər daxili inam yaradır. Bundan başqa, ibtidai araşdırma zamanı Məhkum ifadələri hadisə yerlərində yoxlanılarkən də o, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrində qeyd etdiyi xüsusatları bir daha təsvir edərək təsdiq etmiş və bunlar videçəkilişlər əks olunmuş CD diskdən də görünür. Bundan əlavə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 qız ibtidai istintaq zamanı Məhkum onlara məxsus olan evlərdən oğurluq etməməsi ilə əlaqədar hər hansı bir şübhəli məqamın olması barədə istintaq orqanına vəsatət və ərizə ilə müraciət etməmiş və buna görə də onların Məhkum tərəfindən onlara məxsus olan evlərdən oğurluq etməməsi faktını təsdiq etmələri anlaşılan deyil. Zərər çəkmiş şə xslər məhkəmədən kənar fikirlərini bildirərkən Məhkum heç bir imkanı olmamasını və onun narkoman olduğunu qeyd etməklə dəymiş ziyanı ödəyə bilməyəcəyi ilə əsaslandıraraq onlara məxsus olan evlərdən Məhkum oğurluq etməməsini bildirmişlər. İş materiallarından aydın olur ki, zərər çəkmiş şəxslər bütün hallarda onlara məxsus olan evlərdən oğurluq edən şəxsi tanımamış və görməmiş və belə olan halda oğurluqların məhz Məhkum və yaxud digər şəxslər tərəfindən törədilməsindən onların heç bir məlumatı olmamışdır. Bundan əlavə, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsinin 05 iyun 2021-ci il tarixdən 09 iyun 2021-ci il tarixədək Bakı şəhərində qeydə alınması əsas götürülərək Məhkum elan olunmuş ümumi ittihamdan CM-nin 177.2.4-cü maddəsinin xaric edilməsi barədə məhk əmələrin jəldikləri nəticə yalnış olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin göstərilən tarixlərdə başqa şəxsin istifadəsində olub-olmaması araşdırılmamış, məhkəmə istintaqı zamanı isə müəyyən edilmişdir ki, onun istifadəsində bir neçə mobil telefon nömrəsi olmuş, eyni zamanda onun adına olmayan, lakin istifadəsində olan nömrələr də olmuşdur. Məhkəmələr isə bu hallara düzgün qiymət verməmiş, onun telefon anten dairəsinin 2020ci il noyabrın 26-da saat 19 radələrində hansı ərazidə olmasını isə yoxlamamış, onun özünü müdafiə xarakterli ifadələrinə tənqidi yanaşmamış, işin hallarını və məhkəmədə tədqiq olunmuş biri digərinə uyğun gələn sübutları obyektiv qiymətləndirməmiş, nəticədə isə əsassız olaraq Məhkum qarşı irəli sürülmüş itt ihamdan onun törətdiyi oğurluqların iki epizodu və CM-nin 177.2.4-cü maddəsi xaric edilmişdir. Məhkəmələr gəldikləri bu nəticəni kifayət qədər əsaslandırmamış və iş üzrə sübutları nəzərə almamaqla CPM-nin 28-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə riayət etməmişlər. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı T.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına geniş yazılı etiraz ərizəsi göndərərək həmin ərizəsində kassasiya protestinin təmin edilməməsi və Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və zərər çəkmiş hüquqi şəxslərin nümayəndələri isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin məzmunundanlan göründüyü kimi, həmin müraciətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum elan olunmuş ittihamdan onun törətdiyi oğurluqların iki epizodunu və CM-nin 177.2.4-cü maddəsinin xaric edilməsi haqqında nəticəyə gələn birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən məsələ ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları araşdırmamış, araşdırılmış sübutlara düzgün qiymət verməmiş və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416. 1.2 və 416.1.3-cü maddələrinə əsasən isə məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki ci nayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.1 1-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunv ericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassa siya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir s ıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izaşlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Konstitusiyanın 12-ci m addəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bili nmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiyanın) 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut e dilənədək təqsirsiz hesab edilir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddələsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit olunmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavi lələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2-ci maddəsinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. CPM-nin 10.5-ci maddəsində müəyyən edilmişdir ki, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Cinayət mühakimə icraatının təməl prinsi plərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edil məsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 126.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələbləri ndən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübu tetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunverici liyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə v ə (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlı qlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanun vericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlmə məsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, cinayət-prosessual qanunvericiliyinin və beynəlxalq müqavilələrin yuxarıda şərh edilən normalarının tələbləri, habelə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdhirilmədən qüvvəsində saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının bu tələblərə və hüquqi mövqeyə, xüsusilə də CPM-nin 143146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqınd a tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, 26 noyabr 2020-ci il tarixdən başlayaraq 06 iyul 2021-ci il tarixədək olan dövr ərzində yaşayış sahələrinə və başqa saxlanc yerinə qanunsuz daxil olaraq, habelə "Agrarco” MMC-yə məxsus meyvə bağından "VVN” MMC-yə məxsus qum-çınqıl karxanasından, cəmi doqquz epizod üzrə müxtəlif dəyərdə əmlakı, o cümlədən qızıl-zinyət əşyalarını təkrarən gizli talayaraq zərər çəkmiş şəxslərə oğurladığı əmlakın dəyərində, zərə rçəkmişlər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 isə, hər birisinə xeyli miqdarda ziyan vurmuş, həmçinin 06 iyul 2021-ci il tarixdə saat 20 radələrində təkrarən vətəndaş Zərərçəkmiş şəxs2 yaşadığı evə girməklə oğurluğa cəhd etmişdir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, işə baxan birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 məxsus 5.300 (beş min üç yüz) manat dəyərində və zərərçəkmiş Zərərçəkmiş şəxs9 24,987 (iyirmi dörd min doqquz yüz səksən yeddi) manat dəyərində onlara ayrı-ayrılıqda xeyli ziyan vurmaqla təkrarən oğurluq etm əsi epizodlarının, bu epizodlarla əlaqədar olaraq CM-nin 177.2.4-cü maddəsinin xaric edilməsi barədə nəticəyə gəlmiş, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittihamın digər epizodları üzrə oğurluq və oğurluğa cəht etmə əməllərini, yəni CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün həmin sübutların kifayət etməsini hesab etmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin iş üzrə gəldikləri yekun nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Cinayət işinin materiallarından görünür ki, Məhkum hök mlə təqsirli bilindiyi epizodlar üzrə özgələrə - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, habelə "Agrarco” MMC-yə və "VVN” MMC-yə məxsus məxsus əmlaklarını gizli yolla talaması, yəni onların əmlaklarını oğurlaması, Zərərçəkmiş şəxs2 məxus əmlakı isə oğurlamağa cəhd etməsi ilə bağlı (cəmi səkkiz epizod üzrə) cinayət əməllərini törətməsi məhkumun özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqındla protokollarla, məhkəmə-əmtəəşunaslıq ekspertizasının 24 may 2021-ci il tarixli 6/1930-9/3033 nömrəli, 17 iyul 2021-ci il 9/4969 nömrəli, 17 iyul 2021-ci il 9/4968 nömrəli, 26 iyul 2021-ci il tarixli 9/4970 nömrəli rəyləri ilə, maddi sübutlarla tam təsdiq edilir və məhkə mələr həmin sübutların araşdırılmasına və onların hər birisinin ayrı-ayrılıqda və məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsinə əsaslanmaqla onun bu əməllərini CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə tövsif etmişlər. Məhkəmə kollegiyası məhkəmələrin gəldikləri bu nəticə ilə razılaşır və qeyd edir ki, göstərilən epizodlar üzrə Məhkum təqsirliliyi və onun əməllərinin hüquqi tövsifi kimi məsələlər istər sonuncunun özü, istərsə də dövlət ittihamçısı tərəfindən də mübahisələndirilmədiyindən həmin epizodlar üzrə hər hansı təhlil aparılmasına zərurət yoxdur. Kassasiya protestinin zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 məxsus 5.300 (beş min üç yüz) manat dəyərində və zərərçəkmiş Zərərçəkmiş şəxs9 məxsus 24,987 (iyirmi dörd min d oqquz yüz səksən yeddi) manat dəyərində əmlakların Məhkum tərəfindən oğurlanmasına dair epizodların və CM-nin 177.2.4-cü maddəsinin ümumi ittihamdan əsassız olaraq xaric edilməsi haqqında dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası vurğulayır ki, işin müəyyən edilmiş faktiki hallarından və bu halların arxasında duran sübutlardan, o cümlədən məhkum edilmiş şəxsin, zərər çəkmiş şəxslərin ifadələrindən görünür ki, Məhkum həmin epizodlar üzrə oğurluq əməllərini törətməsi həmin sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün bu sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona qarşı CM-nin 177.2.2, 177.2.3, 17 7.2.4 və 29,177.23-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki o, narkotik vasitələrdən vaxtaşırı istifadə edir. Xeyli zamandır ki, heç bir yerdə işləmədiyindən maddi durumu çox çətinləşmiş, heç bir yerdə iş tapa bilmədiyi və ailəsinin dolanışığını təmin etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Sonra Məhkum təqsirli bilindiyi epizodlar üzrə oğurluq əməllərini törətməsini etiraf edərək bu oğurluqların halları barədə ətraflı ifadələr vermiş və eyni zamanda qeyd etmişdir ki, 26 noyabr 2020-ci il tarixdə Şabran rayonunun Sincanboyad kəndində və 06 iyun 2021-ci il tarixdə Şabran şəhərində olmamış və göstərilən tarixlərdə Zərərçəkmiş şəxs7 məxsus evdən və Zərərçəkmiş şəxs9 məxsus evdən oğurluq etməmiş, bu barədə ibtidai araşdırma zamanı etirafedici if adələri isə müstəntiqin təsiri altında vermiş, həmin dövrdə hadisə yerlərinə gətirildikdə də oğurlanmış əşyaların gizlədildiyi yerləri dəqiq bilmədiyinə görə həmin yerləri müstəntiqin yönəldilməsinə əsasən göstərmiş və bu hallar da ifadələrin yerində yoxlanılması haqqında istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videgörüntülərdən açıq-aydın görünür. Birinci instansiya məhkəməsin məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs8nın ifadələrindən görünür ki, o, 06 iyun 2021-ci il tarixdə saat 18 radələrində azyaşlı uşaqları anasının evinə getdikdən sonra o da həyat yoldaşı Anarla birlikdə qayınanası Xnın yaşadığı evə qonaq getmiş, saat 21 radələrinədək orada olmuş, sonra öz evinə qayıdaraq təxminən saat 01 radələrinədək qədər həyat yoldaşı ilə birlikdə qonaq otağında olan te levizora baxmış, növbəti gün, yəni 07 iyun 2021-ci il tarixdə səhər saat 08 radələrində yataq otağında şifonerdə olan qızıl üzüyünü taxıb işə getmək istəyərkən şifoneri açıb yuxarı rəfdəki qızıl qabına baxdıqda həmin üzüyün yerində olmadığını görmüşdür. Elə bu zaman yataq otağındakı plastik pəncərədən külək əsdiyi üçün həmin pəncərənin açıq olmasını görüb və bundan da şübhələnib üzüyünü qonaq otağında və evin digər otaqlarında axtarmış, lakin üzüyünü yenə tapa bilməmiş, buna görə şifonerin yuxarı rəfində olan, qızıl-zinyət əşyaları saxlanılan qutulara baxarkən həmin əşyaların heç birinin yerində olmadığını aşkar etmiş və bu barədə həyat yoldaşı Anara və qaynanasına bildirərək eyni zamanda oğurlduq edilməsi barədə polis şöbəsinə də məlumat vermişdir. Yaşadığı evdən ona məxsus ümumilikdə 249 87 manat dəyərində qızılzinyət əşyaları və sair əmlakı oğurlanmışdır. Hazırki iş üzrə təqsirləndirilən şəxs qismində Məhkum tərəfindən onun evinə girilmədiyini və oradan oğurluq etmədiyini Zərərçəkmiş şəxs8 onunla əsaslandırmışdır ki, sonuncu polis əməkdaşları tərəfindən onun yaşadığı evə gətirildikdən sonra və guya ifadələrinin yerində yoxlanılması zamanı Məhkum qızılziynət əşyalarının nədən ibarət olmasını, hansı otaqda və hansı şkafda saxlanıldığını bilməmiş, polis əməkdaşlarının onu yönləndirməsi ilə bu haqda ifadələr vermişdir. Hazırki iş üzrə zərər çəkmiş şəxslər qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs8 Hacıbala qızı və Zərərçəkmiş şəxs7, hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, 26 noyabr 2020-ci il tarixdə onlar yaşadığı evdə olmuş, saat 14 radələrində evdən çıxıb Şabran ş əhərində yaşayan qohumlarını evinə qonaq getmiş, saat 21 radələrində isə Sincanboyad kəndində yerləşən evlərinə qayıtmışlar. Evə girən zaman evin birinci mərtəbəsinin döşəməsində olan xalçanın üzərində palçıqlı ayaq izləri görmüş və evə kənar şəxsin daxil olmasına şübhə yarandığı üçün birlikdə evə baxmağa başlamışlar. Həmin vaxt evin ikinci mərtəbəsində olan yataq otağına baxan zaman otağın dağınıq vəziyyətdə olduğunu və otaqda olan sandığın qapısındakı dəmir kilidin sındığını görmüş, sandığa baxan zaman isə orada olan ümumilikdə 5300 manat dəyərində qızıl-zinyət əşyalarının oğurlanmasını aşkar etmiş, bu haqda da polis orqanına məlumat vermişlər. Oğurluq faktı üzrə başlanmış cinayət işi üzrə ibtidai istintaq zamanı oğurluğun guya Məhkum tərəfindən edilməsi müəyyən olunaraq sonuncu polis əməkdaşları tərəfindən onların yaşadığı evə gətirilmiş, lakin orada istintaq hərəkətinin aparılması zamanı Məhkum qızıl-ziynət əşyalarının hansı otaqda və hansı şkafda olduğunu göstərə bilməmiş, buna görə polis əməkdaşları onu yönləndirməyə başlamış və onların dediklərinə əsasən o, oğurlanmış əşyaların saxlanıldığı yer barədə ifadə vermişdir. Həmçinin Məhkum oğurlanmış əşyaların nədən ibarət olduğunu da bilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum zərər çəkmiş şəxslərin yuxarıda təsvir edilmiş ifadələrini təsdiq edərək həqiqətən onların yaşadıqları evlərə hansı yolla daxil olması və oğurlanmış əmlakın saxlanıldığı yerlər barədə müstəntiqin yönəldilməsi ilə ifadələr verdiyini bir daha təsdiq edərək həmin şəxslərə məxsus evlərdən oğurluq etmədiyini, 26 noyabr 2021-ci il tarixdə Şabran rayonunun Sincanboyad kəndində, 06 iyun 2021-ci il tarixdə isə Şabran şəhərində ümumiyyətlə olmadığnı bildirmişdir. İbtidai araşdırma zamanı toplanmış sübutlarla birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlar arasında ziddiyyətlərin müəyyən edilməsi nəzərə alınaraq, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxs Məhkumun istifadəsində olan “055- 266-51-96”, “***-***-**-**”, “070207-31-91”, “***-***-**-**”, “***-*****-**”, “***-***-**-**” saylı və X4 adına olan, lakin Məhkumun istifadəsində olan “***-***-****”, “***-***-**-**”, “***-***-**-**”, “***-***-**-**” saylı mobil nömrələrə 25 noyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixinədə və 05 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixə kimi daxil olan və çıxan zəngl ər və SMS-lər, siyahıda göstərilən abonentlərin anket məlumatları, edilən zənglər zamanı zəng edən və zəng olunan nömrələrin hansı ötürücü antenin əhatə dairəsində olması, həmin gün qeyd edilən mobil telefonun (nömrənin hərəkət istiqaməti, nömrələrin hansı ötürücü antenin əhatə dairəsində olması və hansı ərazi dairəsində olması), göndərilən və qəbul edilən SMS-lərin mətnlərini əks etdirən məlumatların "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC- dən götürülməsi barədə qərar qəbul etmiş və bu qərarla edilmiş sorğulara verilmiş cavablarda aşağıdakılar müəyyən edilmişdir: - "xxxx" MMC-nin 16 avqust 2022-ci il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı nömrə sorğulanan müddətlər ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır; - "xxxx" MMC-nin 17 avqust 2022-ci il tarixli məktubundan görünü r ki, ***-***-**-** və ***-***-**-** saylı nömrələrin qərarda göstərilən müddətlərdə istifadəsi qeydə alınmamışdır; - "Azerfon” MMC-nin 09 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, ***-***-****, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr məhkəmə qərarında göstərilən tarixlərdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Həmin məktuba CD diskə köçürülələrk əlavə edilmiş məlumatlardan müəyyən olunur ki, ***-***-**-** mobil nömrə Məhkumun, ***-***-**-** mobil nömrə Xın adına rəsmiləşdirilmiş, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrinin anten dairəsi 05 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək Bakı şəhərində qeydə alınmışdır. Kassasiya protestində Məhkum narkotik vasitələrin istifadəçisi ol masına görə onun cinayət törətməyə meyilli olması, buna görə məhkəmə iclasında verdiyi ifadələrin inandırıcı olmamasına və özünü müdafiə xarakterli olması qənaətinə gəlməyə kifayət qədər daxili inam yaratması barədə dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkumun cinayət törətməyə meylli şəxs olması elə onun barəsində səkkiz epizod üzrə oğurluq və oğurluğa cəhd etmə əməllərini törətdiyinə görə təqsirli bilinərək məhkum olunması, bundan əvvəl də eyni əməllərə görə Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə təsdiq olunur, lakin ibtidai araşdırma orqanı tərəfindən ona həm də Ceyhun və Aytən Musayevlərə və Zərərçəkmiş şəxs9 məxsus əmlakın oğurlanmasına görə elan olunmuş ittiham və bu ittihamın müvafq sübutlarla təsdiq edilməsi barədə dövlət ittihamçsın ın iddiası yalnız ehtimal xarakter daşıyır və mötəbər, inandırıcı sübutlarla müəyyən edilmir. Digər tərəfdən, məhkəmə kollegiyası onu da vurğulayır ki, Məhkum məhkəmə iclasında verdiyi ifadələri həmçinin adları yuxarıda göstərilən zərər çəkmiş şəxslərin ifadələri ilə də uzlaşır və biri-birini tamamladığından məhkumun ifadələrinin təkzib edilməsi üçün başqa sübutlar iş materiallarında aşkar olunmur. Kassasiya protestində Məhkum ibtidai araşdırma zamanı ifadələrinin yerində yoxlanılması zamanı da mübahisələndirilən oğurluqların onun tərəfindən edilməsi barədə etirafedici ifadələr verməsinə, bu ifadələrlə də onun təqsirinin sübuta yetirilməsinə dair dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər də araşdırılmış sübutlarla təsdiqini tapmır. Belə ki, işə birinci instansiy a məhkəməsində baxılarkən həmin istintaq hərəkətlərinin keçirilməsini özündə əks etdirən videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Məhkum zərərçəkmişlər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 məxsus evlərə hansı şəkildə və haradan daxil olmasını, oğurluqları evlərin hansı otaqlarından etdiyini, qızılzinyət əşyalarını hansı dolablardan götürdüyünü sərbəst şəkildə deyə bilmədiyindən həmin istintaq hərəkətlərini aparmış müstəntiq ona yönəldici suallar verməyə başlamış və yalnız bundan sonra Məhkum yuxarıda göstərilən hallar barədə ifadələr vermişdir. Bundan başqa, videogörüntülər yazılmış CD diskə məhkəmə iclasında baxış keçirilərkən o da müəyyən edilmişdir ki, diskdə olan 1 və 2 ilə işarələnmiş videofayllarda Zərərçəkmiş şəxs7 evinə baxış keçiriləcəyi deyilir, həmin vaxt müstəntiq Məhkum həqiqətən pəncərədən evə daxil olmasını, şkafa yoxsa sandığa baxmasını soruşur, sonuncu isə bir qədər fikirləşdikdən sonra əvvəl şkafa, sonra isə sandığa baxmasını, şkafda heç nə tapmamasını, sandıqda isə pul və qızıl-zinyət əşyalar tapdığını bildirir. Hərçənd Musayevlərin yaşadığı evdən edilmiş oğurluqla bağlı Məhkum qarşı irəli sürülmüş ittihamdan və bu ittiham üzrə zərər çəkmişə şəxslərin ifadələrindən görünür ki, həmin evdən yalnız qızıl-zinyət əşyaları oğurlanmışdır. Diskdə 3-6 ilə işarələnmiş videofayllardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8nın yaşadığı evində eyni istintaq hərəkəti aparılarkən müstəntiq Məhkum oğurluğun iyun ayının əvvəllərində edilməsi, evə günün hansı vaxtında və pəncərədən daxil olması barədə yönəldici suallar verir və Məhkum də həmin sualla rda əksini tapan halları təsdiq edərək Zərərçəkmiş şəxs9 məxsus evdən də oğurluğun onun tərəfindən edilməsini təsdiq edir. Bununla belə, həmin videogörüntülərlə o, da müəyyən edilir ki, istintaq hərəkətinin aparılması zamanı evdə olan yaşlı qadın müstəntiqin suallarına və hərəkətlərinə etirazını bildirir və oğurluğun evə gətirilmiş şəxs tərəfindən edilmədiyini, onun hansı qızıl-zinyət əşyaların ourlanmasından və harada saxlanılmasından xəbəri olmadığın qeyd edir. Təsadüfi deyil ki, ibtidai araşdırma zamanı Daxili İşlər Nazirliyinə, işə məhkəmədə baxılarkən isə - birinci instansiya məhkəməsinə ünvanladığı ərizələrində, habelə cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrində və kassasiya protestinə verdiyi etirazında da Zərərçəkmiş şəxs9, kassasiya protestinin dəlillərinin əksi nə olaraq təkidlə onun yaşadığı evdən edilmiş oğurluqla bağlı ibtidai araşdırmanın natamam aparılmasını, həmin oğurluğun Məhkum tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən edildiyini, kassasiya protestinin isə əsassız olmasını bildirmiş və bu da ibtidai araşdırma zamanı toplanmış ziddiyyətli sübutların fövqündə onun müraciət və ifadələrinin anlaşılan və əsaslı olmasına dəlalət edir. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri haqlı olaraq Məhkum qarşı irəli sürülmüş ittihamın təhlil edilən iki epizodu üzrə ibtidai araşdırma zamanı toplanmış sübutları yolverilməz sübutlar kimi qiymətləndirib həmin epizodlarla bağlı ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina etmiş və göstərilən epizodların və CM-n in 177.2.4-cü maddəsinin ümumi ittihamdan xaric edilməsi barədə əsaslandırılmış yekun məhkəmə aktları qəbul etmişlər. Bu zaman məhkəmələr düzgün olaraq qeyd etmişlər ki, CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin məhkəmələr onu da nəzərə almışlar ki, CPM-nin 351-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Kassasiya protestinin məzmunundan isə görünən odur ki, dövlət ittihamçısı T.H.Əsədov həmin protestin də Məhkum Şabran şəhərində və Şabran rayonunun Sincanboyad kəndində oğurluq cinayətlərini törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməsi haqqında dəlillərini yalnız ehtimallar üzərində quraraq bu dəlilləri Məhkum ibtidai araşdırma zamanı verdiyi, lakin heç bir sübutla təsdiq olunmayan etiraf edici ifadələr verməsi ilə əlaqələndirmiş, halbuki bu ifadələr məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı kimi, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamını müdafiə etmiş prokurorlar da təhlil edilən epizodlarla bağlı hər hansı mötəbər sübutları məhkəmələrə təqdim etməmiş, hər hansı əlavə sübutlarınun araşdırılması barədə vəsatətlər qaldırmamış və buna görə də məhkəmələr i ş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə, digər tərəfdən isə çəkişmə prinsipinə uyğun olaraq yalnız ibtidai araşdırma orqanının təqdim etdiyi və müdafiə tərəfinin vəsatətinə əsasən əldə olunmuş sübutların araşdırılması, tədqiqi, təhlili və qiymtələndirilməsi ilə kifayətlənib qəbul etdikləri yekun məhkəmə aktlarında göstərdikləri nəticəyə gəlmişlər. Belə olan halda, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum əsaslı olaraq ona qarşı irəli sürülmüş ittihamın səkkiz epizodu üzrə oğurluq və oğurluğa cəhd etmə cinayət əməllərini törətdiyinə görə CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş və məhkəmələr bu haqda yekun məhkəmə aktları qəbul edərkən müəyyən edilmiş ziddiyətləri (şübhələri) CPM-nin 21.2-ci maddəsinin tələb etdiyi kimi Məhkum xey rinə həll edib araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada qiymətləndirməklə ziddiyyətli və yolverilməz sübutları Məhkum 26 noyabr 2020-ci il və 06 iyun 2021-ci il tarixlərdə oğurluq cinayətlərini törətməkdə təqsirli bilinməsi üçün kifayət edən hesab etməyərək qanuni və obyektiv yekun məhkəmə aktları qəbul etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələrin hazırki iş üzrə bu haqda gəldikləri nəticə və qəbul etdikləri yekun məhkəmə aktları təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuş Konstitusiyanın 63-cü maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinin, digər beynəlxalq müqavilələrin, habelə prosessual qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri ilə də tam uzlaşır. Bu haqda qanunvericilikdə nəzərdə tutulmuş müvafiq normalara təkrarən istinad edilməsinə zərurət görməyən məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, CPM-nin 139.0.2-ci və 139.0.4-cü maddələrinə görə, cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, CPM-nin müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifə li şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin preseden tlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. CPM-nin 318.1-ci maddəsinin ikinci cümləsində müəyyən edilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 38-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Beləliklə, məhkəmə kollegiyası istə r birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə bağlı toplanmış sübutları tədqiq etdiklərini, onları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirmələrini, iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntularla əldə edilmiş yolverilməz sübutlardan istifadə etmədiklərini, əksinə, belə sübutları qəbul etməkdən imtina etmələrini, məhkəmə təcrübəsinin vahidliyini pozmadıqlarını, ümumi şəkildə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin həm 416.1, həm də 416.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Musayevlərə və Zərərçəkmiş şəxs9 qarşı törədilmiş oğurluq cinayətlərinə dair epizodların və CM-n in 177.2.4-cü maddəsinin ibtidai araşdırma orqanı tərəfindən Məhkum elan olunmuş ittihamdan xaric edilməsini və həmin epizodlar üzrə materialların əlavə araşdırma aparılması üçün Şabran Rayon Polis Şöbəsinə göndərilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin bütün dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar