Məhkəmə qərarları › İş №1(102)-1779/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1779/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1779/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 221.3-cü maddələri ilə təqsirli b ilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-664/2023 saylı, 04 oktyabr 2023cü il tarixli hökmü (sədrlik edən hakim X4) ilə xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış, hal hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 09 (do qquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 aprel 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01(bir) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rej imli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 02 iyun 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Məhkum qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmiş, silahdan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlə xuliqanlıq etmişdir. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən soyuq silah hesab olunan bir ədəd vurucu-əzici xassəyə malik olan kustar üsulla hazırlanmış kasteti (beşbarmaq) qan unsuz olaraq əldə edib Sabunçu rayonunun inzibati ərazisi hesab edilən, Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən Zamin marketə qədər üzərində gəzdirmişdir. Bundan əlavə, o, 02 aprel 2023-cü il tarixdə saat 11 radələrində Sabunçu rayonunun inzibati ərazisi hesab edilən, Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən Zamin marketdə müştəri qismində olarkən həmin mağazaya müştəri kimi gəlmiş, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs İsmayıl oğlunun çiyni ilə onun çiyninə dəyməsini cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə Zərərçəkmiş şəxslə mübahisəyə başlayıb ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş da vranış və etik qaydaları, əxlaq normalarını kobud surətdə pozub ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib onu nalayiq sözlərlə təhqir etmiş və üzərində olan soyuq silah hesab olunan bir ədəd vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kasteti (beşbarmaq) götürüb həmin silahdan istifadə edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq ona sağ çiyin-kürək nahiyəsinin dərialtı hematoması, sağ bazu və sağ said nahiyələrinin qançırları ilə nəticələnən, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlə xuliqanlıq edərək, həmin cinayətin törədilməsində silah qismində istif adə etdiyi bir ədəd kasteti (beşbarmaq) hadisə yerində ataraq oradan uzaqlaşmış, hadisə yerinə baxış keçirilən zaman həmin kastet (beşbarmaq) hadisə yerinin yaxınlığındakı otluq sahəsində aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X5, hakimlər: X6 və X1 ibarət tərkibdə) 1(103)-103/2024 saylı, 07 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-664/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarından təq sirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarının məhkumun əməlində cinayət tərkibi olmadığından ləğv edilib yeni apellyasiya baxışa qaytarılması xahiş edilmişdir. 03 iyul 2024-cü il tarixdə Məhkum cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.7-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinay ət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib m əhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar