Məhkəmə qərarları › İş №1(102)-178/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-178/2019

06.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-178/2019 06.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 178/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "06" fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qədimov Ceyhun Tofiq oğlu) xx xxxx 1957-ci ildə Ermənistan Respublikasının Cermux şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbayc an Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 15% məbləğində dövlət nəfinə pul tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 17-18 oktyabr 2017-ci il tarixləri üzrə tutulduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə təyin edilmiş cəzasının müddətinə bir günə üç gün hesabı ilə hesablanmaqla qəti olaraq 01 il 11 ay 27 gün islah işləri cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)568/2014 nömrəli işi üzrə 29 dekabr 2014-cü ildə qanuni qüvvəyə minmiş 20 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və N.Zərərçəkm iş şəxs 20.000 ABŞ dolları məbləğində pulu, ödənilən anda ABŞ dollarının AZN-lə məzənnəsi nəzərə alınmaqla AZN-lə ödəməli olduğuna və həmin qətnaməni üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 11 oktyabr 2016-ci il tarixli, 3(010)-903/2016 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati tənbeh olunmasına habelə, müvafiq icra sənədinin icrası ilə bağlı ona əlavə vaxt verilməsinə baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105) 568/2014 nömrəli işi üzrə 29 dekabr 2014-cü ildə qanuni qüvvəyə minmiş 20 avqust 2014-cü il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Mirzəyev Sahibxan Arzuman oğlu, hakimlər Qasımov Faiq Adil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 02 avqust 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin olunmuş 02 il müddətinə islah işləri cəzası 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli qərarından Zərərçəkmi ş şəxs kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olma hissəsində ləğv etməklə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən onun pozulmuş hüquqlarını nəzərə almamış, Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici halın olması, ilk dəfə olaraq az ağır cinayət törətdiyi, icra sənədi üzrə borcun az qismini ödəməsi, cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmiş, bununla da məhkəmə qeyri-obyektiv, birtərəfli və qərəzli nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 70-ci maddəsini tətbiq etməklə qanunsuzluğa yol vermiş, belə ki, CMnin 42.1-ci maddəsinin mənasına görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah olunması, həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını almaq üçün mühüm vasitədir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntularını təkrar etməklə Təqsirləndirilən şəxs barəsində ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən zərərçəkmiş şəxs apellyasiya məhkəməsinin qərarının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olma hissəsində ləğv etməklə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin ma teriallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin və dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunması, məhkumun isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli qərarı isə Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normal arının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngül olması iddia edilir. Şikayətin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər zərərçəkmiş şəxsin apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellaysiya məhkəməsinin qərarında göstərilmişdir ki, “...hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını yüngülləşdirən hallar kimi onun yaşını, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, icra sənədi üzrə borcun az qismini ödəməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Lakin birinci instansiya məhkəməsi iş üzrə məhkum Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını və yalnız cəzasını yüngülləşdirən halları nəzərə alaraq onun islah olunmasında islah işləri cəzasının təyin edilməsini və bununla cəzanın məqsədlərinin təmin oluna biləcəyini yetərli saymışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, məhkum Təqsirləndirilən şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini uzun zaman ərzində yəni icra etm ək üçün kifayət qədər vaxt olmasına baxmayaq icra etmədiyini nəzərə alıb, ona təyin olunmuş islah işləri cəzasının onun islah olunması üçün yetərli hesab etmir və ona görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrumetmə cəzası onun islah olunmasında yetərli sayıla bilər. Eyni zamanda məhkəmə kollegiyası onun təyin olunan azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməsini deyil, CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq cəzanın şərti tətbiq olunmaqla şüuraltı olaraq üzərində azadlıqdan məhrumetmə cəzasını onun üzərində azadlıqdan məhrumetmə yerinə düşə bilmə təhdidi kimi sayıla bilməsini onun qanunlara hörmət ruhunda tərbiyə olunması və b u əsasda islah olunacağında yetərli sayır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklənrdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək kimi vəzifələr qoya bilər. Eyni zamanda məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası CPM-nin 398.1.4cü və 399.1.5-ci maddəsinin normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hökm dəyişdirilməli Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza sınaq müddəti ilə şərti hesab edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla qismən razılaşdığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin hallarına və qan unun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün (zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə aid olan hissədə) məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir (apellyasiya məhkəməsi tərəfindən cəza Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə və digər normalara tam uyğun təyin olunmuşdur). Həmin cəza CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmasına xidmət etməsi baxımından da ədalətlidir. Belə qənaətə gələn məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il t arixli 4 №-li qərarının izahlarını da nəzərə alır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə isə belə bir dəlilə istinad olunmamışdır ki, məhkəmə tərəfindən cəza məsələsi həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüngülləşdirən halların qanunsuz olaraq nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbayc an Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar