Məhkəmə qərarları › İş №1(102)-178/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-178/2020

06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-178/2020 06.03.2020 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 178/2020 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "06" mart 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil Şü kürov Elxan Şükür oğlunun iştirakları ilə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin məcəllənin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.H.Nəsibov) xx xxx 1965-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yaşamış Təqsirləndirilən şəxs A zərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 noyabr 2016-cı il tarixdən 23 noyabr 2016-cı il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün CM-in 69-cu maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Ağdaş rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 14 оktyаbr 2016-ci il tаrixdə, sааt 1530 rаdələrində АğdаşZаrаğаn yоlunun kənаrındа yerləşən evinin qаrşısındаn keçən Qəbələ rаyоnu, Kürd kənd sаkini X1 idа rə etdiyi VАZ-21063 mаrkаlı AZ**-BF-*** dövlət qeydiyyаt nişаnlı аvtоmоbildə qаbаq оturаcаqdа əyləşmiş sərnişin – Qəbələ rаyоnu, Dizаxlı kənd sаkini X2 yоl keçərkən оnа nаlаyiq söyüşlər söydüyünü bəhаnə edərək, həmin vаxt küçədə оlаn “İnfiniti” mаrkаlı AZ**-ZZ-*** dövlət qeydiyyаt nişаnlı аvtоmоbilinə əyləşib sоnuncunun içərisində оlduğu аvtоmоbilin аrxаsı ilə gedib həmin аvtоmоbili Аğdаş-Zаrаğаn yоlunun birinici kilоmetrliyində, yəni Аğdаş şəhəri dördyоl ərаzisində sаxlаtmış, bundаn sоnrа аvtоmоbilindən düşüb Zərərçəkmişə yаxınlаşаrаq оnа, heç bir səbəb оlmаdаn nаlаyiq söyüşlər söyüb yаxаsındаn tutub mаşındаn çölə çıxаrmış və yоldа оlаn şəxslərə məhəl qоymаyıb öz şəxsiyyətini cəmiyyətin və ətrаfdаkılаrın şəxsiyyətinin fövqündə qоyаrаq, əlindəki silаh qismində istifаdə etdiyi bərk rezin mаteriаldаn hаzırlаnmış аlətlə Zərərçəkmişin bədəninin müxtəlif yerlərindən vurаrаq оnа sоl təpə nаhiyəsinin yаrаlаrı, sаğ sаidin yuxаrı ⅓-nin bаyır səthinin qаnçırı ilə nəticələnən, sаğlаmlığınа yüngül zərər vurаn xəsаrətlər yetirməklə, üzərində zоr tətbiq edib ictimаi qаydаnı kоbud surətdə pоzаn, cəmiyyətə аçıqcа hörmətsizlik ifаdə edərək xuliqаnlıq etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi E.Ş.Şükürov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) 06 sentyabr 2019-cu il tarixli qərarı ilə Ağdaş rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə ittiham verilmiş əməli CM-nin 128ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 73.2-ci maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarı ləğv etməklə cinayət işini yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CMnin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə baxışının gedişatında da, öz təsdiqini tapmış hallara ittiham tərəfindən düzgün hüquqi qiymət verilməklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlinin CM- nin 221.3-cü maddəsi ilə tövsifi qanuna uyğundur, həqiqiliyi şübhə doğurmur və yuxarıda sadalanan hallar göstərilən qənaətə gəlməyə kifayət qədər əsas verir. Belə ki, “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdı r, ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir, üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və aıgər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səoəb olur. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısım almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas alma motivin əsasını təşkil edir”. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digr oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobu surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzild; qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkə: şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsasla olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyə nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış bel hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlil ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin protestdə qeyd edilmişdir ki, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ekspertiza rəyi, üzləşdirmədə dindirmə protokolları ilə tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2016-ci il tarixdə, saat 1530 radələrində Ağdaş-Zarağan yolunun kənarında yerləşən evinir qarşısından keçən Qəbələ rayonu Kürd kənd sakini X1 i darə etdiy VAZ-21063 markalı AZ**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq oturacaqda əyləşmiş sərnişin, Qəbələ rayonu Dizaxlı kənd sakini Zərərçəkmiş şəxs yol keçərkən ona nalayiq söyüşlər söydüyünü bəhanə edərək, heç bir səbəb olmadan nalayiq söyüşlər söyül: yaxasından tutub maşından çölə çıxarmış və yolda olan şəxslərə məhəl qoymayıb öz şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoyaraq, insanların həyəcan, təşviş, qorxu və narahatçılıq keçirmələrinə səbəb olmuş, əlindəki silah qismində istifadə etdiyi bərk rezin materialdan hazırlanmış alətlə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən vuraraq sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə, üzərində zor tətbiq edib ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək x uliqanlıq etmişdir. CM-nin 221.3-cü maddəsində xuliqanlığm silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, CM-nin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xuliqanlıq hə rəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün, əsasdır. Məhkəmə hökmdə hadisə baş verən vaxtı ictimai qaydanın pozulmaması, hadisənin heç bir əsaslı səbəb olmadan deyil, şəxsi münasibətlər zəminində və zərərçəkmişin təqsirləndirilən şəxsə nalayiq ifadələr işlətməsi səbəbindən baş verməsi, tərəflər arasında qərəzli münasibətlərin mövcud olması, hadisənin davam etdirilərək xuliqanlıq həddinə çatdırılmaması kimi düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, işin hallarından görünür ki, tərəflər arasında qərəzli münasibətlər mövcud olmamış, zərər çəkmişin təqsirləndirilən şəxsin evinin qarşısından keçərkən təqsirləndirilən şə xsə qarşı nalayiq ifadələr işlətməsi öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs ətrafa toplaşan şəxslərə məhəl qoymadan, ictimai qaydanı kobud pozan və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən nərəkətlər edərək ətrafa toplaşmış şəxslərin gözü qarşısında heç bir səbəb olmadan guya ona qarşı nalayiq ifadələr işlədilməsini bəhanə gətirərək zərər çəkmişə silah qismində istifadə olunan alətlə itirmiş, ətrafdakı insanların həyəcan, təşviş, qorxu və narahatçılıq keçirmələrinə səbəb Apellyasiya məhkəməsi isə, tədqiq edilmiş yuxarıda sadalanan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs silah qismində istifadə edilən alətdən istifadə etməklə xuliqanlıq cinayəti törətməsi tam sübuta yetirilməsinə baxmayaraq, həmin sübutlara düzgün hüquqi qiymət verməmiş və Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayət tərkibinin olmaması kimi düzgün olmayan nəticəyə gəlmişdir ki, həmin nəticə ilə məhkəmədə tədqiq olunmuş sübutlar arasında əhəmiyyətli ziddiyyətlər yaranmışdır. Bundan başqa, protestdə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin məsuliyyətindən yaxa qurtarmaq üçün verdiyi özünü müdafiə xarakterli, istintaq materialları ilə təkzib edilmiş ifadələrini əsas götürərək gəldiyi nəticəni belə əsaslandırmağa çalışmışdır ki, Təqsirləndirilən şəxs təsəvvürü baxımından onun Zərərçəkmiş şəxs döyməsinin konkret səbəbi və ağlabatan motivi olmuşdur. Belə ki. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsin evinin qarşısından keçəndə başını avtomobilin pəncərəsindən bayıra çıxarıb ucadan ünvansız söyüşlər söyməsi və Təqsirləndirilən şəxs həmin söyüşlərin onun ünvanına deyilməsindən şübhələnməsi sonuncunun əsəbinə təsir etmiş, bu səbəbdən də o, söyüş söyən şəxsi tutub cəzalandırmaq qərarına gəlmişdir. Lakin, Təqsirləndirilən şəxs qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiqləmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyəti olmamış, habelə o, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakılar üçün təhlükə, qorxu və narahatçılıq yaradan hərəkətlərə yol verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsinin səbəbini onlar arasında şəxsi münasibətlər zəm inində baş vermiş münaqişə təşkil etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsi döyməsini başqalarına nümayiş etdirmək niyyətində olmamış, o, Zərərçəkmiş şəxs əlindəki rezin alətlə bir neçə zərbə vurandan sonra hadisə yerinə kənar şəxslər yaxınlaşmış, bu zaman X1 və X2 da avtomobildən düşüb Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralaşdırmışlar. Göründüyü kimi, apellyasiya məhkəməsi bir tərəfdən hadisənin tərəflər arasında şəxsi münasibətlər zəminində baş verdiyini göstərsə də, digər tərəfdən zərər çəkmişin başını avtomobilin pəncərəsindən bayıra çıxarıb ucadan ünvansız söyüşlər söyməsi və Təqsirləndirilən şəxs həmin söyüşlərin onun ünvanına deyilməsindən şübhələnməsini sonuncunun əsəbinə təsir etdiyini, bu səbəbdən də Təqsirləndirilən şəxs söyüş söyən şəxsi tutub cə zalandırmaq qərarına gəldiyini göstərir ki, bu da Təqsirləndirilən şəxsla zərər çəkmiş arasında şəxsi münasibətlər zəminində mübahisə olmasını təkzib edir. Digər tərəfdən də, Təqsirləndirilən şəxs yol keçən avtomobildəki sərnişinin guya onun ünvanına söyüş söyməsini bəhanə edərək arxasınca gedərək həmin maşını saxlatması, zərər çəkmişə rezin alətlə yaxınlaşaraq ona qarşı söyüş söyüb söymədiyini aydınlaşdırmadan birbaşa onun ünvanına təhqiramiz ifadə işlətməsi, ardınca da onu silah qismində istifadə olunan alətlə döyməsi Təqsirləndirilən şəxs qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiqləmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyətinin olmas ını, habelə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakılar üçün təhlükə, qorxu və narahatçılıq yaradan hərəkətlərə yol verdiyini təsdiq etməsinə baxmayaraq, apellyasiya məhkəməsi yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli ifadəsinə istinad edərək onun niyyətinin xuliqanlıq deyil, zərər çəkmişi ona söydüyünə görə cəzalandırmaq olması kimi əsası olmayan qənaətə gəlmişdir. Bundan başqa, apellyasiya məhkəməsi gəldiyi əsassız nəticəni əsaslandırmaq üçün “Təqsirləndirilən şəxs 54 yaşında, ali təhsilli, ailəli, ictimai nüfuza malik bir şəxs olması, hadisə zamanı sərxoş vəziyyətdə olmaması onun xuliqanlıq kimi təzahür edən davranışa yol ver məsinin mümkünlüyünü inanılmaz edir” kimi mövqeyi də məhkəmənin iş materiallarına və məhkəmədə tədqiq olunmuş sübutlara deyil, öz mülahizələrinə əsaslandığını göstərir. Məhkəmə bir tərəfdən təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törədə biləcək şəxs olmadığını müsbət xarakterizə olunduğu ilə əsaslandırmağa çalışsa da, digər tərəfdən də Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusunun (impulsiv tip) aşkar olunması onun sözügedən hadisə zamanı özünü bir qədər səbrsiz və əsəbi aparmasının, kənar təsirlərə aqressiv reaksiya verməsinin səbəbi kimi çıxış etdiyini göstərməklə biri-biri ilə ziddiyyətli olan nəticələrə gəlməklə hər vəchlə əməldə xuliqanlığm olmamasını əsaslandırmağa çalışmışdır ki, bu da məhkəmə hökmünə dair tələblərlə ziddiyyət təşkil edir. "Məhkəmə hökmü haqqın da” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz, İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Eləcə də, məhkəmə kollegiyasının qənaətincə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında baş verən və birincinin əlindəki silah qismində istifadə etdiyi bərk rezin (dubinkaya oxşar) alətlə digərinin bədəninin müxtəlif yerlərindən vuraraq sağlamlığına yüngül zərər yetirməsi ilə nəticələnmiş münaqişə zərərçəkmiş Zərərçəkmiş şəxsin sərxoş vəziyyətdə əxl aqazidd davranışının təsiri altında şəxsi münasibətlər zəminində baş verdiyindən Təqsirləndirilən şəxs əməlində qərəzli xuliqanlıq cinayətinin tərkibi mövcud olmamışdır. Bununla bağlı da qeyd olunmalıdır ki, iş materiallarından və məhkəmədə tədqiq olunmuş sübutlardan görünür ki, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə əxlaqazidd davranışının olması təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli ifadəsindən başqa hər hansı subutla təsdiq olunmur. Eləcə də, apellyasiya məhkəməsinin alternativ nəticələrlə törədilmiş əməldə xuliqanlığm olmamasım əsaslandırmağa çalışmasına məhkəmənin “mövqeyi” ilə yanaşılaraq şərti olaraq, məhkəmənin gəldiyi nəticə ilə, yəni təqsirləndirilən şəxsin zərər çəkmişi ona söydüyünə görə cəzalandırması qəbul olunsa belə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərək ətlərin sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinin xuliqanlıq kimi qiymətləndirilməli olduğu da nəzərə alınmalıdır. Məhkəmənin istinad etdiyi təqsirləndirilən şəxsin ifadələrinə münasibətdə isə qeyd edilməlidir ki, həmin ifadələr özünü müdafiə xarakterli ifadələrdir və zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, digər iş materialları ilə tam təkzib olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndinə görə, ittiham hökmü bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Göründüyü kimi, istər cinayət işi üzrə toplanmış ibtidai istintaq ma terialları (zərər çəkmişir, və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və sair sənədlər), istərsə də məhkəmələrdə aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə olan əməli tam sübuta yetirilmiş olsa da, nəticə etibarilə apellyasiya məhkəməsi tərəfindən əsassız və ədalətsiz nəticəyə gəlinmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, zərərçəkmiş şəxs və müdafiəçinin isə kassasiya protestinin təmi n edilməməsinə dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, kassasiya protestinin dəlillərini də nəzərə almaqla apellyasiya m əhkəməsinin qərarının qanuniliyini yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilmədiyi bildirilməklə, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməli olduğu iddia olunur və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Kassasiya protestinin həmin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini, Təqsirləndirilən şəxs hansı əməli törətdiyinin müəyyən olunmasına, ittihamın hansı həcmdə təsdiq olunduğuna və əməlin tövsifinə dair gəldiyi nəticəni qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilməklə yoxlanılmış, sübutlara, işin digər hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apell yasiya məhkəməsinin qərarında bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Azərbаycаn Respublikаsı CM-in 221.1-ci mаddəsinə görə xuliqanlıq - ictimai qаydаnı kobud surətdə pozаn, cəmiyyətə аçıqcа hörmətsizlik ifаdə edən, şəxslər üzərində zor tətbiq olunmаsı ilə və yа belə zorun tətbiq edilməsi hədəsi ilə, hаbelə özgənin əmlаkının məhv edilməsi, yаxud zədələnməsi ilə müşаyiət edilən hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 mаy 2011-ci il tаrixli qərаrındа xuliqanlıq cinayət əməlinin əlamətlərini аçıqlаyаrаq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutla rın normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur... Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərql əndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq əməlinin silah və silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olun ması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, belə əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibini yaradır. Xuliqanlıq cinayəti gedişində zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Bu zaman zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması CM-in 221-ci maddəsi ilə əhatə olunur, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda isə təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmusu üzrə (yəni CM-in 221-ci maddəsi ilə yanaşı həm də CM-in müvafiq olaraq 127 və ya 126-cı maddəsi ilə) tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 200 4-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-in 221.3- cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır. Belə ki, işin fa ktiki halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 14 оktyаbr 2016-ci il tаrixdə, sааt 1530 rаdələrində Аğdаş-Zаrаğаn yоlunun kənаrındа yerləşən evinin qаrşısındаn keçən Qəbələ rаyоnu Kürd kənd sаkini X1in idаrə etdiyi VАZ-21063 mаrkаlı AZ**-BF-*** dövlət qeydiyyаt nişаnlı аvtоmоbildə qаbаq оturаcаqdа əyləşmiş sərnişin – Qəbələ rаyоnu Dizаxlı kənd sаkini Zərərçəkmiş şəxsin yоl keçərkən оnа nаlаyiq söyüşlər söydüyünü zənn edərək, həm də bu şəxsin əvvəllər də bir neçə dəfə ona qarşı eyni hərəkəti etmiş şəxs olduğundan şübhələnərək, həmin vаxt küçədə оlаn «İnfiniti» mаrkаlı AZ**-ZZ-*** dövlət qeydiyyаt nişаnlı аvtоmоbilinə əyləşib Zərərçəkmiş şəxs içərisində оlduğu аvtоmоbilin аrxаsı ilə gedib həmin аvtоmоbili Аğdаş-Zаrаğаn yоlunun birinici kilоmetrliyində, yəni Аğdаş şəhəri dördyоl ə rаzisində sаxlаtmış, bundаn sоnrа əlində dubinkaya oxşayan bərk rezin alətlə аvtоmоbilindən düşüb Zərərçəkmiş şəxsə yаxınlаşаrаq оnа «sən petuxsаn?» sualını vermiş, buna cavab olaraq sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs maşından düşüb Təqsirləndirilən şəxs «bаcı söyüşü» söymüş, bundan sonra Təqsirləndirilən şəxs əlindəki silаh qismində istifаdə etdiyi bərk rezin mаteriаldаn hаzırlаnmış аlətlə Zərərçəkmiş şəxsin bədəninin müxtəlif yerlərindən vurаrаq оnа sоl təpə nаhiyəsinin yаrаlаrı Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütlə q şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq əməlinin silah və silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, belə əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibini y aradır. Xuliqanlıq cinayəti gedişində zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Bu zaman zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması CM-in 221-ci maddəsi ilə əhatə olunur, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda isə təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmusu üzrə (yəni CM-in 221-ci maddəsi ilə yanaşı həm də CM-in müvafiq olaraq 127 və ya 126-cı maddəsi ilə) tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 14 оktyаbr 2016-ci il tаrixdə, sааt 1530 rаdələrində Аğdаş-Zаrаğаn yоlunun kənаrındа yerləşən evinin qаrşısındаn keçən Qəbələ rаyоnu Kürd kənd sаkini X1in idаrə etdiyi VАZ-21063 mаrkаlı AZ**-BF-*** dövlət qeydiyyаt nişаnlı аvtоmоbildə qаbаq оturаcаqdа əyləşmiş sərnişin – Qəbələ rаyоnu Dizаxlı kənd sаkini Zərərçəkmiş şəxsin yоl keçərkən оnа nаlаyiq söyüşlər söydüyünü zənn edərək, həm də bu şəxsin əvvəllər də bir neçə dəfə ona qarşı eyni hərəkəti etmiş şəxs olduğundan şübhələnərək, həmin vаxt küçədə оlаn «İnfiniti» mаrkаlı AZ**-ZZ*** dövlət qeydiyyаt nişаnlı аvtоmоbilinə əyləşib Zərərçəkmiş şəxs içərisində оlduğu аvtоmоbilin аrxаsı ilə gedib həmin аvtоmоbili Аğdаş-Zаrаğаn yоlunun birinici kilоmetrliyində, yəni Аğdаş şəhəri dördyоl ərаzisində sаxlаtmış, bundаn sоnrа əlində dubinkaya oxşayan bərk rezin alətlə аvtоmоbilindən düşüb Zərərçəkmiş şəxsə yаxınlаşаrаq оnа «sən petuxsаn?» sualını vermiş, buna cavab olaraq sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs maşından düşüb Təqsirləndirilən şəxs «bаcı söyüşü» söymüş, bundan sonra Təqsirləndirilən şəxs əlindəki silаh qismində istifаdə etdiyi bərk rezin mаteriаldаn hаzırlаnmış аlətlə Zərərçəkmiş şəxsin bədəninin müxtəlif yerlərindən vurаrаq оnа sоl təpə nаhiyəsinin yаrаlаrı sаğ sаidin yuxаrı 1/3-nin bаyır səthinin qаnçırı kimi sаğlаmlığınа yüngül zərər vurаn xəsаrətlər yetirməklə döymüşdür. Hadisə zamanı VАZ-21063 mаrkаlı **-BF-*** dövlət qeydiyyаt nişаnlı аvtоmоbili idarə etmiş X1 və avtomobildə arxada oturmuş X2 birinci instansiya məhkəməsində şahid qismində verdikləri ifadələrində avtomobilin qabaq sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs həmin vaxt içkili (sərxoş) vəziyyətdə olduğunu, avtomobilin maqn itofonunun səsini yüksək həddə qaldıraraq qeyri-normal hərəkətlər etdiyini, habelə gah avtomobilin içərisində, gah da başını pəncərədən bayıra çıxarıb ucadan qışqıraqışqıra mahnı oxuduğunu, əcaib səslər çıxardığını və ünvansız söyüşlər söydüyünü, lakin Təqsirləndirilən şəxs söyüş söyməsini görmədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs özü də ifadələrində həmin gün spirtli içki qəbul etdiyini və hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu, ona görə də maşında gedərkən hansı hərəkətlər etməsini tam xatırlaya bilmədiyini, içkili olarkən adətən səs-küy salmağa və söyüş söyməyə meylli olduğunu təsdiqləmiş, lakin Təqsirləndirilən şəxs evinin qarşısından keçərkən onu görmədiyini və ona söyüş söymədiyini bildirmişdir. İşin qeyd edilən hallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evin in qarşısından keçəndə başını avtomobilin pəncərəsindən bayıra çıxarıb ucadan ünvansız söyüşlər söyməsi və bunu görən Təqsirləndirilən şəxs həmin söyüşlərin onun ünvanına deyilməsindən şübhələnməsi istisna olunmur. Xüsusən də, Təqsirləndirilən şəxs ona qarşı eyni hərəkətlərin əvvəllər də bir neçə dəfə baş verməsini iddia edərək, hətta bununla bağlı polisə məlumat vermiş və həmin şəxsin tapılaraq barəsində tədbir görülməsini xahiş etmişdir. Belə vəziyyətdə Zərərçəkmiş şəxs ədəbsiz davranışının və söyüş söyməsinin Təqsirləndirilən şəxs əsəbləşdirməsi, onu tənbeh etmək istəməsi təbii görünür. Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs tutub ona iradını bildirmək və ya onu tənbeh etmək üçün öz avtomobilinə minərək Zərərçəkmiş şəxs olduğu avtomobilin arxasınca sürmüş, həmin avtomobili saxlatdı raraq onun qarşısına keçmiş və öz avtomobilindən düşərək digər avtomobildəki Zərərçəkmiş şəxs tərəf getmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əlində bərk rezin materialdan olan alət götürməsini Zərərçəkmiş şəxs tək olmaması, onların avtomobildə 3 nəfər olması və birlikdə ona hücum edə biləcəkləri, buna görə də onları artıq hərəkətlərdən çəkindirmək istəməsi ilə izah etmiş, Zərərçəkmiş şəxs döymək niyyətinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşıb ona təhqiramiz sualla müraciət etmiş, lakin Zərərçəkmiş şəxs dərhal döyməyə başlamamış, Zərərçəkmiş şəxs avtomobildən çıxıb Təqsirləndirilən şəxs «bаcı söyüşü» söydükdən sonra sonuncu Zərərçəkmiş şəxs əlindəki rezin alətlə bir neçə zərbə vurmuşdur. Bu zaman X1 və X2 avtomobildən düşüb Təqsi rləndirilən şəxs və Zərərçəkmiş şəxs aralaşdırmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs X1 və X2ə qarşı hər hansı qanunazidd hərəkət etməmişdir. Zərərçəkmiş şəxs yenə də Təqsirləndirilən şəxs söyməkdə davam etmiş, sonuncu isə avtomobilinə əyləşib hadisə yerindən getmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təsəvvürü baxımından onun Zərərçəkmiş şəxs döyməsinin konkret səbəbi və ağlabatan motivi olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evinin qarşısından keçəndə başını avtomobilin pəncərəsindən bayıra çıxarıb ucadan ünvansız söyüşlər söyməsi və Təqsirləndirilən şəxs həmin söyüşlərin onun ünvanına deyilməsindən şübhələnməsi sonuncunun əsəbinə təsir etmiş, bu səbəbdən də o, söyüş söyən şəxsi tutub cəzalandırmaq qərarına gəlmişdir. Lakin Təqsirləndirilən şəxs qeyri-müəyyən ş əxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiqləmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyəti olmamış, habelə o, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakılar üçün təhlükə, qorxu və narahatçılıq yaradan hərəkətlərə yol verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsinin səbəbini onlar arasında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə təşkil etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsini başqalarına nümayiş etdirmək niyyətində olmamış, o, Zərərçəkmiş şəxs əlindəki rez in alətlə bir neçə zərbə vurandan sonra hadisə yerinə kənar şəxslər yaxınlaşmış, bu zaman X1 və X2 da avtomobildən düşüb Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralaşdırmışlar. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə...” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə a çıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gə lən mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırkı işin də faktiki halları Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törə dildiyini göstərir. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin Zərərçəkmiş şəxs davranışını (başını avtomobilin pəncərəsindən bayıra çıxarıb ucadan ünvansız söyüşlər söyməsini və bunu görən Təqsirləndirilən şəxs həmin söyüşlərin onun ünvanına deyilməsindən şübhələnməsini) Təqsirləndirilən şəxs cinayət əməlini şərtləndirən səbəb və motiv kimi deyil, bəhanə kimi qiymətləndirmələri isə aşkar surətdə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə uzlaşmayan subyektiv mülahizə kimi təzahür edir. Xuliqanlıq niyyətinin və xuliqanlıq davranışının olmaması Təqsirləndirilən şəxs ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı yönəldiyin i, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. Bundan başqa, Təqsirləndirilən şəxs 54 yaşında, ali təhsilli, ailəli, ictimai nüfuza malik bir şəxs olması, hadisə zamanı sərxoş vəziyyətdə olmaması onun xuliqanlıq kimi təzahür edən davranışa yol verməsinin mümkünlüyünü inanılmaz edir. Digər tərəfdən isə, barəsində keçirilmiş məhkəmə-psixiаtrik ekspertizаsının nəticələrinə görə Təqsirləndirilən şəxsdа emоsiоnаl dаvаmsız şəxsiyyət pоzuntusunun (impulsiv tip) аşkаr оlunması onun sözügedən hadisə zamanı özünü bir qədər səbrsiz və əsəbi aparmasının, kənar təsirlərə aqressiv reaksiya verməsinin səbəbi kimi çıxış etmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş verən və birincinin əlindəki silah qismində istifadə etdiyi bərk rezin (dubinkaya oxşar) alətlə digərinin bədəninin müxtəlif yerlərindən vuraraq sağlamlığına yüngül zərər yetirməsi ilə nəticələnmiş münaqişə zərərçəkmiş Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə əxlaqazidd davranışının təsiri altında şəxsi münasibətlər zəminində baş verdiyindən Təqsirləndirilən şəxs əməlində qərəzli xuliqanlıq cinayətinin tərkibi mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, şərh olunan vəziyyətdə Təqsirləndirilən şəxs əməlinin CMin 221.3-cü maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Təqsirləndirilən şəxs istinad edilən əməldə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin əxlaqazidd davranışı əsasında başlanmış münaqişə (döymə) zamanı qəsdən sağlamlığa yüngül zərər vurma, yəni CM-in 128-ci maddəsində nəzər də tutulmuş cinayətin tərkibi müəyyən olunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna ma likdir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü o zaman əsaslı hesab olunur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın. CPM-in 399.1 və 399.1.2-ci maddələrinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin nəticələri üzrə həmin məhkəmənin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1 və 405.1.2-ci maddələrinə görə, apelyasiya instansiya məhkəməsi cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən ş əxs Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə təqsirləndirilən şəxs Məmmədоv Fərmаn Əşrəfoğlu CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə proseslərində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 24.05.2017-ci il tarixli ərizədə də onun təqsirləndirilən şəxsdən heç bir (o cümlədən dəymiş ziyanla bağlı) şikayət və tələbinin olmaması öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır və həmin əsasların mövcudluğu təqsirləndirilən şəxs barəsində CM-in 73.2-ci maddəsinin tətbiqini məhkəmə üçün məcburi edir. CM-in 39.1 və 39.1.11-ci maddələrinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə g örə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1 və 43.1.2-ci maddələrinə görə isə, bu Məcəllənin 39.1.4, 39.1.639.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Şərh edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs müdafiəçisi Şükürov Elxan Şükür oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsi nə dair Ağdaş Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmiş əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə icraata xitam verilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi əməlin tövsifinə dair gəldiyi nəticəni, iş üzrə mövqeyini işin hallarına, qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının müvafiq olaraq müddəalarına və izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, protestin dəlilləri də buna əsas vermir. Kassasiya protestində məhkəmənin əsaslandığı sübutlar bir daha sadalanaraq, onların məzmunu göstərilir və iddia olunur ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə həmin sübutlara uyğun deyildir. Lakin həmin sübutların (o cümlədən ifadələrin) məzmununun təhlili göstərir ki, onlarda apellyasiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən, onun mövqeyinin düzgün olmadığına dəlalət ed ən və ya bu mövqeyin qanuniliyini şübhə altına almağa əsas verən məlumatlar yoxdur, apellyasiya məhkəməsinin gəldiyi nəticə həmin sübutlarda göstərilən məlumatlara əsaslanır və onlara uyğundur. Kassasiya protestində göstərilən digər dəlillər də apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin qanunsuz olduğu nəticəsinə gəlməyə əsas vermir. Kassasiya protestində iddia edilir ki, “... tərəflər arasında qərəzli münasibətlər mövcud olmamış, zərər çəkmişin təqsirləndirilən şəxsin evinin qarşısından keçərkən təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələr işlətməsi öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs ətrafa toplaşan şəxslərə məhəl qoymadan, ictimai qaydanı kobud pozan və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən nərəkətlər edərək ətrafa toplaşmış şəxslərin gözü qarşısında heç bir sə bəb olmadan guya ona qarşı nalayiq ifadələr işlədilməsini bəhanə gətirərək zərər çəkmişə silah qismində istifadə olunan alətlə itirmiş, ətrafdakı insanların həyəcan, təşviş, qorxu və narahatçılıq keçirmələrinə səbəb olmuşdur... iş materiallarından və məhkəmədə tədqiq olunmuş sübutlardan görünür ki, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə əxlaqa zidd davranışının olması təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli ifadəsindən başqa hər hansı sübutla təsdiq olunmur. Eləcə də, apellyasiya məhkəməsinin alternativ nəticələrlə törədilmiş əməldə xuliqanlığın olmamasını əsaslandırmağa çalışmasına məhkəmənin “mövqeyi” ilə yanaşılaraq şərti olaraq, məhkəmənin gəldiyi nəticə ilə, yəni təqsirləndirilən şəxsin zərər çəkmişi ona söydüyünə görə cəzalandırması qəbul olunsa belə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlərin sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinin xuliqanlıq kimi qiymətləndirilməli olduğu da nəzərə alınmalıdır. Məhkəmənin istinad etdiyi təqsirləndirilən şəxsin ifadələrinə münasibətdə isə qeyd edilməlidir ki, həmin ifadələr özünü müdafiə xarakterli ifadələrdir və zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, digər iş materialları ilə tam təkzib olunur...”. Kassasiya protestinin bu dəlil ilə əlaqədar qeyd edilməlidir ki, həmin dəlillər iş materiallarına uyğun deyildir, Təqsirləndirilən şəxs ifadələri heç bir sübutla təkzib edilmir. İttiham tərəfi də həmin ifadələrin təkzib edilməsi üçün heç bir tədbir görməmiş, onların həqiqətə uyğun olmadığını göstərən s übut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinin tələblərinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin fikirdə Təqsirləndirilən şəxs ifadələrinin özünü müdafiə xarakterli olduğu göstərilir. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün ifadə vermək və dəlillər göstərmək onun qanunla nəzərdə tutulmuş hüququdur. Həmin ifadələr digər sübutlarla təkzib edilmirsə, onlar rədd oluna bilməz, onlarda olan məlumatların həqiqətə uyğun olmadığı barədə də fikir söylənilə bilməz. İşdə olan sübutların təhlili isə göstərir ki, onlarda olan məlum atlar Təqsirləndirilən şəxs ifadələrinin təkzib edilməsi qənaətinə gəlməyə əsas vermir. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya məhkəməsinin mövqeyi təkcə Təqsirləndirilən şəxs deyil, hadisəni bilavasitə müşahidə etmiş, işin nəticəsi ilə maraqlı olmaları barədə fikir söyləməyə əsas olmadığı üçün ifadələrinin mötəbərliyi şübhə doğurmayan şahidlər X1 və X2 ifadələrinə də əsaslanır. Həmin şahidlər birinci instansiya məhkəməsində şahid qismində verdikləri ifadələrində avtomobilin qabaq sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs həmin vaxt içkili (sərxoş) vəziyyətdə olduğunu, avtomobilin maqnitofonunun səsini yüksək həddə qaldıraraq qeyri-normal hərəkətlər etdiyini, habelə gah avtomobilin içərisində, gah da başını pəncərədən bayıra çıxarıb ucadan qışqıra-qışqıra mahnı oxuduğun u, əcaib səslər çıxardığını və ünvansız söyüşlər söydüyünü, lakin Təqsirləndirilən şəxs söyüş söyməsini görmədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs da ifadələrində özünün belə hərəkətlər etməsini faktiki olaraq qətiyyətlə inkar etməmiş, həmin gün spirtli içki qəbul etdiyini və hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu, ona görə də maşında gedərkən hansı hərəkətlər etməsini tam xatırlaya bilmədiyini, içkili olarkən adətən səsküy salmağa və söyüş söyməyə meylli olduğunu təsdiqləmiş, lakin Təqsirləndirilən şəxs evinin qarşısından keçərkən onu görmədiyini və ona söyüş söymədiyini bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Zərərçəkmiş şəxs həmin hərəkətlərinin (şahidlərin ifadələrində göstərilən) münaqişənin (mübahisənin) yaranmasının səbəbi kimi qəbul edilməli və həmin hərəkətlər xuli qanlıq törədilməsi üçün məhz bəhanə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyinin əsaslı və qanuni olduğu qənaətinə gələrkən aşağıdakıları da nəzərə alır: Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər həmin maddə ilə məsuliyyət yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 2-ci bəndində izah edilmişdir ki, “... cinayət Mə cəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür...”. Cinayət hüquqi nəzəriyyəsinə görə xuliqanlıq yalnız birbaşa qəsdlə (xuliqanlıq niyyəti ilə) törədilir. İş materiallarında olan sübutların təhlili isə göstərir ki, onlarda olan məlumatlar, həmin məlumatların məcmusu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hərəkətləri ictimai qaydanı kobud pozmaq, cəmiyyətə açıqca hörmətsizlik etmək məqsədi ilə (xuliqanlıq motivi ilə) törətməsi nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda göstərilənlər Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsi ittihamının sübuta yetirilməsində yaranmış və artıq aradan qaldırılması mümkün olmayan şübhələr kimi qiymətləndirilməlidir. Qanunun tələbinə görə isə belə şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası həm də qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi məsələsində də qanunsuzluğa yol verilməmiş, apellyasiya məhkəməsi özünün bu mövqeyini də qanunun tələblərinə istinad etməklə əsaslandırmışdır. Həmin məhkəmə qərarda bu məsələ ilə əlaqədar aşağıdakıları göstərmişdir: “...Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət m əsuliyyətindən azad edilir. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə proseslərində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 24.05.2017-ci il tarixli ərizədə də onun təqsirləndirilən şəxsdən heç bir (o cümlədən dəymiş ziyanla bağlı) şikayət və tələbinin olmaması öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır və həmin əsasların mövcudluğu t əqsirləndirilən şəxs barəsində CM-in 73.2-ci maddəsinin tətbiqini məhkəmə üçün məcburi edir. CM-in 39.1 və 39.1.11-ci maddələrinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1 və 43.1.2-ci maddələrinə görə isə, bu Məcəllənin 39.1.4, 39.1.639.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi cinayət işinin icraatına xitam verilməli olduğuna dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin bu mövqeyi də iş materiallarına və müvafiq normaların tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası onunla razılaşır. Göründüyü kimi, apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin (gəldiyi nəticələrin) qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən aşağıdakı normaların tələblərinə də əsaslanır: Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərb aycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinin tələblərinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Kassasiya protestində bir sıra cinayət-prosessual qanunvericiliyinin normalarına is tinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı protestdə istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının müddəaları ilə də heç bir ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar, o cümlədən protestdə istinad edilmiş Azərbaycan Respublikası CPM-nin 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulan hallar iş üzrə mövcud olmadığından apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan R espublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin məcəllənin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar