Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-178/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqs irli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Saatlı Rayon Məhkəməsinin (sədrlik edən hakim İ.Ə.Abuşov) 03 noyabr 2020-ci il tarixli hökmü ilə xx xxxx 1958-cl il tarixdə Saatlı rayonunun Ağarəhimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, təqaüdçü, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum edilmi şdir ona görə ki, o, borcun əvəzi olaraq 11200 manat, xidmət haqqı kimi ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 11280 manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 dekabr 2018-ci il tarixli, 2(106)-2952/2018 saylı qətnaməsi üzrə verilmiş 01 mart 2019-du il tarixli icra sənədi üzrə borcun yalnız 270,72 manatını yaşa görə aldığı pensiyasının hesabına ödəyərək, qalan 11009,28 manatını ödəməyib, qeyd edilən icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etmədiyinə görə Saatlı rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 3(055)-399/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edildikdən sonra icra məmuru tərəfindən 01 noyabr 2019-cu il tarixli məktubla ona icra üçün yeni müddət təyin olunub məhkəmənin qətnaməsini icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, təqdimatın verildiyi 20 dekabr 2019-cu il tarixə qədər Zərərçəkmiş şəxs olan 11009.28 manat borcunu ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkum qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və T.X.Heydərovdan ibarət tərkibdə) Məhkum və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Zərərçəkmiş şəxs ərizəsi məhkəməyə daxil olmuşdur. Zərərçəkmiş şəxs ərizəsində özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirl i bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-178/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-178/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver