Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-178/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Fikrət Xasay oğlunun, Məhkum və onun müdafiəçisi, “Leqal Servis” Vəkil Bürosunun vəkili Nurəliyev Rəcəb Rza oğlunun iştirakları ilə xx xxxxx 1985-ci il tarixdə Neftçala rayonu nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli 1(103)-845/2024 nömrəli hökmündən məhkumun müdafiəçisi, “Leqal Servis” Vəkil Bürosunun vəkili Nurəliyev Rəcəb Rza oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2024-cü il tarixli 1(101)-118/2024 nömrəli hökmü ilə (hakimlər: A.H.Tağıyev (sədrlik edən), E.A.Nuriyev və K.N.Muxtarov) Məhkum - Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli hökmü ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), Z.N.Hüseynov və Ə.Q.Ələkbərov) zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş və Məhkum Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməs inə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2024-cü il tarixli 1(101)-118/2024 saylı hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum 18 may 2022-ci il tarixdən 2 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 15 (on beş) gün və 3 noyabr 2022-ci il tarixdən 5 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli c əza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının 1 avqust 2024-cü il tarixdən hesablanması, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməsi, 92000 (doxsan iki min) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs Məhkum tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum ittiham edilir ondan ötrü ki, o, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək maksimum bir həftə ərzində onun üçün Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Keşlə» bazarında satmaq məqsədi ilə İİR-dan sərfəli qiymətə bölgə, forel v ə nərə balığı idxal edib gətirəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrıayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2022-ci ilin mart ayının əvvəllərində istintaqa konkret məlum olmayan tarixdə ünvan 2 ünvanında yerləşən «Kuzə» restoranında Zərərçəkmiş şəxs əvvəlcə 80000 manat pulunu, 2022-ci ilin mart ayının ortalarında istintaqa konkret məlum olmayan tarixdə ünvan 3 ünvanında yerləşən «Nuş Can» çay evində 5000 manat pulunu və yenidən 2022-ci ilin mart ayının ortalarında istintaqa məlum olmayan digər tarixdə isə ünvan 4 ünvanında yerləşən «Arpaçay» restoranında 7000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 92000 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumu n müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsi, Məhkum barəsində Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirlimədiyi üçün bəraət verilməklə cinayət işi üzrə icraata xitam verilməsinə və zərərçəkən şəxsin mülki iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, heç bir araşdırma aparmadan ibtidai araşdırma orqanının topladığı ziddiyyətli sübutlar əsasında Məhkum etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə ara şdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi R.Nurəliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs, nümayəndə F.Mirzəyevin və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, möt əbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində dələduzluq cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum bəraət verilməsi xahiş olunur. A zərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmə kdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrini n müddəalarının pozulması yolverilməzdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin P lenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məh kəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Birinci insta nsiya məhkəməsi tərəfindən Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilərkən gəldiyi nəticəni belə əsaslandırmışdır: “.....məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxs və mülki iddiaçı, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətinin törətməsi sübuta yetirilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli Neftçala RPŞ-nə verdiyi ilkin ərizəsindən görünür ki, Neftçala şəhər sakini Məhkum İİR-dan balıq gətirmək üç ün ərizəçidən Neftçala şəhəri Heydər Əliyev prospektində xx.xx.2022-ci il tarixdə 85000 manat pul almış, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, 2022-ci ilin mart ayının ortalarında Məhkum Neftçala şəhəri Heydər Əliyev prospektində Zərərçəkmiş şəxs 5000 manat pul almış, həmçinin Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs sonuncuların yanında Neftçala şəhəri Heydər Əliyev prospektində (Neftçala şəhəri Azpetrol YDM-nin yanında) məhkuma 100 manatlıq əskinazlardan ibarət olmaqla 5000 manat pul vermiş, həmçinin “Keşlə” bazarının yanında X10 X11lə birlikdə olarkən məhkum yanlarına gəlmiş və X11dən 7000 ABŞ dolları borc pul istəmiş sonuncuda həmin məbləğdə pulu X10ın yanında məhkuma vermişdir. Həmçinin xx.xx.2022-ci il ta rixli zərərçəkmiş şəxsin əlavə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs sonradan ifadəsini dəyişərək Neftçala şəhər sakini Məhkumla Neftçalada görüşsə belə, sonuncuya pul vermədiyini, lakin sonuncu dəfə məhkuma balıq gətirməsi üçün 7000 manat pulu 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Keşlə” bazarının yanında verdiyini bildirmişdir (1-ci cild i/v 95-98). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər zərərçəkmiş şəxsin, istərsə də şahidlərin verdikləri ifadələrə əsasən Zərərçəkmiş şəxs tərəfindən Məhkum Neftçala şəhəri Heydər Əliyev prospektində (Neftçala şəhəri Azpetrol YDM-nin yanında) 5000 manat pul verilməsi öz təsdiqini tapmamışdır. Araşdırma zamanı da müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən o, 2022-ci ilin mart ayının əvvəllərində və ortalarında Neftçala rayonu ərazisində olmamışdır. Bundan başqa anten məlumatlarına əsasən Zərərçəkmiş şəxs və Məhkum eyni vaxtda Neftçala rayonu ərazisində olması belə öz təsdiqini tapmadığından zərərçəkmiş şəxs ifadəsini dəyişərək Neftçala şəhər sakini Məhkum Neftçalada pul vermədiyini etiraf etmişdir. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış və aşağıda göstərilən digər sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, cinayət işinin 1-ci cild 154-160-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli Nərimanov RPİ-də Zərərçəkmiş şəxs qismində dindirilmə protokolundan görünür ki, «Novruz» ba yramının yaxınlaşması ilə əlaqədar satmaq üçün daha çox balıq məhsullarına ehtiyacı olacağını düşünüb sonuncu məhkuma zəng vurub «Keşlə bazarın»da satmaq məqsədi ilə ondan 85000 manat məbləğində bölgə, forel və nərə balığı almaq istədiyini söyləmişdir. məhkum da maksimum bir həftə ərzində onun üçün İİR-dan sərfəli qiymətə balıq təşkil edib gətirəcəyini bildirmişdir. Elə həmin gün günorta saat 16 radələrində Zərərçəkmiş şəxs oğlu Şahid1lə birlikdə məhkumla «Keşlə bazarın»ın yaxınlığında yerləşən «Kuzə» restoranında görüşmüş və məhkuma onun üçün bölgə, forel və nərə balığı alıb gətirməsindən ötrü 100-lük əskinaslardan ibarət 80.000 (səksən min) manat pul verib yerdə qalan 5.000 (beş min) manat vəsaiti də tezliklə ona çatdıracağını demişdir. Bir həftə sonra, məhkum onun üçün İrandan sifariş v erdiyi balıq məhsullarının göndərildiyini, lakin gömrükdə həmin məhsulların ölkəyə idxalı üçün müvafiq sənədləşdirmə aparılmasından ötrü 5.000 manat gömrük rüsumu ödəmək lazım olduğunu bildirib ondan bu məqsədlə təcili olaraq 5000 manat pul istəmişdir. məhkuma inanıb etiraz etməyərək elə həmin gün günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən çayxanada oğlu X12lə birlikdə məhkumla görüşüb ona 100-lük əskinaslardan ibarət 5.000 manat pul vermişdir. 2022-ci ilin mart ayının ortalarında günorta saatlarında «Keşlə bazarı»nın yaxınlığında yerləşən «Arpaçay» restoranında oğlu X12lə birlikdə yemək yeyən zaman məhkum ona yaxınlaşıb sifariş verdiyi balıq məhsullarının artıq Azərbaycan gömrüyündə olduğunu, lakin gömrük rəsmiləşdirilməsi üçün əlavə 7000 manata eh tiyac olduğunu bildirib ondan pul istəmişdir. Bir qədər tərəddüd etdikdən sonra məhkumın and-aman etdiyini görüb ona inX10aq oğlu X12i həmin məbləği gətirməsi üçün evə göndərmişdir. X12 yubanmadan evə gedib 7.000 (yeddi min) manat pul götürərək «Arpaçay» restoranına qayıtmış və 50 və 100-lük əskinaslardan ibarət 7000 manat məbləğində həmin pulu məhkuma vermişdir. Cinayət işinin 1-ci cild 192-194-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli Nərimanov RPİ-də Şahid3 şahid qismində dindirilmə protokolundan görünür ki, 2022-ci ilin mart ayının sonlarında səhər saatlarında həmişə olduğu kimi «Keşlə bazarın»dan ev üçün bazarlıq edən zaman X11lə rastlaşıb hal-əhval tutaraq salamlaşmışdır. Söhbət əsnasında X11in narahat olduğunu görüb ondan nə baş verdiyini soruşmuş, X11 balıq alveri ilə məşğul o lan tanışı V.E.X10 Respublikasından forel, nərə və bölgə balığı alıb gətirməsindən ötrü bir müddət əvvəl ümumilikdə 92.000 manat pul verdiyini, ancaq məhkumın onu aldadaraq vədinə əməl etmədiyini bildirmişdir. Elə həmin vaxt X11 onun yanında mobil telefonla məhkuma zəng vuraraq onun 92000 manat pulunu nə vaxt qaytaracağını soruşmuş, sonuncu telefonda X11ə müəyyən problemlərinin olduğunu bildirib and-aman edərək tezliklə onun pulunu qaytaracağına söz vermişdir. Cinayət işinin 2-ci cild 08-12-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Məhkum üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Məhkum ona «Keşlə bazarı»nda satmaq məqsədi ilə 85000 manat dəyərində balıq gətirəcəyinə və həmin 85000 manatdan 80000 manatını 2022-ci ilin mart ayının əvvəlində saat 16 radələrində oğlu X12 və dostu X10la birlikdə «Keşlə bazarı»nın yaxınlığında yerləşən «Kuzə» restoranında məhkumla görüşmüşlər və 100-lük əskinaslardan ibarət 80.000 (səksən min) manat pulu sonuncuya vermişlər. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs Məhkum təqsirli olub-olmaması məsələsini araşdırarkən hadisənin baş verməsi mexanizmi, onun iştirakçıları, eləcə də hadisə ilə əlaqədar bəzi epizodlarla bağlı cinayət prosesi iştirakçıları tərəfindən istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında verilmiş ziddiyyətli və bəzən özü-özünü təkzib edən ifadələrə də diqqət yetirilməlidir. Belə ki, məhkəməyədək istintaq dövründə Zərərçəkmiş şəxs Məhkumla üzləşdirilən zaman əvvəlkinin 2022-ci ilin mart ayının əvvəlində saat 16 radələrində oğlu X12 və dostu X1 0la birlikdə «Keşlə bazarı»nın yaxınlığında yerləşən «Kuzə» restoranında məhkumla görüşərək ona 100-lük əskinaslardan ibarət 80.000 manat pul verilməsini göstərsə də, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsini dəyişərək 80.000 manat pulu oğlu X12lə birlikdə Məhkum verdiyini, bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində onun yanında Zərərçəkmiş şəxs Məhkum hər-hansı bir məbləğdə pul vermədiyini, həmçinin X11lə axırıncı dəfə Yasamal rayonunda görüşəndə məhkumın da orada olmasını, orada olarkən yalnız söhbətin 85000 manat məbləğdən getdiyini, məhkumın isə X11ə əvvəlkinin sonuncuya köməklik etdiyini və X11ə cəmi olaraq 72000 pul qaytaracağını, yan stolda X11 və məhkum tərəfindən olan şəxslərin hesab kitab aparıldığını bildirmişdir, bundan başqa məhkəməyədək ist intaq dövründə digər Şahid3 «Keşlə bazarı»nda X11lə rastlaşıb hal-əhval tutarkən X11in ona balıq alveri ilə məşğul olan tanışı V.E.X10 Respublikasından forel, nərə və bölgə balığı alıb gətirməsindən ötrü bir müddət əvvəl ümumilikdə 92.000 manat pul verdiyini, elə həmin vaxt X11 onun yanında mobil telefonla məhkuma zəng vuraraq ondan 92000 manat pulunu geri qaytarmasını istəməsini bildirsə də, məhkəmə iclasında Şahid3 «Keşlə bazarı»ndan ev üçün bazarlıq edən zaman X11in yüksək səslə telefonla danışdığını, amma kiminlə danışdığını bilmədiyini və danışıq əsnasında hər-hansı pul məbləğinin deyilməsini eşitmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər zərərçəkmiş şəxsin, istərsə də, şahidlərin ziddiyyətli ifadələri əsasında ittihamın sübuta yetirilməsi yolverilməzdir. M əhkəmə istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri arasında olan ziddiyyətləri araşdıraraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən müxtəlif vaxtlarda təqsirləndirilən şəxs Məhkum hissə-hissə 92000 manat məbləğində pul verilməsi sübuta yetirilməmişdir. Bununla da, məhkəmə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri arasında olan ziddiyyətləri nəzərə alır və hesab edir ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməli və onlar əhəmiyyətsiz sübut növü kimi tanınmalıdır. Bundan başqa məhkəmə araşdırlması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum istər məhkəməyədək istintaq dövründə, is tərsə də məhkəmə iclasında eyni məzmunlu ifadələr verərək bildirmişdir ki, mart ayının əvvəllərində Zərərçəkmiş şəxs “Keşlə bazarı”nda satmaq üçün İran İslam Respublikasından 63000 manat dəyərində balıq məhsulları gətirmiş, satmaq üçün ona vermiş və əvəzində İİR-dan daha ucuz balıq məhsulları gətirməsini ondan xahiş etmişdir. Bundan sonra o, X11in təklifi ilə razılaşaraq həmin balıq məhsullarını satmaq üçün “Keşlə bazarın”da tanışı X6 vermişdir. X həmin balıq məhsullarını sataraq 3 (üç) gün sonra “Keşlə bazarın”da ona 54000 və bundan bir neçə gün sonra isə 10000 manat, yəni cəmi olaraq 64000 manat pul vermişdir. Həmçinin həmin ərəfələrdə İİR-dan balıq məhsulları alıb gətirmək üçün X11 “Keşlə bazarın”da ona əlavə olaraq 7.000 manat pul vermişdir. Həmin vəsaitlə birlikdə X11in verdiyi balıq məhsullarının satışından əldə etdiyi 64.000 manatı, yəni X11ə məxsus ümumilikdə 71.000 manat pulu 2022-ci ilin mart ayının ortalarında 42.000 ABŞ dollarına dəyişib 14 mart 2022ci il tarixdə X11 üçün İran İslam Respublikasından bölgə, forel və nərə balığı alıb gətirməsi üçün sonuncunun xahişi ilə “Keşlə bazarı”nın yaxınlığında “Kuzə” restoranında balıq məhsullarının gətirilməsi ilə məşğul olan Türkiyə Respublikasının vətəndaşı Xa vermişdir (1-cild, i/v 4041). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək istintaq dövründə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərdiyi xüsusatları tam, hərtərəfli araşdırmadan və işə səthi yanaşaraq sonuncunun Zərərçəkmiş şəxs “Keşlə bazarı”nda satmaq üçün aldığı balıq məhsullarının X satma məqsədi ilə verdiyini və sonu ncunun ona müxtəlif vaxtlarda cəmi olaraq 64000 manat pul ödədiyini bildirsə də, aydın olmayan səbəblərdən müstəntiq tərəfindən X ifadəsi alınmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, hazırkı halda məhkəmə iclasında X və X4 əlavə şahid qismində dindirilməmələrinin səbəbi, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında (sədrlik edən R.Salmanov) məhkəmə istintaqı zamanı həmin şəxslərin məhkəmə zalında iştirak etmələri, bu səbəbdən də sədrlik edən hakim tərəfindən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin həmin şəxslərin əlavə şahid qismində dindirilmələrinə dair vəsatətinin təmin edilməməsi ilə bağlı qərarın verilməsi olmuşdur ( məhkəmə iclas protokolu 2-ci cild i/v 284286). Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Məhkum "xxxx" MMC-ni n qanuni təmsilçisidir (VÖEN: **********). Azərbaycan Respublikası DGK-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-33/2000936/2024 saylı məktubundan görünür ki, həmin MMC-nin adına xx.xx.2022-ci il tarixdə İİR-dan Azərbaycan Respublikasına - xanı, belamur, forel, beluqa və sibrim balıqları gətirilmişdir. Məhkəmə qeyd edir ki, həmin balıqların “Keşlə” bazarına gətirilməsi və balıqlar maşından boşaldılarkən istər təqsirləndirilən şəxsin, istərsə də zərərçəkmiş şəxsin orada iştirak etməsi və aralarında balıq məhsullarının alqı-satqısına dair razılaşmanın olması, məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 yəni, Yasamal rayonunda görüşəndə yan stolda X11 və məhkum tərəfindən olan şəxslərin hesab kitab aparıldığını bildirməsi və məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatə ti əsasında şahid qismində dindirilmiş “Keşlə” bazarında mühafizəçi işləyən Şahid6 və fəhlə işləyən Şahid4 verdiyi ifadələrilə də öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum 22 mart 2022-ci il tarixdə saat 16 radələrində “WhatsApp” vasitəsi ilə Şahid1 (zərərçəkmiş şəxsin oğlu) «- X12, nətərisən qaqam, nə var, nə yox, yaxşısan? X12, düz günortadan Sədərəkdəyəm Allaha and olsun. Pul verəcəkdilər vermədilər. İndi burdan inşallah çıxıb gedirəm Neftçalaya, orada bir dənə dükanım var, istəyirlər onu satım, Allah qoysa qayıdacağam sabaha. 10000 (on) minə istəyirlər, heç olmasa 10000 (on min) gətirim verim atana ki, borcu yiyəsinə versin. Özüm də 27-i, 28-i Allah qoysa gedirəm İrana, oradan mal vuracam, yəni bütün borcları verəcəm. Baş ımın ağrısından ölürəme qaqa, “uje” ürəyim partlayır, Allah haqqı. Atan da bu yandan sıxır dayanmadan, lap, mən bu yandan pis oluram, atan da bu yandan sıxır, mən əməlli-başlı inan Allaha qaqam, and olsun Allaha ürəyim partlayır. A heç olmazsa, bir 27-i, 28-nə qədər bir dözsün də denən, nə olar?! Dözsün, gedim o xarabaya, oradan balıqdan zaddan vurum, bağlayım çıxsın getsin, mənim də canım dincəlsin. Qocalmışame Allaha and olsun uje!» məzmunda audio mesaj göndərmişdir. Məhkəmə yuxarıda göstərilən audio səs yazıları ilə bağlı məsələyə fikir bildirərək qeyd edir ki, istər məhkəməyədək istintaq dövründə və istərsə də məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə balıq satışından ümumilikdə 71000 (64000+70000) manat borcunun olduğunu etiraf edir, bu da mübahisəsiz haldır. Hə mçinin Məhkum Nərimanov RPİ-nin 17-ci PŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Zərərçəkmiş şəxs aldığı pulu balıq məhsullarının alınması məqsədi ilə Türkiyə Respublikasının vətəndaşı olan X verdiyini, sonuncunun onun etibarından sui-istifadə edərək verdiyi pulu mənimsədiyini və X barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (1-ci cild i/v 198). Bununla da məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri və iş materiallarında olan digər sübutları araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs arasında uzun müddət öncədən başlayan və davam edən balıq məhsullarının alqı-satqısı ilə bağlı münasibətlər olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Məhkum elan edilmiş ittihamın ö z təsdiqini tapması və ona elan edilmiş ittihamın əsaslı olması qənaətinə gəlinməsi üçün aşağıda qeyd edilən xüsusatlar ittiham tərəfindən həqiqiliyi, yaranma mənbəyi və əldə edilməsi halları şübhə yaratmayan dəlillərlə sübuta yetirilməli idi: - qeyd edilən pul vəsaitinin məhz ittihamda qeyd edilən tarixlərdə, yerlərdə və ya kimlərin iştirakı ilə Məhkum verilməsi; - pul vəsaitlərinin məhz ittihamda qeyd edilən məqsədlər, yəni İİR-dan balıq məhsullarının gətirilməsi üçün verilməsi; - Məhkum tərəfindən pul vəsaitləri alınmadan öncə yalan vədin verilməsi, pul vəsaitlərini almamışdan öncə zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək onun əmlakını ələ keçirmə niyyətinin, yəni dələduzluq niyyətinin yaranması. Göstərilən hallarla bağlı məhkəmə qeyd edir ki, əvvəla zərərçəkmiş şəxsin həm ibt idai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri ilə onun məhz ittihamda qeyd edilən tarixlərdə və yerlərdə ümumilikdə 92000 manat məbləğində pul vəsaitini Məhkum verməsi sübuta yetirilmir, əksinə onun ifadələri özü-özünü təkzib edir. Hətta istintaq zamanı onun lehinə ifadə vermiş şahid də məhkəmə iclasında pul vəsaitinin verilməsinin şahidi olmadığını qeyd etmişdir. Bu səbəbdən də məhkəmə zərərçəkmiş şəxsin ifadələrində aradan qaldırılması mümkün olmayan kifayət qədər ziddiyyətlər olmasını qeyd edərək, həmin ifadələrə tənqidi yanaşır və bu ifadələri mötəbər sübut kimi qəbul etmir. Bundan əlavə, Məhkum tərəfindən pul vəsaitləri alınmadan öncə yalan vədin verilməsi, pul vəsaitlərini almamışdan öncə zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək onun əmlakını ələ keçirmə niyyətinin, yəni dələduzluq niyyətinin yaranması da sübuta yetirilmir. Həmçinin,zərərçəkmiş şəxsin ifadəsindən də müəyyən edilir ki, məhz Zərərçəkmiş şəxs məhkuma zəng vuraraq «Keşlə bazarın»da satmaq məqsədi ilə ondan 85000 manat məbləğində bölgə, forel və nərə balığı gətirilməsini istəmişdir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ziddiyyətli ifadələrindən başqa ittihamı təsdiq edən hər hansı əsaslı dəlil mövcud deyil. Digər tərəfdən müəyyən edilmişdir ki, tərəflər birlikdə balıq məhsullarının alışı və satışı sahəsində fəaliyyət göstərmişlər, Məhkum həqiqətən də İİR-dan balıq məhsulları gətirmiş və satışını həyata keçirmişdir. Yəni tərəflər arasında məhz ticarətin bu sahəsində işgüzar münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində tərəflər arasında olan hər bir halın dələduzluq kimi qiymətləndirilməsi isə əsaslı qəbul edilə bilməz. Digər tərəfdən pulun nağd qaydada verilməsi qeyd edildiyi kimi sübuta yetirilmir, balıq satışından əldə edilmiş pul vəsaitlərinin isə dələduzluq cinayəti üzrə zərər kimi qiymətləndirilməsi istisna edilir. Həmçinin nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsə ittiham da balıq satışından əldə edilmiş pul vəsaitlərinə görə deyil, pulun nağd qaydada alınması əsası ilə elan edilmişdir. Sonuncu hal ilə bağlı isə zərərçəkmiş şəxsin və şahidlərin ziddiyyətli ifadələrindən başqa heç bir sübut mövcud deyil. Digər tərəfdən məhkəmə qeyd edir ki, hətta pulun nağd qaydada alınması sübuta yetirilmiş olsaydı belə, bu özü də ittihamı sübut edilməsi üçün kifayət edə bilməzdi. Belə ki, bu halda da isti ntaq orqanı balıq məhsullarının İİR-dan gətirilməmə səbəbi ilə bağlı araşdırma aparmalı və bunun Məhkum iradəsindən asılı olub-olmamasına qiymət verməli idi. Nəzərə almaq lazımdır ki, Məhkum balıq satışından əldə edilmiş pul vəsaitlərini Türkiyə Respublikasının vətəndaşı X verdiyini və özünün dələduzluğa məruz qalmasını iddia etmiş və bununla bağlı polis orqanlarına müraciət etmişdir.......Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Məhkumnın ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirs izliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır.” Apellyasiya instansiya məhkəməsi Məhkum barəsində ittihamedici hökm çıxararkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “.....təqsirləndirilən şəxs istintaq zamanı özünü elan edilmiş ittihamda qismən təqsirli bilərək 2022-ci ilin mart-aprel ayları ərzində İİR-dan Azərbaycana balıq və ya digər məhsul idxal etmədiyini, X11dən İİR-dan bölgə, farel və nərə balığı gətirmək adı ilə 71.000 manat pul almasını bildirmişdir. Bundan başqa, Məhkum məhkəmədə ifadəsində qeyd etdiyi kimi 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs balıq gətirmək adı pul almamasını, həmin müddət ərzində Zərərçəkmiş şəxs ona satmaq üçün balıq məhsulları verməsini, Məhkum Zərərçəkmiş şəxs ona verdiyi balıq məhsullarım sataraq əldə etdiyi 64.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs xahişi ilə İİR-dan balıq gətirilməsi üçün X verməsi, digər tərəfdən isə X V.Məhərrmovun ona hər hansı pul vəsaiti vermədiyini göstərməsi ziddiyyətli olmaqla X törətmiş olduğu ağır cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkum nə qədər ziddiyyətli ifadə verməsinə baxmayaraq nəticə etibarı ilə Zərərçəkmiş şəxs öz əməlinin ictimai təhlükəliliyini azaltmaq üçün 92.000 manat yox, məhz 71000 manat almasını ifadəsində göstərməsi onun həqiqətən də Zərərçəkmiş şəxs qanunsuz olaraq külli miqdarda pul vəsaitini ələ keçirməsinə dəlalət edir. İttihamı təsdiq edəcək yetərincə sübutun olmasına baxmayaraq məhkəmə həmin sübutları yox, müdafiə tərəfinin sübutlara “düzgün olmayan yanaşmasını” əsas götürməklə bəraət hökmü çıxarmışdır. Yuxarıda qeyd edilən lərə əsasən iş üzrə əldə edilmiş sübutlar (təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokollar və vatsap məlumatları) öz mötəbərliyini itirməmiş və şəxsin təqsiri kifayət qədər sübuta yetirmişdir. Məhkəmə cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış bütün sübutları tam hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan əsassız bəraət hökmü çıxartmışdır. Göstərilənlərə əsasən, iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən Məhkum dələduzluq yolu Zərərçəkmiş şəxs külli miqdarda pul vəsaitini ələ keçirməsi məhkəmə baxışında dindirilmiş şahid ifadələri və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir.” M əhkəmə kollegiyası qeyd edir ki, qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş apelyasiya instansiyası məhkəməsində yalnız təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs dindirilməsi ilə kifayətlənilərək ittiham hökmü çıxarılmışdır. İşin hallarından göründüyü kimi Məhkum ittiham edilir ondan ötrü ki, “Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək maksimum bir həftə ərzində onun üçün Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Keşlə» bazarında satmaq məqsədi ilə İİR-dan sərfəli qiymətə bölgə, forel və nərə balığı idxal edib gətirəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan q əsdlə davamlı olaraq hissəhissə olmaqla 2022-ci ilin mart ayının əvvəllərində istintaqa konkret məlum olmayan tarixdə ünvan 2 ünvanında yerləşən «Kuzə» restoranında Zərərçəkmiş şəxs əvvəlcə 80000 manat pulunu, 2022-ci ilin mart ayının ortalarında istintaqa konkret məlum olmayan tarixdə ünvan 3 ünvanında yerləşən «Nuş Can» çay evində 5000 manat pulunu və yenidən 2022-ci ilin mart ayının ortalarında istintaqa məlum olmayan digər tarixdə isə ünvan 4 ünvanında yerləşən «Arpaçay» restoranında 7000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 92000 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.” Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi i ttiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal (yəni xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək) istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.” Məhkəmə kollegiyası q eyd edir ki, cinayət prosessual qanunvericiliyin istinad olunan normalarına əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum verilmiş ittihamın, yəni Məhkum “2022-ci ilin mart ayının əvvəllərində istintaqa konkret məlum olmayan tarixdə ünvan 2 ünvanında yerləşən «Kuzə» restoranında Zərərçəkmiş şəxs əvvəlcə 80000 manat pulunu, 2022-ci ilin mart ayının ortalarında istintaqa konkret məlum olmayan tarixdə ünvan 3 ünvanında yerləşən «Nuş Can» çay evində 5000 manat pulunu və yenidən 2022-ci ilin mart ayının ortalarında istintaqa məlum olmayan digər tarixdə isə ünvan 4 ünvanında yerləşən «Arpaçay» restoranında 7000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 92000 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi”ndə ifadə olunan ittihamın daxilində baxmalı və verilən ittihamın sübut olunub olunmamasını araşdırmalı idi. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq və məhkəmə baxışları zamanı verdiyi ifadələrində göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs “Keşlə bazarı”nda satmaq üçün İran İslam Respublikasından 63000 manat dəyərində balıq məhsulları gətirmiş, satmaq üçün ona vermiş və əvəzində İİR-dan daha ucuz balıq məhsulları gətirməsini ondan xahiş etmişdir. Bundan sonra o, X11in təklifi ilə razılaşaraq həmin balıq məhsullarını satmaq üçün “Keşlə bazarın”da tanışı X6 vermişdir. X həmin balıq məhsullarını sataraq 3 (üç) gün sonra “Keşlə bazarın”da ona 54000 və bundan bir neçə gün sonra isə 10000 manat, yəni cəmi olaraq 64000 manat pul vermişdir. Həmçinin həmin ərəfələrdə İİR-dan balıq məhsulları alıb gətirmək üçün X11 “Keşlə bazarın”da ona əlavə olaraq 7.000 manat pul vermişdir. Həmin vəsaitlə birlikdə X11in verdiyi balıq məhsullarının satışından əldə etdiyi 64.000 manatı, yəni X11ə məxsus ümumilikdə 71.000 manat pulu 2022-ci ilin mart ayının ortalarında 42.000 ABŞ dollarına dəyişib 14 mart 2022-ci il tarixdə X11 üçün İran İslam Respublikasından bölgə, forel və nərə balığı alıb gətirməsi üçün sonuncunun xahişi ilə “Keşlə bazarı”nın yaxınlığında “Kuzə” restoranında balıq məhsullarının gətirilməsi ilə məşğul olan Türkiyə Respublikasının vətəndaşı X vermişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum həmin ifadəsini onun verilmiş ittihamı qismən etiraf etməsi kimi dəyərləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham orqanı tərəfindən məhkum X2 64000 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsinə dair ittiham verilmədiyi halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən onun həmin ifadəsinin Məhkum Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək 92000 manat məbləğində pulunun ələ keçirməsinə dair ittihamda sübut kimi istifadə edilməsi əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs məhkum X1 64000 manat pulun ələ keçirilməsində hər hansı bir cinayətin əlamətlərinin olması nəticəsinə gəlmişdisə, Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli idi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin Məhkum bəraət ve rilməsinə dair hökmünü ləğv edərkən CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmamış, toplanmış sübutlar düzgün təhlil edilməmişdir. Belə ki, məhkəmə iclaslarında dindirilmiş Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, “... 5 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs qismində vergi ödəyicisi kimi vergi uçotuna alınmış, eyni zamanda "xxxx" MMC-nin təsisçisidir. Zərərçəkmiş şəxs 2019-cu ildən etibarən “Keşlə bazarın”da balıq alveri ilə məşğul olan şəxs kimi tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2019-cu ildə bir neçə dəfə Zərərçəkmiş şəxs sifarişi ilə “Keşlə bazarı”nda satmaq məqsədi ilə onun üçün Neftçala rayonu ndan kilkə balığı təşkil edib Bakı şəhərinə gətirmişdir. Sonradan kilkə balığının satışı ilə ciddi məşğul olmadığı üçün təxminən bir-iki il ərzində Zərərçəkmiş şəxs ilə aralarında əlaqə və münasibət olmamışdır. 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən “Keşlə bazarın”da olan zaman təsadüfən Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Görüşüb hal-əhval tutduqdan sonra söhbət əsnasında X11 ona böyük maşınlarda İİR-dan iri balıq gətirdiyini və maşının çox hissəsi boş qaldığından, onunla birgə ona məxsus "xxxx" MMC adına balıq gətirəcəklərini və gömrük xərci aralarında bölüşərək daha əlverişli olacağını bildirmişdir. Bundan sonra mart ayının əvvəllərində Zərərçəkmiş şəxs “Keşlə bazarı”nda satmaq üçün İran İslam Respublikasından 63000 manat dəyərin də balıq məhsulları gətirdiyini bildirib həmin məhsulları satmasını və İran İslam Respublikasından onun üçün daha ucuz balıq məhsulları gətirməsini təklif etmişdir. O, isə X11in təklifi ilə razılaşaraq həmin balıq məhsullarını satmaq üçün “Keşlə bazarın”da işləyən tanışı X6 vermişdir. Sonuncu 3 gün sonra həmin balıq məhsullarını sataraq “Keşlə bazarın”da ona 54000 manat və bundan bir neçə gün sonra isə 10000 manat pul vermişdir. Beləcə, X həmin balıq məhsullarının satışına görə ona cəmi 64000 manat pul vermişdir. Həmin ərəfələrdə İİR-dan balıq məhsulları alıb gətirmək üçün X11 “Keşlə bazarın”da ona əlavə olaraq 7000 manat pul vermişdir. Həmin vəsaitlə birlikdə X11in verdiyi balıq məhsullarının satışından əldə etdiyi 64000 manatı, yəni X11ə məxsus ümumilikdə 71000 manat pulu 2022-ci ilin ma rt ayının ortalarında ABŞ dollarına dəyişib 42.000 (qırx iki min) ABŞ dolları əldə etmişdir. 14 mart 2022-ci il tarixdə X11 üçün İİR-dan bölgə, forel və nərə balığı alıb gətirməsi üçün onun xahişi ilə “Keşlə bazarı”nın yaxınlığında “Kuzə” restoranında İrandan Bakıya balıq məhsullarının gətirilməsi ilə məşğul olan Türkiyə Respublikasının vətəndaşı X ilə görüşərək həmin tarixdə həmin 42000 ABŞ dollarını sonuncuya vermişdir. X 2022-ci ilin Novruz bayramına kimi, yəni 21 mart 2022-ci il tarixədək İrandan onun üçün 42000 ABŞ dolları müqabilində bölgə, forel və nərə balığı alıb gətirəcəyini vəd etsə də, vədinə əməl etməyib onu aldatmışdır. Bu səbəbdən X11ə vəd etdiyi balıq məhsullarını təşkil edə bilməmiş və ondan aldığı ümumilikdə 71000 manat məbləğində pulu da geri qaytara bilməmişdir. Bütün b unlardan sonra 2022-ci ilin mart ayının sonlarında X11 onun barəsində Neftçala rayon polis şöbəsinə şikayət vermişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşı X barəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nə şikayət vermiş, lakin şikayəti təmin edilməmiş və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Keşlə bazarın»da balıq məhsullarını satışı ilə məşğul olarkən Məhkumla tanış olmuşlar. Həmin ərəfələrdə Məhkum Neftçala rayonundan “Keşlə bazarın”a kilkə balığı gətirib satmaqla məşğul olmuş, bir neçə dəfə məhkumdan satmaq üçün müxtəlif çəkilərdə kilkə balığı almışdır. 2019-cu ilin sonunda iş bağlanmışdır. Sonradan 2022-ci ilin yanvar ayınadək Məhkum «Keşlə bazarı»nda görməmiş və onunla hər hansı əlaqə və münasibəti olmamışdır. 2022-ci ilin yanvar ayında günorta saatlarında «Keşlə bazarı»nın yaxınlığında, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən «Arpaçay» restoranında çay içən zaman Məhkum kafeyə daxil olub ona yaxınlaşaraq salam verib hal-əhval tutmuşdur. O, sonuncudan nə işlə məşğul olduğunu soruşduqda İrandan belluqa, farel və.s balıq gətirib satışı ilə məşğul olduğunu bildirmişdir. Həmçinin ona da lazım olduğu halda İİR-dan birgə balıq gətirə biləcəklərini söyləmiş və nömrələrini götürmüşlər. Ayrıldıqdan 3-4 gün sonra zəngləşərək görüşmüş və o, V.Məmmədova martın əvvəlinə ona 85000 manat dəyərində balıq gətirə bi ləcəyini söyləmiş sonuncu da problem olmadığını bildirmişdir. Aradan 3-4 gün keçəndən sonra zəngləşmişlər və o, V.Məmmədova işin nə yerdə olduğunu soruşduqda, sonuncu sifarişin hazır və pul verməli olduğunu bildirdi. O, oğlu X12lə birlikdə məhkumla «Keşlə bazarı»nın yaxınlığında yerləşən «Kuzə» restoranında görüşmüş və malı hesablayıb 80 min manat yüzlüklərdən ibarət olmaqla məhkuma pul vermişdir. O, məhkumdan balığın nə vaxt gələcəyini soruşduqda sonuncu 1 həftə -10 günə gələcəyini bildirmişdir. Aradan 3-4 gün keçəndən sonra balığın nə yerdə qaldığı məhkumdan maraqlandıqda, sonuncu maşının yükləndiyini və 2-3 günə Bakıya çatacağını bildirmişdir. Bir neçə gün sonra məhkumla görüşmüş və sonuncu ondan gömrükdə dövlət rüsumu ödəmək üçün 5000 manat pul istəmişdir. O, isə Bakı şəhəri, Nəriman ov rayonu, Ağa Nemətulla küçəsində yerləşən çayxanada yenə oğlu X12lə birlikdə məhkumla təkrar görüşüb ona 100-lük əskinaslardan ibarət 5000 manat pul vermişdir. 2-3 gün keçdikdən sonra məhkum yenidən ona zəng edərək gömrükdə əlavə sənədləşməyə görə 7000 manat pul lazım olduğunu bildirmiş, o, yenə də oğlu ilə birgə “Arpaçay” çay evində məhkumla görüşüb pulu ona vermişdir. Sonra məhkum tərəfindən verilən söz yerinə yetirilməmiş və vəd etmiş balıq məhsulları gəlməmişdir. Tərəflərindən dəfələrlə məhkuma zəng edilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək verdiyi sözdən yayınmışdır. Bundan sonra o, balığın gəlmədiyini görüb məhkumdan pulun qaytarılmasını tələb etmişdir. Günlərin birində oğlu məhkuma zəng edib pulu istəyəndə sonuncu Neftçala rayonuna getdiyini, orada ona məxsus mağa zanı 10000 manata satıb atasına ayın sonunadək gətirib verəcəyini bildirmişdir. Ayın axırını gözlədikdən sonra o, məcbur qalıb Neftçala Rayon Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Sonra həmin iş üzrə məhkum tutulmuş sonra azad edilmiş, cinayət işi isə araşdırılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov RPİ-nə göndərilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkum Neftçala rayonunda qeydiyyatda olduğu üçün məhz ilk dəfə sonuncunun barəsində Neftçala RPŞ-nə şikayət vermiş, məhkəməyədək istintaq dövründə verdiyi bütün ifadələri özü imzalamış, sadəcə ifadələrində olan ziddiyyətlərlə bağlı səbəb kimi müstəntiq tərəfindən ifadələrin düzgün yazılmaması olmuş, satmaq üçün məhkuma heç vaxt balıq məhsulu verməmiş, məhkumın ifadəsində göstərdiyi Şövqi adlı şəxslə, habelə Türkiyə Respublikasının vətəndaşı Kamal Nəbioğlu ilə heç bir əlaqə və münasibəti, o cümlədən alış-verişi olmamışdır. O, müstəntiqə məhkuma 7000 manat borc verməsini bildirməmişdir, bu barədə ərizədə necə yazıldığını bilməmiş, həmçinin Türkiyə Respublikasının vətəndaşı X7 vasitəsi ilə tanımış və çayxanada çay içərkən nömrələrini götürmüşlər. məhkumla arasında şifahi razılaşma olmuş, müqavilə bağlamamış, həmçinin Keşlə bazarında onun balıq saxlamaq üçün dondurucusu olmuşdur. Bundan başqa cinayət işi üzrə adı gedən Şahid1 onun oğludur və ABŞ-a köçdüyü üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun X11lə aralarında uzun müddətdən bəri dostluq və tanışlıq münasibətləri olduğundan asudə vaxtlarında tez-tez «Keşlə bazarın»da, habelə Bakı şəhərinin müxtəlif restoran və kafelərində görüşüb söhbətləşir, bəzən isə birlikdə nahar edirlər. 2022-ci ilin yanvar ayında «Keşlə bazarın»da X11lə birlikdə görüşüb söhbət edən zaman məhkumı da orada görmüş və tanışlıqları oradan başlamışdır. Həmin zaman X11lə məhkum arasında balıq alış-verişi ilə bağlı bəzi söhbətlər aparırmışlar. Axırıncı dəfə yəni mart ayında X11lə görüşdükdə sonuncu məhkumla arasında olan söhbətlərdən danışmış və balıq gətirilməsi üçün məhkuma müxtəlif vaxtlarda 80000 manat, 5000 manat və 7000 manat pul verdiyini və balıqların gətirilmədiyini bildirmişdir. Bundan sonra X11lə axırıncı dəfə Yasamal rayonunda görüşəndə məhkum da ora gəlmişdir. Orda söhbət 85000 manatdan gedirdi. məhkum isə X11ə deyirdi ki “mənim sənə köməkliklərim olub, yəni gömrüyə getmişəm, kimdənsə xahiş eləmişəm”. X11də məhkuma deyirdi ki, “yaxşı, mənə nə köməy eləyibsənsə o puldan çıx”, məhkum isə X11ə cəmi olaraq 72000 manat pul qaytaracağını bildirmişdir. Həmçinin yan stolda X11in və məhkumın tərəfindən olan şəxslər hesab-kitab aparırdılar. Sonradan o, bu məsələsinin axırının necə olduğunu bilməmişdir. Bir gün X11 onunla Neftçalaya getməsini xahiş etmiş, o da X11lə razılaşmışdır. Neftçalada X11 PŞ-nə şikayət ərizəsi vermiş, həmçinin ondan da izahat alınmış və həmin izahat onun tərəfindən imzalanmışdır. İzahatı onun əvəzinə müstəntiq yazmışdır. Sonra cinayət işi Nərimanov rayonuna gələndə o, görmüşdür ki, ifadəsində guya X11 məhkuma pul verərkən onun yanında olduğunu təsdiq etmiş dir. Nərimanov RPİ-də o bildirmişdir ki, onun yanında X11 məhkuma hər hansı məbləğdə pul verməmişdir. Bundan başqa, Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir, onun yanında X11 məhkuma pul verməmiş, Neftçala RPŞ-də o, izahatı baxmadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Keşlə bazarın»da balıq məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs uzun illərdir ki, həmyerlisi kimi tanıyır. Adətən hər həftə «Keşlə bazarın»dan evə bazarlıq edərkən X11lə bir dost kimi teztez orada, habelə yaxınlıqdakı kafelərdə görüşüb söhbət edirmişlər. 2022ci ilin mart ayının sonlarında səhər saatlarında həmişə olduğu kimi «Keşlə bazarın»dan ev üçün bazarl ıq edən zaman X11in yüksək səslə telefonla danışdığını görmüş, ona yaxınlaşıb nə məsələ olduğunu soruşmuş, X11 isə ona əli ilə işarə edərək gözləməsini bildirmişdir. X11 danışığını bitirdikdən sonra isə Neftçaladan bir adama borc pul verdiyini onunda pulu qaytarmadığını bildirərək telefonunda olan səs yazısını da ona dinlətdi. Bundan başqa, Şahid3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs Məhkum tanımır və görməmişdir, o bazarda olarkən X11in telefonda uca səslə borc haqqında danışığını eşitsə də, kiminlə danışdığını və məbləği eşitməmişdir. Həmçinin, bildirmişdir ki, o, istintaq dövründə də, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxsin oğlu Şahid1 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs uzun illərdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Keşlə bazarın»da balıq məhsullarının satışı ilə məşğul olur, o, da atasına köməklik edir. 2022-ci ilin yanvar ayında atası ona «Arpaçay» restoranında nahar edən zaman təsadüfən balıq alverçisi Məhkumla görüşüb söhbət etdiyini və sonuncunun İİR-dan Azərbaycana müxtəlif balıq məhsullarının idxalı ilə məşğul olduğunu bildirərək, Novruz bayramı ərəfəsində zərurət olarsa İrandan balıq məhsulları gətirmək üçün məhkuma sifariş verəcəyini demişdir. 2022-ci ilin yanvar və fevral aylarında atası X11 bir neçə dəfə məhkumla zəngləşərək balıq gətirmək üçün İrana nə vaxt gedəcəyini soruşmuş, o da öz növbəsində həmin ərəfələrdə məhkumla bir neçə dəfə zəngləşərək Nov ruz bayramı ərəfəsində balıq gətirmək üçün İrana gedib-getməyəcəyi ilə maraqlanmışdır. məhkum hər dəfə cavabında İranda nüfuzlu tanışlarının olduğunu və istənilən vaxt oradan kifayət qədər balıq təşkil edib gətirə biləcəyini demişdir. 2022-ci ilin mart ayının əvvəllərində «Keşlə bazarın»da olan zaman atası məhkuma zəng edib satmaq üçün 85000 manatlıq bölgə, forel və nərə balığı almaq istədiyini söyləmişdir. məhkum ən geci bir həftə ərzində İİR-dan sərfəli qiymətə 85000 manat müqabilində bölgə, forel və nərə balığı təşkil edib gətirəcəyini vəd etmişdir. Atası razılaşaraq bu məqsədlə ətraflı danışmaq üçün məhkuma görüşməyi təklif etmiş, elə həmin gün o, günorta saatlarında atası X11lə birlikdə «Keşlə bazarı»nın yaxınlığında yerləşən «Kuzə» restoranında məhkumla görüşmüşlər. Həmin vaxt atası X14 bölgə, forel və nərə balığı alıb gətirməsindən ötrü 100-lük əskinaslardan ibarət 80000 manat pul verib yerdə qalan 5000 manatı da tezliklə ona çatdıracağını söyləmişdir. məhkum pulu sayıb götürərək uzağı bir həftə ərzində İrandan atası X11 üçün sərfəli qiymətə 85000 manat müqabilində bölgə, forel və nərə balığı təşkil edib gətirəcəyini vəd edərək həmin malların qəbulu və satışı üçün bazarda hazırlıq işləri görmələrini istəmişdir. Təxminən bir həftə sonra, 2022-ci ilin mart ayının ortalarında məhkumdan heç bir xəbər çıxmadığını görən atası narahat olub ona zəng edərək vəd etdiyi balıq məhsullarını nə vaxt gətirib təhvil verəcəyini soruşmuşdur. məhkum guya İrandan sifariş verdiyi balıq məhsullarının göndərildiyini, lakin gömrükdə həmin məhsulların ölkəyə idxalı üçün müvafiq sənədləşdirmə aparılmasından ötrü 5000 manat gömrük rüsumu ödəmək lazım olduğunu deyib atası X11dən bu məqsədlə təcili olaraq 5000 manat pul istəmişdir. X15 etiraz etməmiş və elə həmin gün günorta saatlarında Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən çayxanada atası ilə birlikdə məhkumla görüşmüşlər. Həmin vaxt atası məhkuma 100-lük əskinaslardan ibarət 5000 manat pul vermiş, sonuncu pulu sayıb qəbul edərək «Novruz» bayramınadək atasının sifariş etdiyi balıq məhsullarını təhvil verəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra, 2022-ci ilin mart ayının ortalarında günorta saatlarında «Keşlə bazarın»ın yaxınlığında yerləşən «Arpaçay» restoranında atası ilə birlikdə nahar edən zaman məhkum onlara yaxınlaşıb sifariş olunan balıq məhsullarının artıq Azərbaycan gömrüyündə olduğunu, lakin gömrük rəs miləşdirilməsi üçün əlavə 7000 manata ehtiyac olduğunu bildirib atasından pul istəmişdir. Atası X11 həmin vaxt buna görə narahat olub gileylənsə də, məhkum ailə üzvlərinin canına and içərək 7000 manatı aldıqdan sonra «Novruz» bayramına kimi mütləq gömrük rəsmiləşdirilməsini həll edib balıq məhsullarını gətirəcəyini vəd etmişdir. Atası məhkuma inanıb daha bir söz deməyərək ona dərhal evə gedib 7000 manat pul gətirməsini tapşırmış, o da həmin pulu 7000 pulu «Arpaçay» restoranına gətirib atasına vermiş, atası da restoranda həmin pulu onun yanında sayıb məhkuma vermişdir. məhkum həmişə olduğu kimi pulu sayıb götürərək bir daha «Novruz» bayramına kimi balıq məhsullarını gətirib ona təhvil verəcəyini vəd etmişdir. Lakin məhkum atasını aldadaraq vədinə əməl etməmişdir. Bununla əlaqədar 22 mart 20 22-ci il tarixdə günorta saatlarında “WhatsApp” vasitəsilə məhkuma audio mesaj göndərərək atasına qarşı niyə bu cür hərəkət etdiyini və aldığı 92000 manat pulu nə vaxt qaytaracağını soruşmuş, məhkum həmin gün saat 16 radələrində “WhatsApp” vasitəsilə ona audio mesaj göndərərək Neftçalada olan dükanını satıb hələlik atası X11ə 10000 manat qaytaracağını, mart ayının 27-i və ya 28nə kimi isə İrana gedib balıq gətirərək bu yolla atasının bütün pulunu verəcəyini vəd etmişdir. məhkuma artıq inanmadıqları üçün həmin ərəfələrdə o, atası ilə birlikdə iki dəfə Neftçala şəhərinə gedib orada məhkumla görüşmüşlər. Hər dəfə söhbət əsnasında məhkum məsələ ilə bağlı polisə şikayət etməməsi üçün atasına yalvararaq Neftçala şəhərində olan daşınmaz əmlakını satıb İrandan balıq gətirmək üçün aldığı 92000 mana t pulu qaytaracağını vəd etsə də, sonradan müxtəlif bəhanələrlə atasını aldadıb pulu qaytarmamışdır. Bu səbəbdən atası məhkumın barəsində Neftçala rayon polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral-mart aylarında “Keşlə” bazarında soyuducuların yerləşdiyi ərazidə rəsmi olaraq mühafizəçi vəzifəsində işləyərək bazara gətirilən balıqların sənədlərinə baxıb yerləşdirilməsinə nəzarət etmiş, Məhkum və Zərərçəkmiş şəxs “Keşlə” bazarından tanıyır. Belə ki, onlar bazara mütəmadi olaraq İran maşınlarında karobkalarda balıq gətirirdilər. Balıqlar maşınlardan boşaldılarkən məhkum, X11, digər balıqçılar və işçilər də orada olurdu, iri balıqları (beluqa) X11, digərlərini i sə məhkumla X götürürdü. İri balıqlar X11in dondurucusuna, digər balıqları isə kənara yığılaraq Xtərəfindən aparılırdı. Həmin şəxslər bazara əsasən beluqa, farel və sazan balıqlarını gətirirdilər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “Keşlə” bazarında fəhlə işləyir və onun işi bazara gətirilən malların boşaldılması və daşınmasından ibarətdir. Məhkəmə iclasında iştirak edən Məhkum və Zərərçəkmiş şəxs “Keşlə” bazarından tanıyır. Belə ki, sonuncular bazara maşınlarda balıq gətirən zaman onlar həmin balıqları boşaldırdılar. Novruz bayramından qabaq yenə də o, məhkuma məxsus maşından balıqları boşaldaraq irilərini soyuducuya, kiçiklərini isə bazara daşımışdır. Həmin vaxt məhkumın yanında X11də olmuş və onlar ın tapşırıqlarına uyğun olaraq balıqların irilərini və kiçiklərini ayırmışlar. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli Neftçala RPŞ-nə verdiyi ərizəsindən görünür ki, Neftçala şəhər sakini Məhkum İİR-dan balıq gətirmək üçün ərizəçidən Neftçala şəhəri Heydər Əliyev prospektində xx.xx.2022-ci il tarixdə 85000 manat pul almış və balıqları ona gətirməmişdir. Məhkum Nərimanov RPİ-nin 17-ci PŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı olan Xu etibardan sui-istifadə edərək İRR-dan balıq gətirəcəyi adı ilə yalan vəd verib Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki Keşlə bazarında 42.000 ABŞ dolları pulunu alaraq ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək aldığı pulları mənimsəmişdir. Həmin şəxsin müəyyən edilərək b arəsində qanuni tədbir görülməsini və aldığı pulların qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Neftçala RPŞ-nə verdiyi izahatından və dindirmə protokolundan görünür ki, Neftçala şəhər sakini Məhkum ilə o, “Keşlə” bazarının yanında mart ayının əvvəllərində görüşərək oğlu X12 və dostu X10ın yanında məhkuma 100 manatlıq əskinazlardan ibarət olmaqla 80000 manat pul vermişdir. Bir neçə gün sonra ona məhkum yenə də pul lazım olduğunu bildirmiş və o, oğlu və dostu X10la birlikdə mart ayının ortalarında Neftçala şəhərinə gedərək məhkumla Neftçala şəhəri Heydər Əliyev prospektində görüşmüş və sonuncuya oğlunun və dostunun yanında əlavə olaraq 100 manatlıq əskinazlardan ibarət olmaqla 5000 manat pul vermişdir. Bundan bir neçə gün sonra o, “Keşlə” bazarının yanında məhkumla təkrar görüşəndə so nuncu ondan 7000 manat borc pul istəmiş o, da dostu X10ın yanında ona yazığı gəldiyi üçün həmin məbləğdə pulu ona vermişdir. Neftçala RPŞ-də Şahid1 şahid qismində dindirmə protokolundan görünür ki, sonuncu atası ilə məhkum arasında olan bütün söhbətlərdə iştirak etmiş, balıq gətirmək üçün məhkum atasından 85000 manat pul istəmiş, bu məqsədlə atası məhkuma Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Keşlə” bazarının yaxınlığında 80000 manat pul vermiş, bir necə gün sonra məhkum atasından yenə də pul lazım olduğunu bildirmiş və atası onunla və dostu X10la birlikdə mart ayının ortalarında Neftçala şəhərinə gedərək məhkumla Neftçala şəhəri Heydər Əliyev prospektində görüşmüş və atası məhkuma onun və dostunun yanında əlavə olaraq 100 manatlıq əskinazlardan ibarət olmaqla 5000 manat pul vermişdir. Həmçinin məhkum atasından əlavə olaraq 7000 ABŞ dolları da borc almışdır. Cinayət işinin 1-ci cild 95-98-ci vərəqələrində olan Neftçala RPŞ-da rəsmiləşdirilmiş əlavə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs sonradan ifadəsini dəyişərək Neftçala şəhər sakini Məhkumla Neftçalada görüşsə belə sonuncuya pul vermədiyini, lakin sonuncu dəfə məhkuma balıq gətirməsi üçün 7000 manat pulu 2022ci ilin mart ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Keşlə” bazarının yanında verdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 89-cu vərəqəsində olan CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskdə **********30.txt, **********83.txt, 505006930_SMS.txt və 503924783_SMS.txt adlı fayllar var. Həmin fayllara baxış keçirilərək mü əyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən o, 2022-ci ilin mart ayının əvvəlində və ortalarında, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, 19-xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022ci il tarixdə Neftçala rayonu ərazisində olmuş, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən o, 2022-ci ilin mart ayının əvvəllərində və ortalarında Neftçala rayonu ərazisində olmamış, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Neftçala rayonu ərazisində olmuş, həmin şəxslərin eyni vaxtda Neftçala rayonu ərazisində olması təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, istər zərərçəkmiş şəxsin, istərsə də şahidlərin verdikləri ifadələrə əsasən Zərərçəkmiş şəxs tərəfindən Məhkum Neftçala şəhəri Heydər Əliyev prospektində (Neftçala şəhəri Azpetrol YDM-nin yanında) 5000 manat pul verilməsi öz təsdiqini tapmamışdır. Araşdırma zamanı da müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən o, 2022ci ilin mart ayının əvvəllərində və ortalarında Neftçala rayonu ərazisində olmamışdır. Bundan başqa anten məlumatlarına əsasən Zərərçəkmiş şəxs və Məhkum eyni vaxtda Neftçala rayonu ərazisində olması belə öz təsdiqini tapmadığından zərərçəkmiş şəxs ifadəsini dəyişərək Neftçala şəhər sakini Məhkum Neftçalada pul vermədiyini etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs və şahidlər işin halları, vaxtı, şəraiti bar ədə tamamilə ziddiyyətli ifadələr vermiş, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətləri araşdırmadan əsassız olaraq yekun nəticəyə gəlmişdir. Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı maddəsi üzrə təlimatda göstərilmişdir ki, “6-cı Maddənin 3(d) yarımbəndinə görə, təqsirləndirilən şəxs məhkum edilməmişdən əvvəl ona qarşı irəli sürülən bütün sübutlar çəkişmə prinsipinin təmin olunması məqsədilə açıq iclas zamanı onun iştirakı ilə təqdim olunmalıdır. Bu prinsipdən istisnalar mümkün olsa da, onlar müdafiə hüquqlarını pozmamalıdır. Bu zaman bir qayda olaraq təqsirləndirilən şəxsə ona qarşı ifadə verən şahidə (ya həmin şəxs ifadə verərkən, ya da məhkəmə icraatının daha sonrakı mərhələsində) etiraz etmək və onu dindirmək üçün adekvat və lazımi imkanın verilməsi tələb olunur (Hummer Al maniyaya qarşı, § 38; Luka İtaliyaya qarşı, § 39; X9 Respublikası Makedoniyaya qarşı, § 57)....... Təqsirləndirilən şəxsin hakimin iştirakı ilə vacib bir şahidlə üzləşmək imkanı ədalətli məhkəmə araşdırmasının mühüm elementidir (Tarau Rumıniyaya qarşı, § 74; Qraviano İtaliyaya qarşı, § 38).” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin m əhkəmələrə tövsiyə olunur ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 91-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, “apellyasiya instansiyası məhkəməsinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyəti və birinci instansiya məhkəməsinin hökmündə, digər yekun qərarında müəyyən edilmiş şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) təsviri, apellyasiya məhkəməsinin özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsviri, cinayət prosesi tər əflərinin təqdim etdikləri və yaxud birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş sübutların qəbul və yaxud rədd edilməsinin motivləri, nəticəvi hissəsində birinci instansiya məhkəməsinin hökmünün, digər qərarın ləğv edilməsi haqqında qərarla yanaşı təqsirləndirilən şəxsin təqsirli bilinməsinə dair qərar, habelə bundan irəli gələn digər qərarlar verilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində olan 1 avqust 2024-cü il tarixli hökmü “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında verilən tövsiyələrdə irəli sürülən tələblərə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərin i pozaraq Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbera, Messege və Habardo İspaniyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş ü zrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Beləliklə, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan və həmin şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli hökmü ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübu tlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və y a apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yarX10sa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şi kayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli hökmü ləğv edilsin və cinayət işi apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin. Məhkum məhkəmə iclas zalından azad edilsin.
Məhkəmə qərarları › İş №1(102)-178/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-178/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver