Məhkəmə qərarları › İş №1(102)-1780/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1780/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1780/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 24 noyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X8, bəraət almış şəxs X2 və onun müdafiəçisi Süleymanlı Elxan Bəhmən oğlunun iştirakları ilə, Quba Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) CM-nin 213.1-ci maddəsi təqsirli bilinərək məhkum olunmasına, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli hökmü ilə ona əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçının nümayəndəsi - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Ziya Ağagülov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Tağıyev Xəqani Qəhrəman oğlu) X4, 25 may 1957-ci il tarixdə Quba rayonunun I Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, ”Revival Neftqaz Texniki Xidmətlər” MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və və həmin ünvanda yaşayan CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 %-i (iyirmi faizi) dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, onun 0 5 dekabr 2016-cı il tarixdən 12 fevral 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 ay 7 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanılmasının bir günü islah işlərinin üç gününə bərabər hesabı ilə hesablanmaqla 06 (altı) ay 21 (iyirmi gün) gün islah işləri cəzası sayılaraq, ona təyin olunan 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasından çıxılmaqla üzərində qəti olaraq aylıq qazancının 20%-i (iyirmi faizi) dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 09 (doqquz) gün müddətinə islah işləri cəzasının saxlanılmış, cəzasını iş yerində çəkməsi və cəzasının icrasının başlanğıcı aylıq qazancından tutulmaların başlandığı tarixdən (gündən) hesab edilməsi, iş üzrə mülki iddianın qismən təmin edilərək X1 vurduğu ziyanın - 11.149,76 (on bir min yüz qır x doqquz manat yetmiş altı qəpik) manat məbləğində pulun alınaraq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X3 qarşı CM-nin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) fəaliyyətinə rəhbərlik edərək cəmiyyətin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 53.1, 72, 77.3, 78.1, 104, 105, 124, 153, 154, 155, 157, 159, 161, 166, 173, 174, 175.1, 177 və 180-cı maddələrinin tələblərini pozaraq xeyli miqdar təşkil edən 60909,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, hüquqi ünvanı ünvan 2 qeydiyyata alınmış "xxxx" MMC-nin 2013-cü il üzrə əldə etdiyi gəlirləri 663445,23 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 552871,03 manat, vergiyə cəlb edilməsi mənfəəti 110574,20 manat, ödənilməsi mənfəət vergisi 22114,84 manat olduğu halda, cəmiyyət qeydiyyatda olduğu vergi orqanına həmin il üzrə bəyannamə təqdim etməyərək 22114,84 manat, 2014-cü il üzrə cəmiyyətin ümumi gəliri 362602,79 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 302168,99 manat, vergiyə cəlb olunan mənfəəti 60433,80 manat, ödənilməli mənf əət vergisi 12086,76 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyənin olmadığını göstərərək 12086,76 manat, cəmi 34201,60 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini az hesablamaqla, bundan başqa, o, cəmiyyətin 2013-cü ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 22307,04 manat, ƏDV 4015,27 manat, əvəzləşdirən ƏDV 0,0 manat, büdcəyə ödənilməli ƏDV 4015,27 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 22309,90 manat, ƏDV-ni 4015,78 manat, büdcəyə ödənilməli ƏDV-ni 4015,78 manat göstərərək, 0,51 manat ƏDV-ni artıq, noyabr ayı üzrə əlavə dəyər vergi tutulan dövriyyəsi 337564,28 manat, ƏDV 60761,57 manat, əvəzləşdirilən ƏDV 25699,37 manat, büdcəyə ödənilməsi ƏDV 35062,20 man at olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 337607,40 manat, ƏDV-ni 60769,33 manat, əvəzləşdirilən ƏDV-ni 25699,37 manat, büdcədən qaytarılan ƏDV-ni 35069,96 manat göstərərək, 7,76 manat ƏDV-ni artıq, dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 83289,56 manat, ƏDV 14992,12 manat, əvəzləşdirilən ƏDV 3871,26 manat, büdcəyə ödənilməli ƏDV 11120,86 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 12300,00 manat, ƏDV-ni 2214,00 manat, əvəzləşdirilən ƏDV-ni 3783,62 manat, büdcədən qaytarılan ƏDV-ni 1569,62 manat göstərərək, 12690,48 manat ƏDV-ni az, 2014-cü ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 104477,00 manat, ƏDV 18805,86 manat, əvəzləşdirilən ƏDV 0,0 manat, büdcəyə ödənilməli ƏDV 18 805,86 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 60050,00 manat, ƏDV-ni 10809,00 manat, büdcəyə ödənilməli ƏDV-ni 10809,00 manat göstərərək, 7996,86 manat ƏDV-ni az, noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi, 0,0 manat, ƏDV 0,0 manat, əvəzləşdirilən ƏDV 0,0 manat, bücəyə ödənilməli ƏDV 0,0 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 22698,56 manat, ƏDV-ni manat göstərərək, 4085,74 manat ƏDV-ni artıq, nəticədə 16593,33 manat məbləğində əlavə dəyər vergisi dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə X4 direktoru olduğu "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2013-cü ilin 4-cü rübündə müəssisə tərəfindən yerinə yetirilmiş işlərin tərkibində göstərilmiş xidmətlərə görə uçotda olmayan fiziki şəxslərə ödənilmiş haqq 40385,896 manat, 14,00 faiz dərəcə ilə büdcəyə ödənilməli ödəmə mənbəyində tutulan vergi 5654,02 manat olduğu halda, həmin tədiyyə üzrə vergi orqanına bəyannamə təqdim etməyərək, 5654,02 manat, 2014-cü ilin 1-ci rübündə müəssisə tərəfindən yerinə yetirilmiş işlərin tərkibində göstərilmiş xidmətlərə görə uçotda olmayan fiziki şəxslərə ödənilmiş haqq 13216,86 manat, 14,00 faiz dərəcə ilə büdcəyə ödənilməli ödəmə mənbəyində tutulan vergi 1850,36 manat olduğu halda, həmin tədiyyə üzrə vergi orqanına bəyannamə təqdim etməyərək, 1850,36 manat, həmin ilin 2-ci rübündə müəssisə tərəfindən yerinə yetirilmiş işlərin tərkibində göstərilmiş xidmətlərə görə uçotda olmayan fiziki şəxslərə ödənilmiş haqq 725,0 manat, 14,00 faiz dərəcə ilə büdcəyə ödənilm əli ödəmə mənbəyində tutulan vergi 101,50 manat olduğu halda, həmin tədiyyə üzrə vergi orqanına bəyannamə təqdim etməyərək, 101,50 manat, həmin ilin 3-cü rübündə müəssisə tərəfindən yerinə yetirilmiş işlərin tərkibində göstərilmiş xidmətlərə görə uçotda olmayan fiziki şəxslərə ödənilmiş haqq 2376, 00 manat, 14,00 faiz dərəcə ilə büdcəyə ödənilməli ödəmə mənbəyində tutulan vergi 332,64 manat olduğu halda, həmin tədiyyə üzrə vergi orqanına bəyannamə təqdim etməyərək, 332,64 manat, həmin ilin 4-cü rübündə müəssisə tərəfindən yerinə yetirilmiş işlərin tərkibində göstərilmiş xidmətlərə görə uçotda olmayan fiziki şəxslərə ödənilmiş haqq 15746,28 manat, 14,00 faiz dərəcə ilə büdcəyə ödənilməli ödəmə mənbəyində tutulan vergi 2204,48 manat olduğu halda, vergi orqanına təqdim edilmiş bəyannamədə 200,0 manat haqdan 14% dərəcə ilə 28,00 manat məbləğində ödəmə mənbəyində tutulan vergi göstərərək, 2176,48 manat, nəticədə, 10115,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergini, cəmi xeyli miqdar təşkil edən 60909,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmdən dövlət ittihamçısı Qurbanov Yavər Bayram oğlu tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru X tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə) 06 mart 2019-cu il tarixli qərarı ilə apelly asiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru X tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 19 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv e dilmiş və cinayət işi həmin məhkəmədə yeni məhkəmə baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbab oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 20 may 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı Y.B.Qurbanov tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru X tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə) 02 mart 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin rəisi X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi isə yeni apellyasiya baxışına təyin edilmişdir. Dövlət ittihamçısı Y.B.Qurbanov tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru X tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X50 oğlundan ibarət tərkibdə) 17 fevral 2023-cü il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ləğv edilərək X3 qarşı irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə ona CM-nin 213.1-ci maddəsi ilə bəraət verilmiş, X1barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, ona pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə isə X1a qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən Dövlət ittihamçısı4 kassasiya protesti, mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Z.Ağagülov isə kassasiya şikayəti verərək verərək, hər birisi həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişlər. Kassasiya prot estinin və kassasiya şikayətinin dəlilləri: Hazırki iş üzrə qəbul edilmiş məhkəmə aktlarına, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə, CPM-nin və Azrbaycan Respublikası Vergi Məcəlləsinin bir sıra normalarına istinad edərək, iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edib işin faktiki hallarını mübahisələndirən Dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun qaydada tədqiq etməmiş və əsassız olaraq X1un barəsində bəraət hökmü çıxarılmışdır. Dövllət ittihamçısının fikrincə, işə baxan məhkəmələr ibtidai istintaq zamanı keçirilmiş mə hkəməmühasibatlıq ekspertizasının 31 may 2016-cı il tarixli 9488 nömrəli rəyi ilə razılaşmadıqları halda, məhkəmə istintaqı zamanı yenidən təyin edilən təkrar və komissyon ekspertiza rəylərində ƏDV tutulan dövriyyənin qeyd edilən həcmdə azaldılmasının əsaslarını araşdırmamış, halbuki həmin məbləğ vergi məbləğinin (ƏDV) müəyyən edilməsində və bundan asılı olaraq məhkumun əməlinin tövsif edilməsində mühüm əhəmiyyətə malikdir. Eyni vəziyyət MMC-nin vergiyə cəlb olunmalı mənfəət vergisinin məbləğinin müəyyən edilməsində də mövcuddur. Belə ki, ilkin ekspert rəyi ilə MMC-nin gəlirinin 2013-cü il üzrə 663445,23 manat, 2014-cü il üzrə 362602,79 manat olması, təkrar ekspertiza rəyləri ilə isə müvafiq olaraq bu rəqəmlərin 416340,06 manat və 294682,59 manat olması müəyyən edilir. Nəticədə vergiyə cəl b olunan mənfəətin miqdari azalmış və vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə mənfəət vergisinin 34201,6 manat deyil, 23700,75 manat dövlət büdcəsinə az hesablanması müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı keçirilmiş təkrar, komisyon ekspertiza rəylərində ƏDV tutulan dövriyyənin həcminin, həmçinin MMC-nin gəlirinin azaldılması əsasları ekspertlər tərəfindən göstərilməmiş, işə baxan məhkəmə kollegiyası da göstərilən məsələyə səthi yanaşaraq araşdırma aparmamışdır. Ümumiyyətlə işə baxan məhkəmə kollegiyası iş üzrə keçirilmiş ekspertiza rəyləri arasında ziddiyyətləri aradan qaldırmadan bir sübutun digər sübuta nisbətən üstün qüvvəyə malik olması qənaətinə gəlmiş və bu nəticəyə gəlməyə əsas verən halları kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Prot est müəllifi hesab edir ki, məhkəmə kollegiyası vergi yoxlamasının əhatə elədiyi dövrdə ƏDV tutulan dövriyyənin həcminin və MMC-nin gəlirinin azaldılmasına əsas olan halları, qeyd edilənlərin vergi qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmasının aydınlaşdırılmasının hazırki cinayət işi üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılan vergi məbləğlərinin müəyyən edilməsində əhəmiyyətini nəzərə almamış və göstərilən məsələyə aydınlıq gətirilməsi sonuncu məhkəmə ekspertizasının rəyi ilə də düzgün həll edilməmişdir. Beləlilklə, yuxarıda sadalanan hallardan göründüyü kimi, X1un ibtidai istintaq orqani tərəfindən elan olunmuş ittihamla bağli istər ibtidai istintaqda toplanmış, istərsə də məhkəmə baxışında tədqiq olunmuş sübutlara əsasən onun xeyli miqdar təşkil edən 60909,93 manat məblə ğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasında təqsirli olması haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanaraq, onun həmin cinayət əməli sübuta yetirilmişdir. Göründüyü kimi, işdə olan məhkəmə-mühasibatlıq ekspertizasiııin 31 may 2016-cı il tarixli rəyi, səyyar vergi yoxlaması aktı, vergi müfəttişi Şahid1 məhkəmədə verdiyi ifadəsi və işdə olan digər rəsmi sənədlər işin faktiki hallarına, məhkəmədə tədqiq olunan sübutlara tam uyğun gəldiyi halda, məhkəmə kollegiyası sadalanan mötəbər sübutları əsassız olaraq şiibhə altına almaqla, təkrar təyin olunmuş məhkəmə-mülıasibatlıq və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının 24 iyuİ 2017-ci il və 09 avqust 2018-ci il tarixli rəylərini işin obyektiv hallarına uyğun olmayan eyni məzmunlu və eyni nəticəli rəylərini inandırıcı və əsaslı hesab etməklə təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası yuxanda sadalanan mötəbər sübutları, o cümlədən iş üzrə ibtidai istintaq zamanı keçirilmiş 31 may 2016-cı il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyini heç bir əsas olmadan şübhə altına alaraq kənara qoyub, təkrar məhkəmə-mühasibatliq və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini əsas götürməklə və 24 iyul 2017-ci il və 09 avqust 2018-ci il tarixli ekspertiza rəylərinə görə X1 tərəfindən "xxxx" Neftqaz Texniki Xidmətlər MMC-nin fəaliyyətinə rəhbərlik edərək 2013-2014-cü illər üzrə dövlət büdcəsinə ödənilməli olan vergilərin ümumilikdə 31.248,76 manat məbləğində az hesablanmasını müəyyən etmişdir. Dövlət ittihamçısının qənaətinə görə, məhkəmə kollegiyasının gəldiyi nəticə işin obyektiv hallarına və tədqiq edilmiş sübutlara əsaslanmadığından, qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə hökm çıxarılarkən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin cinayət işinin məhkəmə istintaqı zamanı verilmiş eyni məzmunlu və eyni nəticəli təkrar (xx.xx.2017-ci il 17606 saylı), komission (xx.xx.2018-ci İl 33091 saylı), əlavə (xx.xx.2020-ci il 9/3387 saylı) və komission (xx.xx.2021-ci il 9/685 saylı) ekspertiza rəylərindəki nəticələr üzrə fərqin səbəbi ekspert qarşısında qoyulan suallar və əlavə sənədlər olmuşdur. Yəni iş üzrə təkrar (xx.xx.2017-ci il 17606 saylı), komission (xx.xx.2018-cİ il 33091 saylı), əlavə (xx.xx.2020-ci il 9/3387 saylı), komission (xx.xx.2021-ci il 9/685 saylı ) və təkrar (xx.xx.2022-ci il tarixli, 9/4206 saylı) ekspert rəylərinə istinad edilmişdir. Ekspert rəylərində səyyar vergi yoxlamasının aparıldığı dövr üzrə müəssisə tərəfindən 28247.97 manat məbləğində ƏDVnin artıq hesablandığı, 23700.75 manat məbləğində mənfəət vergisi, 7548.01 manat məbləğində ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə 31248.76 manat məbləğində vergilərin az hesablandığı göstərilmiş, müəssisə tərəfindən hazırki cinayət işi üzrə 03 mart 2016-cı il tarixdə 5100 manat, 31 yanvar 2017-ci il tarixdə 5200 manat və 31 yanvar 2017-ci İl tarixdə 9799 manat olmaqla, ümumilikdə 20099 manat məbləğində ödəniş olunduğu qeyd edilmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyləri əsassız olduğu üçün məhkəmə kollegiyasının hökm çıxararkən həmin rəylərə isti nad etməsi əsaslı hesab edilə bilməz, həmin ekspert rəylərində məhkəmə tərəfindən qoyulmuş suallara tam cavab verilməmişdir. Belə ki, ekspertiza qarşısında qoyulmuş birinci sualın məzmunu "xxxx" Neftqaz Texniki Xidmətlər MMC-nin dövriyyəsinin aylar üzrə müəyyən edilməsi barədə olsa da, ekspert həmin suala dəqiq cavab verməkdən yayınaraq yoxlanılan dövr üzrə ümumi və əsassız rəqəmləri sadalamaqla kifayətlənmişdir. Qeyd olunmalıdır ki. ekspert qarşısında ƏDV-nin aylar üzrə müəyyən edilməsi barədə sual qoyulmasında məqsəd ekspert tərəfindən ƏDV üzrə ümumi rəqəmlər sadalanmasının qarşısını almaq və obyektiv rəyin verilməsinə nail olmaqdan ibarət olmuşdur. Lakin təqdim edilmiş ekspert rəylərində ƏDV tutulan dövriyyə heç bir əsas olmadan azaldılmış və ƏDV məbləği ekspert tərəfindən aylar üzrə mü əyyən edilmədiyi üçün ekspert rəyi ilə gəlinmiş nəticələrlə səyyar vergi yoxlaması ilə gəlinmiş nəticələri müqayisə etmək, ekspert tərəfindən hansı ay üzrə vergi tutulan dövriyyənin azaldıldığını dəqiq müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası mübahisəli ekspertiza rəylərinə əsaslanaraq 2013-cü ilin noyabr ayı üzrə müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləğini 87949 manat müəyyən edilmişdir. Halbuki, səyyar vergi yoxlaması ilə müəssisənin 2013-cü ilin noy abr ayı üzrə ƏDV tutulan əməliyyatların məbləği 337.564,28 manat müəyyən edilmişdir. Müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 337.564.28 manat olması cinayət işi üzrə mövcud olan sənədlərlə təsdiq edilir. Belə kİ, cinayət işinin 1-ci cildinin 121-ci vərəqində olan və müəssisənin "xxxx" ASC'-dəki dollar hesabından çıxarışdın göründüyü kimi, müəssisəyə ƏDV daxil olmaqla 27 noyabr 2013-cü il tarixdə 132305,99 ABŞ dolları, 29 noyabr 2013-cü il tarixdə 375568,36 ABŞ dolları olmaqla, ümumilikdə 507874,35 ABŞ dolları məbləğində vəsait gəlmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına əsasən həmin dövr üzrə dolların məzənnəsi 1 manat üçün 0,7843 ABŞ dolları olmuş və yoxlama ilə müəyyən edilmişdir ki, 2013-cü ilin noyabr ayı vergi ödəyicisitıin bank hesabına gələn vəsaitin məbləği ƏDV ilə birlikdə 398325,85 (507874,35 x 0,7843) manat təşkil edir. Bank sənədlərinə əsasən vergi orqanı tərəfindən müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV-siz dövriyyəsinin 337564,28 manat (398325,85/1.18) müəyyən edilməsinə baxmayaraq ekspert əsassız olaraq həmin ay üzrə ƏDV tutula n dövriyyəni 87949 manat müəyyən etmişdir. Yuxarıda qeyd olunan ziddiyyətin həlli məqsədi ilə apellyasiya baxışında bir neçə dəfə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlər verilsə də, nə 1 oktyabr 2020-cİ il tarixli əlavə, 18 fevral 2021-ci İl tarixli komission və 01 noyabr 2022-ei il tarixli təkrar məhkəmə mühasibatlıq ekspertizası rəyləri mövcud problemi həll etməmişdir. Daha sonra müvafiq rəy vermiş ekspertlər məhkəmədə şahid qismində dindirilmişdir. Ekspert rəyində hansı əsasla 2013-cü ilin noyabr ayı üzrə müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləğini 87.949 manat müəyyən etməsini izah edə bilməmişlər. Beləliklə ibtidai istintaq orqanının müəyyən etdiyi məbləğdən daha az miqdarda vergidən yayınmanı təsdiq edən müvafiq ekspertiza rəylərinin əsassız olduğu müəyyən o lunmuşdur. Qeyd olunması o da vacibdir ki, ekspertlərə bununla əlaqədar verilmiş suallar və müvafviq cavablar məhkəmə hökmündə öz əksini tapmamış, məhkəmə ekspertin rəyini təsdiq edən ifadələri hökmə köçürməklə kifayətlənmişdir. Beləliklə müəyyən edilmişdir ki, ekspert tərəfindən heç bir əsas olmadan müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 249.615,28 manat, ƏDV-nin məbləği isə 44.930,75 manat azaldılmış, məhkəmə kollegiyası tərəfindən isə həmin hallara düzgün qiymət verilməmişdir. Buna görə də müəssisə tərəfindən 16.593,33 manat məbləğində ƏDV-nin dövlət büdcəsindən yayındırılmasına baxmayaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki. müəssisə tərəfindən 28.247.97 manat məbləğində ƏDV məbləği artıq hesablanmışdır. Cinayət işinin materiallarına əsasən müəssisə tərəfindən 2013-cü il üzrə 22.114,84 manat. 2014-cü il üzrə 12.086,76 manat olmaqla, ümumilikdə 34.201.60 manat məbləğində mənfəət vergisinin azaldılmasının müəyyən edilməsinə baxmayaraq, müəssisə tərəfindən mənfəət vergisinin 2013-cü il üzrə 13.878 manat, 2014-cü il üzrə isə 9.822,75 manat olmaqla ümumilikdə 23.700.75 manat azaldılması qeyd edilmişdir. Beləliklə, ƏDV üzrə dövriyyənin düzgün olmayaraq azaldılması müəssisənin mənfəət vergisi üzrə hesablamaların da azalması ilə nəticələnmişdir. Bundan əlavə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırki cinayət işi üzrə 3 mart 2016-cı İl tarixdə 5100 manat, 31 yanvar 2017-ci il tarixdə 5200 manat və 31 yanvar 2017-ci il tarixdə 9799 manat olmaqla, ümumilikdə mülki iddia məbləğindən 20.099 manat ödəniş olmuşdur. Cin ayət işinin materiallarından görünür ki, iş üzrə olan 60.909,93 manat məbləğində mülki iddiadan cinayət işi məhkəməyə göndərilənə qədər birinci dəfə 5100 manat mənfəət vergisi, daha sonra isə 5200 manat mənfəət vergisi dövlət büdcəsinə ödənilmişdir. Vergi ödəyicisi tərəfindən 31 yanvar 2017-ci il tarixdə ödənilmiş, 9799 manat məbləğində pul vəsaiti isə müəssisə tərəfindən maliyyə sanksiyası kimi dövlət büdcəsinə ödənilmişdir ki, həmin maliyyə sanksiyaları mülki iddianın tərkib hissəsinə aid deyil. Müəssisə tərəfindən 9799 manat məbləğində pul vəsaitinin maliyyə sanksiyası qismində ödənilməsində məqsəd qanunvericilikdə müəyyən edilmiş güzəştlərdən istifadə etməklə bağlı olmuşdur. Belə ki. «Vergi ödəyəcilərinin 01 yanvar 2017-ci il tarixə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasım 30 dekabr 2016-cı il tarixli Qanununun 2.2.1-ci maddəsinə əsasən vergi ödəyəciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində maliyyə sanksiyalarının 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafıq icra hakimiyyəti orqanı tərəfindən silinir. Müəssisənin şəxsi vərəqəsi üzrə məlumatlardan görünür ki, vergi ödəyəcisi 9799 manat məbləğində maliyyə sanksiyasını dövlət büdcəsinə ödədiyi üçün onun vergi orqanı tərəfindən 22.862,97 manat məbləğində maliyyə sanksiyası silinmişdir. Müəssisə tərəfindən 9799 manat məğləğində pul vəsaitinin maliyyə sanksiyası qismində ödənilməsi 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəmə təqdim olunmuş ödəniş sənədi ilə də təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası həmin halı nəzərə almamaqda haq lı olmamışdır. İşə baxan Ali Məhkəmənin Cinayət Kollegiyası 02 mart 2022-ci İl tarixli qərarında qeyd etmişdir ki, 9.799 manatın məhz maliyyə sanksiyası kimi ödənildiyini birmənalı olaraq göstərən sənədlər mövcud olduğu halda, X1un məhkəmə istintaqı zamanı verdiyi vergidən yayınma ilə əlaqədar ziyanın ödənilməsi hesabına ödədiyi barədə ifadəsi inandırıcı olmamaqla işdə olan sənədlərlə təkzib olunur. İşdə olan sənədlər X1un həmin ifadələri baxımından təhlil edilməmiş, sanksiyaların, buna dair qərarların ittihamda əks etdirilmiş məbləğlərə aid olub-olmadığı məhkəmə kollegiyası tərəfindən dəqiqləşdirilməmiş və nəticədə göstərilən məsələyə aydınlıq gətirilməmiş, iş üzrə bu barədə məhkəmənin mövqeyi faktiki olaraq əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası hökmdə hazırkı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən nə istintaq orqanına, nə də işə baxan birinci instansiya məhkəməsinə mülki iddia ərizəsi təqdim edilmədiyini qeyd edərək mülki iddiaçı kimi tanınmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin mülki iddiaçı qismində iştirakına əsassız və qanunsuz olaraq xitam vermişdir. Hansı ki, cinayət işinin 3-cü cild 6-7-ci vərəqlərində 3 saylı Ərazi Vergilər İdarəsinin rəisi Abbas İsmayılov iddia ərizəsi ilə cinayət təqibi orqanına müraciət edərək 60,909.93 manat məbləğində ziyanın "xxxx" MMC-ııin təqsirləndirilən vəzifəli şəxs, yəni X1 tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası isə işdə mülki iddia ərizəsinin olmasına baxmayaraq mülki iddia ərizəsinin verilmədiyini qeyd etməklə tam əsassız və qanunsuz nəticəyə gəlmişdir. Bununla da məhkəmə kollegiyası təqsirləndirilən şəxs X1un hansı məbləğdə vergidən yayınmasını ümumiyyətlə müəyyən etməmiş, əsassız olaraq şəxsin cinayət və ya inzibati məsuliyyətdən kənarda qalmasına səbəb olmuşdur. Həmçinin işə baxan məhkəmə kollegiyası qərar qəbul edərkən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2020-ci il tarixli və 2 mart 2022-ci il tarixli qərarlarının tələbləri və tövsiyələrinə əməl etməmiş və nəticədə əsassız və qanunsuz bəraət hökmü çıxarmışdır. Qeyd olunanları nəzərə alaraq Dövlət ittihamçısı4 kassasiya protestinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin bir sı ra normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən, məhkəmələrin əsaslandıqları sübutları bu hallara uyğun olmayan sübutlar hesab edən mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin rəisi Z.Ağagülov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası Ali Məhkəmənin işi yeni baxışa qaytararkən qeyd etdiyi pozuntuların aradan qaldırılması barədə göstərişləri yerinə yetirməmiş, mübahisəli və ziddiyyətli halların aydınlaşdırlması üçün üzərinə düşən vəzifəni icra etməyərək, yalnız əvvəlki ekspertiza rəylərinin təkrarı olan xx.xx.2022-ci il tarixdə verilmiş ekspert rəy inə istinad edərək mülki iddia məbləğinin mənfəət vergisi üzrə 34201,60 manat, ÖMV üzrə 10115,0 manat olmaqla, ümumilikdə 44316,60 manat olduğunu qeyd etmişdir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyləri əsassız olduğu üçün məhkəmənin qərar qəbul edərkən həmin rəylərə istinad etməsi əsaslı hesab edilə bilməz. Belə ki, səyyar vergi yoxlaması materialları və cinayət işinə əlavə edilmiş digər sənədlərdən göründüyü kimi, yoxlama ilə əhatə edilən dövr ərzində müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləğinin 720653,47 manat, ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatlarının məbləğinin 85110,20 manat, dövriyyədən hesablanmalı olan ƏDVnin məbləğinin 129717,62 manat, əvəzləşdirilən ƏDV-nin məbləğinin 29718,93 manat, büdcəyə ödənilməli ƏDV-nin məbləğinin isə 99998,6 9 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə isə müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləği 627981,45 manat, ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatlarının məbləği 2300,0 manat, dövriyyədən hesablanmalı olan ƏDV-nin məbləği 113036,62 manat, əvəzləşdirilən ƏDV-nin məbləği 29631,29 manat, büdcəyə ödənilməli ƏDV-nin məbləği isə 83405,37 göstərilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə 16593,33 (99998,69 - 83405,37) manat məbləğində əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən edilmişdir. Məhkəmənin sübut kimi qəbul etdiyi xx.xx.2022-ci il tarixli 9/4206 nömrəli ekspert rəyinin əsassızlığını aşağıdakılara əsasən müəyyən etmək mümkündür: Belə ki, ekspertlər əvvəlki eksp ert tətqiqatında olduğu kimi, yenə də ƏDV üzrə dövriyyəni israrla az göstərmiş və bu azalmanın səbəbini rəydə qeyd etməmiş, yalnız ümumi sözlərlə əlavə sənədlərin təqdim edildiyini qeyd etməklə kifayətlənmişlər. Bu isə qeyd göstərilən azalmanın səbəblərini müəyyən edən hal kimi qəbul edilə bilməz. Beləliklə, müəyyən edilmişdir ki, ekspert tərəfindən heç bir əsas olmadan müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 249615,28 manat, ƏDV-nin məbləği isə 44930,75 manat azaldılmış, məhkəmə tərəfindən isə həmin hallara düzgün qiymət verilməmişdir. Buna görə də müəssisə tərəfindən 16593,33 manat məbləğində ƏDV-nin dövlət büdcəsindən yayındırılmasına baxmayaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, müəssisə tərəfindən 28247,97 manat məbləğində ƏDV məbləği artıq hesa blanmışdır. Məhkəmə kollegiyası tərəfindən eskpertiza rəyləri ilə bağlı qeyd edilmişdir ki, ibtidai istintaq dövründə verilmiş ekspertiza rəyindən fərqli olaraq məhkəmə istintaqı dövründə əlavə təqdim edilmiş sənədlər əsasında rəylər verilmişdir. Qeyd edilən dəlillə bağlı kassasiya şikayətində bildirilir ki, məhkəmə kollegiyası məhkəmə istintaqı dövründə əlavə təqdim edilmiş sənədlər əsasında rəylərin verilməsini qeyd etsə də, işin faktiki halı onu göstərir ki, ekspertlər nəinki əlavə təqdim edilmiş sənədlər əsasında, heç əvvəldən təqdim edilmiş sənədləri də düzgün tətqiq edərək rəy verə bilməmişlər. Çünki, iş materiallarında müəssisənin Rabitəbank” ASC-dəki doliar hesabından çıxarış mövcud olsa da, (1-ci cildinin 121-ci səhifəsi) 2013-cü ilin noyabr ayı üzrə həmin dövrün manat məzənnəsi ilə həmin hesaba 398325,85 manat (507874,35 dollar) pul daxil daxil olsa da, 2013-cü ilin noyabr ayı üzrə ƏDV-siz dövriyyənin 337564,28 manat (398325,85/1,18) müəyyən edilməsi iş materiallarında öz təsdiqini tapsa da, ekspertlər tərəfindən qeyd edilən sənəd ekspertiza tətqiqatına daxil edilməyərək və barəsində heç bir araşdırma aparılmayaraq ekspertiza tətqiqatından kənarda saxlanılmışdır. Halbuki, ekspertlər onlara təqdim edilmiş sənədlər əsasında tam, araşdırma apararaq obyektiv rəy verməyə borcludurlar. Bütün bunlar onu göstərir ki iş materiəllarındakı mühasibatlıq sənədləri tam ekspertiza tətqiqatı ilə əhatə olunmamış və bu hal bütün ekspertiza tətqiqatlarında təkrarlanmışdır. Həmin sənədlərin qəbul edilməməsi səbəbi isə nə məhkəmə, nə də ekspertlər tərəfindən əsaslandırılmamışdır. Hə mçinin məhkəmədə şahid qismində dindirilmiş ekspert Elbrus Həsənov da 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatların məbləğinin 87949,0 manat müəyyən edilməsini izah edə bilməmişdir. Müəssisənin ƏDV tutulan əməliyyatlarının 471048,30 manat olması barədə ekspertin gəldiyi nəticələr düzgün deyil. Həmin məbləğin hansı sənədlərə əsasən müəyyən edilməsi, cinayət işinin materiallarında olan və vergi ödəyicisinin dövriyyəsini təsdiq edən hansı sənədlərin ekspert tərəfindən nəzərə alınmaması nə ekspert rəylərində, nə də məhkəmə qərarında əsaslandırılmamışdır. Halbuki, cinayət işi materiallarında müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləğinin 720653,47 manat olmasını təsdiq edən sənədlər mövcuddur. Məhkəmə kollegiyası tərəfindən isə bu hal nəzərə almayaraq yenə də əvvəlki ekspertlərin verdiyi rəyi təkrarlayan ekspertiza rəyini mötəbər sübut kimi qəbul edərək əsassız qərar qəbul edilmişdir. Bundan əlavə, ekspert əsassız olaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilmiş dövriyyədən də az məbləğ müəyyən etmişdir. Cinayət işi materiallarına əsasən müəssisə tərəfindən 2013-cü il üzrə 22114,84 manat, 2014-cü il üzrə 12086,76 manat olmaqla, ümumilikdə 34201,60 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixli ekspert rəyi əsas götürülməklə mənfəət vergisinin 34.201,60 manat məbləğində yayındırılması təsdiq edilmiş, lakin mənfəət vergisinin hesablanması zamanı səyyar vergi yoxlaması ilə müəyyən edilən dövriyyə məhkəmə tərəfindən qəbul edildiyi halda, ƏDV üzrə həmin dövriyyə qəbu l edilməyərək, ƏDV üzrə yayınmanın olmaması qənaətinə gəlinmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən eyni dövriyyə İlə bağlı fərqli və ziddiyyətli mövqe sərgilənmişdir. Eyni bir dövriyyə mənfəət vergisinin hesablanması zamanı nəzərə alındığı halda, ƏDV-nin hesablanmasında həmin dövriyyə əsassız olaraq inkar edilmişdir. İş materiallarından göründüyü kimi yoxlama ilə müəyyən edilən 2013-cü ilin noyabr ayı üzrə 337564,28 manat dövriyyə məhkəmə tərəfindən 2013-cü il üzrə mənfəət vergisi hesablanarkən nəzərə alındığı halda, ƏDV üzrə hesablamada həmin məbləğ qərəzli olaraq nəzərə alınmamış, yalnız təqsirləndirilən şəxsin təqdim etdiyi bəyannaməyə əsasən 2013-cü ilin noyabr ayı üzrə 87949,0 manat dövriyyənin olması barədə əsassız və qərəzli rəyin nəticəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Bun dan əlavə, məhkəmənin “mötəbər” sübut kimi qəbul etdiyi ekspert rəylərinə əsasən hazırki cinayət işi üzrə xx.xx.2016-cı il tarixdə 5100,0 manat, xx.xx.2017-ci il tarixdə 5200,0 manat və xx.xx.2017-ci il tarixdə 9799,0 manat olmaqla, ümumilikdə mülki iddia məbləğindən 20099,0 manat ödəniş olunmuşdur. Həmçinin ekspert əsassız olaraq, baxılan iş üzrə heç bir aidiyyəti olmayan və işin faktiki hallarına uyğun gəlməyən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinad edərək vergi borcları üzrə aparılmış ödənişlərin həmin maddənin tələblərinə əməl edilmədən aparıldığını bildirmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, ittiham aktına əlavə edilmiş arayışdan da göründüyü kimi tərtib edilmiş ittiham aktı baxılması üçün məhkəməyə göndərilənə qədər iş üzrə olan 60909,93 manat məbləğində mülki idd iadan 5100,0 manat mənfəət vergisi dövlət büdcəsinə ödənilmişdir. Daha sonra müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdə də dövlət büdcəsinə 5200,0 manat məbləğində mənfəət vergisi ödənilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixində ödənilmiş 9799,0 manat məbləğində pul vəsaiti isə müəssisə tərəfindən maliyyə sanksiyası kimi dövlət büdcəsinə ödənilmişdir ki, həmin maliyyə sanksiyası mülki iddianın tərkib hissəsinə aid deyil. Müəssisə tərəfindən 9799,0 manat məbləğində pul vəsaitinin yayındırılmış vergilər üzrə deyil, maliyyə sanksiyası qismində ödəməsində məqsəd qanunvericlikdə müəyyən edilmiş güzəştlərdən istifadə etmək olmuşdur. Vergi ödəyicisi tərəfindən edilmiş ödənişin maliyyə sanksiyası üzrə olduğu Ali Məhkəmənin Cinayət Kollegiyasının işin yen məhkəmə baxışına təy in edilməsi barədə xx.xx.2020-ci il tarixli 1(102)-10/2020 nömrəli və xx.xx.2022-ci il tarixli 1 (102)-57/2022 nömrəli qərarlarında da aydın olaraq göstərilmişdir. Qərarlarda həmçinin işdə olan sənədlər təhlil edilmədən, sanksiyaların, buna dair qərarların ittiham məbləğinə aid olub-olmadığı dəqiqləşdirilmədən məhkəmələr tərəfindən qərarın qəbul edildiyi göstərilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən həm apellyasiya şikayətinin dəlillərinə, həm də Ali Məhkəmənin işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərarlarında göstərdiyi məqamlara əhəmiyyət verilməmiş, cinayət işinin materialları ətraflı araşdırılmamış, sonradan, məhkəmə iclaslarında keçirilmiş ekspert rəylərinə əsasən hökm çıxarılmış və bu hökm üzrə məhkəmənin gəldiyi nəticə faktiki olaraq əsaslandırmamışdır. Məhkəmə t ərəfindən həmçinin cinayət işinin ibtidai araşdırılması zamanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 9488 nömrəli rəyin sübut kimi qiymətləndirilməməsinin səbəbləri hökmdə göstərilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası hökmdə qeyd etmişdir ki, mülki iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən nə istintaq orqanına, nə də ki işə baxan birinci instansiya məhkəməsinə mülki iddia ərizəsi təqdim edilməmişdir. Buna görə də, mülki iddiaçı qismində tanınmış 3 saylı ƏVİ-nin nümayəndəsinin mülki iddiaçı qismində qalmasına əsaslar olmadığından həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verilməlidir. Məhkəmənin qeyd edilən dəlili ilə bağlı kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən guya mülki iddia ərizəsinin iş materiallarında öz əksini tapmaması bildirilsə də, araşdırma nəticəsində müəyyən edilmişdir ki, iş materiallarının 3-cü cildinin 6-7-ci səhifələrində mülki iddiaçı tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi var. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının düzgün araşdınlmaması mülki iddiaçının hüquqlarının pozulmasına səbəb olan hökmün çıxarılması ilə nəticələnmişdir. Bütün bunlar onu göstərir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırma düzgün, hərtərəfli aparılmamış, nəticədə işin faktiki hallarına uyğun olmayan yanlış və əsassız hökm çıxarılmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı vergi və cinayət-prosessual qanunvericiliyin tələbl ərinə əməl etməmişdir.i tam araşdırmamışdır. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin müəllifi həmin şikayətin təmin edilməsini xahiş edir. Bəraət almış X1un müdafiəçisi E.B.Süleymanlı mülki iddiaçının nümayndəsi Z.Ağagülovun kassasiya şikyətinə yazılı etirazını Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayt Kollegiyasına göndərərək həmin şikayətin təmin edilməməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki Sumqayıt Apellyasitya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı kassasiya protestində və mülki iddiaçının nümayəndəsi kassasiya şikayətində faktiki olaraq eyni şəkildə apellyasiya instansiyası məhkə məsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla X1a bəraət verilməsi haqqından hökmün əsassız olduğunu iddia edərək həmin məhkəmənin qərarının ləğv edilməli olması barədə kassasiya tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və mülki iddiaçının kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbay can Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti o lmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, s übutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416 -cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini hə yata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 63-cü maddəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmas a, kimsə cinayətdə təqsirli sayıla bilməz. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qa ydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon müddəa məhkəməni həqiqəqtin müəyyən edilməsi üçün öz təşəbbüsü ilə də bu və ya digər sübutları əldə edərək araşdırması, o cümlədən zəruri hallarda iş üzrə müvafiq ekspertizaların təyin ed ərək keçirməsi, nəticədə isə həm təqdim olunmuş, həm də özünün əldə etdiy sübutlara qanuna müvafiq qaydada qimyət verməsi vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şə xslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Cinayət mühakimə icraatının fundamental prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhə lər təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gə lmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqedən də irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-ni n 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestindən və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, kassatorlar öz müraciətlərində məhkəmə istintaqı zamanı verilmiş ekspert rəylərinin əsassız olmasını və bu rəylər əsasında X1a bəraət verilməsini mübahisələndirərək sonuncunun 60909,93 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınmasının sübuta yetirilməsini iddia edirlər və buna görə də kassasiya müraciətlərində onun öa rəsindəki bəraət hökmünün ləğv olunaraq işin yeni məhkəmə baxışına təyin edilməsi haqda qərarın qəbul edilməsini xahiş edirlər. Ali Məhkəmənin hazırkı cinayət işilə bağlı qəbul etdiyi qərarlarında vurğulanan hüquqi mövqedən çıxış edən apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyləri arasında ziddiyyətlər olduğundan, ƏDV tutulan dövriyyənin həcminin, həmçinin MMC-nin vergiyə cəlb olunmalı mənfəət vergisinin məbləğinin dəqiq müəyyən edilməsi məqsədilə yenidən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, həmçinin ekspert qarşısında qoyulacaq suallardan əldə edilən nəticələrin, əvvəlki rəylərdə göstərilənlərdən fərqlənəcəyi təqdirdə bunun səbəblərinin əsaslandırılmış cavablarla müəyyən edilməsini zəruri hesab etdiyindən 02 iyun 2022-ci il tarixdə cinayə t işi üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 9/4206 ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: - iş materiallarında olan sənədlər (hesabdan çıxarışlar, ödəniş tapşırıqları, VHFlar, hesab fakturalar, ƏDV depozit hesabından çıxarışlar, yük gömrük bəyannamələri, iş materiallarına əlavə edilmiş 215 vərəqədən ibarət audit yoxlaması materialları və s.) nəzərə alınmaqla və Azərbaycan Respublikası Vergilər Məcəlləsinin yuxarıda sadalanan maddələrinin tələbləri əsas götürülməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 01 oktyabr 2013-cü il tarixdən 01 yanvar 2015-ci il tarixədək (aylar üzrə cədvəldə göstərilmişdir) ƏDV tutulan dövriyyəsinin məbləği 471.048,30 manat, dövriyyədən hesablanmalı ƏDV -nin məbləği 84.788,68 manat, əvəzləşdirilən ƏDV-nin məbləği 29.631,29 manat, dövlət büdcəsinə çatası ƏDV-nin məbləği isə 55.157,39 manat müəyyən edilir. Həmçinin qeyd edilir ki, yoxlamanın əhatə etdiyi dövrdə “Revival" NQTX MMC tərəfindən aparılmış əməliyyatlara görə 28247,97 (83405,37 (müəssisənin bəyan etdiyi) - 55157,40 (tədqiqatla müəyyən olunan)) manat məbləğində ƏDVnin dövlət büdcəsinə artıq hesablanması müəyyən edilir; - iş materiallarında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, "xxxx" NQTX MMC tərəfindən 2013-2014-cü illər üzrə fəaliyyətlə əlaqədar 73672,0 manat məbləğində ƏDV-yə dair ödənişlər olmuşdur; - hazırkı iş üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2016-cı il tarixli, 9488 nömrəli rəyi ilə müəyyən edilmiş nəticələrlə, iş üzrə t əkrar (xx.xx.2017-ci il 17606 saylı), komission (xx.xx.2018-ci il 33091 saylı), əlavə (xx.xx.2020-ci il 9/3387 saylı) və komission (xx.xx.2021-ci il 9/685 saylı) ekspertiza rəylərindəki nəticələrin fərqin səbəbi ekspert qarşısında qoyulan suallar və əlavə sənədlər olmuşdur. Yəni iş üzrə təkrar (xx.xx.2017-ci il 17606 saylı), komission (xx.xx.2018-ci il 33091 saylı), əlavə (xx.xx.2020-ci il 9/3387 saylı) və komission (xx.xx.2021-ci il 9/685 saylı) ekspertiza rəylərindəki ƏDV üzrə azalmanın səbəbi ekspert qarşısında qoyulan suallar və əlavə sənədlər olmuşdur; - iş materiallarında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə 03 mart 2016-cı il tarixdə 5.100,0 0 manat, 31 yanvar 2017-ci il tarixdə 5.200,00 manat və 31 yanvar 2017ci il tarixdə 9.799,00 manat olmaqla, ümumilikdə 20.099,00 manat məbləğində ödənişlər aparılmışdır. Həmin ödənişlərin “əməliyyatın adı” qrafasında 10.300,00 manat olan hissəsi “mənfəət vergisi üzrə borcun ödənilməsi” kimi, geri qalan 9.799,00 manat olan hissəsi isə“ödəmə tapşırığı-SAİR” kimi qeyd edilmişdir. İş materiallarında olan məlumatlardan göründüyü kimi, həmin 9.799,00 manat məbləğində ödəniş maliyyə sanksiyası üzrə borcun silinməsinə yönəldilmişdir. Göründüyü kimi hazırkı cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri arasında ziddiyyətinin müəyyən edilməsi məqsədilə ekspert qarşısında qoyulmuş suallar cavablandırılarkən qeyd edimişdir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 31 may 2016-cı il tarixli 9488 nömrəli rəyi ilə müəyyən edilmiş nəticələrlə, iş üzrə təkrar (24 iyul 2017-ci il 17606 saylı), komission (09 avqust 2018-ci il 33091 saylı), əlavə (01 oktyabr 2020-ci il 9/3387 saylı) və komissyon (18 fevral 2021-ci il 9/685 saylı) ekspertiza rəylərindəki ƏDV üzrə azalmanın səbəbi ekspert qarşısında qoyulan suallar və əlavə sənədlər olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı cinayət işinin 3-cü cilddinin i.v. 85-89 vərəqlərində olan 31 may 2016-cı il tarixli, 9488 nömrəli rəy alınmazdan əvvəl ekspertləə 29 aprel 2016-cı il tarixdə təqdim edilmiş ********* nömrəli cinayət işinin materialları 2 cilddə və qərarın surəti 3 vərəqdən ibarət olmuş, lakin sonradan 13 iyun 2016-cı il və 22 iyu n 2016-cı il tarixli “sənədlərin götürülməsi haqqında” protokollarla iş materiallarına bir çox başqa sənədlər də əlavə edilmişdir ki, həmin sənədlərə də 31 may 2016-cı il tarixli rəy verilərkən nəzərə alınmamışdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 31 may 2016-cı il tarixli, 9488 nömrəli rəyi ilə yalnız səyyar vergi yoxlaması aktının nəticələri təsdiq edilmiş və bu aktdda göstərilənlər təsdiq olunaraq "xxxx" MMC tərəfindən 34201,60 manat mənfəət vergisi, 16593,33 manat ƏDV və 10115,0 manat ÖMV olmaqla, ümumilikdə 60909,93 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, bu nəticəyə görə isə X1a qarşı CM-nin 213.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayt Kollegiyasının hazırkı cinayət işi üzrə 02 iyun 2022-ci il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərarı əsasında əldə etdiyi 01 noyabr 2022-ci il tarixli, 9/4206 ekspertiza rəyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 01 oktyabr 2013-cü il tarixdən 01 yanvar 2015-ci il tarixədək (aylar üzrə cədvəldə göstərilmişdir) ƏDV tutulan dövriyyəsinin məbləğin 471.048,30 manat, dövriyyədən hesablanmalı ƏDV-nin məbləğin 84.788,68 manat, əvəzləşdirilən ƏDV-nin məbləğin 29.631,29 manat, dövlət büdcəsinə çatası ƏDV-nin məbləğinin isə 55.157,39 manat olması, həmçinin yoxlamanın əhatə etdiyi dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 28247,97 (83405,37 (müəssisənin bəyan etdiyi) - 55157,40 (tədqiqatla müəyyən olunan)) manat məbləğində ƏDV-nin dövlət b üdcəsinə artıq hesablanması müəyyən edilmişdir. İbtidai araşdırma zamanı keçirilmiş və ittiham tərəfinin də istinad etdiyi məhkəməmühasibatlıq ekspertizasının 31 may 2016-cı il tarixli, 9488 nömrəli rəyində isə dövlət büdcəsinə az hesablanmış 16593,33 manat ƏDV müəyyən olunması qeyd edilsə də, məhkəmə qərarları əsasında əldə edilmiş ekspertiza rəyləri ilə müəssisənin bəyan etdiyi 83405,37 manat ƏDV-yə münasibətdə ekspertiza tədqiqatı nəticəsində MMC-nin ödəməli olduğu ƏDV-nin məbləğinin 55157,40 manat olması müəyyən edilməklə, 28247,97 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə artıq hesablanması təsdiq olunmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsində işə baxılarkən dindirilən ekspert Əli Abdullayev qeyd etmişdir ki, yoxlanılan dövrə aid ƏDV hissəsində artıq ödəmələr olmuş və bu d əqiq olaraq 28.247,97 manat təşkil edir, yəni MMC həmin dövrdə bəyan etməklə 83405,37 manat məbləğində ƏDV ödəmiş, halbuki həmin dövrə aid ödənməli məbləğ 55.157,39 manat təşkil etmiş, nəticədə 28247,97 manat çox ödənilmişdir. O, rəydə göstərdiklərini təsdiq edərək həmçinin göstərmişdir ki, o, bu nəticəyə cinayət işinin materiallarında olan sənədlərə və şəxsi vərəqdə əks etdirilən hesabatlara əsasən gəlmişdir. Əvvəllki rəylərlə bağlı suallara cavab verməkdə çətinlik çəkir, lakin həmin rəylərlə tanış olanda görmüşdür ki, əvvəlki ekspertizaların təyin olunması haqda qərarlarda ekspertlər qarşısında fərqli suallar qoyulmuş, iş materialları isə tam həcmdə ekspertlərə təqdim olunmamışdır. Rəylər arasında ziddiyyətlə bağlı onu deyə bilər ki, iş materialları ilə bağlı və hansı əlavə sənədlər təqd im olunmuşdursa, həmin sənədlərə əsasən də rəylər verilmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsində aparılmış qismən məhkəmə istintaqı zamanı məhkəmə kollegiyası hesab etmişdir ki, ibtidai istintaq zamanı əldə edilmiş 31 may 2016-cı il tarixli, 9488 nömrəli ekspertiza rəyinin müəyyən etdiyi 34201,60 manat məbləğində mənfəət vergisi, 16593,33 manat məbləğində əlavə dəyər vergisi və 10115,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergi, cəmi 60909,93 manat məbləğində az hesablanmış vergi məbləğlərinin dövlət büdcəsinə ödənməsindən yayınmaqla xeyli miqdar təşkil edən vergi məbləğləri ittihamın əsası kimi qəbul edilə bilməz ona görə ki, sonradan məhkəmələr tərəfindən keçirilmiş təkrar və komissyon məhkəmə-mühasibatlıq ekspertizaları zamanı müəyyən edilmiş nəticələr, sonuncu ekspert rəyindən də göründüyü kimi, ekspertizaya təqdim edilmiş əlavə sənədlər əsasında müəyyən edilmiş bu nəticələrlə ibtidai istintaq zamanı keçirilmiş ekspertizanın rəyində əldə olunmuş nəticələrdən fərqlənmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 01 noyabr 2022-ci il tarixli, 9/4206 rəyin şübhə altına alınması üçün heç bir əsas yoxdur və buna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti də əsaslı sayır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 213.1-ci madəsinin dispozisiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibi o halda yaranır ki, təqsirkar şəxs xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmış olsun. Cinayət qanununun maddi tərkibli bu normasının təhlili göstəir ki, qa nunverici vergilərin (sığorta haqlarının) ödənilməsindən yayınma əməlinin cinayət tərkibli əməl hesab edilib-edilməməsini ödənilməyən vergilərin (sığorta haqlarının) miqdarı ilə şərtləndirmiş və 1 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş CM-nin 213.1-ci maddəsinin “Qeyd” hissəsinin yeni redaksiyasına görə, həmin maddədə nəzərdə tutulmuş “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, əməldə CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin yaranması üçün qanunla xeyli miqdarda, yəni əlli min manatdan yuxarı məbləğdə vəsaitin vergidən yayındırılması müəyyən edilməlidir ki, ibtidai aarşdırma orqanı tərəfindən də həmin məbləğ 60909,93 manat müəyyən edilərək X1a qarşı CM-nin 2 13.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin, təkrar məhkəmə-mühasibatləq ekspertizasının 01 noyabr 2022-ci il tarixli 9/4206 saylı rəyi mübahisəsiz olaraq müəyyən edilmişdir ki, X1un rəhbəri olduğu MMC-nin yoxlanılan dövr üzrə əlavə dəyər vergisindən (ƏDV) yayınma halı müəyyən olunmamış, əksinə 28247,97 manat məbləğində ƏDV-nin artıq ödənilməsinin müəyyən olunmuş, bu hal da özü-özlüyündə onu ehtiva edir ki, ittiham orqanının X1un 16593,33 manat məbləğində ƏDV-dən yayınmasına görə ittiham olunması əsassızdır, digər tərəfdən isə hətta ittiham orqanının yayındırılması müəyyən etdiyi 34201,60 manat məbləğində mənfəət vergisinin və ödəmə mənbəyində tutulan vergidən yayındırılmış 10115,0 manatın, cəmi isə vergilərdən yayındırılmış vergilərin məbləğinin 44316,60 manat təşkil etməsi CMnin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaratmır və bu baxımdan onun həmin maddə ilə cinayət msuliyyətinə cəlb edilməsini, göstərilən maddə ilə təqsirli bilinməsini istisna edir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən 01 noyabr 2022-ci il tarixli 9/4206 saylı rəyi mötəbər, digər sübutlarla təsdiq olunan sübut kimi qəbul edilməsini əsaslı sayaraq vurbulamaı lazım bilir ki, iş materialları həmin rəyin verilməsində iştirak etmiş ekspertlərə hər hansı təzyiqin və ya təsirin göstərilməsi iş materialları ilə müəyyən edilmir, həmin rəy iş materiallarından olan (kassasiya protestində və kassasiya şikyətində də mübahisələndirilməyən) müvafiq sənədlər əsasında verilmiş və həmin rəy elmi cəhətdən kifayət qədər əsaslandırılmışdır. Məhkəmə kollegiyası bu qəna ətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticənin şübhə altına alınması üçün əsaslar görməyərək həmçinin qeyd edir ki, bu nəticə qanunvericiliyin aşağıdakı tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də uyğundur. Belə ki, CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Göstərilən maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdiril ir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab ed ilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsi rli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdırİnsan Belə ki, “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarda A vropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri -mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməl əri tərəfindən işin müəyyən edilmiş faktiki hallarının cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqeləri və Ali Məhkəmənin Plenmunun tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi s übutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib sayır ki, istər kassasiya protestində, istərsə də kassasiya şikayətində əsasən apellyasiya instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01 noyabr 2022-ci il tarixli 9/4206 nömrəli rəyi mübahisələndirilərək kassasiya müraciətlərinin dəlilləri də bu mübahisə üzərində qurulsa da, apellyasiya protestinə və apellyasiya şikayətinə məhkəmə baxışı iclasında nə dövlət ittihamçısı, nə də ki mülki iddiaçının nümayəndəsi apelyasiya icraatı zamanı həmin rəyi təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, digər tərəfdən isə istər təkrar, istərsə də əlavə ekspertizaların təyin edilərək keçirilməsi haqqında vəsatətlərlə çıxış etməmiş, məhkəmə də apellyasiya müracətlərinə onların hüdudları həddində baxılmasını mümkün bilərək öz təşəbbüsü ilə yenidən ekspertizaların keçirilməsini məqsədə müvafiq hesab etməmişdir. Həmçinin kassasiya müraciətlərinin iş üzrə mülki iddi verildiyi halda Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin cinayət prosesində mülki iddiaçı qismində iştirakına əsassız olaraq xitam verilməsinə dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası bu haqda müddəaların hökmdən xaric edilməsini mümkün bilmir ona görə, əvvəla X1un barəsində bəraətverici əsaslrla hökm çıxarlıdığından cinayət işi üzrə ona qarşı erilmiş mülki iddianın məhz cinayət mühakimə icraatında həll edilməsi qanunvericiliyin tələbinə ziddir. Belə hallarda, habelə maddi və ya mənəvi ziyanın vurulması müəy yən edildikdə fiziki və ya hüquqi şəxsin mülki iddia ərizəsi mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ saxlanılır, həmin hüquqa xitam verilmir ki, bu haqda X1un barəsindəki hökmdə qeyd edilmişdir. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 03 saylı Ərazi Vergilər İdarəsinin cinayət prosesində mülki iddiaçı qismində xitam verilməsi ilə bağlı nəticə ilə də (məhkəmənin göstərdiyi əsasla, yəni mülki iddianın verilməməsi əsası ilə deyil), ümumilikdə razılaşır ona görə ki, prosessual qanunvericiliyin tələblərinə görə, apelyasiya instansiyası məhkəməsinin hökmü və ya digər yekun qərarı həmin yekun məhkəmə aktlarının çıxarıldığı gündən qüvvəyə minir və bu baxımdan fiziki və ya hüquqi şəxsin cinayət prosesində m ülki iddia vermək hüququ da aradan qalxır. Təsadüfi deyil ki, apellayasiya instansiyası məhkəməsi yuxarıda göstərilən hüquqi şəxsin mülki iddiaçı qisməndə iştirakına məhz cinayət prosesində xitam verilməsi barədə qərar qəbul etmiş, lakin sonuncunun başqa icraatda mülki iddiaçı qismində iştirakını ümumiyyətlə istisna etməmişdir. Yuxarıda göstərilən qənaəti ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, itstər vergi və cinayət qanunvericiliklərində, istərsə də digər normativhüquqi aktlarda vergilərin ödənilməsindən yayınma ilə bağlı dövlətə, hər hansı fiziki və ya hüquqi şəxsə başqa zərərin vurulması nəzərdə tutulmamış və bu da belə nəticəyə gəlmək üçün əsas verir ki, CM-nin 213-cü maddəsi ilə aparılan cinayət təqibi zamanı vergilərin (sığorta haqlarının) ödənilməsində n yayınma faktı müəyyən edildikdən sonra bunun hansı miqdarda edilməsi (cinayət tərkibinin obyektiv cəhətinə aid olan mütləq halın olubolmaması) aydınlaşdırılmalı və bundan sonra müvafiq icra hakimiyyəti orqanının, o cümlədən vergi orqanının nümayəndəsinə cinayət mühakimə icraatı qaydasında yalnız cinayətin törədilməsi nəticəsində vurulmuş zərər miqdarında mülki iddia vermək hüququ izah edilməlidir. Belə nəticə eyni zamanda cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normalarından da hasil olur. Belə ki, CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mül ki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki id dia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsində təsbit edilmişdir mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərd ə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2-ci maddəsinin tələblərinə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3-ci maddəsində göstrilir ki, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulm uş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Sadalanan prosessual hüquq normalarından görünür ki, cinayət mühakimə icraatı qaydasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulmasına məruz qalmış şəxs mülki iddiaçı kimi tanına bilər və verilmiş mülki iddia isə cinayət mühakimə icraatı çərçivəsində həll edilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən heç bir qanun pozuntusuna yol verməmiş, qəbul etdiyi yekun məhk əmə aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə toplanmış və araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymət vermişdir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinin əksinə olaraq kassasiya qaydasında mübahihəsələndirilən hökmün ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutullmuş hər hansı halın olmasını müəyyən etmir və buna görə də həmin kassasiya müraciətlərinin dəlillərini qəbul edilməz sayaraq onların təmin edilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs X1un və onun müdafiəçisi E.B.Süleymanovun, həmin şikayətin və protestin təmin edilməsi ha qda isə mülki iddiaçının nümayəndəsi X8ın və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, X1un barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar