Məhkəmə qərarları › İş №1(102)-1780/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1780/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1780/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 234.2 və 235.1-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 19 dekabr tarixli 1(105)-598/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin (X8) 01 noyabr 2022-ci il tarixli, 1(027)-122/2022 nömrəli hökmü ilə xx.xx.1997-ci ildə İmişli rayonunun Oruclu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonu Oruclu kəndində qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Resp ublikası CM-nin 234.2- ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 235.1-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzacəkmə nüddətinin əvvəlinin 01 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin eyni hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Quba Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(027)-122/2022 nömrəli hökmündən Baş prokurorun müavini Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Rəşadət Ağayevdən ibarət tərkibdə) 19 dekabr 2023-cü il tarixli, 1(105)-598/2023 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 235.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Quba Rayon Məhkəməsinin 1(027)-122/2022 nömrəli, 1 noyabr 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs aid olan hissədə dəyiş dirilmiş, Azərbaycan Respublikası CMin 66.5-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 234.2 və 235.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə, saat 18 radələrində tanışı Məhkum ona zəng edib "Bakı- Xırdalan” avtomobil yolunun kənar ında yerləşən "Yaşıl Bağ” restoranına aid lövhənin yanına sifariş etməklə əldə etdiyi özünə məxsus narkotik vasitə heroinin qoyulması barədə bildirərək həmin narkotik vasitəni Quba rayonuna göndərməsinə dair xahişinə əsasən saat 20 radələrində həmin yerə gedib reklam lövhəsinin yanında qoyulmuş 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 5,981 qram narkotik vasitə heroini aşkar edərək oradan götürmüş, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda həmin narkotik vasitəni əldə edib üzərində daşımaqla saxlamış, həmin vaxt Məhkum icazəsi və xəbəri olmadan sonuncuya məxsus heroinin üzərindən 0,175 qramını özünə götürərək narkotik vasitələri talamış, heroinin qalan 5,806 qramını isə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Şamaxinka” adlanan əraziyə aparmış və şübhə yaratmamasınd an ötrü "İpək” markalı saç şampunu qutusunun içərisinə yerləşdirərək qutunu sellofan torbaya qoyub üzərini kişi köynəyi ilə örtdükdən sonra torbanı Quba rayonuna göndərmək üçün tanışı Şahid1 xahiş etmiş, Şahid1 həmin torbada narkotik vasitə olması barədə bilmədən tanımadığı Quba-Bakı marşurutu üzrə fəlaiyyət göstərən taksilərdən biri ilə torbanı Məhkum göndərmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 0,195 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 01 mart 2022-ci il tarixdə, saat 20 radələrində həmin metamfetamini tanışı Şahid1 satmaq üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Şamaxinka” adlanan ərazidə yerləşən "Şəki” kafesinin qarşısına gələrkən Quba RPŞ-nin əməkdaşları tərəfindən Məhkum aşkar ed ilərək götürülmüş narkotik vasitənin mənbəyi ilə bağlı keçirilən əməliyyat tədbirləri nəticəsində o, saxlanılaraq Quba RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli pencəyin sol qolunun üzərində olan ciblikdən gümüşü rəngli siqaret kağızına bükülmüş 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 0,175 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tanışı Şahid1 20 manata satmaq məqsədilə saxladığı 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 0,195 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona ağır cəza təyin edilmiş, yüngülləşdirici hallar nəzərə alınmamışdır. Belə ki, o törətdiyi cinayət əməlini etiraf etmişdi r, əməlindən peşmandır, himayəsində azyaşlı uşağı var, ailənin yeganə qazanc yeri odur. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 19 dekabr tarixli 1(105)-598/2023 nömrəli qərarının ləğv edilməsini və ona cinayətlərin məcmusu üzrə aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 234.2 və 235.1-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 19 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kol legiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya in stansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kass asiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum ona ağır cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiy a müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, reklam lövhəsinin yanında qoyulmuş, tanışı Məhkum məxsus 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 5,981 qram narkotik vasitə heroini aşkar edərək oradan götürmüş, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda həmin narkotik vasitəni əldə edib üzərində daşımaqla saxlamış, həmin vaxt Məhkum icazəsi və xəbəri olmadan sonuncuya məxsus heroinin üzərindən 0,175 qramını özünə götürərək narkotik vasitələri talamışdır. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Eyni zamanda, məhkum Təqsirləndirilən şəxs CM-in 235.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitənin üzərindən 0,175 qramını özünə götürməklə talamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində “əldə etmə”, “daşıma” və “saxlama”ya aşağıdakı kimi anlayışlar verilmişdir: 1.0.8. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop ma ddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanundan da göründüyü kimi, əldə etmə narkotik vasitəyə yiyələnməyə yönəlmiş hərəkətdir. Yəni şəxs narkotik vasitəni əldə etməklə onu özünün mülkiyyətinə keçirir, özününküləşdirir. Bu səbəbdən şəxsin özünə məxsus olan narkotik vasitəni talaması da mümkün deyil. Qanunda saxlamaya da anlayış verilərək şəxsin narkotik vasitənin öz sərəncamında saxlamasına yönəlmiş hərəkət kimi qiymət verilmişdir. Hazırki işin hallarından da göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edərək özününküləşdirməmiş, yalnız onun üzərindən 0,175 qram götürərək talamış, qalan hissəsini də özündə saxlamamış təyinatı üzrə gö ndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan onun narkotik vasitəni əldə etməsi və saxlamasına dair müddəalar xaric edilməli, yalnız onun narkotik vasitəni daşıması ittihamı saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, məhkum törətmiş olduğu əməllərdən peşman olmuş, təqsirini etiraf edir və müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, məhkum Təqsirləndirilən şəxs arvadı X2 Məs ləhətxanasında hamiləlik üzrə qeydiyyatdadır. Məhkum kassasiya şikayətində himayəsində bir azyaşlı uşağının olduğunu göstərsə də, lakin bununla bağlı cinayət işinin materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəzasını yüngülləşdirən qeyd edilən hallar nəzərə alınmaqla məhkumun kassasiya şikayəti qismən təmin edilməli, ona CM-in 234.2 və 235.1-ci maddələri ilə təyin edilmiş cəzalar dəyişdirilməməli, CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın, eləcə də CM-in 66.2 və 66.5-ci maddələri ilə təyin edilmiş qəti cəzanın müddəti azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasi ya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(027)-122/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 234.2 və 235.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2023-cü il tarixli 1(105)-598/2023 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə irəli sürülmüş ittihamdan onun narkotik vasitəni əldə etməsi və saxlamasına dair müddəalar çıxarılsın. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 1 (bir) ilə endirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsi ilə təyin edilmiş 4 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 (dörd) il 3 (üç) aya endirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsi ilə qəti olaraq təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 6 (altı) aya endirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2023-cü il tarixli 1(105)-598/2023 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar