Məhkəmə qərarları › İş №1(102)-1781/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1781/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1781/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə xx xxx 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, bərbər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də yaşa mış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: R.Əliyev (sədrlik edən), H.Əliyev (məruzəçi) və F.Hümbətov) Məhkum - Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 11 (on bir) il müddətə azadlıqdan mə hrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 6 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), Şahid2 və A.İ.İsmayılov) apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə it tiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, qisas almaq niyyət ilə başqa şəxsi qəsdən öldürmüşdür. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində əlində 20 manat pul Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 21 saylı tam orta məktəbin qarşısında təzə tanış olduğu X10 adlı qızla söhbət edərkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs, Şahid5 və Şahid1 Ratıq oğlu yaxınlaşaraq ona qızla yaşadıqları məhəllə ətrafında söhbət etməsinə rişxəndlə iradlarını bildirib söhbəti mübahisəyə çevirərək ünvanına nalayiq söyüşlər edib Şahid5 onun əlində olan 20 manat pulu, Şahid1 isə gözündəki eynəyi yenicə tanış olduğu qızın gözü qarşısında götürüb qaçdıqları üçün təhqir olunduğunu hesab edib pulunu və eynəyini geri qaytarmaq məqsədilə sonuncuların arxasınca getmiş, onları axtarı b az sonra Şahid1 Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhəri 12-ci mikrorayonunun 1 saylı binası ilə 2 saylı binasının arasında yerləşən keçidə doğru getdiyini görüb onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər işlədib sağ saidin qançırı və sağ baldırın sıyrığı kimi sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirdiyindən sonuncudan qisas alıb öldürmək qərarına gələrək yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib çənə nahiyəsinin əzilmiş cırılmış yarası, başın küt travması. Subdural hematoma, baş beyinə qansızma və sağ ənsə nahiyəsinin yumşaq toxumaları altına qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində həyatdan məhrum etməklə qəsdən öldürmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirməmiş, nəticədə, təqsirləndirilən şəxs Məhkum əməli əsassız olaraq birinci instansiya məhkəməsi tərəfindən CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsinə dair hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Hüqu qi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və zərərçəkmiş şəxsin hüquqi varisi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyy əti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Hesab olunur ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin əsassız olaraq CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsinə dair hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə görə “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmədoqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə görə “Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, on un yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalm asına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Dövlət ittihamçısı kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinməli olduğunu göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum hadisə zamanı qəsdən adam öldürmə cinayətinin əlamətlərinin olması faktı mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, ittiham tərəfinin qənaətinə görə, Məhkum xx.xx.2021-ci il tarixdə saat 18 radələrində əlində 20 manat pul Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 21 saylı tam orta məktəbin qarşısında təzə tanış olduğu X10 adlı qızla söhbət edərkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs, Şahid5 və Şahid1 yaxınlaşaraq ona qızla yaşadıqları məhəllə ətrafında söhbət etməsinə rişxəndlə iradlarını bildirib söhbəti mübahisəyə çevirərək ünvanına nalayiq söyüşlər edib Şahid5 onun əlində olan 20 manat pulu, Şahid1 isə gözündəki eynəyi yenicə tanış olduğu qızın gözü qarşısında götürüb qaçdıqları üçün təhqir olunduğunu hesab edib pulunu və eynəyini geri qaytarmaq məqsədilə sonuncuların arxasınca getmiş, onları axtarıb az sonra X5 İmanlı ilə Sumqayıt şəhəri 12-ci mikrorayonunun 1 saylı binası ilə 2 saylı binasının arasında yerləşən keçidə doğru getdiyini görüb onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər işlədib sağ saidin qançırı və sağ baldırın sıyrığı kimi sağlamlığına zərər vurmadığından dərəcəsi təyin e dilməyən xəsarət yetirdiyindən sonuncudan qisas alıb öldürmək qərarına gələrək yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib çənə nahiyəsinin əzilmiş cırılmış yarası, başın küt travması, subdural hematoma, baş beyinə qansızma və sağ ənsə nahiyəsinin yumşaq toxumaları altına qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində həyatdan məhrum etməklə qəsdən öldürmüşdür. Cinayət işinin materiallarında olan «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 63 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Başın küt travması, subdural hematoma, başbeyinə qansızma, sağ təpə ənsə nahiyəsini n yumşaq toxumaları altına qansızma və çənə nahiyəsinin əzilmiş cırılmış yarası. Qeyd olunan xəsarətlər həyatidirlər, küt əşya təsirindən törənmişdir, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində sağ təpə-gicgah nahiyəsinin subdural hematoması və baş-beyinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 12 saat əvvəl baş vermişdir. Hadisə zamanı xəsarət yetirənlə xəsarət alan müxtəlif duruş vəziyyətlərində olmaqla üzbəüz vəziyyətdə ola bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 641 saylı rəyindən görünür ki, Məhkum bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ saidin qançırı və sağ baldırın sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərada göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan 10 iyun 2021-ci il tarixli videomüşahidə qurğularında qeydə alınmış görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin video 00:00:39 saniyədən ibarət olmaqla 06 iyun 202 1-ci il tarixi saat 19 radələrini əhatə edir. Həmin görüntüyə baxdıqda Məhkum qaçaraq hərəkət etdiyi və görüntünün 08ci saniyəsində 1 saylı bina ilə 2 saylı binanı birləşdirən keçidə getdiyi görünür. 10-cu saniyədə iki nəfər şəxsin Məhkum arxasınca getdiyi, 21-ci saniyədə Məhkum Zərərçəkmiş şəxs sürüyərək 1 saylı bina ilə 2 saylı binanı birləşdirən keçiddən kənara çıxardığı və sonuncunu asfalt örtüyə vurduğu, 24-cü saniyədə təpiklə başına vurduğu, nəticədə Zərərçəkmiş şəxs hərəkətsiz şəkildə yerdə qaldığı, 32-ci saniyədə isə sonuncunu sürüyərək 1 saylı bina ilə 2 saylı binanı birləşdirən keçidə apardığı görünür. Birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü madd əsinə tövsif edərkən belə hesab etmişdir ki: “..... məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum qəsdi zərərçəkmiş Zərərçəkmiş şəxs öldürməyə yönəlməmiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək üçün əvvəlcədən özü ilə hər hansı kəsici-deşici xassəyə malik alət, odlu silah götürməmiş, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə aralarında olan dava dalaş zamanı aldığı yumruq və təpik zərbələrindən ölmüşdür. Hadisə zamanı Məhkum Zərərçəkmiş şəxs huşunu itirdiyi görüb, oradan uzaqlaşmış, zərərçəkmiş şəxsə xəsarət yetirməyə davam etməmişdir. Bu da bir daha İlkin Muxtarlının zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasının bilavasitə təzahürüdür. Təqsirləndirilən şəxs Məhkum əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplan mış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-ci maddəsinə tövsif edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə təqsirli bilinməlidir.” Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında adam öldürmə ilə bağlı cinayət işlərinə baxan məhkəmələrə tövsiyə edilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonra davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-o lmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Həmin Qərarın 3-cü bəndindən görünür ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıql ı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq hesab etmişlər ki, “qəsdən adam öldürmə cinayəti ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətindən obyektiv meyar üzrə fərqlənir. Qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir, onun əməlinin ilkin nəticəsi məhz müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir, zərərçəkmişin ölümü isə sağlamlığa vurulmuş ağır zərər nəticəsində baş verir. Şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Belə olan halda əməl üzrə sağlamlığa ağır zərər vurmanın yalnız qə sd ilə əhatə olunduğunu, ölümün isə qəsdlə əhatə olunmadığını müəyyən etmək üçün zərər yetirilən bədən nahiyəsinin həyat üçün mühümlük dərəcəsini, zərər yetirmənin üsulunu, istifadə edilən alət və ya vasitəni, təqsirkarın əməli törətdikdən əvvəlki davranışını, onun zərərçəkmişlə münasibətini, əməl törədildikdən sonrakı davranışını aid etmək lazımdır.” İş materiallarından da müəyyən edilir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkumla dava-dalaş zamanı aldığı yumruq və təpik zərbələrin nəticəsində ölmüşdür. Mübahisə baş verən vaxtadək onlar ümumiyyətlə bir-birini tanımamış, mübahisə zərərçəkmiş şəxs və digərlərinin Məhkum qarşı qanunsuz hərəkətləri ilə əlaqədar olmuşdur. Həmin dalaşma zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə yetirilən xəsarətlər zamanı hər hansı alət və ya vasitədən istifadə edilməsi müəyyən edilməmişdir. Cinayət hadisəsinin baş verməsinin səbəbi, cinayətin motivi, hadisənin baş vermə yeri, şəraiti və inkişafının ardıcıllığı belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya münasibətdə təqsiri qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarətdir. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin "Erkapis Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir k, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdur sa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum qəsdən adam öldürmə cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlar, a pellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şə rh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayətlər təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar