Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1781/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 2022-ci il 2 noyabr tarixli, 1(103)-2046/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(101)-888/2022 saylı hökmü ilə (sədrlik edən A.Paşayev, İ.Həsənzadə və Ə.Quliyevdən ibarət tərkibdə) xx xxx 1966-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli b ilinərək ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, onun cəzaçəkmə müddətinin əvvəlinin 23 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, iş üzrə maddi sübut kimi tanınaraq Sabunçu Rpİ-də saxlanılan Məhkum üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 100,344 qram təşkil edən narkotik vasitə heroinin məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd "DVD” disk və sms mətnlərinin sübuti əhəmiyyət kəsb etdiyindən cinayət işin in materiallarında saxlanılması, ibtidai istintaq zamanı keçirilmiş məhkəməekspertizaları ilə əlaqədar Məhkum 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfinin tutularaq dövlət büdcəsinə ödənilməsi, dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 180 (yüz səksən) manat pulun onun vəkil işlədiyi "Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. Həmin hökmdən məhkum X2 apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 2 sentyabr tarixli, 1(101)-888/2022 saylı hökmünün ləğv edilməsi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 sədrliyi və məruzəsilə, Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) 2022-ci il 11 noyabr tarixli, 1(103)2046/ 2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən, Məhkum apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 100,444 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində və yaşadığı ünvanda saxlamış, 23 noyabr 2021-ci il tarixdə saat 09:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sa ğ yan cibindən bir ədəd sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 20,394 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin günü yəni, 23 noyabr 2021-ci il tarixdə saat 13:20 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman yaşadığı evin həyətyanı sahəsindən kərpicin altından bir ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 80,050 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ƏLAVƏNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini və əlavəni əsaslandıraraq qeyd etmişdir ki, ona məxsus olduğu iddia edilən külli miqdarda narkotik vasitə sayılan heroin ailə üzvlərimin gözü qarşısında evinə qoyulmuş, sonradan da eyni peşəkarlıqla polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. O, bildirmişdir ki, cinayət işində cinayət qanunun norması düzgün tətbiq edilməmiş, əməl düzgün tövsif olunmamış, ona istinad edilən əməl üzrə təqsirliliyini bilvasitə sübut edə bilən yetərli və mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 2 noyabr tarixli, 1(103)-2046/2022 qərarının dəyişdirilməsini və onun əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin və kassasiya şikayətinə əlav ənin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə təmin edilməməlidir. Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də görü ndüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum özünün qanunsuz məhkum olunmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi ba rədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinə əlavə edilmiş Məhkum məxsus **********59 mobil nömrəyə daxil olan və çıxan sms yazılarına baxış keçirilərkən müəyyən edilmişdir ki, 1 avqust 2021-ci il tarixdə **********59 mobil nömrəsin dən **********84 mobil nömrəsinə “Zako menem maqa mene kola lazımdı 1 dene bide 10 nux daş” mətndə, 25 oktyabr 2021-ci il tarixdə **********33 mobil nömrəsindən **********59 mobil nömrəsinə “Alınmırsa pulu gotürüm qaracde var gedim alım. Mən agrıdan olurem. Pulu otur gedim pisdi veziyetim belə danişmamişdiq mehlede gözleyirem seni” mətndə, **********03 mobil nömrəsindən **********59 mobil nömrəsinə 1 noyabr 2021-ci il tarixdə “Qaqaş mene 5 qram lazimdi naqdiya Bir söz de Tez 80 man verirem” mətndə, 9 noyabr 2021-ci il tarixdə “Daşın var? Terezinide getir ama soyuş qoyub goturecem razisansa?” mətndə mesajlar göndərilmişdir. Məhkəmələr belə qənaətə gəlmişlər ki, Məhkum üzərindən və yaşadığı mənzilindən aşkar edilmiş narkotik vasitə olan heroinin ayrı-ayrılıqda külli miqdarda olması, sms ya zışmaları, həmçinin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində və evində saxlaması və daşıması qənaətinə gəlməyə əsas verir. Belə ki, cinayət işinin 55-58-ci vərəqlərində olan, “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Məhkum 24 noyabr 2021-ci il tarixdə müdafiəçisi Vüsal Kazımzadənin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, 23 noyabr 2021 -ci il tarixdə saat təxminən 09:30 radələrində yaşadığı ünvan 3 ünvanının yaxınlığında tək piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlə r. O da etiraz etməmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində hüquqlarının müdafiə edilməsində ona köməklik göstərməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Eyni zamanda ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd sellofan büküm, gödəkcənin sol yan cibindən isə bir ədəd yaşadığı evin açarı, həmçinin əynindəki qara rəngli şalvarının sağ yan cibindən 34 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin olması müəyyən olunmuşdur. Başqa üzərindən hər hansı bir ə şya və ya predmet aşkar olunmamışdır. İçərisində narkotik vasitə olan sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 21 qram olmuşdur. İlkin sorğu zamanı o, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu,həmin maddəni özü istifadə etmək üçün üzərində saxladığını, eyni zamanda həmin narkotik vasitənin qalan hissəsini də yaşadığı ünvanda saxladığını bildirmişdir. Bundan sonra onun razılığıyla həmin günü onun yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 9 ünvanına baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona yaşadığı ünvanda saxladığı narkotik vasitəni təqdim etməyi təklif olunmuşdur. Həmin zaman o, yaşadığı evin həyətyanı sahəsində yerdə kərpicin altında gizlətdiyi sellofan bağlamanı təqdim etmişdir. Həmin s ellofan bağlama açılmış və içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin olması aşkar olunmuşdur. Həmin narkotik vasitə sellofan bağlama ilə birlikdə tərəzidə çəkilmiş və çəkisi 81 qram olmuşdur. Həmin içərisində narkotik vasitə olan sellofan bağlama da qablaşdırılmış, üzəri möhürlənmiş və götürülmüşdür. Həmçinin üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsilə bağlı ayrı-ayrılıqda protokollar tərtib olunmuş, iştirakçılar tərəfindən həmin protokollar imzalanmışdır. Üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə olan heroini təxminən bir ay yarım əvvəl Xətai rayonun ərazisində Arif adlı şəxsin əvvəlcədən ona bildirdiyi yerdən götürmüşdür. Məqsədi həmin narkotik vasitədən həm özü istifadə etmək, həm də satış məqsədilə pul qazanmaq olmuşdur. Belə ki, həmin A rif adlı şəxsdən nağd olaraq 500 manat müqabilində bir dəfə böyük bir büküm heroini nağd olaraq almışdır. Arifi şəxsən tanımır, onunla internetdə tanış olub narkotiki almış və götürüb istifadə edib satmışdır. O, anket məlumatını bilmədiyi şəxslərə bir neçə dəfə tək olaraq narkotik vasitəni satmışdır. Mobil teelfonunda olan mesaj mətnləri barədə heç nə demək istəmir. Cinayət işinin 72-75-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Məhkum 24 noyabr 2022-ci il tarixdə müdafiəçisi Vüsal Kazımzadənin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Qeyd edilən sübutlardan da göründüyü kimi, istər birinci instansiya məhkəməsi, istərsə də apelly asiya instansiyası məhkəməsi konkret sübutlara əsaslanaraq Məhkum ona qarşı irəli sürülmüş ittiahamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi qənaətinə gəlmişlər. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı kassasiya müraciətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın növünə və həddinə dəı münasibəst bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza həm növü, həm də həddi baxımından onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə, ictimai təhlükəlilk dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğundur və bu cəza məhkumun islah edilməsinə xidmət edən bir cəzadır və həmin cəzanın yüngülləşdirilməsi üçün faktik i və hüquqi əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 sentyabr 2022-ci il tarixli, 1(101)-888/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 noyab r 2022-ci il tarixli, 1(103)-2046/2022 qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1781/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1781/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver