Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1781/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli, 1(105)-108/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: A.T.Rzayeva (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyevdən ibarət tərkibdə) 2024-cü il 10 dekabr tarixli 1(124)555/2024 nömrəli hökmü ilə, xx.xx.1983-cü il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt şəhəri, X7 qəsəbəsi, Dəmir Yol massivi, ev 6, mənzil 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 16 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti cəza olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müd dətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 25 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) 2025-ci il 22 yanvar tarixli 1(105)-108/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 10 dekabr tarixli 1(124)-555/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda üzərində "Methadone 40” göstərici olan bir ədəd blister kəsiyində ümumilikdə 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər, təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həblərini və külli miqdarda ümumi təmiz çəkisi 3,487 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,475 qram, 3,012 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 25 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində Sumqayıt şəhər polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, "Şamlıq” restoranının yaxınlığında küçədə piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayı t ŞPİ-nin Sumqayıt şəhəri Nizami ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra, həmin tarixdə saat 21:35-də üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda ümumi təmiz çəkisi 3,487 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,475 qram, 3,012 qram narkotik vasitə heroin və üzərində "Methadone 40” göstərici olan bir ədəd blister kəsiyində ümumilikdə 4 ədəd təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həbləri əynində olan şalvarın sağ yan cibindən, bir ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli işlək vəziyyətdə elektron tərəzi əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsasland ıraraq qeyd etmişdir ki, Məhkum narkotikə görə tutulmamış, başqa bir cinayətə görə saxlanılmış, ittiham aktında qeyd olunan narkotik vasitə polis əməkdaşları tərəfindən bölmədə onun üzərinə qoyulmuşdur. Həmin gün onun üzərində narkotik vasitə olmamışdır. İş üzrə Şahid1 hadisə yerinə olmamış, onun adı yalnız qrupun rəhbəri kimi adlandırılmışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı polis bölməsində ona təzyiqlər olunduğu üçün narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Polis əməkdaşları narkotik vasitənin ona aid olmasını etiraf etməsi üçün ailəsi ilə təhdid etmiş, ona qarşı psixi zorakılıq tətbiq etmişdirlər. Onda “limonka” olduğu üçün polis əməkdaşları onu saxlamış, o da limonkanı 8-ci PB-nə təhvil vermişdir. Məhkəmə bu nəticəyə gəlmişdir ki, məhkəmə istintaqı zamanı Məhkum əl də etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə heroin və xeyli miqdarda metadon həbləri əldə etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilmə si, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi ilə bağlı, ümumiyyətlə, heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə, həmçinin xüsusi olaraq qeyd edir ki, Məhkum narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də, istintaq orqanının topladığı materiallar əsasında təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyi öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini daha yüngül maddəyə tövsif etsə də, cəza təyin edərkən ədalətli olmamış, həddən artıq ağır cəza təyin etmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır, 1 yet kinlik yaşına çatmamış övladının olmasını məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən ancaq “Methadone 40” göstəricisi olan bir ədəd blister kəsiyində, ümumilikdə, 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblərin, təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həblərinin olduğunu etiraf etmiş, külli miqdarda ümumi təmiz çəkisi 3,487 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,475 qram və 3,012 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ona aid olmadığını, polis əməkdaşları tərəfindən təzyiq nəticəsində üzərinə qoyulduğunu bi ldirmişdir. Məhkum müdafiəçisi Qasımlı Alim Elman oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 22 yanvar tarixli 1(105)-108/2025 nömrəli qərarının ləğv edilməsini, Məhkum əməlinin CM-nin 234.1ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyası çərçivəsində yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli qərarını dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş e tdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hes ab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və mə hkuma ağır cəza təyin edildiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı q anuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət -prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkə mələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş düzgün və qanuni cəza növü seçilsə də, lakin cəzanın həddi, Məhkum təsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddinə yaxın həddə müəyyən edilmiş, məhkuma sadə residivə görə cəza təyin edilməli olmasına baxmayaraq (Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmama tələbinə uyğun olaraq 4 ildən az həddə cəza təyin edilməsinin mümkünsüzlüyü nəzərə alınmaqla cəza təyin edilməli idi) lakin məhkuma əslində 6 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, əslində təhlükəli residivə təyin edilməli olan cəzadan da sərt cəza təyin edilmiş, lakin bunun səbəblərini çıxardığı hökmdə qanunda göstərilən qaydada əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi də bu məsələni araşdırarkən yenə də cinayətin residivinə istinad etmiş, lakin təyin edilmiş cəzanın həddindən artıq sərt olmasına heç bir münasibət bildirməmiş, yol verilmiş bu yanlışlığı aradan qaldırmamışdır. Halbuki məhkuma təyin edilmiş cəza sərtliyinə görə CM-in 58-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22.1.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməli, məhkuma həm ilkin, həm də məcmu qaydasında təyin edilmiş cəzalar CM-in 58 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq yüngülləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respubli kası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli, 1(105)-108/2025 nömrəli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 il müddətinə azadlıdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 29.2.2024-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı qərarla təyin edilmiş cəza ilə qismən toplanmaqla Məhkum qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə c əzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 16 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək tutulduğu 1 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 5 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1781/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1781/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver