Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1782/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə; Aytac Səfa qızı Əhmədlinin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apell yasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-616/2022 saylı, 11 aprel 2022-ci il tarixli hökmü ilə (X10 (sədrlik edən və məruzəçi) Telman Hüseynov və Eldar İsmayılov) xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında (Sabunçu rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan) qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü mədən küçəsi, ev 119-da yaşamış, 07 sentyabr 2021-ci il tarixdən həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,298 qram təşkil edən narkotik vasitə heroinin məhv edilməsi, onun üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirə n 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaitinin Məhkum tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X9 (sədrlik edən, məruzəçi hakim), X4 və X1 ibarət tərkibdə) 28 iyun 2022-ci il tarixli, 1(103)-1238/2022 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhk əməsinin 1(101)616/2022 saylı, 11 aprel 2022-ci il tarixli hökmü Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(103)-1238/2022 saylı qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 3,398 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və qanunsuz olaraq satmaqda şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısında saxlanılaraq, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,706 qram və 1,692 qram, ümumi təmiz çəkisi isə 3,398 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin d əlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı onunla əsaslandırır ki, işə birinci apellyasiya instansiya məhkəməsində baxılan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış, X3 ifadələrində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq, onun həmin narkotik vasitənin satış məqsədilə əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız təqsirləndirilən şəxsin qeyd olunan, işin obyektiv hallarına uyğun gəlməyən özünümüdafiə xarakterli ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə nəzərə almamışdır. Cinayət işində olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş 8 sentyabr 2 021-cı ıl tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-422/2021 saylı qərarından gorunur kı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı şəhəri Suraxanı RPİ-nın 31-cı PB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Məhkum barəsində qəbul edilmiş 7 sentyabr 2021-ci ıl tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. İş materiallarına söykənərək qeyd edilməlidir ki, Məhkum narkotik vasitə heroını cibinə qoyaraq tutulma təhlükəsini dərk etdiyi halda küçəyə çıxması, Bakı şəhəri Suraxanı rayonu Bulbulə qəsəbəsi, Bəhlulzadə küçəsində gəzdirməsi, narkotik vasitə heroini şəxsi islehlak miqdarından dəfələrlə artıq miqdarda əldə etməsi faktı əməlin tövsifi zamanı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd edilənlər Məhkum tər əfindən narkotik vasitə heroını məhz satış məqsədi ilə əldə etməsini sübut edən amillərdəndir. Bundan əlavə Məhkum üzərindən aşkar edilən narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından 22 dəfə artıq, yəni 3,398 qram olmaqla 2 bukumdə olmuşdur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(103)-1238/2022 saylı qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu in stansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələləri nə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. Dövlət ittihamçısı kassasiya protestində apelyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(103)-1238/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsi nin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının X3 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir. Belə ki, Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunması nın mübahisələndirilməsi üzrə dövlət ittihamçısı tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarında cinayət işi üzrə toplanmış sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Narkotik vasitənin saxlanılması və daşınması üçün X5 tərəfindən istifadə edilmiş üsullar və onun davranışı (3,398 qram çəkidə heroini iki ədəd bükümdə əldə etməsi, cibində saxlaması və daşıması) isə heç bir halda onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmiş olduğunu göstərmir. Məhkum edilmiş şəxs Məhkum həmin narkotik vasitə ni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və belə bağlamaların hazırlanması üçün avadanlığın və tərəzinin olması öz təsdiqini tapmamışdır. Həmçinin Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən, satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində mötəbər mənbəyə əsaslanan heç bir məlumat yoxdur. Ona görə də onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə mövcud sübutlarla öz təsdiqini tapmır, bu barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi Məhkum narkotik vasitəni satış niyyəti ilə əldə etməsini təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında belə sübut yoxdur. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi t övsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür..Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxıl an məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Kassasiya protestinin cinayət işinin mahiyyəti ilə bağlı dəlilərinə gəldikdə, məhkəmə kollegiyası xatırladır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal et mə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər v ə ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsinin qərarlarında qeyd edilən, eləcə də bir sıra, o cümlədən Rusiya və Ukrayna kimi dövlətlərin hüquq mühafizə orqanlarının geniş istifadə etdiyi, “Əməliyyataxtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulmuş, nəzarət qaydasında mal alınması qəbul edilmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunu n üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Belə ki, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız X3 üzərindən aşkar edilmiş narkotik maddənin hər hansı həddə şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna görə, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan R espublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələb lərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(103)-1238/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya prostest i təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(103)-1238/2022 saylı qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1782/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1782/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver