Məhkəmə qərarları › İş №1(102)-1782/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1782/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1782/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxx 1980-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu Mürşüdoba kəndində qeydiyyatda olmaqla yaşayan X4 Azərbaycan Respublikası C inayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev (məruzəçi) və A.T.Rzayeva) X4 - Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. Məhkəmə nin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, X6 istintaqa dəqiq məlum olmayan tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «X11» adlı şəxs tərəfindən Azərbaycan Respublikası gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ondan gizli 1 ədəd sellofan bükümdə təmiz çəkisi 510,130 qram külli miqdar təş kil edən narkotik vasitə heroini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və həmin külli miqdarda narkotik vasitə olan heroini Azərbaycan Respublikası ərazisində realizə edilməsi barədə əvvəlcədən razılığa gəlmiş və bu məqsədlə şəxsiyyəti istintaqa məlum olmayan X11 adlı şəxs külli miqdarda narkotik vasitə olan heroini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirib Cəlilabad rayonu Alar kəndinə qoyması barədə məlumat verdikdən sonra o, istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 iyul 2020-ci il tarixdə saat 18-20 radələrində taksi fəaliyyəti ilə məşğul olan Şahid3 idarə etdiyi «Mersedes Benz C200 CDİ» markalı, **-GT-*** qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonuna gedərək Cəlilabad rayonu Alar kəndi ərazisindən keçən Ələt-Astara avtomobil yolunun 124-cü km-də magistral yolun kənarında olan 124 nömrəli yol nişanının altına qoyulmuş bir ədəd sellofan bükümdə qeyd olunan külli miqdar təşkil edən narkotik vasitə heroini götürüb əynində olan paltarının cibinə qoyaraq avtomobilə əyləşib satış məqsədilə qanunsuz olaraq daşıyıb Xaçmaz rayonu Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evinə gətirib saxlamış, sonra 05 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayon Mürşüdoba kəndində yaşadığı evin yaxınlığında əvvəlcədən aralarında olan razılığa əsasən əldə etdiyi narkotik vasitənin 20 qramını 780 manata satmaq üçün sonuncudan həmin məbləğdə pulu aldıqdan sonra ilkin olaraq bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,13 0 qram narkotik vasitə olan heroini keyfiyyətinin yoxlanılması üçün Şahid1 vermiş, 06 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı bəraət almış şəxsun yaşadığı evə baxış keçirilərkən yataq otağındakı dolabın içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 510 qram külli miqdar təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X4 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Dövlət ittihamçısəının fikrincə, ibtidai araşdırma orqanı tərəfindən bəraət almış şəxsun barəsində olan cinayət işinin istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla toplanmış sübutlarla onun Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməl ini törətməsi tam sübuta yetirilmiş və məhkəmələr əsassız olaraq həmin sübutları mötəbər hesab etməyərək bəraət almış şəxsun təqsililiyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələ ləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Prote stdə qeyd edilir ki, X2 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlənd irilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsa bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamış, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirni keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qa ldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə istintaqı zamanı X6 ifadəsində göstərmişdir ki, Xaçmaz rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun sabiq əməliyyat müvəkkili Şahid2 tapşırığı ilə Cəlilabad rayonu ərazisindən götürdüyü və ittiham tərəfinin narkotik vasitə heroin olması iddia etdiyi kütlənin çəkisi 300 qram olmuş və həmin kütlə qara rəngli sellofan bağlamada onun evində saxlanılmışdır. Gecə vaxtı onun evinə gələn polis əməkdaşları tərəfindən həmin yaş halda olan kütlə götürülmüş və əvəzində 500 qram çəkidə digər quru halda olan və ağ sellofan paketdə o lan kütlə verilmişdir. O, baxış zamanı həmin kütlənin tərəziyə qoyulmasını və qonşudan hal şahidi çağırmaqla götürülməsini tələb etsə də, onun tələbi yerinə yetirilməmiş, əksinə polis bölməsində “Sənin üçün nə fərqi var 1 kiloqram oldu, ya 500 qram oldu?” deyilmiş və bölmədə də onun iştirakı ilə qablaşdırılma aparılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bəraət almış şəxsa gilas almaq üçün verdiyi 780 manat pulun məhz müstəntiqin təzyiqi nəticəsində 20 qram narkotik vasitə almaq üçün verdiyini demişdir. Əslində isə həmin pul bəraət almış şəxsdan aldığı 20 yeşik gilasın pulu olmuşdur. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə diqqət yetirməyi zəruri hesab edir. Belə ki, həmin ifadəsində Xaçmaz rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun sabiq əməliyyat müvəkkili Şahid2 qeyd etmişdir ki, həmin vəzifəsində işləyən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Xaçmaz rayon ərazisində xidməti vəzifəsi ilə bağlı daxil olan əməliyyat məlumatları əsasında əməliyyat tədbirləri keçirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri ifşa etmiş, həmin vaxtlarda da bəraət almış şəxs ona narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin narkotik vasitələri kimə satması və harada belə işlərlə məşğul olması barədə qeyri-rəsmi olaraq məlumatlar vermiş və onun məlumatları əsasında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir neçə nəfər şəxsin qanunsuz ə məllərini ifşa etmişdir. Təqsirləndirilən şəxs bəraət almış şəxs da ifadəsində qeyd etmişdir ki, Şahid2 tapşırığı ilə Biləsuvar və Cəlilabad rayonlarına gedərək narkotik vasitəni ona görə götürüb evində saxlamışdır ki, bunu ona polis əməkdaşı olan Şahid2 demiş və bu hərəkətin qanuni olduğuna inanaraq sonuncunun tapşırığını yerinə yetirmişdir. bəraət almış şəxs həmçinin ifadəsində qeyd etmişdir ki, tutulduqdan sonra bəraət almış şəxsin vəzifədə irəli çəkilməsindən ötrü onun tutulması ilə bağlı əməliyyat təşkil etdiyini anlamış və məhz bundan sonra həqiqəti danışaraq bəraət almış şəxsə qarşı ifadə verməyə başlamışdır. Azərbaycan Respublikası CPM-nin 128.3 və 128.3.1-ci maddələrinin tələblərinə əsasən əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olundu qdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Maddi sübutun istintaq hərəkəti aparılarkən prosessual qaydada qablaşdırılmamaması onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, ibtidai istintaq orqanı bəraət almış şəxsa ittiham elan edərkən onun narkotik vasitənin əməliyyat-axtarış tədbiri keçirilənədək satış məqsədi il ə saxlamasına dair heç bir mötəbər sübuta əsaslanmamış, ümumiyyətlə cinayət işinin materiallarına bəraət almış şəxsla bağlı hər hansı bir əməliyyat tədbirinin aparılması və ya onun barəsində əməliyyat məlumatlarının olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, cinayət işinin materiallarında görünür ki, əməliyyat tədbiri digər şəxs, yəni Şahid1 barədə başlanılmaqla keçirildiyi halda, cinayət işi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yalnız bəraət almış şəxs barəsində başlanılmışdır. İbtidai istintaq orqanı bir tərəfdən şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə əldə etdiyinə görə Şahid1 barəsində cinayət təqibinin başlanılmasını rədd etmiş, digər tərəfdən isə bəraət almış şəxsa ittiham vermişdir ki, guya Şahid1 20 qram narkotik vasitə almaqdan ötrü bə raət almış şəxsa 780 manat pul vermiş, lakin polis əməkdaşları onu tutduğuna görə həmin narkotik vasitəni əldə edə bilməmiş, yəni külli miqdarda narkotik vasitəni əldə etməyə cəhd etmiş, lakin öz iradəsindən asıllı olmayan səbəblərə görə həmin cinayət əməlini başa çatdıra bilməmişdir. Cinayət işində olan orfoqrafik səhvlər də daxil olmaqla tamamilə eyni məzmunlu bu ifadələrin mətnindən görünür ki, guya bəraət almış şəxs narkotik vasitəni Cəlilabad rayonunda meyvə satarkən bazarda qutuların arasında tapmış, həmin narkotik vasitədən 10 qramını Ruslan vasitəsi ilə tanış olduğu Xəyal kimi tanıdığı Mətləbə vermiş, daha sonra 05 sentyabr 2020-ci il tarixdə Xəyal kimi tanıdığı Mətləblə aralarında olan razılaşmaya əsasən evinin yaxınlığına olan qəbiristanlıqda görüşmüş və 20 qram narkotik vasitə h eroin sataraq bunun üçün ondan 780 manat pul almış, evə qayıtdıqda isə polis əməkdaşları tərəfindən tutularaq həmin 780 manat pulu polislərə təqdim etmişdir. Bununla belə, istintaq materiallarından görünür ki, Zəbi Həsənovun qardaşı bəraət almış şəxsun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə şikayət etdikdən sonra cinayət işi digər müstəntiqin icraatına verilmiş və bundan sonra yenidən bəraət almış şəxsun ifadəsi alındıqda o, işin halları barədə ifadə vermişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı əldə edilmiş mötəbər və təkzibolunmaz sübutların məcmusundan görünür ki, təqsirləndirilən şəxs bəraət almış şəxs həqiqətən də Xaçmaz RPŞ-nin əməkdaşı Şahid2 təhriki ilə Biləsuvar və Cəlilabad rayonlarına gedərək narkotik vasitə olm ası iddia olunan kütləni götürmüş və evində saxlamışdır. Bu hal iş üzrə digər Şahid3 və Şahid4 ifadələri, eləcə də telefon danışıqları və anten məlumatları ilə də öz təsdiqini tapmışdır. bəraət almış şəxsun məqsədi narkotik vasitəni satış məqsədi ilə əldə etmək, daşımaq, gəzdirmək və satmaq olmamışdır. X11 Paşayev tərəfindən gizli agent kimi qəbul edilmiş və o, öz hərəkətlərinin qanuni olduğunu düşünmüşdür. Xaçmaz rayon polis şöbəsinin əməkdaşı Şahid2 təhriki ilə narkotik vasitə heroin olması iddia olunan kütlənin bəraət almış şəxs tərəfindən əldə edilməsi, daşınması və evində saxlanılması, heç bir qanuni əsas olmadan baxış istintaq hərəkəti keçirilməsi adı ilə 06 sentyabr 2020-ci il tarixli polis əməliyyatı zamanı, eləcə də bundan sonra həyata keçirilmiş ibtidai istintaqın gedişində təqsi rləndirilən şəxs bəraət almış şəxsun həmin təhrikedici hərəkətlər (yəni polisin müdaxiləsi) olmadan törətdiyi və yaxud törətməyə hazırlaşdığı hər hansı bir əməl məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli Qanunun 14-cü maddəsinin X bəndinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar yalnız həmin şəxslərin yazılı razılığı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda aşkarlana bilərlər. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsində isə təsbit olunmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə həmçinin ittiham tərəfinin şahidləri olan polis əməkdaşları Şahid5, Alnur Aslanov və Şahid7 ibtidai istintaq zamanı verdikləri ifadələrində qeyd etdikləri mühüm hala diqqət yetirilməsini zəruri hesab etmişdir. Belə ki, həmin şahidlər ifadələrində qeyd etmişlər ki, “bəraət almış şəxsun evində baxış zamanı təqdim etdiyi narkotik vasitəni Cəlilabad rayonunda bazarda alver edən zaman yeşiklərin altında tapdığını bildirdi. Həmin narkotik vasitə çəkilərək qablaşdırıldı. Bundan əlavə isə tərəzi və 780 manat pul da tərəfimizdən götürülərək qablaşdırılmışdır. Bütün bu hadisələr video müşahidələrlə aparılmışdır.” (Cild 2, iş vərəqləri 153-161) Həmçinin 6 sentyabr 2020-ci il ta rixli “Baxış keçirilməsi haqqında” 39 dəqiqə ərzində aparılması qeyd olunan, lakin 02 dəqiqə 02 saniyədən ibarət videogörüntülər olan diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, polis əməkdaşlarının ifadələrində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, bəraət almış şəxs narkotik vasitə olması iddia olunan kütləni Cəlilabad rayonunda bazarda tapdığını deməmiş, narkotik vasitə olması iddia olunan kütlə tərəzidə çəkilməmiş və ən əsası narkotik vasitə olması iddia olunan kütlə, eləcə də elektron tərəzi ilə 780 manat pul da videoçəkilişlə müşahidə edilməklə prosessual qaydada qablaşdırılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 28 yanvar 2021-ci il tarixli, 21 qeydiyyat nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, t əqsirləndirilən şəxs X2 istifadəsində olmuş (070) ***-**-** nömrəli mobil telefon nömrəsinə Şahid2 xx.xx.2020-ci il tarixdə saat 08:54:40 dəqiqədə istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefon nömrəsindən zəng etmiş, 19 saniyə telefon danışığı aparılmışdır. Danışıq aparılan zaman (070) ***-**-** saylı mobil telefon nömrəsi Xaçmaz rayon ərazisində istifadə olunmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs X2 istifadəsində olmuş (070) ***-**-** nömrəli mobil telefon nömrəsinə Şahid2 xx.xx.2020-ci il tarixdə saat 17:51:06 dəqiqədə istifadəsində olan (050) 212- 34-83 nömrəli mobil telefon nömrəsindən zəng etmiş 18 saniyə telefon danışığı aparılmışdır. Danışıq aparılan zaman (070) ***-**-** saylı mobil telefon nömrəsi Biləsuvar şəhəri ərazisində istifadə olunmuşdur. (Cild 1, iş vərəq 20 8) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 03 mart 2021-ci il tarixli, 41 qeydiyyat nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 xx.xx.2020-ci il tarixdə saat 08:54:40 dəqiqədə istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefon nömrəsindən X2 istifadəsində olmuş (070) ***-**-** nömrəli mobil telefon nömrəsinə zəng etmiş, 19 saniyə telefon danışığı aparılmışdır. Danışıq aparılan zaman Şahid2 (050) ***-**-** nömrəli mobil telefon nömrəsini Xaçmaz rayonu ərazisində istifadə etmişdir. Bundan əlavə Şahid2 xx.xx.2020-ci il tarixdə 17:51:06 dəqiqədə istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefon nömrəsindən X2 istifadəsində olmuş (070) ***-**-** nömrəli mobil telefon nömrəsinə zəng etmiş 18 saniyə telefon danışığı aparılmış dır. Danışıq aparılan zaman X2 istifadəsində olmuş (070) 600- 79-66 nömrəli mobil telefon nömrəsi Biləsuvar şəhəri ərazisində istifadə olunmuşdur. «64477_B-S Yer Dəyişdirmə(hamısı)-**********66» adlı fayl açıldıqda müəyyən edilmişdir ki, X6 xx.xx.2020ci il tarixdə Xaçmaz rayonu, Şabran rayonu, Siyəzən rayonu, Xızı rayonu, Sumqayıt şəhəri, Abşeron rayonu, Bakı şəhəri, Yasamal rayonu, Qaradağ rayonu, Hacıqabul rayonu, Salyan rayonu, Biləsuvar rayonu istiqamətində hərəkət trayektoriyası üzrə hərəkətdə olmuşdur. (Cild 2, iş vərəq 8) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 23 sentyabr 2021-ci il 7/712 qeydiyyat nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Biləsuvar və Cəlilabad rayonlarında o lması müəyyən edilmiş, belə ki, xx.xx.2020-ci il tarixdə Şahid3 telefonunda olan (070) ***-**-** mobil nömrə Biləsuvar rayonu və Cəlilabad rayonunun Alar kəndində olmuşdur. Həmin tarixlərdə Şahid3 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Biləsuvar rayonu, Cəlilabad rayonu Alar kəndi və Xaçmaz rayonu ərazisində olmuşdur. Həmçinin xx.xx.2020-ci il tarixdən sonra xx.xx.2020-ci il tarixədək Biləsuvar rayonu və Cəlilabad rayonu ərazisində nömrəsinin anten dairəsi göstərilməmişdir. (Cild 6, iş vərəqləri 89-229) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 22 oktyabr 2021-ci il 7/781 qeydiyyat nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil rabitə operatorlarından əldə edilmiş ərazi aidiyyəti üzrə anten məlumatlarını və telefon danışıqlarını özündə ək s etdirən disklər təhlil edilərkən müəyyən edildi ki, X2 istifadəsində olmuş 070 ***-**-** nömrə 7 dəfə Biləsuvar rayonunda və iki dəfə Cəlilabad rayonunda olmuş, Biləsuvar rayonunda xx.xx.2020-ci il tarixdə olanda əsasən «Turist» yeməkxanasının yerləşdiyi Biləsuvar rayonu Xırmandalı kəndində olmuş və Cəlilabad rayonunun isə Alar kəndində xx.xx.2020-ci il tarixdə olmuşdur. Həmçinin onun xx.xx.2020ci il tarixdə Xaçmaz rayonu ərazisində yerləşən dairə adlanan yerdə, Bakı şəhəri Yasamal rayonu ərazisində və yenidən Xaçmaz rayonu ərazisində yerləşən «Retro» otelinin qarşısında olması müəyyən edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Şahid2 məxsus 050 ***-**-** nömrəsinin olduğu ərazi yəni, Biləsuvar rayonunun «Turist» yeməkxanasının yerləşdiyi ərazi Biləsuvar r ayonu Xırmandalı kəndindədir. Həmçinin onun xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu ərazisində yerləşən dairə adlanan yerdə, Bakı şəhəri Yasamal rayonu ərazisində və yenidən Xaçmaz rayonu ərazisində yerləşən «Retro» otelinin qarşısında olması, Biləsuvar və Cəlilabad rayonlarında xx.xx.2020-ci il tarixində olması müəyyən edilmişdir. Bununla da disklərin müqayisəli tədqiqatı zamanı müəyyən olmuşdur ki, X6, Şahid3 və Şahid2 28 iyul 2020-ci il tarixdə bir yerdə olmuşlar, belə ki, Xaçmaz rayonu ərazisindən birlikdə Şahid3 məxsus avtomobillə çıxaraq Bakı şəhəri Yasamal rayonu ərazisinə gəlib oradan götürmüş olduqları kirayə avtomobillə Şahid2 Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən «Turist» yemekxanasının qarşısına getmiş, Şahid3 və bəraət almış şəxs Şahid3 idarə etdiyi avtomobillə Biləsuvar Xırmandalı kəndi ərazisində yerləşən «Turist» yemekxanasının qarşısına gəlib Şahid2lə görüşdükdən sonra Şahid3 idarə etdiyi avtomobillə Cəlilabad rayonu Alar kəndinə gedərək oradan qayıdıb bəraət almış şəxs Şahid2 idarə etdiyi icarə avtomobillə Xaçmaz rayonuna və orada olan «Retro» otelin qarşısında dayanmışlar. Buradan belə nəticəyə gəlmək olur ki, onlar xx.xx.2020-ci il tarixdə bir yerdə olmuşlar və onların bir yerdə olmaları istifadə etdikləri telefonlarının mobil nömrələrinin anten məlumatları ilə tam müəyyən edilmişdir. (Cild 7, iş vərəqləri 226-253; Cild 8, iş vərəqləri 1130) İş materiallarında olan 28 iyul 2020-ci il tarixli 0.28 nömrəli yol vərəqəsindən görünür ki, həmin tarixdə saat 14:40 radələrində «Mercedes Benz E 240» markalı ** CE *** qeydiyyat nişanlı avtomobil Şah id3 adına sürücülük vəsiqəsi AB 690037 28 avqust 2020-ci il tarix saat 18:00 kimi idarə edilməsindən ötrü verilmişdir. (Cild 3, iş vərəqi 209) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin 24 iyun 2021-ci il tarixli “İntizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin mətnindən görünür ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin məsul növbətçisi Şahid2 2016-cı ildə həmin polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat əməliyyat müvəkkili vəzifəsində işləmiş və həmin dövrdən bəraət almış şəxsla münasibətləri olmuşdur. Şahid2 28 iyul 2020-ci il tarixdə müvafiq qaydada icazə almadan sərtləşdirilmiş karantin rejimi dövründə xidmət etdiyi Xaçmaz rayonunun inzibati ərazisini özbaşına tərk edərək vətəndaş X7 rayonuna getmişdir. Yol verdiyi intizam nöq sanlarına görə polis baş leytenantı Şahid2 daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. (Cild 2, iş vərəqləri 233-235) Azərbaycan Respublikasının CPM-nin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəlləni n 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda,məhkəmə iclasında məlum olmayan şəxsdən, y axud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq orqanının X4 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etdiyi sənəd “Baxış keçirilməsi barədə” 06 sentyabr 2020-ci il tarixli protokol olmuşdur. Protokola əsasən həmin istintaq hərəkətində Xaçmaz RPŞ-nin əməkdaşları: əməliyyat müvəkkili Adəm Bayramov, polis nəfərləri Şahid7, Şahid6, kriminalist Şahid5 və təqsirləndirilən şəxs bəraət almış şəxs iştirak etmişlər. Protokol isə Kürdəmir RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Nemət Xasayev tərəfindən tərtib olunmuşdur. Protokolda videoçəkiliş aparılması qeyd olunsa da, hansı cihazla videoşəkilişin aparılması qeyd olunmamış və bunun protokolda yeri boş saxlanılmışdır. Bununla belə videogörüntüləri özündə əks etdirən 01 ədəd “CD” formatlı disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 33-36) Qeyd olunan protokola əsasən bəraət almış şəxsun evindən heroinə bənzər kütlə, elektron tərəzi və 100, 50, 20 və 10 manatlıq əsginaslar ilə 780 manat məbləğində pul götürülmüşdür. Lakin narkotik vasitənin çəkisi protokolda öz əksini tapmamışdır. “Baxış keçirilməsi barədə” 0 6 sentyabr 2020-ci il tarixli istintaq hərəkətinin aparılmasına dair videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, protokola əsasən həmin gün saat 02:30-da başlayan və saat 03:09da bitən, yəni ümumilikdə 39 dəqiqə ərzində aparılan istintaq hərəkətinə dair cəmi 02 dəqiqə 02 saniyədən ibarət videogörüntü vardır. Qeyd olunan videoçəkilişin 00:05, 00:30, 00:36, 00:45, 00:58, və 01:05 dəqiqələrində açıq-aşkar kadr dəyişməsi və xüsusi bilik tələb olunmadan montaj aparılması müşahidə edilir. Başqa sözlə, 2 dəqiqə 2 saniyədən ibarət videogörüntülərin 06 hissəsində videomontaj aparılmışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 236.4 və 245.3-cü maddələrinin tələblərinə əsasən hadisə yerinə baxış, eləcə də axtarış və götürmə istintaq hərəkətlərinin aparılması zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Videoçəkiliş dedikdə isə, çəkilişin tam, kəsintisiz və müfəssəl aparılması, istintaq hərəkətinin gedişatını və bu prosessual hərəkət zamanı aşkar olunmuş sübutların sonradan sübut kimi istifadə edilməsini şübhə altına qoymayan videoqeydiyyatın aparılması başa düşülür. Videoçəkilişlə bağlı şübhə doğuran digər bir hal isə 06 sentyabr 2020-ci il tarixdə keçirilən istintaq hərəkətinə dair videoçəkilişin qeydə alındığı “CD” formatlı diskin 08 may 2021-ci il tarixdə, “VİD-20210214-W0003” adlı video faylın isə 14 fevral 2021-ci il tarixdə yazılması olmuşdur. Bundan başqa, videogörüntülərdən aşkar şəkildə görünür ki, təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edilməmiş, o, müdafiəçi ilə təmin edil məmiş, prosessual hərəkətdə iştirak edən şəxslər ona təqdim edilməmiş və bu istintaq hərəkətinə aid prosessual qanunvericiliklə nəzərdə tutulmuş tələblər yerinə yetirilməmişdir. Videogörüntülərə əsasən elektron tərəzi olduğu halda, narkotik vasitənin çəkisi müəyyən edilməmiş, eləcə də narkotik vasitə və aşkar edilmiş digər maddi sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə prosessual qaydada qablaşdırılmamışdır. Bununla da istintaq hərəkətini aparan müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələbləri kobud şəkildə pozmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı mate rialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Məhkəmə kollegiyası hesab edir ki,ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş qanun pozuntuları apelyasiya instansiyası məhkəməsinin qərarında geniş şərh edildiyindən təkrarən geniş şərhə zərurət yoxdur. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının t ətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X4 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X2 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq mater iallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun əməlində Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməs i əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlaması, həmin narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərebaycan Respublikasına gətirilməsində köməkçi kimi iştirak etməsi cinayətlərinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür v ə hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edi r. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühaki məsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması, həmin narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsində köməkçi kimi iştirak etməsi cinayətlərinin törədilməsində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya p rotestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X6 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar