Məhkəmə qərarları › İş №1(102)-1782/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1782/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1782/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hök mü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi), Ələkbərli Roman Nəriman oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə) Məhkum, 6 fevral 1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəllər Gə ncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında yaşayan, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək həmin maddə əsasında 2 (iki) il müddətə, CM-in 66.5-ci maddəsinə əsasən isə bu cəza Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə son olaraq təyin olunmuş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq cəzasını ümumi regimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti, yəni onun satış məqsədilə külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlamasına və daşımasına görə ittiham irəli sürülməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin yuxarıda göstərilən hökmü ilə Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni təmiz çəkisi 2,566 qram psixotrop maddə olan metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 65 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib d aşıyaraq üzərində saxlamış, Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 fevral 2022-ci il tarixdə saat 19:00 radələrində o, Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” adlı parkın yaxınlığında saxlanılaraq keçmiş Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd polietilen kəsiyində külli miqdarda, yəni təmiz çəkisi 2,566 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan göy rəngli cins gödəkçənin sol iç cibindən 1 ədəd polietilen torbanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda yəni təmiz çəkisi 65 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki sindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 14 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, hökm apellyasiya protestinə münasibətdə cəza təyini hissəsində dəyişdirilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Məhkum həmin hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 202 2-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən məhkum olunmuş şəxsin 28 avqust 2021ci il tarixdən 30 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılmış və onun üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm apellyasiya protestinə münasibətdə qalan h issədə isə dəyişdirilmədən saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Siyahılara, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizəyə dair" 2007-2012, 2013-2018, 2019-2024-cü illər üçün Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərə, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək Məhkum tərəfində n törədilmiş cinayətin subyektiv cəhətinə aid olan işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı R.N.Alıkişiyev həmin protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyasi məhkəməsi Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsində CM-in 234.1-ci maddəsinə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən yalnız həmin hökmə əsaslanmış, hökmdə qeyd olunanları qərarında əks etdirməklə apellyasiya protestində göstərilən dəlillərə münasibət bildirməmiş, araşdırılmış sübutları qanunvericiliyin tələblərinə uyğun olaraq tədqiq etməyib həmin sübutlara düzgün qiymət verməmiş və bununla da gəldiyi nəticədə haqlı olmamışdır. Məhkəmə narkotik vasitənin və psixotrop maddənin Məhkum üzərindən aşkar edilməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi q ənaəti düzgün hesab etsə də, bu əməli satış məqsədilə törətməsini əsassız olaraq mübahisələndirmiş, lakin bu haqda nəticəyə gəlməsi üçün hər hansı sübuta istinad etməmiş, istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi üçün düzgün əsaslandırma aparmamışdır. Məhkəmə təqsirləndirilən şəxs Məhkum barəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı əməliyyat məlumatının olmaması və buna görə də onun ittihamda göstərilən miqdarlarda psixotrop maddəni və narkotik vasitəni şəxsi istehlak məqsədilə əldə edib saxlaması barədə düzgün olmayan qənaətə gəlmiş, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmalarını, məhkum olunmuş şəxsin ona elan olunmuş ittiham üz rə əməli məhz satış məqsədilə törətməsini təsdiq edən digər sübutları isə nəzərə almamışdır. Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarına istinad edən dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, həmin Qərarda Ali Məhkəmənin Plenumu məhkəmələrin diqqətini narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsinin, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunmasının, işin bütün hallarının tam, hərtərəfl i və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsinin zəruriliyinə cəlb etsə də, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası əsassız olaraq hazırki iş üzrə işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə bu tövsiyələri nəzərə almamış, Məhkum narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlayarkən və daşıyarkən satış məqsədi izləməsini təsdiq edən sübutları qarşılıqlı müqayisə edib yoxlamamış, bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərməmiş və məhkum olunmuş şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməsi barədə səhv nəticəyə gəlmişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı R.N.Alıkişiyev sonda onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüqu qi məsələlər: Dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni təkrarlayarkən ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 41 6.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması ü zrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərin ə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya b axışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmi şdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlan ılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanı n 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət pro sesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edil məsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, v ə “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3 -cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yeti rmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmama sını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm pri nsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Re spublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələ rinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutl arın əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tut ulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün o nların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqs irləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və əda lətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmən in yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmas ını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amill ərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməl idir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə məhkəmə istintaqı aparmadan ba xmış apellyasiya instansiyası məhkəməsi, kassasiya protestinin dəlillərinin əksinə olaraq, iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli olaraq kassasiya qaydasında mübahisələndirilən həmin qərarında Məhkum ona elan olunmuş ittiham üzrə törətdiyi cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən sonuncunun külli miqdarda psixotrop maddə olan metamfetaminin və narkotik vasitə olan qurudulmuş marixuananın qanun suz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, yaxud da həmin maddə və vasitəni satmasını müəyyən etməyərək onun törətdiyi əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum məhz həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Əvvəla, yalnız ehtimal xarakteri daşıyan kassasiya protestinin dəlillərinə cavab olaraq m əhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni təmiz çəkisi 2,566 qram psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 65 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və bu hallar dövlət ittihamçısı R.N.Alıkişiyev tərəfindən də mübahisələndirilmir. Məhkum bu əməli satış məqsədi olmadan törətməsi haqda məhkəmələrin iş üzrə gəldikləri nəticənin əksinə olaraq isə, dövlət ittihamçısı hesab edir ki, Mə hkum əldə edərək üzərində gəzdirdiyi və daşıdığı psixotrop maddənin - 2.566 metamfetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 17 dəfə çox olması və külli miqdar təşkil etməsi, habelə onda aşkar edilmiş 65 qram marixuananın şəxsi istehlak miqdarından 13 dəfə çox olması məhkum olunmuş şəxsin ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsinə dəlalət edir. Lakin, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili Məhkum üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin və narkotik vasitənin yalnız miqdarına görə sonuncunun həmin maddə və vasitəni satış məqsədilə əldə etməsi, daşıması və saxlaması barədə fikir yürütmək üçün əsas vermir, bunu təsdiq edən başqa sübutları isə ibtidai araşdırma orqanı məhkəmələrə təqdim etməmiş, dövlət ittihamçısı da öz kassasiya protestində belə mötəbər və təkzib edilməz sübutlara istinad etməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zərur bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 25 fevral 2022-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, “Xan Bağının” yaxınlığından keçən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik vasitəni və psixotrop maddəni gəzdirməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu keçmiş Nizami RPİnə dəvət etmiş, o, da b u təklifə etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsində onun hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o, tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman üzərində olan ağ rəngli sellofana bükdüyü içərisindəki “Zəfəran Aptek” yazılan sellofan torbada saxladığı nəşə adlandırdığı marixuana və ağ rəngli sellofana bükülmüş “şüşə” adlandırdığı psixotrop maddə olan metamfetamin və narktik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən zərf imzalanmışdır. İbtidai araşdırma zamanı o, həmin psixotrop maddəni və narkotik vasitəni 25 fevral 2022-ci il tarixdə Gəncə şəhəri, “27/05 dairəsi” deyilən yerin yaxınlığında dərədən dəmir məmulatlarını axtaran zaman tapdığını desə də, əsl həqiqətdə o, bu əşyaları adını demək istəmədiyi şəxsdən əldə etmişdır. Üzərindən aşkar olunmuş kütlələr ondan götürülərək ekspertiza tədiqatına göndərilmiş və ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, üzərindən aşkar olunmuş kütlələr təmiz çəkisi 65 qram olan narkotik vasitə - qurudulmuş marixuana və təmiz çəkisi 2,566 qram olan psixotrop maddə - metamfetamindir. Törətdiyi əməldən peşmanlığını bildirən Məhkum həmçinin qeyd etmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə ona məxsus olmuş və o, həmin maddə və vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, onları satmaq niyyətində olmamış, heç kəsə verməmiş və satmamışdır. Cinayə t işinin materiallarından görünür ki, Məhkum həm təhqiqat, həm də ibtidai araşdırma zamanı da oxşar məzmunda ifadələr vermiş və onun cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrin məzmununda yalnız bir fərq – onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin və narkotik vasitənin əldə etməsinin mənbəyi barədə göstərdiyi hal təşkil etmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Məhkum ona qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması istinad olunan narkotik vasitəni və psixotrop maddəni tapmasını göstərsə də, məhkəmə iclasında həmin maddə və vasitəni adını bildirmək istəmədiyi şəxsdən aldığını göstərmişdir. Lakin, bununla belə o, yuxarıda qeyd olunduğu kimi, əldə etdiyi psixotrop maddəni və narkotik vasitəni satmaq, başqa üsullarla yaymaq niyyətində olmas ını, habelə narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsini qəti şəkildə inkar etmişdir. Cinayət işi üzrə ilkin və ibtidai araşdırma zamanı toplanmış sübutların təhlili göstərir ki, Məhkum saxlanılmasına və şübhəli şəxs kimi tutulmasına, sonradan isə onun üzərində 25 fevral 2022-ci il tarixdə şəxsi axtarışın aparılmasına əsas ilk növbədə Gəncə şəhəri, Nizami RPİ-nin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 raportu, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul edilmiş 25 fevral 2022-ci il tarixli qərar olmuşdur ki, həmin sənədlərdə də Məhkum yalnız narkotik vasitələrin və psixotrop maddələri qəbul etməsi və üzərində saxlaması göstərilmişdir. Həmçinin, cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində 26 fevral 2022-ci il tarixdə məhz CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanmasına, lakin sonradan sonuncunun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin külli miqdarda, narkotik vasitənin isə şəxsi istehlak miqdarından artıq miqdarda olmasına görə onun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməsinin əsasını bu sənədlərlə yanaşı Məhkum özünün, şahidlər Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 25 fevral 2022ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2022-ci il tarixli və məhkəmə-narkoloji ekspertizasının 24 may 2022-ci il tarixli rəyləri təşkil etmiş və ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə məhz həmin sübutlar təqdim olunmuşdur. Kassasiya protestində də istinad olunan şahidlər Şahid1 və Şahid2, hər birisinin ayrı-ayrılıqda həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrindən görünür ki, polis əməkdaşları olan həmin şahidlər Məhkum narkotik vasitələrdən və psixotop maddələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatına əsasən sonuncunun 25 fevral 2022-ci il tarixdə saat 19 radələrində saxlanılaraq Nizami Rayon Polis İdarəsinə gətirilməsini, orada onların da iştirakı ilə sonuncunun üzərində şəxsi axtarışın aparılmasını və bunun nəticəsində üzərindən psixotrop maddə olan metamfetaminin və narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsini təsdiq etmiş, lakin həmin ifadələrində tərtib edilmiş ilkin sənədlərə zidd olaraq Məhkum həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması haqda onlarda məlumat olmasını bildirsələr də, sonuncu halı təsdiq edən hər hansı sübuta istinad etmədən belə sübutları istər ibtidai araşdırma orqanına, istrsə də məhkəmələrə təqdim etməmişlər. Məhkum yaşadığı ünvanda 13 aprel 2022-ci il tarixdə axtarış aparılması nəticəsində də onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən sübutlar (gizlədilmiş narkotik vasitələr və psixotrop maddələr, onların satışını həyata keçirmək üçün lazımi avadanlıq və s.) aşkar olunmamış, eyni zamanda Məhkum onun adına olan və "xxxx" MMC-yə məxsus mobil telefon nömrələrindən istifadə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə telefon danışıqlarını və yazışmalarını aparması, bu haqda hər hansı şəxslə sövdələşməsi və bu kimi sair hallar ibtidai araşdırma zamanı və işə məhkəmələrdə baxılarkən müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana ünvanlanmış sorğuya cavab olaraq Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin 5 may 2022-ci il tarixli 120-70491-1222 saylı məktubunda göstərilmişdir ki, Məhkum əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin mənbəyini və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsini, narkotik vasitəni və psixotrop maddəni əldə etməsində ona köməklik edən şəxsin olub-olmamasını, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olsa da, bunları konkret olaraq satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdı r. Kassasiya protestində yuxarıda göstərilən digər sübutlarla yanaşı Məhkum narkotik vasitələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacının olması barədə məhkəmə-narkoloji ekspertizasının rəyinə istinad edilərək həmin rəyin də sonuncunun onda aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni satış məqədilə əldə etməsini təsdiq edən sübutların biri olması iddia olunsa da, protest müəllifi nəzərə almamışdır ki, məhkumun əvvəllər heroindən, qurudulmuş marixuanadan və metamfetamindən istifadə etməsi barədə verdiyi ifadələri nəinki məhkəmə-narkoloji ekspertizası üzrə tədqiqatın nəticələri, həmçinin iş materiallarında olan və qüvvəyə minmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 a prel 2022-ci il tarixli hökmü ilə də təsdiq edilmiş, lakin həm göstərilən rəy, həm də qeyd olunan hökm digər sübutlarla birlikdə 25 fevral 2022-ci il tarixdə onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin məhz şəxsi istifadəsi üçün əldə etməsi, saxlaması və daşıması kimi mühüm halı inkar etmir. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası toplanmış və araşdırılmış sübutların fonunda həmçinin qeyd etməyi zəruri bilir ki, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrinin məzmununa görə də, onlar istinad etmədikləri sübutlarla təsdiq olunmayan Məhkum narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsinə və üzərində saxlamasına dair əməliyyat məlumatının yoxlanılması üçün yalnız sonuncunun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində iştirak etmiş, lakin məhkum olunmuş şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına, yaxud da onun üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmasına dair hər hansı sübut əldə etmələrini bildirməmiş və bununla bağlı ibtidai araşdırma orqanına və məhkəməyə belə sübutları təqdim etməmişlər. Bütün təsvir edilmiş sübutlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tam haqlı olaraq və təqsirsizlik prezumpsiyası prinsipinə əməl edərək Məhkum onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədilə əldə etməsini müəyyən etməyərək ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqqında ehtimal xarakterli yekun məhkəmə aktlarını qəbul etməkdən imtina etmişlər. Göründüyü kimi, Məhkum satış məqsədilə külli miqdarda psixotrop maddənin və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə və kassasiya protestinin bununla bağlı dəlilləri yalnız ehtimallara və mülahizələrə söykənmiş, toplanmış və araşdırılmış hər hansı sübutla təsdiq olunmur və bu nəticə apellyasiya protestinə baxılması zamanı da apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı yoxlanılaraq ara şdırılmış mötəbər sübutların məcmusu ilə təkzib edilmşdir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmələr bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirərək Məhkum yalnız CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlaması və daşımasının tam sübuta yetirilməsini hesab etmiş, onun bu əməli satış məqsədilə törətməsinə dair isə heç bir sübut əldə olunmamışdır. Bundan başqa, psixotrop maddənin və narkotik vasitənin satılacağı müqabilində Məhkum kimdənsə v ə hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarında cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait və imkanlar yaratmış və cinayət işinə baxarkən yalnız ittiham tərəfinin təqdim etdiyi sübutları araşdırmış və tədqiq etmiş, bu araşdırmaların və sübutların təhlilinin nəticəsi olaraq isə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsif ilə bağlı eyni qənaətə gəlmişlər. Həmçinin, cinayət işi ü zrə törədilmiş əməlin predmeti olan psixotrop maddənin külli miqdarda, narkotik vasitənin isə şəxsi istehlak miqdarından 13 dəfə artıq miqdarda olması əsası ilə Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin göstərilən maddə ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun ifadələri ilə yanaşı şahidlərin ifadələri, axtarış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasya instansiyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunm asına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr yalnız təqdim olunmuş sübutların araşdırılması, təhlili və onların qiymətləndirilməsi ilə kifayətlənmişlər. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmələr qanunvericiliyin yuxarıda göstərilən tələblərinə də əməl etməklə əsaslı olaraq bütün şübhələri onun xeyrinə həll etmişlər. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməli ndə qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, CM-in 234.4.3cü maddəsinin dispozisiyasında CM-in 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsi sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməl idir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddəl ərin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 202024-cü il tarixli Qərarın 8 və 9-cu bəndlərində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddəl əri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum əməlinin hüquqi tövsifi ilə barədə qanuni və əsaslı nəticəyə gələn məhkəmələr, kassasiya protestinin dəlillərinin əksinə olaraq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərə baxılarkən Ali Məhkəmənin Plenu munun məhkəmələrə ünvanladığı izah və tövsiyələrə də tam əməl etmiş və bunlardan çıxış edərək məhkum olunmuş şəxsin əməlinin başqa cür ixtisaslaşdırılması üçün əsaslar görməmişlər. Həmçinin, məhkəmə kollegiyası vurğulayır ki, Məhkum əməlinin predmeti olan psixotrop maddədən – metamfetamindən və narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi və onun əldə edilməsi zamanı müəyyən risklərlə üzləşə biləcəyinə görə bu psixotrop maddəni bir dəfəyə külli miqdarda, narkotik vasitəni isə şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması da ağlabatan görünür. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız psixotrop maddənin külli miqdarda, narkotik vasitənin isə - şəxsi istehlak miqdarından artıq miqdarda olması onun özünün cinayət t əqibinin bütün mərhələlərində verdiyi etirafedici ifadələri ilə yanaşı onun üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə və məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsaslanır ki, bu ifadələrin məzmunundan və rəyin nəticələrindən də Məhkum üzərində aşkar edilərək götürülmüş, qanunsuz dövriyyəsi qadağan edilmiş həmin əşyaları məhz satış məqsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə əldə edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda məhkəmələr tamamilə qanuni və əsaslı olaraq Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (psixotrop maddəni və narkotik vasitəni satış məqsədi lə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız külli miqdarda psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamasına və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə əldə olunmuş tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymətləndirməklə sonuncunun həmin əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsində səhvə, yəni nəticə etibarı ilə CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verməmişlər. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin dəl illəri ilə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz sayır və bu protestin təmin edilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestinin təmin edilməməsi barədə isə Məhkum çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar