Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1784/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Kərimli Nemət Ağa oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəm əsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il il tarixli qərarından Məhkum müdafiəçisi N.A.Kərimli tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Fikrət Hüseyn oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işlməməiş, əvvəllər mə hkum olunmamış ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 06 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 3,698 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 11 ədəd ayrı-ayrı bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 10,846 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan her oini və üzərindəki göstəricilərə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 1,72 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edən külli miqdarda ümumi sayı 43 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həbləri əldə edib daşıyaraq üzərində saxlamış, 25 oktyabr 2021-ci il tarixdə saat 10:50-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi S.Bəhlulzadə küçəsində yerləşən «Qardaşlar» marketinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın və 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, 2-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli gödəkçəsinin sol içəri döş cibindən 01 ədəd şəffaf rəngli sellofanın içindən qara rəngli siqaret kağızına bükülmüş 05 ədəd ayrı-ayrı və gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümlərdə olmaqla 06 ədəd bükümlərdə xarici görünü ş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 3,102 qram, 0,104 qram, 0,121 qram, 0,136 qram, 0,140 qram, 0,095 qram olan külli miqdarda ümumi təmiz çəkisi 3,698 qram olan kustar kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ağ rəngli siqaret kağızına bükülmüş 10 ədəd ayrıayrı və gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümlərdə olmaqla 11 ədəd bükümlərdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 9,591 qram, 0,104 qram, 0,147 qram, 0,141 qram, 0,134 qram, 0,136 qram, 0,112 qram, 0,155 qram, 0,110 qram, 0115 qram, 0,101 qram olan külli miqdarda ümumi təmiz çəkisi 10,846 qram olan kustar kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərindəki göstəricilərə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 1,72 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edən külli miqdarda ümumi sayı 43 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblər aşkar olunaraq, götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi N.A.Kərimli tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ( hakimlər Rəhimov Elman Gülbaba oğlu(sdrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 21 fevral 2023-cü il il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il il tarixli qərarından müdafiəçi N.A.Kərimli kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin q ərarının ləğv olunmasını və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, onun “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 3, 5, 6, 10, 11, 14 və 18-ci maddələrində nəzərdə tutulan hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Avropa Konvensiyasının 3, 5, 6, 10, 11, 14 və 18-ci maddələrinə, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfində n qanınunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif ölkələrə qarşı qəbul etdiyi bir çox Qərarlarına, hazırki iş üzrə cinayət təqibinin aparılması ardıcıllığına və bəzi sübutlara və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi N.A.Kərimli kassasiya şikayətini belə əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs ilkin araşdırma zamanı işgəncələrə və qeyri-insani rəftara rəftara məruz qalaraq ittiham olunduğu, lakin əslində törətmədiyi cinayəti etiraf etməyə məcbur qalmış, sonradan o, ilkin ifadələrini təkzib edərək heç bir cinayət əməlini törətmədiyini bildirmiş, ibtidai araşdırma zam anı onun müdafiə və digər hüquqları kobud şəkildə pozulmuş, dövlət hesabına təyin edilmiş vəkilin xidmətləri səmərəli olmamış, hətta sonuncu təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən sonra bu haqda qəbul edilmiş qərardan apellyasya şikayəti belə verməmişdir. Bundan başqa, müdafiəçi Məhkum ədalətli məhkəmə araşdırması hüququnun pozulmasını da iddia edərək məhkəmələr tərəfindən müdafiə tərəfinin qaldırdığı bir sıra vəsatətlərin təmin edilməməsini, həmin vəsatətlərdə əksini tapmış sübutların tədqiq edilməməsini, sübutlara düzgün qiymət verilmədiyini və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etdiyini də, nəticə etibarı ilə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq onun barəsində əsassız olaraq ittiham hök münün çıxarılmasını və bu hökmün dəyişdirilmədən saxlanılması haqqında qərarın qəbul edilməsini, bütün bunların isə həm Avropa Konvensiyasının və cinayət-prosessual qanunvericiliyinin tələblərinə, habelə Avropa Məhkəməsinin presedent hüququna zidd olmasını qeyd etmişdir. Şərh edilən dəlillərə əsaslanaraq müdafiəçi N.A.Kərimli onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçı sı H.B.İmranovun və müdafiəçi N.A.Kərimlinin bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi N.A.Kərimlinin kassasiya şikayətinin məzmunundan görünür ki, o, həmin şikayətində məhkəmələr tərə findən əhəmiyyətli sübutların tədqiqindən imtina olunmasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini, Məhkum barəsindəki yekun məhkəmə aktlarının əsasının yolverilməz sübutlar təşkil etdiyini, sonuncunun belə sübutlar əsasında qanunsuz məhkum edildiyini, buna görə də onun barəsindəki cinayət işinin icraatına CMnin 234.4.3-cü maddələsi ilə bəraətverici əsaslarla xitam verilməli olmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqda tələbini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət k əsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi N.A.Kərimlinin şikayətini kassasiya qaydasında baxılmalı müraciətl kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlk i qərarlarından olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası yenə də vurğulamağı lazım bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktı nın müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə bax araq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416.1-ci maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından bu əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Eyn zamanda, məhkəmə kollegiyası vurbulayır ki, CPM-nin 419.14-cü maddəsinə əsasən, kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəməyədək, birinci və ya apellyasiya instansiyası məhkəməsində icraat zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, kassasiya instansiyası məhkəməsi bu Məcəllənin 406-cı maddəsində göst ərilənlərə uyğun olaraq xüsusi qərar çıxara bilər. Buradan belə nəticə hasil olur ki, kassasiya instansiyası məhkəməsi cinayət təqibinin və ya cinayət mühakimə icraatının aparıldığı dövrdə cinayət prosesinin hər hansı iştirakçısının, o cümlədən məhkum olunmuş şəxsin konstitusiyon və ya konvensiyon, yaxud da prosessual hüquqlarının pozulmasını müəyyən etdikdə bu pozuntuların tanınması haqqında deyil, belə pozuntulara yol vermiş vəzifəli şəxslərin barəsində xüsusi qərar çıxaraq müvafq orqanların rəhbərlirini məlumatlanıdrmaq səlahiyyətinə malikdir. Bu baxımdan məhkəmə kollegiyası müdafiəçi N.A.Kərimlinin kassasiya şikayətində bununla bağlı irəli sürdüyü tələbini – Məhkum Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının pozulmasının tanınması barədə qərarın qəbul edilməsi haqqında tələbin i qəbul edilməz sayır və belə qərarın qəbul edilməsini mümkün bilmir. O, ki, qaldı Məhkum belə hüquqlarının ilkin, ibtidai araşdırmalar zamanı və ya məhkəmə iclaslarında pozulması barədə kassasiya şikayətinin dəlillərinə, cinayət işinin materiallarını öyrənərək təhlil edən məhkəmə kollegiyası bu halları da müəyyən etməmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək bu haqda Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid5 əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 25 oktyabr 2021-ci il tarixli qərarına əsasən (bu qərar Sumqayıt şəhər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı ilə qanuna uyğun hesab edilmişdir) həmin ta rixli qərarla yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən eyni tarixdə saat 10.50-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qardaşlar market”in qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada özünün seçdiyi müdafiəçinin – Sumqayıt şəhər 01 saylı Vəkil bürosunun vəkili Abbasov Qoşqar Məcid oğlunun iştirakı ilə tutulmuş, bu haqda da saat 11.10-dan 11.19-dək tutma protokolu tərtib edilmişdir. Göründüyü kimi, Məhkum şübhəli şəxsi qismində tutulması müvafiq prosessual sənədlərə əsasən həyata keçirilmişdir və bu zaman onun belə sənədlər olmadan azadlığının məhdudlaşdırılmasına, digər tərəfdən isə müdafiə hüququnun pozulmasına yol verilməmişdir. Bundan dərhal sonra Məhkum üzərində yenə də müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə e dilməklə şəxsi axtarış aparılmış, bu zaman ona hüquqları izah edilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. Məhkum də bu təklifə uyğun olaraq, əynində olan göy rəngli gödəkçəsinin sol içəri döş cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümü təhqiqatçıya təqdim etmişdir. Sellofan büküm açılan zaman içərisindən ağ rəngli siqaret kağızına bükülmüş 10 ədəd, qara rəngli siqaret kağızına bükülmüş 05 ədəd, gümüşü rəngli siqaret kağızına bükülmüş 02 ədəd ayrı-ayrı bükümlər və 43 ədəd üzərində M-40 yazıları olan həblər aşkar olunmuşdur. Aşkar edilmiş əşyaların xüsusiyyətləri barədə verilmiş suala cavab olaraq Məhkum bildirmişdir ki, ağ rəngli siqaret kağızına bükülmüş 10 ədəd ayrı-ayrı bükümlərdə və biri digərindən nisbətən böyük olan gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdəki kütlə narkotik vasitə olan heroindir, qara rəngli siqaret kağızına bükülmüş 05 ədəd bükümdə və biri digərindən nisbətən kiçik olan gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdəki kütlə psixotorop maddə olan metamfetamindir, 43 ədəd həblər isə metadondur və o, həmin narkotik vasitələri və psixotrop maddəni 2 ay əvvəl avtomobil yumaqla, eyni zamanda narkotik vasiələrin satışı ilə məşğul olan “Rauf” adlı şəxsdən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, «Sedmoy» kimi tanınan ərazidə 150 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmişdir. Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və həblər tərəzidə çəkilərək qa blaşdırılmış və istintaq hərəkətinin aparılması haqda saat 12.05-dən 12.35-dək protokol tərtib olunmuş, eyni zamanda şəxsi axtarışın aparılmasını özündə əks etdirən videogörüntülər yazılmış CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Daha sonra cinayət işinin materiallarından görünür ki, Məhkum onun üzərində şəxsi axtarış aparıldıqdan sonra müdafiçəisinin iştirakı ilə verdiyi izahatında, habelə 26 oktyabr 2021-ci il tarixdə ayrı-ayrı vaxtlarda həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən üzərində şəxsi axtarış aparılması zamanı verdiyi izahatında göstərilən halları bir daha təsdiq etmiş və həmçinin qeyd etmişdir ki, ilkin araşdırma zamanı ona bütün hüquqları izah edilmiş, saxlanılarkən və sonradan ona qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmiş, o, işgəncəyə və şərəf və ləyaqətini alçaldan qeyri-insani hərəkətlərə məruz qalmamış, onun heç bir hüququ pozulmamışdır. Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirlindirilən şəxs qismində cəlb edilməsi zamanı ona bütün hüquqlarının, o cümlədən Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının tam həcmdə izah olunması işə əlavə edilmiş müvafiq protokollarla və bildirişlərlə təsdiq olunur. Eyni zamanda təqsirləndirilən şəxs qismində cəlb edilməzdən əvvəl Məhkum onun hüquqlarının vəkil Q.Şahid1 tərəfindən müdafiə olunmasına etiraz etməməsi barədə ərizə ilə ibtidai araşdırma orqanına müraciət etmişdir. Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin mə sələyə baxılması üzrə məhkəmə iclasında da o, ilkin və ibtidai araşdırmalar zamanı onun hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulmasını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qeyri-qanuni hərəkətlər edilməsini bildirməmiş və məhkəmə araşdırdığı ilkin sübutlara əsaslanıb təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin istintaqdan və məhkəmədən qaçıb gizlənmək ehtimallarını nəzərə alaraq onun haqqında məhz həbs qətimkan tədbirinin seçilməsini məqsədə uyğun hesab etmişdir. İstər Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi, istərsə də sonradan Sumqayıt Şəhər Məhkəməsrinin 19 fevral 2022-ci il tarixli qərarı ilə onun həbsdə s axlanılması müddətinin uzadılması (Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2022-ci il tarixli qərarı ilə bu müddət 02 (iki) ay həddində müəyyən edilmişdir) zamanı məhkəmələr tərəfindən bu məsələlərlə bağlı Avropa Konvensiyasının 5ci maddəsinin, prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilməmiş, habelə “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-il tarixli Qərarında əksini tapmış tövsiyələr tam şəkildə nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, sonradan Məhkum barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi bar ədə müdafiə tərəfinin vəsatətinin təmin olunmaması (müvafiq olaraq Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarları) yenə də onun azadlıq hüququnun pozulmasına dəlalət etmir, çünki bu vəsatətlərə baxan məhkəmələr də iş üzrə müəyyən edilmiş bütün faktiki halları, Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini və ağırlığını kifayət qədər nəzərə almış və onun həbsdən azad edilməsini mümkün bilməmişlər. Məhkum ilkin araşdırma zamanı işgəncələrə və onu şərəf və ləyaqətini alçaldan qeyri-insani hərəkətlərə məruz qalması ilə bağlı müdafiəçinin iddialarına cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, Məhkum bu haqda yalnız ibtidai araşdırmanın sonrakı mərhələsində və birinci instansiya məhkəməsinin məhkəmə iclasında bildirmiş, ibtidai araşdırma zamanı bununla bağlı Sumqayıt şəhər prokuroruna ərizə ilə müraciət etmiş, lakin həmin ərizəsində bunu təsdiq edən hər hansı bir mötəbər sübuta əsaslanmamış, hətta ilkin araşdırma zamanı əməliyyat qrupunun üzvləri olaraq əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş polis əməkdaşları Şahid4, Şahid5 İsmayıl oğlu, Şahid2 və təhqiqatçı Şahid1 ilə üzləşdirmələr zamanı müdafiəçinin sualını cavablandırarkən bildirmişdir ki, həmin şəxslər ona qarşı heç bir təsir və ya təzyiq göstərməmiş və onun polis bölməsində kim tərəfindən döyülməsini bilmir. Cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinə mahiyyəti üzrə baxılarkən də müdafiə tərəfi bununla bağlı məhkəmələrə hər hansı bir mötəbər sübut təqdim etməm işdir. Halbuki, CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Buna görə, təsadüfi deyil ki, Məhkum yuxarıda göstərilən ərizəsi üzrə Sumqayıt şəhər prokurorluğu tərəfindən lazımi araşdırma aparılmış və həmin prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş 25 fevral 2022-ci il tarixli qərarla məhkum olunmuş şəxsin ilkin araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalması, yəni onun Avropa Konvensiyasının 3-cü maddəsində nəzərdə tutulmuş hüququnun pozulması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Beləlikl ə şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr hazırki işi üzrə faktiki halları müəyyən edərkən yolverilməz sübutlardan istifadə etməmiş, Məhkum həm milli, həm də beynəlxal qanunvericilikdə nəzərdə tutulmuş hüququları pozulmamış və onun barəsindəki yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməmişdir. İş materiallarından göründüyü kimi, cinayət təqibinin bütün mərhələlərində Məhkum həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş hüquqları ona izah edilmiş və sonuncuya bu hüquqlardan tam şəkildə, heç bir məhdudiyyət qoyulmadan istifadə etməsi üçün lazımi şərait yaradılmış, ibtidai araşdırma orqanı tərəfindən Məhkum digər hüquqları ilə yanaşı on un müdafiə, o cümlədən özünün seçdiyi müdafiəçinin xidmətindən istifadə etmək hüququ da təmin edilərək 25 oktyabr 2021-ci il tarixdən başlayaraq onun hüquqlarının müdafiəsi Sumqayıt şəhəri Vəkil bürosunun vəkili Şahid1 tərəfindən həyata keçirilmişdir. İbtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə iclaslarında isə Məhkum hüquqlarını 01 noyabr 2021-ci il tarixli 737 saylı müqaviləyə əsasən Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili N.A.Kərimli müdafiə etmiş və müdafiəçinin də CPM-nin 92-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilərək onun vəsatətinə əsasən iş üzrə ilkin araşdırma zamanı toplanmış materiallar ona təqdim edilmiş, təqsirləndirilən şəxs Məhkum isə müvafiq vəsatətə əsasən onun iştirakı ilə 11 mart 2022-ci il tarixdə təkrarən dindirilmiş, bunun üçün təqsirləndirilə n şəxs istintaq təcridxanasından müvəqqəti olaraq müvəqqəti saxlama yerinə köçürülmüş, habelə müdafiəçi təqsirləndirilən şəxslərlə şahidlər arasında keçirilmiş üzləşdirmələrdə iştirak etmiş, ibtidai araşdırma başa çatdıqdan sonra hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə cinayət işinin materialları ilə tanış olmuşdur. 11 mart 2021-ci il tarixdə verdiyi ifadələrində isə Məhkum 25 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən “Qardaşlar market”in qarşısında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra işgəncələrə və qeyri-insani rəftara məruz qalmasını, onun üzərində həmin tarixdə aşkar edilməsi iddia olunan narkotik vasitələrin və psixotrop maddənin tanımadığı polis əməkdaşlarının ona verməsini, özünün isə heç vaxt narkotik vasitələ r və psixotrop maddələr əldə etməməsini, daşımamasını və belə vasitələrin və maddələrin satışı ilə məşğul olmamasını bildirsə də, onun bu bəyanatı ilə əlaqədar onunla üzləşdirmələrin aparılması zamanı təkrarən dindirilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində (Məhkum saxlanılmasında və onun üzərinə baxış keçirilməsində) iştirak etmiş polis əməkdaşları Şahid4, Şahid1, Şahid5 və Şahid2, hər birisi ayrı-ayrılıqda təqsirləndirilən şəxsin ilkin ifadələrinə uyğun ifadələr vermiş və Məhkum qarşı hər hansı qeyri qanuni hərəkətlərin edilmədiyini, o cümlədən kiminsə tərəfindən onun cibinə narkotik vasitələrin qoyulmadığını bildirmişlər. Göstərilən şəxslər eyni ifadələri bundan əvvəl şahid qismində dindirilərkən də vermişlər. Göründüyü kimi, Məhkum barəsində aparılmış cinayət təqibinin ilkin və ibtidai araşdırması mərhələlərində toplanmış sübutların qanunsuz yolla əldə edilməsi öz təsdiqini tapmadığından işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tam haqlı olaraq bu sübutları – Məhkum 26 oktyabr 2021-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, onun üzərində baxışın keçirilməsi və ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarlarda narkotik vasitələrin və psixotrop maddənin aşkar edilib götürülməsi haqqında 25 oktyabr 2021-ci il tarixli protokolu, şahidlərin ifadələrini, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini onun elan olunmuş ittiham üzrə təqsirliliyinə dəlalət edən sübutlar kimi qəbul etmiş, təqsirləndirilən şəxsin sonradan, o cümlədən məhkəmə iclaslarında verdiyi ifadələrin i isə özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirib həmin ifadələri qəbul etdikləri yekun məhkəmə aktlarının əsası kimi qəbul etməkdən imtina etmişlər araşdırılmış bütün sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apelyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası həmin sübutların bir daha hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür). Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən, yuxarıda qeyd olunduğu kimi, kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr y ekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin Avropa Konvensiyasının 6-cı maddəsində nə zərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, yenə də kasssiya şikayətinin dəlillərinin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi məhz müdafiə tərəfinin vəsatətlərini təmin etməklə hökmdən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparmaqla baxmış, məhkəmə iclasında isə Məhkumlə yanaşı müdafiəçi N.A.Kərimlinin vəsatətinə əsasən şahid qismində Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat üzrə rəis müavini X oğlu dindirilmiş, habelə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsindən “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabı tələb edilərək tədqiq edilmiş, h əmin kitabın hazırki işə aid olan hissəsinin surəti isə cinayət işinin materiallarına əlavə olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həm ibtidi araşdırma orqanı tərəfindən təqdim olunmuş, həm də müdafiəçinin vəsatəti əsasında mümkün sübutların araşdırılması və qiymətləndirilməsi fövqünda Məhkum ədalətli məhkəmə araşdırmasına malik olmaq, o cümlədən onun əleyhinə ifadələr vermiş şəxsləri dindirmək, bütövlükdə isə Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş hüququnun pozulmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, işə mahiyyəti üzrə baxmış məhkəmələr yekun nəticəyə gələrkən həmçinin cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə tam əməl etmiş, bir sıra məsələlər üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə almışlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhku m edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumlikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görül məsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin e dilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq bax ırlar. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. K onvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin təl əblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin cinayət mühakimə icraatının fundamental prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun tə qsirli bilinməsinə yol vermir. Belə ki, CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üz ərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3- cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məc əllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllə nin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegi yası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi başa düşülür. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar topl anır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sü butetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3- cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticəl ərinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirlə ndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericxiliyin tələblərinə uyğun olan hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə hə qiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amil lərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni h əll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üç ün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Bundan başqa, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına görə, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanısta na qarşı” 16 dekabr 1992-ci il tarixli Qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirild iyini göstərən yeganə vasitədir. Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkəmə kol legiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmələrin sübut növü kimi qəbul etdikləri və hökmün və apellyasiya şikayətinə baxılmasına dair yekun qərarın əsasını təşkil edən Məhkum 26 oktyabr 2021-ci il tarixdə verdiyi ifadələrində onun qanunsuz əldə edib üstündə gəzdirdiyi narkotik vasitələri və psixotrop maddəni satmaq məqsədində olmaması barədə iddialarına gəldikdə, məhkəmə kollegiyası b irinci və apellyasiya instansiya məhkəmələri kimi, bu iddiaları da aşağıdakı əsaslara görə əsassız sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlmiş, bu nəticə isə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əsasən, 25 oktyabr 2021-ci il tarixdə Məhkum narkotik vasitələrin və psixotrop maddələrinə qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək saxlanılıb Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə gətirildikdən sonra onun üzərində şəxs axtarış aparılması nəticəsində üzərindən 6 ədəd bükümdə külli miqdarda psixotrop maddə – 3,698 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 11 ədəd ayrı-ayrı bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 10,846 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və üzərindəki göstəricilərə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 1,72 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edən külli miqdarda ümumi sayı 43 ədəd qəhvəyi rəngli dairəvi formalı olan metadon həbləri aşkar edilərək götürülmüşdür. Göstərilən narkotik vasitələrin və psixotrop maddənin külli miqdarda olması Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə I Siyahının 5 və 13-cü bəndləri və II Siyahının 67-ci bəndi ilə müəyyən edilir. Həmin Siyahıların göstərilən bəndlərinə görə, çəkisi 2 qramdan yuxarı olan heroinin və metamfeaminin və 1,6 qramdan yuxarı metadonun miqdarı külli miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.011-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbayc an Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum 25 və 26 oktyabr 2021-ci il tarixdə verdiyi izahat və ifadələrində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan gün onun üstündə aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni belə vasitələrin və maddələrin satışı ilə məşğul olan “Rauf” adlı şəxsdən təxminən iki ay əvvəl öz istifadəsi üçün əldə e tmişdir. Lakin, iş üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 18 dekabr 2021-ci il tarixli 5178 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkotik vasitələri Zabrat qəsəbəsinin ərazisində tapmış, həmin narkotik vasitəni tullamaq istəmiş, lakin sonradan bu haqda unutmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum narkomaniya xəstəliyindən əzab çəkməyən və buna görə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinə ehtiyacı olmayan şəxs kimi külli miqdarlarda narkotik vasitələri və psixotrop maddəni ayrı-ayrı bükümlərdə qablaşdırılması və onları qanunsuz olaraq əldə edib uzun müddət ərzində üzərində saxlamaqla daşıması onun həmin vasitələri və maddəni məhz satmaq niyyətində olmasına, lakin polis əməkdaşları tərəfindən saxlanıldığına görə bu niyyətinə nail ola bilməməsinə dəlalət edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməli tamamilə düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş (həmin maddədə külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməyə, saxlamayağa və daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur) və o, həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi N.A.Kərimlinin kassasiya şikayətində irəli sürülmüş də lillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi N.A.Kərimlinin və həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il il tarixli qərarı isə ka ssasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1784/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1784/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver