Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1784/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məhəmməd Əkbərov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və İlham Mahmudov) 26 oktyabr 2022-ci il tarixli, 1(101)1779/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkə məsinin hökmünə əsasən Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə dostu Təqsirləndirilən şəxs, “Yusif ” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq “ Yusif ” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışım həyata keçirəcəyi barədə razılığa gəlib qrup üzvü Təqsirləndirilən şəxs ilə birlikdə 2022-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən adlanan ərazidə yolun kənar hissəsinə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi çəkisi 333,706 qram narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 208,937 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq götürüb birgə kirayə tutduqları ünvan 1 ünvanına daşımaqla həmin narkotik vasitə heroini ayrı-ayrı bükümlərə bölərək bir hissəsini üzərilərində, qalan hissəsini həmin evdə saxlamış, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 2 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib idarənin inzibati binasında üzərilərinə keçi rilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 16,923 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 15,934 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 07 iyul 2022-ci il tarixdə saat 00:30 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadıqları ünvan 1 ünvanına keçirilmiş baxış zamanı mənzilin qonaq otağında olan stolun altından bir ədəd üzərində “Karaca” sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisində 01 ədəd bükümdə üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 300,849 qram olan, külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 208,937 qram, külli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi və 01 ədəd içərisində heroin izləri olan kağız qutu aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 12 aprel 2023-cü il tarixli 1(103)-772/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(101)-1779/2022 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 25 sentyabr 2024-cü il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılarkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1784/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1784/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver