Məhkəmə qərarları › İş №1(102)-1785/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1785/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1785/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Abbas Rzayev) xx.xx.1975-ci il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Ünvan1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 sentyabr 2020-ci il tarixdən 10 sentyabr 2020-ci i l tarixədək həbsdə olduğu 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli müəssisəsində çəkməklə 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Abdulov Rəşad Məhərrəm oğlu, hakimlər Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 02 iyun 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair CM-nin 07 aprel 2021-ci il tarixli hökmü ləğv edilmişdir. Təqsirləndiri lən şəxs əməlində CM-nin 177.2.2-ci maddəsinin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARI: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin gəldiyi nəticəyə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 13.05.2020-ci il tarixdə, saat 05:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində, Biləcəri-Keşlə mənzilinin 2648-ci kilometrliyinin sol kənarında yerləşən qum tədarükü və satışı məntəqəsinə gələrək orada dayanmış Zərərçəkmiş şəxs1 məxsus «Amkador 325-01» markalı Az10H638 dövlət qeydiyyat nişanlı yükləyici texnikanın üzərində olan 130 manat dəyərində 1 ədəd «Nomad» markalı akkumulyatoru özü ilə gətirdiyi vintaçanlar vasitəsi ilə naqillərini açıb götürməklə gizli olaraq talayıb idarə etdiyi «Hyundai» markalı, «İ30» modelli avtomobilin yük yerinə yeləşdirərək oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 13.05.2020-ci il tarixdə, saat 05:25 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində, Biləcəri-Keşlə mənzilinin 2648-ci kilometrliyinin sol kənarında yerləşən qum tədarükü və satışı məntəqəsinə gələrək orada dayanmış Zərərçəkmiş şəxs2 məxsus olan «TO-30» markalı 25T299 dövlət qeydiyyat nişanlı yükləyici texnikanın üzərindən hər biri 65 manat, 2 ədədi cəmi 130 manat dəyərində olan akkumulyatorlardan birinin naqillərini özü ilə gətirdiyi vintaçanla açıb, digərinin naqillərini is ə özü ilə gətirdiyi kəlbətin vasitəsi ilə kəsib götürməklə gizli olaraq talayıb idarə etdiyi «Hyundai» markalı «İ30» modelli avtomobilin yük yerinə yerləşdirib oğurluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs bəraət verilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi, qərar əsassız və işin faktiki hallarına uyğun olmadığından mübahisələndirilən qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübu ta yetirilmişdir. İş materialları ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 13.05.2020-ci il tarixdə, saat 05:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində, Biləcəri- Keşlə mənzilinin 2648-ci kilometrliyinin sol kənarında yerləşən qum tədarükü və satışı məntəqəsində dayanmış Zərərçəkmiş şəxs1 məxsus «Amkador 325-01» markalı Az10H638 dövlət qeydiyyat nişanlı yükləyici texnikanın üzərində olan 130 manat dəyərində 1 ədəd «Nomad» markalı akkumulyatoru açıb oğurlayaraq öz avtomobilinə qoymuş, sonra yenidən 13.05.2020-ci il tarixdə, saat 05:25 radələrində həmin qum tədarükü və satışı məntəqəsində digər mülkiyyətçiyə-Zərərçəkmiş şəxs2 məxsus olan «T0-30» markalı 25T299 dövlət qeydiyyat nişanlı yükləyici texnikanın üzərindən hər biri 65 manat, 2 ədədi cə mi 130 manat dəyərində olan akkumulyatorları götürərək təkrarən oğurluq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi oğruluq əməllərini vahid niyyət kimi qiymətləndirməklə yanlışlığa yol vermiş, iş üzrə sübutlara düzgün qiymət verməmiş və cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. İşin faktiki hallarından görünür ki, qeyd edilən qum tədarükü və satışı məntəqəsində oğurluq edərkən Təqsirləndirilən şəxs eyni mənbədən deyil, fərqli yerlərdə dayanmış və üzərində dövlət nömrə nişanları olan müxtəlif mülkiyyətçilərə məxsus olan yükləyici texnikanın üzərindən akumulyatorları oğurlamışdır. Həmçinin, cinayətin törədilmə mexanizmindən də aydın olur ki, o, birinci texnikanın üzərindən akumulyatoru açıb oğurlayaraq avtomobilinə qoyaraq oğurluq cinayətini başa çatdırmış, cinayət başa çatdıqd an sonra digər yükləyici texnikanın üzərindən akumulyatoru oğurlamaqla təkrarən oğurluq cinayətini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2021-ci il tarixli hökmünü ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏL ƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin norm aların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu i lə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilm əsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi möv qeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəs inin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından və apellyasiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs verilmiş təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham apellyasiya məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Apellyasiya məhkəm əsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iki ayrı-ayrı kon-yükləyicilərin üzərində olan akkumulyatorları gizli olaraq ələ keçirmək niyyəti vahid qəsdlə əhatə olmuşdur. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi isə qeyd olunan cinayət əməllərini ayrı-ayrı şəxslərə qarşı müstəqil niyyətlə yaranmış cinayət əməli (yeni yaranmış niyyət) kimi qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli qərarının 17-ci bəndində qeyd edilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan bir cinayət hərəkətinin məcmusunu təşkil edən bir sıra oxşar cinayət hərəkətlərindən ibarət davam edən talama cinayətini təkrar törədilmiş talamadan fə rqləndirmək lazımdır. İşə baxan apellyasiya məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş gizli talamanın eyni mənbədən (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində, Biləcəri-Keşlə mənzilinin 2648-ci kilometrliyinin sol kənarında yerləşən qum tədarükü və satışı məntəqəsindən), qısa zaman kəsiyində (saat 05:20, saat 05:25), eyni predmetlərin (akkumulyatorlar) eyni üsulla (özü ilə gətirdiyi vintaçanlar vasitəsi ilə naqillərini açıb götürməklə) törədilməsini vahid qəsdlə əhatə olunan ümumi niyyət kimi qəbul edərək əməlin təkrarlıq kimi tövsif edilməsini istisna etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki halları və kassasiya protestinin dəlilləri ilə müqayisəli təhlil edərək belə qənaətə gəlir ki, apellyasi ya məhkəməsinin möqeyi cinayət qanununun və Plenum Qərarının izahları baxımından qanuni və əsaslıdır. Bundan başqa, CM-nin 177-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarında qeyd edilir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vuruldu ğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Eyni zamanda işin mübahisəsiz hallarından müəyyən olunduğu kimi, Təqsirləndirilən şəxs tərəfindən vahid qəsdlə əhatə olunan gizli talama nəticəsinə vurulmuş zərərin miqdarı ümumilikdə 260 manat təşkil etmiş, talanmış əmlakın ümumi dəyəri 500 manatdan yuxarı olmadığından Təqsirləndirilən şəxs əməlində CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilməmişdir. Apellyasiya məhkəməsinin hökmünü apellyasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, Təqsirləndirilən şəxs düzgün olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə hökmün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bu na uyğun norma CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, İttihamı sübuta yetirmək, şübhəli və ya tə qsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla apa rıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamı ş; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edi r ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cina yət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli hökmü dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar