Məhkəmə qərarları › İş №1(102)-1785/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1785/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1785/2025 30.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-in nümayəndəsi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Məhkum – Məhkum, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli hökmündən Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 1(099)-154/2024 nömrəli (hakimlər: Əhmədov Vüqar İkram oğlu (sədrliyi ilə), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1956-cı ildə Yardımlı rayonu x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Zərərçəkmiş şəxs ASC-nin Yardımlı rayonu X kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində işləmiş, hazırda fərd i təsərrüfatla məşğul olan, xxx kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, CPM-in 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, iş üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılması müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı Emin Musayev tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin direktor müavini Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli 1(106)-35/2025 nömrəli (hakimlər: Həşimov Yaşar Xanoğlan oğlu (sədrliyi), Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 2 (iki) il müddətinə dövlət və yerliözünüidarəetmə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmə si, dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı 8 aprel 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş üzrə mülki iddianın təmin edilməsi və Məhkum cəmi 55.111,23 manat məbləğində vəsaitin alınaraq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli hökmündən Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin direktoru X6 ilə xx.xx.2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən cəmiyyətin Yardıml ı rayonu X kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, eləcə də həmin tarixdə cəmiyyətin direktoru ilə bağladığı “tam maddi məsuliyyət” haqqında müqavilə əsasında tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləyərkən tamah niyyəti ilə cəmiyyətə məxsus külli miqdarda əmlakı əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq qərarına gələrək maddi məsul şəxs kimi AT00-005061 nömrəli, AT00-006519 nömrəli, AT00-000356 nömrəli, AT00-002770 nömrəli, AT00-002941 n ömrəli, AT00-003096 nömrəli, AT00-003210 nömrəli, AT00-003651 nömrəli, AT00-004014 nömrəli, AT00004075 nömrəli, AT01-000137 nömrəli, AT01-000139 nömrəli, AT01-000141 nömrəli AT01-000474 nömrəli, AT01-000667 nömrəli, AT01-001087 nömrəli, AT01-001138 nömrəli, AT01-001238 nömrəli, AT01-001282 nömrəli təhvil-təslim aktları ilə ona etibar edilmiş 28 588 kq “Ammofos/Apatit/Phosagro”, 56 308 kq “Ammonium Nitrat/Evroxim”, 550 kq “Ammonium Nitrat/Evroxim” aqrolizinq loqolu, 5700 kq “Ammonium Nitrat/Minudobreniya”, 150 kq “Alekseiç R1/Semena Stavropolya” buğda toxumu, 21 150 kq Qırmızı gül/Region Aqro (R1)buğda toxumu 7 ədəd “KAMP/Azot minudobreniya 4+1”, 21 567 kq “Karbamid Marka B/Socar”, 11 767 kq nitroammofos/evroxim, 31 630 kq “Nitroammofos/Minudobreniya”, 43,24 L “Sunamin 500 sl/sunset tarim ” adlı məhsulların satışından əldə edilməli olan 133 725,02 manat məbləğində pul vəsaitindən 132 045,02 manat pul vəsaitini "xxxx" ASC-nin hesabına daxil etsə də, yerdə qalan 1 679,71 manat pul vəsaitini həmin şirkətin hesabına daxil etməyərək, habelə, qeyd edilən təhvil-təslim aktları ilə maddi məsuliyyətində qalan, cəmiyyətə məxsus, ona etibar edilmiş ümumilikdə 57 401,22 manat dəyərində məhsulu − özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirib zərərçəkmişə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Aşağı instansiya məhkəmə kollegiyaları isə yuxarıda qeyd olunmuş nəticələrə gəlmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdı r ki, Məhkum əməllərində CM-in 179.3.2-ci maddəsinin tərkibinin olması öz təsdiqini tapmadığı, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi halda apellyasiya məhkəməsi işə səthi yanaşaraq ittihamedici hökm qəbul etmişdir. "xxxx" ASC-nə vurğudu ümumilikdə 57401,22 manat məbləğində maddi ziyandan 3043,23 manat məbləğində pul vəsaitini araşdırma dövründən əvvəlki dövrdə ödəmişdir. Apellyasiya məhkəməsi qərarını əsaslandıran zaman qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məlumatların işin obyektiv hallarının müəyyən olunması üçün əhəmiyyət kəsb etməsi barədə qənaətə gəlmişdirsə, həmin məlumatları, eləcə də əhəmiyyətli hesab etdiyi digər sənədləri Zərərçəkmiş şəxs ASC-dən sorğu edərək əldə edə bilərdi. Bundan sonra isə müvafiq ekspertiza keçirilməklə qeyri-müəyyən hesab etdiyi halları aradan qaldıra bilərdi. Məhkəmə bu nəticəyə gəlsə də, həmin hissədə hər hansı araşdırma aparmadan birtərəfli yanaşma nümayiş etdirərək, heç bir mötəbər sübuta söykənmədən ittihamedici hökm qəbul etmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, müdafiə tərəfinin vəsatətləri əsasında dindirilmiş şəxslərin Məhkum mal alması və həmin mal müqabilində ödəniş etməsini bildirdikləri halda, həmin ödənişlərin Məhkum tərəfindən Zərərçəkmiş şəxs ASC-nin hesabına mədaxil edilib-edilməməsini araşdırmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iş materiallarında olan ödəniş tapşırıqları, tapaqro proqramı vasitəsi və zərərçəkənin sifarişi ilə (Zərərçəkmiş şəxs ASC- nin Lerik və Cəlilabad şəhərlərində yerləşən anbar müdirlərinin şahid ifadələrindən göründüyü kimi) Zərərçəkmiş şəxs ASCnin Lerik və Cəlilab ad şəhərlərində yerləşən anbarlarına məxsus tapaqro proqramı vasitəsi ilə xx.xx.2021-ci il tarixdən sonrakı tarixə 77000-dən çox ödəniş olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, Məhkum satıcı anbardar olduğu anbara, daha dəqiq özünə təhvil verilmiş əmlakı şirkətdən topdan qiymətdən almamışdır. Belə ki, həmin mallar satılması üçün Məhkum təhvil verilmiş, həmin malların qiyməti də X sistemi vasitəsi ilə tənzimlənir. Məhkum əmək müqaviləsində göstərilmiş və şirkət tərəfindən müəyyən edilmiş qaydalara əməl etsəydi, qeyd edilən malların qiymətlərində olan dəyişiklik ona hər hansı formada təsir etməməli idi ki, Məhkum isə tam əksinə olaraq şirkət tərəfindən satılması üçün ona etibar edilmiş əmlakla öz şəxsi əmlakı kimi rəftar etmiş, öz istədiyi kimi həmin məhsulların ödənişi edilmədiyi halda gələcək də mənfəət əldə etmək məqsədi ilə Kürdəmir rayonunda yerləşən öz sahələrinə sərf etmiş, qeyd edilən xüsusatı da etiraf etmişdir. Lakin məhkəmə tərəfindən həmin əmələ cinayət-hüquqi qiymət verilməmiş, qeyd edilən xüsusatlar səthi araşdırılmış, iş materialları işə baxan hakim tərəfindən tam tədqiq edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, Məhkum hər-hansı bir malın qiymətinin artırılması barədə rəsmi məlumat daxil olmamışdır. xx.xx.2021-ci il tarixədək isə Zərərçəkmiş şəxs ASC tərəfindən aparılan audit yoxlaması zamanı qiymətləri artırılması nəzərdə tutulan mallar artıq satılmış olmuşdur. Apellyasiya məhkəməsi xüsusi bilik tələb edən halların araşdırılmasında əlavə sənədlər tələb etməklə aidiyyəti ekspertizanın keçirilməsi yolu ilə məsələnin araşdırılmasını mümkün olmasını və bunun olm adığına görə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmü əsassız hesab etməsinə baxmayaraq, özü də bu hissədə hər hansı mütəxəssis rəyinə müraciət etmədən zərərçəkmiş şəxsin əsassız məktublarına istinad edərək ittihamedici hökm qəbul etmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, şirkət tərəfindən Məhkum ünvanlanmış 25 yanvar 2022-ci il tarixli 0660 nömrəli məktuba istinad edərək sonuncunun şirkətə 37100 manat borcunun olmasını hökmdə əks olunsa da, Məhkum satıcı anbardar olduğu anbarda şirkətə məxsus olan və Məhkum etibar edilmiş başqa əmlakın olmasını, qeyd edilən məhsulların da sonrakı audit yoxlaması zamanı yerində olmamasının müəyyən edilməsinin nəzərə almamışdır. Lakin Zərərçəkmiş şəxs ASC-nin iş materiallarında olan xx.xx.2024-cü il tarixli rəsmi məktubundan da görünür ki, xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün Məhkum hər hansı bir mal təhvil verilməmişdir. 25 yanvar 2022-ci il tarixli 0660 nömrəli məktubdan görünür ki, qeyd olunan tarixə Məhkum ümumilikdə 37100 manat borcu qalmışdır ki, həmin tarixdən sonrakı vaxtlarda 77000-dən çox vəsait Məhkum tərəfindən Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli hökmünün ləğv edilərək, Məhkum bəraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi4 çıxış edərək, məhkum tərəfindən dəymiş zərərin ödənildiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, müdafiəçinin çıxışına əlavəsi olmadığın ı xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Nümayəndə2 çıxış edərək, onlara dəymiş ziyandan ilk öncə 30000 AZN, daha sonra 20000 AZN ödənildiyini, 4000 AZN pulun prokurorluğun hesabında qaldığını və onun da şirkətin balansına köçürüləcəyini bildirib, qərarı məhkəmənin mülahizəsinə buraxdığını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun ola raq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda apellyasiya məhkəməsi tərəfindən barəsində qanunsuz və ədalətsiz hökm qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin təl əblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyi nə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəll ənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmadığı barədə nəticəyə gəlinmiş, apellyasiya məhkəməsi isə haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən q iymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə məhkəməyədək istintaq və məhkəmə istintaqı dövründə verdiyi ilkin izahatı və ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilmiş Nümayəndə2, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, 26 sentyabr 2022-ci il tarixli auditor hesabatı, məhkəmə-mühasibatlıq ekspertizasının 19 aprel 2023-cü il tarixli 9/1977 nömrəli rəyi, m addi sübutlar, istintaq hərəkətlərinə dair protokollar, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Zərərçəkmiş şəxs QSC tərəfindən həmin cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləyən Məhkum fəaliyyətinə aid təqdim edilmiş sənədlərə əsasən fəaliyyətinin audit yoxlamasının nəticəsinə dair tərtib edilmiş 26 sentyabr 2022-ci il tarixli auditor hesabatından görünür ki, yoxlama nəticəsində müəyyən edilir ki, Məhkum tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 46236,76 kg - yəni xx.xx.2022-ci il tarixində olan (X hesabı deaktiv edilmə tarixi) satış qiymətlərinə uyğun olaraq 55721,51 manat çatışmazlıq-əskikgəlmə və 1679,71 manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq, yekunda 57 401,22 manat kənarlaşma-mənimsəmə yaranmışdır. Cinayət işinin materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının 19 aprel 2023-cü il tarixli 9/1977 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs ASC üzrə Məhkum hesabında yaranmış çatışmazlıq 57401,22 manat məbləğində müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kim(lər)in öhdəliyində yaranması və bu çatışmazlığa görə kim(lər)in məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik p rezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasi ya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Həmçinin kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, şikayətçi apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmiş iş üzrə yeni faktiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi mə sələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə hökmünün ləğv edilməsi barədə tələbin əsaslılığını yoxla yarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya məhkəməsi ibtidai istintaq orqanının gəldiyi nəticələrin düzgün olub-olmama sını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodunu təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində kassasiya məhkəmə kollegiyası hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət ver ilmiş və Məhkum CM-in 179.3.2-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Bununla belə cəza məsələsi müzakirə edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədb ir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayəthüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictima i təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar n əzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini m üəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçü n CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalarda n daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya müraciətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq ağır olması haqqında iddiasının əsaslı olduğu müəyyən edilir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkum müraciəti və həmin müraciətə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, Məhkum xx.xx.2023-cü il tarixdə 4.000 manat məbləğində pul vəsaitini cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına ödəmişdir. İş kassasiya məhkəmə icraatında olarkən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 145522 və 145523 nömrəli kassa mədaxil orderinin qəbzlərindən müəyy ən edilir ki, Məhkum tərəfindən ayrıayrı vaxtlarda 20000 (iyirmi min) manat və 30000 (otuz min) manat, ümumilikdə isə 50000 (əlli min) manat məbləğində zərərin əvəzi kimi ödəniş həyata keçirilmişdir. Qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 29 sentyabr 2025-ci il məktubdan müəyyən olunur ki, Məhkum müəssisənin təsərrüfat briqadasında çalışdığı müddət ərzində ona aid olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2025-ci il tarixli 1(099)-35/2025 nömrəli icra vərəqəsinə əsasən 335 (üç yüz otuz beş) manat məbləğində borc əmək haqqısından tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-nin hesabına keçirilmişdir. Digər tərəfdən 3.043,99 (üç min qırx üç manat, doxsan doqquz qəpik) manat məbləğində mal ist intaq gedişatı zamanı Zərərçəkmiş şəxs ASC-yə qaytarılmışdır. Məhz bu hal Zərərçəkmiş şəxs ASC-nin mülki iddiasında da öz əksini tapmaqdadır ki, ittiham aktında dəymiş zərərin miqdarı 57.401,22 (əlli yeddi min dörd yüz bir manat, iyirmi iki qəpik) manat müəyyən edilsə də, mülki iddiada 54.357,23 (əlli dörd min üç yüz əlli yeddi manat, iyirmi üç qəpik) manat maddi zərər tələb edilmişdir. O cümlədən, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası Məhkum cəzasını yüngülləşdirən hallarını, belə ki, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq böyük bir hissəsini ödənilməsini və bir hissəsinin ödənilməsi üçün Baş Prokurorluğunun depozit hesabına yerləşdi rilməsini CM-in 59.1.14-cü, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və yaşının çox olmasını isə CM-in 59.2-ci maddələrində nəzərdə tutulmuş hallar kimi qiymətləndirərək məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid olunmadan islah oluna bilməsi barədə qənaət gəlir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası yuxarıda sadalanan hallara, qanunvericiliyin tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrinə əsaslanaraq törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində cəzasını yüngülləşdirən halları olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alıb Məhkum cəmiyyətdən təcrid olunmadan, yəni ona CM-in 179.3.2ci maddəsi ilə təyin olunmuş əsas cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də həmi n cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır. Şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Yuxarıda qeyd olunmuş Plenum qərarında həmçinin göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkə n törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Bu zaman məhkəmə kollegiyası onu da nəzərə alır ki, CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən edilir. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. CM-in 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CPM-in 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); -şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipi nəzərdə tutulmuş 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum CM-in 179.3.2-ci maddəsi üzrə təyin edilmiş əsas cəzanın, yəni 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının şər ti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət qanunu normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsində şərti məhkum etmə tətbiq edərkən onun islah olunması üçün 3 (üç) il sınaq müddətinin müəyyən edilməsini və onun üzərinə həmin müddətdə məhkumun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsinin qoyulmasını, beləliklə də müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməs inin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli hökmü verilmiş kas sasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum dərhal həbsdən azad olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar