Məhkəmə qərarları › İş №1(102)-1786/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1786/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1786/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 1(124)177/2022 nömrəli (hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə 10 noyabr 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, XXX-da qeydiyyatda olan və faktiki yaşayan X11 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin dərhal ləğv edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı Məmmədov Samir Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli 1(105)-177/2023 nömrəli (hakimlər: İsmayılov Azər İbrahim oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tər əfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X11 ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 10,531 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 29 avqust 2021-ci il tarixdə, saat 08:10-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İnşaatçılar küçəsində yerləşən Qubadlı rayon İH-nin yanında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 3-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən 1 ədəd şəffaf və göy rəngli qarışıqlı sellofan bükümdə satış məqsədi ilə əldə edib daşıyaraq üzər ində saxladığı təmiz çəkisi 10,531 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, hər iki məhkəmə instansiyasının təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslandığı əsas dəlili X9 polis şöbəsində döyülməsinə dair verdiyi ifadə ilə bağlıdır. Məhkəmələrin qənaətinə görə X12 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaq əti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmış və ibtidai istintaq zamanı toplanmış sübutlar etibarsız hesab edilmişdir. Belə ki, X9 məhkəmə-tibbi müayinədən keçirilməsinə dair məhkəmə tibb ekspertinin 30 avqust 2021-ci il tarixli 1148 nömrəli ekspert rəyinin nəticə hissində əsasən, X9 bədəni üzərində döş qəfəsinin sağ yarısının və boyun nahiyəsinin qançırları kimi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən 29 avqust 2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Rəyin anamnez hissəsinə əsasən müayinə olunanın deməsinə görə 29 avqust 2021-ci il tarixdə saxlanılaraq üzərinə baxış keçirilən zaman həmin xəsarətləri almışd ır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında travmatoloq vəzifəsində işləyən X13 ifadəsində göstərdi ki, qeydiyyat kitabında olan yazıya əsasən deyə bilər ki, X12 30 avqust 2021-ci il tarixdə saat 12:40-da müraciət etmiş və ona döş qəfəsinin əziyi diaqnozu qoyulmuşdur. Döş qəfəsinin əziyi fiziki mexaniki təsirlərdən, yəni yıxılmaqdan və zərbə nəticəsində ola bilər. Döş qəfəsinin əziyinin nəticəsi nəfəs darlığı və ağrılar olmuşdur. X12 rentgendən keçirilmiş və bu zaman onda döş qəfəsinin əziyi olması müəyyən edilmişdir. Döş qəfəsinin əziyi nəticəsində şəxs ağrıdan tənəffüs zamanı ağırlarının artmasından şikayət edə bilər. Lakin X2 olaraq nəyin nəticəsində xəsarət aldığını deməmişdir. Həmçinin məhkəmələr təqsirləndirilən şəxsin təqsirini inkar etmək üçün “polis əməkdaşları Sumqayıt şəhər Polis İdarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduqları üçün, istintaq hərəkətləri barəsində onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz” müddəasını əsas götürməklə qanunsuz mövqe nümayiş etdirmiş, hətta İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarına (128-ci bənd) istinad edərək polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığını göstərmişdir ki, əvvəla İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov adlı şəxsin Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarı mövcud deyil. Odur ki, cinayət prosesi tərəflərin in məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3769 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №127’’ dairəvi möhür əksi olan, X-in üzərindən...” sözləri, soyadı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədə bükümdə təmiz çəkisi 10,531 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan ediən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3769 nömrəli rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü ki mi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Şərh edilənlərdən başqa məhkəmələr tərəfindən qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X9 ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər üç halda orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla təqsirləndirilən şəxsin həm təhqiqatçıya, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmdə bir daha əsaslı şübhələr yaradır ki, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı formal xarakterli olaraq təhqiqatçı və müstəntiq tərəfindən mətnin köçürülməsi üsulu ilə yazılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 28 mart 2023-cü il tarixli qərarın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarı ləğv edilərək iş apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instan siyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiy a protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi nin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi həmin nəticəyə gələrkən və apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişdir. Belə ki, işdə olan “Şəxsi axtarışın keçirilməsi” barədə 29 avqust 2021-ci il tarixli protokola və həmin istintaq hərəkətinin videogörüntülərin əks olunduğu bir ədəd “CD” formatlı diskə nəzər yetirildikdə, X9 polis bölməsinə gətirildikdən sonra saat 08:55-də inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonic” markalı videokamera işə salınması və xidməti otaqda videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılması, bu zaman X9 əynində olan cins şalvarının sağ yan iç cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə təqdim etməsi, kütlənin ölçüldükdə qablaşdırma ilə birlikdə çəkisinin 10,71 qram olması, X9 həmin narkotik vasitənin ona məxsus olmasını və Aytən adlı qadından almasını deməsi müəyyən olunur. O cümlədən, cina yət işi üzrə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən polis əməkdaşları Şahid1, Şahid3, Şahid4 və Şahid2 ifadələrinə nəzər yetirdik də, polis əməkdaşlarının 29 avqust 2021-ci il tarixdə saat 08:15-də Sumqayıt şəhəri Qubadlı RİH-nin yanına gəlmələri, orada inspektor-kriminalist tərəfindən “Panasonic” markalı videokamera ilə çəkilişə başlanılması və bir neçə dəqiqə gözlədikdən sonra X3 08:30-da gəlməsi və onun tərəflərindən saxlanılması müəyyən olunur. Lakin, məhkəmədə “Şəxsi axtarışın keçirilməsi” barədə 29 avqust 2021-ci il tarixli protokola aid videogörüntülərə olan CD disk tədqiq olunarkən müəyyən edilmişdir ki, həmin videoçəkilişdə X11 onun saxlanıldığı yerdə polis əməkdaşlarının yaxınlaşması öz əksini tapmamış, videoçəkiliş yalnız təhqiqat çının xidməti otağında başlamış və orada daha sonrakı hadisələr öz əksini tapmışdır. Odur ki, yuxarıda qeyd olunan videogörüntülər olan CD diskdən aydın olur ki, Azərbaycan Respublikasının CPM-nin 246.3-cü maddəsinin axtarış və ya götürmə zamanı və həmin Məcəllənin 236.4-cü maddəsinin hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadənin məcburi olması barədə tələblər pozulmuşdur. Bu səbəbdən, o cümlədən çəkiliş tam, kəsintisiz və müfəssəl aparılmadığından, həmin videoçəkilişin mötəbər sübut kimi qiymətləndirilməsi qeyrimümkündür. Dövlət ittihamçısı kassasiya protestinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə təqsirləndirilən şəxsə istinad edilən c inayətlərdə təqsirli bilinməməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda on un təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X9 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımamaqla həqiqəti əks etdirir və cinayət işi üzrə toplanılmış digər sübutları ilə təsdiq olunaraq mötəbərliyi şübhə doğurmur. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlər Şahid1, Şahid3, Şahid4 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də həmin ifadələri sübut növü kimi qəbul edilməməli olması, X9 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi, ibtidai istintaq dövründə vermiş olduğu i fadənin isə qanunsuz psixi, fiziki təsirlər altında verilməsi barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirlir. Bütün instansiya məhkəməl ərində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icaata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digər inə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılara q fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, məhkum işgəncə faktının araşdırlması və iddia etdiyi halların müəyyən edilməsi üçün məhkəmə istintaqı zamanı sübutların bilavasitə tədqiq edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 20 sentya br 2021-ci il tarixli qərarın mətnindən görünür ki, Sumqayıt ŞPİ-də “Müvəqqəti saxlama yerinin daxili intizam Qaydalarına” uyğun olaraq tərtib edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu” kitabından çıxarışa əsasən X12 30 avqust 2021-ci il tarixdə MSY-ə daxil olmuşdur. O cümlədən, həmin qərarda göstərilmişdir ki, Sumqayıt ŞPİ-də “Müvəqqəti saxlama yerinin daxili intizam Qaydalarına” uyğun olaraq tərtib edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından çıxarışdan görünür ki, X12 müvəqqəti saxlama yerinə daxil olarkən onun üzərində ilkin müayinə zamanı kürək nahiyəsində hiperemiya, yuxarı ətraflarda bilək nahiyəsində sıyrıqlar aşkar olunmuşdur. “Sumqayıt Tibb Mərkəzi Təcili Xəstəxanası” Publik Hüquqi Şəxs tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli 944 nömrəli sorğuya cavab məktubdan və işə əlavə edilmiş qeydiyyat kitabından çıxarışdan görünür ki, X12 30 avqust 2021-ci il tarixdə saat 12:40-da xəstəxananın təcili yardım şöbəsinə müraciət etmişdir. X27 xəstəni müayinə etmişdir. Rentgen müayinəsi məsləhət olunmuş, xəstə rentgen müayinə olunmadan getdiyi üçün ambulator müalicəyə yazılmış, xəstə zədəni harada almasını deməmişdir. Xəstəyə ilkin müayinə nəticəsində “Döş qəfəsinin əziyi” diaqnozu qoyulmuşdur. İstər Sumqayıt Ağır Cinayətlər Məhkəməsi, istərsə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq X9 təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələrin alınması barədə məhkəmə istintaqı dövründə verilmiş ifadəsini “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kita bından çıxarışları, “Sumqayıt Tibb Mərkəzi Təcili Xəstəxanası” Publik Hüquqi Şəxs tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli 944 nömrəli məktubunu və cinayət işi üzrə toplanılmış digər sübutları əsas götürərək mötəbər hesab etməmişdir. Həmçinin, X12 ibtidai istintaq dövründəki vermiş olduğu ifadəsindən fərqli olaraq, birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, dörd ilə yaxındır ki, narkotik vasitə olan heroin və metafetamini çəkmək yolu ilə qəbul edir, həmçinin həmin vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan əlavə verdiyi X12 ifadəsində göstərmişdir ki, “28 avqust 2021-ci il tarixdən 29 avqust 201-ci il tarixə k eçən gecə saat 24-01 radələrində Qubadlı RİH-nin yanında olan ödəmə terminalından telefon nömrəsinə kontur vurmaq üçün evdən çıxmışdır. Həmin vaxt 3 nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılmışdır..... Saxlanıldıqdan sonra polis bölməsində onu döymüşlər ki, 10 qram narkotik vasitənin onun üzərində olmasını boynuna alsın. Lakin üzərində narkotik vasitə olmadığı üçün o, narkotiki boynuna almaqdan imtina etmişdir. Narkotikin onda olmasını etiraf etmədiyi üçün videoçəkiliş bir neçə dəfə aparılmışdır. Döyülmə nəticəsində, eləcə də polislərin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini demələrinə görə məcbur qalıb videoçəkiliş zamanı onun üzərinə qoyulan narkotikin onda olmasını boynuna almışdır. Lakin, sonra Cinayət Məcəlləsinin 234.4.3 -cü maddəsi ilə ona ittiham verildiyini görüb etiraz etmişdir. Ona verilən sənədlərdən yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi qeyd olunan sənədləri imzalamış, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi qeyd olunan sənədlər isə onun tərəfindən imzalanmamışdır. Buna görə polis əməkdaşları tərəfindən yenə də döyülmüşdür..... Döyülmə nəticəsində o, huşunu itirmiş və polislər ona təcili tibbi yardım çağırmışlar, sonra isə xəstəxanaya aparmışdırlar. Onun qabırğası əzildiyi üçün travmotoloq həkimə aparılmış və rentgen müayinəsindən keçirilmişdir....” Apellyasiya icraatı zamanı dindirilmiş bəraət almış şəxs X12 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmişdir. İşdə olan ambulator məcburi narkoloji yoxlamanın 4 sentyabr 2021-ci il tarixli, 3253 nömrəli rəyindən görünür ki, müayinə zamanı X10 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materiallar ı ilə müqayisəli təhlil edərək hesab edir ki, X9 istintaq zamanı hər hansı fiziki zorakılığa və digər təzyiq və ya təsirə məruz qalması barədə özü, yaxud vəkili tərəfindən ibtidai araşdırma orqanına hər hansı müraciətinin olmaması və özünü təqsirli bilməsi məhkəmələrdə təsdiq olunmuş müəyyən olunmuş hallarla müqayisədə bəraət verilmiş şəxsin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasına dəlalət edən hal kimi qiymətləndirilməməlidir. Kassasiya məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etiraf ifadəsi verməsinə dair kassasiya protestinin dəlilinə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə t əsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmələr tərəfindən gəlinən nəticəyə əsasən X9 cinayət törətməkdə öz təqsirini etiraf etməsi nəinki onun sonradan verdiyi ifadələr, həmçinin iş üzrə tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunub. Bundan əlavə, CPM-in 91.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünə və apel lyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, birinci instansiya və apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X9 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğ u üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası b elə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübh əli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübh ələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar topla nır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və apellyasiya məhkəməsinin qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlan ılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar