Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1786/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçiləri, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Qurbanov Tofiq Oğlan oğlu və Bakı şəhəri 13 saylı Vəkil Bürosunu vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun iştirakları ilə xx xxxxxx 1964-cü ildə Naxçıvan MR Babək rayonu Qahab kəndində anad an olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.3.3cü maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 sentyabr 2023-cü il tarixli 1(106)-609/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(099)-403/2023 nömrəli hökmü ilə (hakimlər: N.H.Məmmədov (sədrlik edən), C.Ş.Səfərli və M.V.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkd ə təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 13 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli 1(106)-609/2023 nömrəli qərarı ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), E.İ.Xasməmmədov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2020-ci ildə Saly an rayonu, Çadırlı kəndi ərazisində otlaq sahəsində heyvan otardığı vaxtlarda yaxından şəxsən tanıdığı həmkəndlisi-«Salyan Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxsdə «Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində» diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs ilə söhbət zamanı zahiri görünüşü və yaşı haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını etibarlı şəkildə bilib dərk edərək, əvvəlki müddətdə ayrı-ayrı şəxslərin sonuncu ilə intim münasibətdə olmasını görüb ona qarşı özündə cinsi istək formalaşdıraraq, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, valideyninin lal-kar, psixi xəstə olmaqla faktiki validey n himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri edib öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək Zərərçəkmiş şəxs 2020-ci ilin yay fəsli ərzində istintaqa dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda Salyan rayonu, Çadırlı kəndi ərazisində təbii relyefinə görə kənar şəxslər tərəfindən görülməsi məhdud olan, heç kimin olmadığı, «Aerodrom» və «Neftyannik» deyilən ərazilərdə dəfələrlə zəiflik vəziyyətindən istifadə etməklə ayrı-ayrı şəxslərlə intim münasibətdə olması barədə dayısı X4 məlumat verəcəyi ilə hədələyərək yüngül əqli gerilik və azyaşlı olmas ı ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamasından, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarında, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək özünün əynindəki şalvar və tursiyini dizinə qədər aşağı çəkib Zərərçəkmiş şəxs isə əynindəki şalvar və tursiyini dizinə qədər soyundurub qucaqladıqdan sonra qışqırmasının qarşısını almaq üçün əli ilə ağzını tutub zor tətbiq edərək hər dəfə Zərərçəkmiş şəxs dodaq və döşlərindən öpmək, üzərinə uzanaraq ereksiya vəziyyətində olan öz cinsi orqanını zərərçəkmiş şəxsin cinsiyyət üzvünə və arxa keçid anal dəliyinə sürtməklə spermasını xaric edib cinsi ehtirasını təmin etməklə aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib və köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin xitam olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə onun aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etməsi sübuta yetirilmədiyi, ə ksinə sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda, o, əsassız və qanunsuz olaraq CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişdir. Məhz ibtidai araşdırma zamanı cinayət prosesini həyata keçirən orqan tərəfindən aldanılaraq, eləcə də fiziki və psixi təsirlərə məruz qaldığından əleyhinə ifadə vermişdir. Ona qarşı sürülmüş ittiham tamamilə əsassız və qanunsuzdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, müdafiəçilər T.Qurbanovun və B.İmanverdiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxı şlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözl ə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahidlərin ifadələrinə, ekspert rəylərinə habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mö təbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə Məhkum əsassız olaraq CM-nin 150.3.3-cü maddəsi ilə məhkum edilməsi mübahisə edilir və onun barəsində olan cinayət işinin xitam edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsində “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 150.3-cü maddəsinə görə “Eyni əməllər: 150.3.3.on dörd yaşına çatmayan şəxs barəsində törədildikdəüç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şər h edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyr ənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymu şlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, iş materiallarında olan Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadələrində, habelə 14 yanvar 2023-cü ildə ifadəsi yerində yoxlanılması zamanı verdiyi ifadələr, Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadələri, Şahid ifadəsi, Şahid ilə Məhkum arasında keçirilmiş üzləşdirmə haqqında 14 yanvar 2023-cü il tarixli protokol, Zərərçəkmiş şəxs ilə Məhkum arasında aparılmış üzləşdirmə haqqında 14 yanvar 2023-cü il tarixli protokol, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2023-cü il tarixli 18 nömrəli rəyi, kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 98 nömrəli rəyi və işin digər halları ilə tam sübuta yetirilir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkumun törətdiyi əməlin - 14 yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə və onun köməksiz vəziyyətindən istifadə etməklə, təkrar ən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 150.3.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 150.3.3-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik d ərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağla batan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1786/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1786/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver