Məhkəmə qərarları › İş №1(102)-1787/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1787/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1787/2024 17.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə, onun Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 1(049)-178/2023 nömrəli (hakim: Ağabəyov Nicat Rauf oğlunun sədrliyi) hökmü ilə xx.xx.1998-ci il tarixdə Lənkəran rayonunun Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Lənkəran Rayon Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli 1(049)-146/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cə zasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 7(003)-1185/2021 nömrəli qərarı ilə Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, məhkumluğu ödəniməmiş və götürülməmiş, xxx evdə qeydiyyatda olmaqla xxx evdə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 il 6 ay müddətə, CM-in 234.2-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji xəstəxanada qeydiyyata alınması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi məsələləri həll olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli 1(106)-51/2024 nömrəli (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edə n), Abdullayev İlkin Qismət oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, təqsiri sübuta yetirilmədiyinə görə Məhkum CM-in 234.2-ci maddəsi ilə bəraət verilmiş, Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmündən CM-in 66.2-ci maddəsinin tətbiqinə, Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsinə, onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmasına və maddi sübut kimi tanınmış 1,028 qram çəkidə heroinin məhv edilməsinə dair müddəalar xaric edilmiş, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış 1,028 qram çəkidə narkotik vasitə olan h eroin qanunsuz dövriyyəsi ilə bağlı əməllərə cinayət hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lənkəran rayon prokuroruna məlumat verilməsi və həmin narkotik vasitənin ona təqdim edilməsi qərar alınmış, Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmünün Məhkum CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsi və ona 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 21 dekabr 2022-ci il tarixdən hesablanması hissəsində və CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə münasibətdə qalan digər hissələrdə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli hö kmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkum 26 sentyabr 2022-ci il tarixdə 04 radələrində x rayonu, x kəndində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin kənddə yerləşən, Zərərçəkmiş şəxs2 məxsus olan həyətə hasardan tullanmaq yolu ilə qanunsuz daxil olaraq həmin həyətdə yerləşən, dəmir materialdan olan saxlanc yerinə qapının qıfılını sındırmaq yolu ilə qanunsuz daxil olub orada saxlanılan, Zərərçəkmiş şəxs2 məxsus olan 500 manat dəyərində bir ədəd qaynaq aparatı, 50 manat dəyərində bir ədəd laqonda, həmin saxlan yerində saxlanılan, X4 xalası Zərərçəkmiş şəxs1 məxsus olan 120 manat dəyərində “Eurolux” markalı ət maşını, 35 manat dəyərində 1 ədəd mikser, bir ədədinin qiyməti 35 manat, bir ədədinin qiymə ti 25 manat, ümumi qiyməti 60 manat olan nikel materiallı 2 ədəd qəhvədan, bir ədədinin qiyməti 65 manat, ümumi qiyməti 195 manat olan 3 ədəd “Tefal” markalı qazan, bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 40 manat olan 2 ədəd çərəzqabı, qiyməti 7 manat olan 1 ədəd plasmas materiallı padnos, bir ədədinin qiyməti 4 manat, ümumi qiyməti 96 manat olan 24 ədəd ağ zərli boşqab, 180 manat dəyərində, çemodanda olan çəngəl-bıçaq naboru, bir ədədinin qiyməti 9 manat, ümumi qiyməti 27 manat olan 3 ədəd ağ rəngli böyük boşqab, 63 manat dəyərində 1 ədəd “Tefal” markalı, yaşıl rəngli qulpsuz tava, 63 manat dəyərində “Tefal” markalı, ağ çilli, qulplu tava, 400 manat qiymətində “Tefal” markalı tava-qazan dəsti, 35 manat qiymətində qaşıq dəsti, bir ədəd 15 manat qiymətində qiyməkeş, bir ədəd 20 manat qiymətində blender, bir qutusunun qiyməti 25 manat, ümumi qiyməti 50 manat olan 2 qutu çexolmələfə dəsti, bir ədədinin qiyməti 12 manat, ümumi qiyməti 36 manat olan 3 ədəd qətifə, bir ədəd 35 manat qiymətində üzqırxan dəsti, bir ədəd 35 manat qiymətində divar saatı, bir dəst 100 manat qiymətində peçenye maşını, bir ədəd 3 manat qiymətində şəkərbura qəlibi, bir ədəd 5 manat qiymətində fındıqqıran, bir ədəd 3 manat qiymətində limonsıxan, bir ədəd 2 manat qiymətində qıf, bir ədəd 6 manat qiymətində sürtgəc, 1 ədədinin qiyməti 2 manat 50 qəpik, ümumi qiyməti 5 manat olan 2 ədəd qab altlığı, bir ədəd 4 manat qiymətində tort süpürgəciyi, bir ədəd 4 manat qiymətində bıçaq, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan iki ədəd iri bıçaq, bir ədədinin qiyməti 5 manat, ümumi qiyməti 20 manat olan 4 ədəd çörəkqabı, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 9 manat olan 3 ədəd tort bıçağı, bir ədəd 3 manat qiymətində uzun qulplu taxta qaşıq, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan 2 ədəd çuqun qab, bir ədəd 25 manat qiymətində çuqun padnos, bir ədədin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan 2 ədəd ağ rəngli çuqun qab, bir ədəd 10 manat qiymətində göy rəngli çuqun qab, bir ədədinin qiyməti 12 manat, ümumi qiyməti 36 manat olan 3 ədəd ağ rəngli çuqun boşqab, 25 manat dəyərində bir ədəd göy rəngli çuqun qab, 25 manat qiymətində bir ədəd çuqun qazan, bir ədədinin qiyməti 14 manat, ümumi qiyməti 70 manat olan 5 ədəd qazan, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 6 manat olan 6 ədəd zərli armudu stəkan, bir dəstinin qiyməti 6 manat, ümumi qiyməti 18 manat olan stəkan-nəlbəki dəsti, bir ədədinin qiyməti 9 manat, ümumi qiyməti 63 manat olan 7 ədəd iri qaşıq, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 36 manat olmaqla bir qutuda olan 18 ədəd çəngəl, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 12 manat olan 6 ədəd yağ bıçağı, bir dəstinin qiyməti 20 manat, ümumi qiyməti 40 manat olan iki dəst xörək qaşığı, 5 manat qiymətində bir ədəd sarmısaq sıxan, 5 manat qiymətində bir ədəd kəfkir, 6 manat qiymətində bir dəst yağ bıçağı, 7 manat qiymətində bir ədəd çömçə, 1 metrinin qiyməti 12 manat, ümumi qiyməti 24 manat olan 2 metr yaşıl parça, 1 metrinin qiyməti 12 manat, ümumi qiyməti 18 manat olan 1 metr 50 santimetr qırmızı parça, 60 manat qiymətində bir ədəd saç qurutma feni, 16 manat qiymətində bir dəst desert qaşığı, bir ədədinin qiymət i 2 manat, ümumi qiyməti 10 manat olan 5 ədəd bıçaq, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 12 manat olan 12 ədəd çay qaşığı, 8 manat qiymətində 1 ədəd plasmast materialdan olan qab, 36 manat qiymətində bir ədəd çömçə-kəfkir dəsti, 30 manat qiymətində bir ədəd taxta qaşıq dəsti, 9 manat qiymətində bir dəst çay qaşığı, 4 manat qiymətində bir ədəd peçenye fiquru, 15 manat qiymətində bir ədəd tərəvəzkəsən nabor, 3 manat qiymətində bir ədəd kartofkəsən bıçaq, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 8 manat olan 4 ədəd butulka açarı, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 36 manat olan 18 ədəd tort boşqabı, 34 manat qiymətində bir dəst kabab boşqabı, 17 manat qiymətində bir dəst sarı rəngli boşqab, 20 manat qiymətində bir ədəd çexol-mələfə, bir dəstinin qiyməti 15 manat, ümumi qiy məti 30 manat olan iki dəst stolüstü, 1 ədədinin qiyməti 15 manat, ümumi qiyməti 90 manat olan 6 ədəd xrustal stəkan, bir cütünün qiyməti 15 manat, ümumi qiyməti 90 manat olan 6 cüt dəsmal, 1 cütünün qiyməti 7 manat, ümumi qiyməti 56 manat olan 8 cüt çay dəsmalı, bir cütünün qiyməti 14 manat, ümumi qiyməti 70 manat olan 5 cüt əl-üz dəsmalı, 2 manat qiymətində bir ədəd xalça təmizləyən fırça, 6 manat qiymətində bir ədəd çömçə, 2 manat qiymətində bir ədəd qənd doğrayan, bir ədədini qiyməti 11 manat, ümumi qiyməti 22 manat olan iki ədəd qəndqabı, bir ədədinin qiyməti 4 manat, ümumi qiyməti 8 manat olan iki ədəd konfetqabı, 25 manat dəyərində bir ədəd alüminium materiallı qazan, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 12 manat olan 12 ədəd elektrik yuvası, qiyməti 12 manat olan bir ədəd ni kkel materiallı süzgəc, qiyməti 3 manat olan bir ədəd istiotqabı, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 3 manat olan üç ədəd qaşıq, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 6 manat olan iki ədəd tərəvəz süzgəci, qiyməti 3 manat olan bir ədəd masa örtüsü, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 6 manat olan iki ədəd plastik qab, qiyməti 160 manat olan çilçıraq, qiyməti 12 manat olan bir ədəd nikkel materiallı çaydan, qiyməti 10 manat olan bir ədəd şüşə materiallı çaydan, qiyməti 35 manat olan bir ədəd qətifə, qiyməti 700 manat olan servis dəsti, qiyməti 40 manat olan stolüstü örtük, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 12 manat olan 12 ədəd çəngəl, qiyməti 7 manat olan bir ədəd daraq olmaqla Zərərçəkmiş şəxs2 550 manat dəyərində, Zərərçəkmiş şəxs1 3907 manat qiymətində, ümumilikdə isə 4457 (dörd min dörd yüz əlli yeddi) manat qiymətində özgənin əmlakını başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 9 dekabr 2022-ci il tarixdə, saat 03 radələrində x şəhəri x küçəsindən təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin küçədə yerləşən, Zərərçəkmiş şəxs4 məxsus olan ofisə qapının daxili kilidini sındırmaq yolu ilə qanunsuz daxil olaraq ofisin içərisində olan masanın alt hissəsindəki siyirmənin içərisində qoyulmuş, 150 manat qiymətində bir ədəd “Samsung Galaxy J2 Core” markalı mobil telefon və 480 manat nağd pul olmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 630 (altı yüz otuz) manat qiymətində əmlakını təkrarən binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmiş dir. Bundan başqa o, 16 dekabr 2022-ci il tarixdə, saat 04 radələrində x şəhəri x küçəsindən təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin küçədə yerləşən 46/4 saylı binanın qarşısında saxlanılan, Zərərçəkmiş şəxs3 məxsus olan “BMW” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü tərəfdə olan qapısının pəncərəsini üzərində olan şamla sındırıb maşına daxil olaraq maşının qolaltı hissəsinin içərisində olan pulqabının içərisindəki 300 manat pul olmaqla Zərərçəkmiş şəxs3 əmlakını təkrarən gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, 2022-ci ilin dekabr ayında, x şəhərində, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, 3 (üç) ədəd bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkil əri 0,330 qram, 0,276 qram, 0,422 qram, ümumi təmiz çəkisi 1,028 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri x küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 1ində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə olan heroin, sol yan cibindən isə üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır k i, Məhkum CM-in 234.2-ci maddəsi üzrə bəraət verilməsinə dair məhkəmə kollegiyası tərəfindən hökm çıxarılarkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən bunun nəticəsi olaraq əsassız yekun qərar qəbul edildiyindən, həmin yekun qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, xxx qeydiyyatda olmaqla Lənkəran şəhəri, xxx-də yaşayan Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə heroini satış məqsədilə, elektron tərəzini isə narkotik vasitə satan zaman çəkisini müəyyən etmək məqsədilə əldə edib, üzərində saxlayaraq daşıdığı müə yyən edilmişdir. Beləliklə, CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə yanaşı CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin Məhkum tərəfindən törədilməsi iş materialları ilə sübuta yetirilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi iş üzrə toplanılmış sübutlara heç bir əhəmiyyət vermədən, Məhkum məhkəmə baxışında özünümüdafiə xarakterli və işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək, Məhkum CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin sübuta yetirilməməsi barədə səhv qənaətə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi, Məhkum ibtidai istintaq orqanı tərəfindən pis rəftarın təsiri altında əldə edilmiş sübutları qeyri-mötəbər hesab etmişdir. Halbuki, iş materiallarından görünür ki, pol is əməkdaşları tərəfindən Məhkum heç bir fiziki və ya psixoloji təsirə məruz qalmamışdır. Bu halda, apellyasiya instansiya məhkəməsinin müdafiə mövqeyindən çıxış edərək, ibtidai istintaqda toplanılmış sübutları qəbul etməməsi anlaşılmazdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum məhkəmə baxışlarındaki ifadələrində narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, hədə-qorxu və fiziki təsir nəticəsində videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirməsi barədə göstərməsini mötəbər sübut kimi qəbul edilməsində haqlı olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş e dir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsin xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü y oxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübu tlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəldiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid o lan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyy ətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının ə saslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsi rləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, kassasiya protestinin dəlillərinə nəzər yetirildiyi zaman Məhkum CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissənin dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyi müəyyən olunur. Apellyasiya instansiya məhkəməsi cinayət təq ibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci inst ansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş, həmçinin, Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “...Narkotik vasitə aludəçisidir, ilk dəfə 3 il bundan əvvəl narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 20 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri x küçəsi ilə hərəkətdə olan zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edər ək ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində Səbuhi adlı və adlarını bilmədiyi digər polis işçiləri tərəfindən döyülərək, törətmədiyi halda Lənkəran şəhərində müxtəlif ünvanlarda baş vermiş oğurluq cinayətlərini və üzərində narkotik vasitə və heroin olması ilə bağlı ittihamları öz üzərinə götürmüş, ona istinad edilmiş oğurluq cinayətləri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, 26 sentyabr 2022-ci il tarixdə ümumiyyətlə Lənkəran şəhərində olmamış, Quba rayonu ərazisində olmuşdur. Bu xüsusat həmin vaxt üzərində olmuş mobil telefonda olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il tarixdə Quba rayonu üzrə anten dairəsinə olub-olmamasını müəyyənləşdirməklə təsdiq etmə k olar. Narkotik vasitə istifadəçisi olsa da, polis tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və elektron tərəzi olmamış, polis işçiləri tərəfindən döyüldüyü üçün aşkar edilmiş narkotik vasitə və heroinin ona məxsus olduğunu bildirmiş, bu barədə etirafedici ifadələr verərək, müvafiq istintaq sənədlərinə imza etmişdir.”. Cinayət işinin materiallarından görünür ki, 21 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularkən onun üzərində şəxsi axtarış aparılmış və ümumi çəkisi 1,028 qram olmaqla 3 bükümdə narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Belə ki, Lənkəran şəhər sakini Məhkum məhkəmə iclası zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığını bildirməsi faktına görə rayon prokurorluğunda aparılmış araşdırma zamanı hə r hansı cinayət hadisəsinin olması faktı öz təsdiqini tapmadığından Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X9 tərəfindən toplanmış 129c-23 saylı material üzrə Azərbaycan CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Bununla belə işdə olan 22 dekabr 2022-ci il tarixli məhkəmə-tibb ekspertinin rəyindən şübhəli şəxs qismində tutulan Məhkum tutulduqdan bir gün sonra istintaq orqanı tərəfindən ekspertiza müayinəsindən keçirilməsi və onda heç bir xəsarətin aşkar edilməməsi görünürsə də, cinayət işinin materiallarından görünür ki, Məhkum 27 dekabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müəyinədən keçirilmiş və onun bədənində sağ 6-cı və 7-ci qabırğala rında yerdəyişməmiş sınıq xəsarəti aşkar edilmişdir. Odur ki, istintaq orqanı Məhkum saxladıqdan sonra xx.xx.2022-ci il tarixdə onu tibbi müayinədən keçirmiş və üzərində heç bir xəsarət aşkar edilmədiyini təsdiq etmişdir. Lakin təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilərkən onda çoxsaylı ciddi xəsarətlər aşkar edilmişdir. Bu isə onu deməyə əsas verir ki, Məhkum 23-27 dekabr 2022-ci il tarixləri aralığında, yəni onun polisin nəzarətində olduğu dövrdə xəsarətlər yetirilmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalət liliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilind ə tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət pro sesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yo xlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Belə ki, Azərbaycan Respublikası CPM-in 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götü rülməsi mümkündür. İş materiallarında olan məlumatların kassasiya şikayətinin dəlilləri və yuxarıda qeyd olunan qanunvericilik normalarının və Plenum Qərarlarının izahları baxımında təhlili göstərir ki, apellyasiya məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmamışdır. Azərbaycan Respublikası CPМ-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və a zadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istin taq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək, Məhkum polis işçiləri tərə findən döyüldüyü üçün aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olduğunu bildirməsinə və bu barədə etirafedici ifadələr verərək, müvafiq istintaq sənədlərinə imza etməsinə dair əsaslarını inandırıcı fakt hesab edib, polis əməkdaşlarının hadisəyə dair vermiş olduqları ifadələrin reallığı tam əks etdirmədiyi barədə apellyasiya məhkəməsinin düzgün nəticəyə gəldiyini qeyd edir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının ob yektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə hökmünün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq h esab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar