Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1788/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və bəraət almış şəxs X10 oğlunun iştirakları ilə, X10 oğluna, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetiri lmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 27 dekabr tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), X12 və X6 ibarət tərkibdə) 2024-cü il 12 mart tarixli 1(099)-34/2024 nömrəli hökmü ilə 15 yanvar 1988-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 4 azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla yaşayan, X10 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nə zərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il 20 dekabrdan hesablanmış, ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs X10 oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X16 və X4 ibarət tərkibdə) 2024-cü il 27 dekabr tarixli, 1(106)-496/2024 nömrəli hökmü ilə X10 oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 24-cü il 12 mart tarixli, 1(099)-34/2024 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən ləğv edilmiş, X10 oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə, CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X10 oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 23,002 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində Cəsarət İmamquluiyev 20 dekabr 2022-ci il tarixdə saat 04:50-də yaşadığı Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən evinin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Ağcabədi Rayon Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 23,002 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə təqsirləndirilən şəxs X10 oğlu satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 23,002 qram çəkidə nark otik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 20 dekabr 2022-ci il tarixdə saat 04:50-də AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən evinin qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 23,002 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ BƏRAƏT ALMİŞ ŞƏXSİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsasla ndıraraq qeyd etmişdir ki, bəraət almış şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşılmalı, bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirməli, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 21 dekabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cəsarət İmamquluiyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən sonuncu ona verilən ittihamla razılaşaraq istintaq orqanının çağırışlarına vaxtl ı-vaxtında gələcəyini (vəd verməklə) öhdəsinə götürərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Həmçinin, Cəsarət İmamquluiyevin üzərində aşkar olunan heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu hal barədə heç bir fikir bildirməməsi, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Cəsarət İmamquluiyev vəkilin iştirakı ilə əynindəki qara rəngli göd əkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək heroinin özünə məxsus olduğunu etiraf edir, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Sadalananlar bir daha qeyd etməyə əsas verir ki, məhkəmə təqsirləndirilən şəxs X10 oğlunun cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını, bununla yanaşı hazırda cəmiyyətdə narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi istiqamətində gedən prosesləri nəzərə almamış, nəticə etibarilə sonuncuya bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunç uluq və digər prinsiplərini pozmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətdən görünür ki, məhkəmə özünü müdafiə üçün rahatlıqla dəlil gətirmək və yalan ifadə vermək hüququ olan təqsirləndirilən Cəsarət İmamquluiyevin döyülüb üzərinə narkotik vasitə qoyulmasından ibarət ifadəsini, sonuncunun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ağlabatan, işin faktiki hallarına uyğun gələn ifadələrini, şəxsi axtarış keçirilməsi barədə protokolu, əlavə edilmiş videoçəkilişi, çoxsaylı şahidlərin-polis əməkdaşlarının ifadələrini, sübutlar siyahısından çıxarmış, yalnız qeyd edilən mötəbərliyi şübhə doğuran sübutlarla yekun qərar qəbul etmiş və bununla da yanlış nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirl əndirilən şəxs qismində verdiyi ifadələri nəzərə alınmamış, onun məhkəmə baxışında ziddiyyətli ifadələr verməsinin obyektiv səbəbi aydınlaşdırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyi-nəzərdən təhlil olunmamış, birbiri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zamanı yalnız bir tərəfin maraqları prioritet götürülmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Kassasiya protestində göstərilənlərə əsasən dövlət ittihamçısı X10 oğlunun barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-ci il 27 dekabr tarixli 1(106)-496/2024 nömrəli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyi n edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və X10 oğluna CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 dekabr tarixli hökmün ləğv edilməsini və işin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs X10 oğlu kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellya siya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində bəraətin qanunsuzluğunu və əsassızlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımınd an səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının ink ar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblər inə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə bəraət almış şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zərur i hesab edir. Dövlət ittihamçısı kassasiya protestində bəraət almış şəxsə ibtidai istintaq zamanı işgəncə verilməsi ilə bağlı məsələni mübahisələndirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 18 fevral 2023-cü il tarixli, 3-16-17/38/21169/2023 nömrəli məktubundan görünür ki, həbs edilmiş şəxs X10 oğlu xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İlkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən sağ çiyin, bazunun sağ bayır səthində, sağ qalça tini nahiyəsində 3-4 sm ölçüdə, burun nahiyəsində isə 1-2 sm ölçüdə bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Apellyasiya instansiya məhkəməsi baxışında Cəsarət İmamquluiyev izahatında israrla polis əməkdaşlarının onu d öydüklərini və ləyaqətini alçaltdıqlarını, döyülməkdən qorxub üzərindən 23,002 qram çəkidə narkotik vasitə heroini çıxmasını dediyini bildirmiş, onu döyən şəxsin Şahid2 adlı polis əməkdaşı olduğunu göstərmişdir. Qeyd olunan işgəncə faktı ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda 80-C-23 nömrəli material üzrə araşdırma aparılan zaman Cəsarət İmamquluiyevin izahatında polis əməkdaşlarının onu döydüyünü, döyülməyə dözməyərək üzərindən 23,002 qram narkotik vasitə çıxmasını dediyini, onu döyən polis əməkdaşlarının adını xatırlamadığını bildirmişdir. 80-C-23 nömrəli material üzrə qəbul olunmuş 02 mart 2023-cü il tarixli qərara nəzər yetirərkən görünür ki, DİN-nin BMCMİ-nin əməkdaşları Ramil Səfərov və Şahid2 izahatları alınmış, onlar Cəsarət İmamquluiyevin göstərdiyi xüsusatları inka r etmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cəsarət İmamquluiyevdə xəsarətlər xx.xx.2022-ci il tarixdə istintaq təcridxanasında qeydə alınmış, buna baxmayaraq istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Cəsarət İmamquluiyevin döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin məlumatlar əsasında ilk araşdırma (izahat alınmışdır) xx.xx.2023-cü il tarixdə, təxminən bir ay on bir gün müddət keçdikdən sonra aparılmışdır. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu ) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlama yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid e dildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmətibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Göründüyü kimi, Cəsarət İmamquluiyevin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı qəsdən gecikdirilmiş araşdırma aparılsa da, bu formal olmuş, zorakılıqla bağlı ibtidai araşdırmanın formal və səthi olması araşdırmanın gec başlaması, həmçinin qə bul edilmiş qərarın məzmunu və əsaslandırmanın inandırıcı olmaması ilə də aydın görünür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” 18 noyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma on a gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X 5rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Avropa Məhkəməsi inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Avropa İnsan Hüquqları Məhkəməsi “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli Qə rarında məhkəmə bir daha təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digə r qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22 684/05, § 99, 2 April 2009)). Hazırkı işin hallarına gəlincə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cəsarət İmamquluiyevin polis tərəfindən pis rəftara məruz qoyulması açıq şəkildə məlumdur. Məhkəmə kollegiyası bu qənaətini onunla əsaslandırmışdır ki, Cəsarət İmamquluiyevin saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamışdır. Polis bölməsinə gətirilərkən xəsarəti olmayan və qeydə alınmayan şəxsin ordan çıxdıqdan sonra xəsarətlərinin olması və bunun ağlabatan izahının olmaması müdafiə tərəfinin həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi ilə bağlı dəlillərinin təkzibini mümkünsüz edir. Məhkəmə kollegiyası b u qərardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas müəyyən etməmiş və hesab etmişdir ki, Cəsarət İmamquluiyevin polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər sübutlar təqdim edə bilmişdir. Eyni zamanda, Cəsarət İmamquluiyevi saxlayan polis əməkdaşları da onu saxlayarkən sonuncuda xəsarətlərin olması barədə hər hansı xüsusat bildirməmiş, bu barədə hər hansı sənəd olmamışdır. Yuxarıda qeyd edilənlərdən də meydana çıxan mənzərə ondan ibarətdir ki, ibtidai istintaq zamanı C.İmamquluiyevə işgəncə verilmiş və ondan etiraf ifadələri ona işgəncə verilməsi yolu ilə alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cəsarət İmamquluiyevə ibtidai istintaq zamanı işgəncə verilməməsi ilə bağlı məsələlərə dair kassasiya protestinin dəlilləri əsass ızdır və apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi əsaslandırılmış və inadırıcıdır. Kassasiya protestinin digər dəlili ittiham və müdafiə tərəfinin təqdim etdiyi şahid ifadələri ilə bağlıdır. İşdən görünür ki, ittiham tərəfinin şahidləri polis əməkdaşlarıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cü il tarixli qərarında polis şahidlərlə bağlı göstərilmişdir: “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir (bax: 26-cı bənd). Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi (yuxarıda 61-ci bəndə bax). Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır.” Göründüyü kimi, şahidlərlə bağlı hazırki işə baxan məhkəmələrin mövqeyi AİHM-in mövqeyi ilə üst-üstə düşür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin şahidlərlə bağlı dəlilləri də əsassızdır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının po zulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplan ılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri əsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırıl mışdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhk əməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmişdir. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlal ət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dö vlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə, X10 oğluna bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 dekabr tarixli hökmü, dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1788/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1788/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver