Məhkəmə qərarları › İş №1(102)-1789/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1789/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1789/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum1 müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlunun, Məhkum3 və onun müdafiəçisi X1 və mülki iddiaçı Şahid1 nümayəndəsi X5 iştirakları ilə, Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli,1(106)-185/2022 nömrəli qərarından Məhkum1 müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1968-ci il tarixdə Astara rayonu Şiyəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, Astara rayonu Şiyəkaran kəndində qeydiyyatda olan

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli,1(099)421/2021 saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 311.3.1, 311.3.3-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəll ənin 32.4, 312.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb eymə müddəti keçdiyindən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə əsas və əlavə cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təhbər və maddi-məsul vəzifə tutmaq hüququndan m əhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum cəzası təyin edilmişdir.

3. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti və Məhkum3 müdafiəçisi Müdafiəçi1, Məhkum1 müdafiəçisi Müdafiəçi3, Məhkum2 Müseyib oğlu və onun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş ayrı-ayrılıqda apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2022-ci il tarixli,1(106)-185/2022 qərarı ilə apellyasiya şikayətləri və kassasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli,1(099)-421/2021 nömrəli hökmü Məhkum1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. X3 Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu kassasiya şikayəti vermişdir.

5. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum1 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

6. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.Eləcə də, həmin Məcəllənin 414.5-ci m addəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

7. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum1 kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli,1(106)-185/2022 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiya sı Q Ə R A R A A L D İ: Məhkum1 ərizəsi təmin edilsin. Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli, 1(106)-185/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar