Məhkəmə qərarları › İş №1(102)-1789/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1789/2023

11.10.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1789/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxxx 1997-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sədərək Ticarət Mərkəzində satıcı işləyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ü nvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.1ci maddəsi ilə, xx xxxxx 1997-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli hökmündən məhkumların müdafiəçisi, “Qanunçuluq” Vəkil Bürosunun vəkili Rüstəmov Ramil Litvin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmünə əsasən (hakim Rafiq Məmmədov) Məhkum1 – Azərbaycan Respublikası CM-in 221.2.1-ci ma ddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli hökmü (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), E.İ.Xasməmmədov və T.A.Muxtarov) ilə apelyasiya protesti qismən və apelyasiya şikayətləri isə təmin edilərək Ağdam Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib on a həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Məhkum1 barəsində amnistiya tətbiq edilərək 1 il azaldılmış və üzərində qəti olaraq 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, təyin olun muş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Məhkum2 barəsində amnistiya tətbiq edilərək 1 il azaldılmış və üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan Hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.S.Qılıcov (sədrlik edən), İ.Ə.Rəcəbov və N.R.Mövsümov) məhkum edilmiş şəxslər və onların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməklə Gəncə Apel yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli hökmü ləğv olunmuş və iş yenidən apelyasiya baxışına təyin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli hökmü ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), A.H.Hüseynzadə və F.Ə.Mehtiyev) birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri tam təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ləğv edilərək, iş üzrə yeni hökm çıxarılmışdır. Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudla şdırılması cəzası təyin edilmiş, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Məhkum1 barəsində amnistiya tətbiq edilərək təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 il azaldılmış və üzərində qəti olaraq 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Məhkum2 barəsində amnistiya tətbiq edilərək təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 il azaldılmış və üzərində qəti olaraq 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Məhkum1 24 iyul 2020-ci il tarixdə saat 19:30 radələrində əmisi oğlu Məhkum2 ilə Ağdam rayon Mirəşelli kəndi ərazisindəki kafedə spirtli içki qəbul etdikdən sonra idarə etdiyi “Kia Optima” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayon Bənövşələr qəsəbəsinə gəlib həmin ərazidə avtomobili yüksək sürətlə idarə edərək əyləci basmaqla avtomobilin arxa hissəsini sürüşdürüb avtoxuliqanlıq hərəkətləri etdiyini görüb polisə məlumat verən rayon icra hakimiyyəti başçısının Bənövşələr qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2 ilə həmin tarix və vaxtda ictimai yer hesab edilən Ağdam rayonu Bənövşələr qəsəbəsindəki küçədə mübahisə edib sonuncunu təhqir etməklə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya, hamı tərəfindən qəbul olunmuş davranış normalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinaszılıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, o cümlədən öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə vətəndaş Zərərçəkmiş şəxs2 sifət və qol nahiyələrinə yumruqla və təpiklə zərbə endirib sol gözyuvasıaltı nahiyənin dərialtı hematoması, qançırı, sol said nahiyəsinin sıyrıqları, sol xarici qulaq nahiyəsinin qançırı ilə müşayiət edilən sağlamlığa zərə vurmayan xəsarətlər yetirib sonuncunun üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə Məhkum2 ilə qabaqcadan razılşmadan bir qrup şəxs halında xuliqanlıq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkumların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsi və məhkumlar barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozularaq işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadığından qəbul edilmiş hökm qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi şahidlər X15, X8 və X1 baş vermiş hadisənin bilavasitə şahidləri olmadıqlarına dair məhkəmə baxışı zamanı verdikləri ifadələri deyil, ibtidai araşdırma zamanı verdikləri ifadələri mötəbər sübut kimi qəbul etməklə səhvə yol vermişdir. Həmçinin zərərçəkmiş şəxslərin ibtidai istintaqda verdikləri ifadələrlə məhkəmədə verdikləri ifadələr arasında olan ziddiyyətlər nəzərə alınmamışdır. Şikayətdə həmçinin qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, Gəncə Apellyasiya məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kas sasiya şikayətinə əsasən ləğv olunanadək Məhkum1 ona təyin olunmuş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 4 ay 2 gün müddətini və Məhkum2 ona təyin olunmuş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 4 ay 5 gün müddətini çəkmişdir və təyin olunmuş cəzadan həmin müddət çıxılmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs2 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumların müda fiəçisi tərəfindən verilmiş kassasiya şikayətində onların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildikləri qeyd olunur və apellyasiya instansiyası məhkəməsini qərarının ləğv edilməsi xahiş edilir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, məhkumlar Məhkum1 və Məhkum2 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına al ınması üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.2-ci maddəsinə görə “Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar göstərməklə törədildikdə” iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaş ların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairə sinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tap an və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qayda nı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Həmin Qərarın 3-cü bəndində qeyd olunur: ”Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.” Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə poz ulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 və Məhkum2 verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Məhkum1 və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yo lla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apel lyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmənin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, qeyd edir ki, məhkumlar Məhkum1 və Məhkum2 özlərini CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilməsələr də, cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri, şahidlər X12, X13, X15, X3, X9, X4, X19, X16, X10 və X6 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokol, Zərərçəkmiş şəxs1 məxsus “Nissan X-Trayl” markalı, **-BF -*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokol, məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 150 və 151 nömrəli rəyləri və xx.xx.2020-ci il tarixli, 152 nömrəli rəyi, üzləşdirmə protokolları, habelə toplanmış digər sübutlarla məhkumların təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumların heç bir cinayət törətməmələri iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkumlara bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхslər Məhkum1 və Məhkum2 cə zа təyin еdilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hökmü maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3. 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 barələrində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, şəxsiy yətlərini, Məhkum1 və Məhkum2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaları və məhkum olunmamalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzalarının yüngülləşdirən hallar kimi və cəzalarını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə məhkumlar Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası CPM-in 143-146cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumların ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinmələri haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsip lərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkumlara təyin olunmuş cəzaların hesablanmasında apelyasiya instansiyası məhkəməsi tərəfindən səhvə yol verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 7 aprel 2023-cü il tarixli 21-1-3-7633-11 nömrəli məktubundan müəyyən edilir ki, Məhkum1 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli hökm üzrə təy in edilmiş cəzanın 4 (dörd) ay 2 (iki) gününü çəkmişdir. Həmçinin, Ağdam rayon İcra və probasiya şöbəsinin 12 aprel 2023-cü il tarixli 32505/2022-6-1 nömrəli məktubundan müəyyən edilir ki, Məhkum2 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli hökm üzrə təyin edilmiş cəzanın 4 (dörd) ay 5 (beş) gününü çəkmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin hökmündə məhkumlara təyin olunmuş cəzaların hesablanması zamanı həmin müddətlər nəzərə alınmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli hökmü dəyişdirilməklə, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təyin edilmiş cəzadan onların Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 26 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan çəkdikləri müddətlər çıxarılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum1 və Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 və Məhkum2 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli hökmü məhkumların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum1 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 6 ay müddətə azadlığın məhdudlaşdı rılması cəzasından 4 ay 2 gün müddət çıxılsın və üzərində qəti olaraq 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Məhkum2 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 4 ay 5 gün müddət çıxılsın və üzərində qəti olaraq 1( bir) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar