Məhkəmə qərarları › İş №1(102)-1789/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1789/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1789/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 311.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mİrzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1967-ci il tarixdə Ucar rayonunun Qazyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarə sinin 7 saylı Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin dövlət əmək müfəttişi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, CM-in 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ona qarşı irəli sürülmüş CM-in 308.1-ci maddəsindən ibarət rəqəm ifadəsi xaric edilmiş, CM-in 70-ci maddəsinə əsasən məhkum olunmuş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, CM-in 70.5-ci maddəsinin tələbinə uyğun olaraq s onuncunun üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, Məhkum davranışına nəzarətin həyata keçirilməsi isə onun yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum qarşı CM-in 309.1 və 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan dövlət ittihamçısının imtinası qəbul edilərək onun barəsində həmin maddələrlə başlanılmış cinayət təqibinə xitam verilməklə o, bu maddələrlə cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin göstərilən qərarla Məhkum CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-in 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və o, həmin maddələrlə də cinayət məsuliyyətindən azad olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin 7 saylı Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin dövlət əmək müfəttişi vəzifəsində işləyərkən şöbənin vəzifə təlimatına əsasən dövlət avtomobil müfəttişi kimi nəqliyyat vasitələrinə illik texniki baxış keçirmək, nəqliyyat vasitələrinin nömrəli aqreqatlarının qeydiyyat şəhadətnaməsi ilə uyğun gəlməsinə nəzarət etmək, nəqliyyat vasitələrinin axtarışda olub-olmamasını yoxlamaq, nəqliyyat vasitələrinin texniki vəziyyətini müəyyənləşdirmək və digər vəzifə və səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə ə laqədar Ağdaş rayonu, Yenikənd kənd sakini Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi VAZ-2107 markalı **BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin texniki baxışdan keçirilməsi üçün zəruri olan sənədlərin düzəldilməsi müqabilində sonuncudan 2021-ci ilin iyul ayının istintaqa məlum olmayan günündə və saatında Yevlax rayonunun Aşağı Qarxun kəndində yerləşən Baş Dövlət Yol Polisi idarəsinin 7 saylı RQİ və TBŞ-də xidməti iş otağında 150 manat məbləğində pulunu qəsdən rüşvət qismində tələb edib almışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və mər uzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 25 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə, korrupsiya cinayətlərinə qarşı mübarizə haqqında bir sıra Konvensiyalara, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa, vəzifədən sui-istifadə və rüşvət alma cinayə tlərinin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş CM-in 308.1 və 311-ci maddələrinə, cəza təyin etmənin prinsipləri, şərtləri, qaydaları və əsasları təsbit edilmiş CM-in müvafiq normalarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair", “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 may 2011-ci il, 18 iyun 2013-cü il və 19 iyul 2013-cü il tarixli Qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il və 5 sentyabr 2012-ci il tarixli Sərəncamları ilə müvafiq olaraq “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planına”, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planına” “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planına”, ibtidai araşdırma orqanı tərəfində Məhkum qarşı irəli sürülmüş ittihama, cinayət işi üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, birinci və apellyasiya instansiyası məhkəmələrinin bu aktlarda gəldikləri nəticələrə istinad edən dövlət ittihamçısı A.M.Abdullayev həmin protestini onunla əsaslandırmışdır ki, Məhkum CM-in 308.1-ci maddəsi ilə irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı tam sübuta yetirilsə də məhkəmə həmin maddəni bu ittihamdan xaric etməkdə haqlı olmamışdır, çünki CM-in 308.1-ci maddəsinin dispozisiyasında hüquqi şəxslərlə yanaşı fiziki şəxslərin də hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmanın CM-in həmin maddəsində nəzərdə tutulan cinayətin tərkibinin yaratması öz əksini tapmış, Məhkum Zərərçəkmiş şəxs1 150 manat məbləğində pulu rüşvət qismində alması nəticəsində sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmuş, Məhkum tərəfindən m üstəqil tərkibli, biri digəri ilə əhatə olunmayan rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayət əməlləri törədilmişdir. Bir hərəkətlə törədilən rüşvət almadan ibarət cinayət əməlinin vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətini əhatə etməsi ilə bağlı məhkəmənin gəlmiş olduğu nəticə həmçinin ona görə əsassızdır ki, hər iki cinayət əməli müstəqil tərkibli olmaqla, eyni deyil, fərqli cinayətlərdir. Bu baxımdan CM-in 311-ci maddəsində nəzərdə tutulan əməl CM-in 308.1-ci maddəsində təsbit edilmiş əməli əhatə edə bilməz. Belə ki, CM-in 17.4-cü maddəsinə əsasən CM-in Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. CM-in 17.1 və 17.2-ci maddələrinin tələblərinə g örə isə, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və ya daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Kassasiya protesti müəllifinin fikrincə, Məhkum əməlinin CM-in 308.1-ci maddəsi ilə tövsifindən bəhs edərkən nəzərə almaq lazımdır ki, o, vəzifəli şəxs olmaqla CM-in 311.1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş, həmin əməl lə Zərərçəkmiş şəxs1 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmuş, məhkum olunmuş şəxsin törətdiyi əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə olmuş, o, cinayət tərkibli hərəkətləri vəzifəli şəxs kimi onun qanuni səlahiyyətlərindən (dövlət avtomobil müfəttişi kimi nəqliyyat vasitələrinə illik texniki baxış keçirmək və s.) irəli gəlmiş, bir sözlə, onun əməlində CM-in 308.1-ci maddəsinə münasibətdə cinayət tərkibinin bütün əlamətləri mövcud olmuş, həmin cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 faktiki olaraq zərər çəkmiş və ibtidai araşdırma orqanı tərəfindən sonuncunun zərərçəkmiş şəxs qismində tanınmaması CM-in 308.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi və zərərin vurulması faktını aradan qaldırmamışdır. Buna baxmayaraq məhkəmələr Məhkum tərəfindən törədi lən əməlin cinayət-hüquqi nəticələrinə düzgün hüquqi qiymət verməmiş, irəli sürülmüş ittihamdan CM-in 308.1-ci maddəsindən ibarət rəqəm ifadələrini xaric etməklə əməlin tövsifinin hüquqi əhəmiyyətini itirməsinə və məhkumun məsuliyyətdən kənarda qalmasına səbəb olmuş, bununla da qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri pozulmuşdur. Məhkum əməlinin tövsifi ilə bağlı yanlış nəticəyə gəlməklə yanaşı məhkəmələr onun barəsində cəza tədbirini seçərkən və ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edərkən onun törətdiyi cinayətin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, CM-in 311-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektinin dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqa nlarında, habelə kommersiya və ya qeyri kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər olmasını, həmin cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını nəzərə almamışlar, halbuki bu halların məcmusu məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın real çəkilməli olmasını şərtləndirmişdir. Həmçinin, məhkəmələr Məhkum barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarında əksini tapmış izah və tövsiyələrə də əməl etməmiş, korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş milli qanunvericiliyin tələblərini və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiyaların, bir çox qeyri-normativ hüquqi akt ların müddəalarını nəzərlərindən kənarda qoymuşlar. Məhkəmələr Məhkum təyin edilmiş cəzanın çəkilmədən onun islah olunmasını mümkün hesab edərkən sonuncunun “Xroniki böyrək çatışmamazlığı, V mərhələ və proqramlı hemodializ” xəstəsi olmasını cəzasını yüngülləşdirən hal hesab edilsə də nəzərə alınmamış, iş üzrə keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizasının 6 aprel 2023-cü il tarixli, 88/KEŞ saylı rəyində Məhkum düçar olduğu xəstəliklə əlaqədar ona proqramlı hemodializ müalicəsi aparılmaqla cəzaçəkmə müəssisəsində saxlanılmasının mümkün olması göstərilmişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.M.Abdullayev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxtı barə də qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq dövlət ittihamçısının rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini ist isna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı A.M.Abdullayev Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından verdiyi həmin protestində Məhkum qarşı irəli sürülmüş ittihamdan CMin 308.1-ci maddəsindən ibarət rəqəm ifadəsinin xaric edilməklə onun törətdiyi cinayət əməlinin yalnız CM-in 311.1-ci maddəsi ilə tövsif edilməsi, habelə onun barəsində şərti məhkum etmənin tətbiq olunması barədə məhkəmələrin gəldikləri nəticələri əsassız və qanunsuz hesab edir və buna görə apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməli olması barədə tələbini CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə mə hkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti ü zrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəy yən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiy a baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilm işdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinə əsasən, cinayət məsuliyyətinə cəlb edilmiş hər hansı şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən əvvəl məhkəmə cinayət işi üzrə bütün sübutları tam, hərtərəfli və obyektiv tədqiq edib onları qanuna müvafiq qaydada qiymətləndirməklə bunların nəticəsində həmin şəxsin bu və ya digər cinayətin törədilməsində təqsirli olması barədə qanuni və mötəbər nəticəyə gəlməli, onun əməlinin hüquqi tövsifini yoxla yaraq törədilmiş əmələ (əməllərə) uyğun olaraq həmin əməlin (əməllərin) CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəsi (maddələri ilə) düzgün tövsif edilməsini təmin etməli və yalnız bundan sonra maddi hüquq normalarının tələblərinə uyğun olaraq təqsirkarın haqqında qanuni və ədalətli cəza tədbirinin seçilməsi məsələsini həll etməlidir. Bununla yanaşı, məhkəmə bu məsələni həll etməzdən əvvəl həmçinin təqsirkara qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodun, yaxud da CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin xaric edilməsi və ya cinayət təqibinə prosessual qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif əsaslarla tam və ya hissəvi xitam verilməsi mümkünlüyünü də nəzərindən qaçırmamalı və bunlar üçün əsaslar müəyyən etdikdə həmin əsaslara müvafiq olaraq qanuni və obyektiv qər ar qəbul etməlidir. Təsvir edilən məsələlərin həlli ilk növbədə birinci və apellyasiya instansiyası məhkəmələrinin vəzifələrinə aid olsa da, məhkəmə kollegiyası vurğulayır ki, həmçinin kassasiya icraatını tənzimləyən CPM-in 419.1-ci maddəsinin tələbləri də imkan verir ki, apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya protestində və ya kassasiya şikayətində məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməməsi və ona açıq-aşkar yüngül və ya ağır cəzanın təyin edilməsi barədə dəlillər irəli sürüldükdə kassasiya instansiyası məhkəməsi də bu dəlillərə cavab verməzdən əvvəl işə aşağı instansiyası məhkəmələri tərəfindən baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlasın, bu məsələlərə öz münasibətini bildirsin, sonradan isə kassasi ya müraciətlərində irəli sürülmüş dəlillərə əsaslandırılmış və inandırıcı cavab verməklə həmin müraciətlər üzrə qanuni, obyektiv və ədalətli qərar qəbul etsin. Məhkəmə kollegiyası yuxarıda təsvir edilmiş təfsirdən və CPM-in 419.1-ci maddəsinin tələblərindən çıxış edərək ilki növbədə qeyd edir ki, Məhkum ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittiham üzrə rüşvət alma cinayətini törətməsi, yəni onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin 7 saylı Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin dövlət əmək müfəttişi vəzifəsində işləyərkən şöbənin vəzifə təlimatına əsasən dövlət avtomobil müfəttişi kimi nəqliyyat vasitələrinə illik texniki baxış keçirmək, nəqliyyat vasitələrinin nömrəli aqreqatlarının qeydiyyat şəhadətnaməsi ilə uyğun gə lməsinə nəzarət etmək, nəqliyyat vasitələrinin axtarışda olub-olmamasını yoxlamaq, nəqliyyat vasitələrinin texniki vəziyyətini müəyyənləşdirmək və digər vəzifə və səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Yenikənd kənd sakini Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi VAZ-2107 markalı **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin texniki baxışdan keçirilməsi üçün zəruri olan sənədlərin düzəldilməsi müqabilində sonuncudan 2021-ci ilin iyul ayının istintaqa məlum olmayan günündə və saatında Yevlax rayonunun Aşağı Qarxun kəndində yerləşən Baş Dövlət Yol Polisi idarəsinin 7 saylı RQİ və TBŞ-də xidməti iş otağında 150 manat məbləğində pulunu qəsdən rüşvət qismində tələb edib alması iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla to planmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla – məhkum olunmuş şəxsin etirafedici ifadələri ilə yanaşı bu epizod üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1, digər şahidlərin ifadələri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Məhz CPM-in 143-146cı maddələrinin tələblərinə əməl olunmaqla tədqiq edilərək qiymətləndirilmiş həmin sübutlara əsasən məhkəmələr haqlı olaraq Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 150 manat məbləğində pulu istəyərək alması və bu əməli törətdiyinə görə təqsirli bilinməsi barədə nəticəyə gəlib məhkum olunmuş şəxsin göstərilən əməlini CM-in 311.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, həm ibtidai araşdırma orqanının, həm də birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum rüşvət alma (passiv rüşvətxorluq) cinayətini törətməsi haqda gəldikləri bu nəticə qanunidir və həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya protestinin də məzmunundan görünür ki, onun müəllifi dövlət ittihamçısı A.M.Abdullayev öz müraciətində bu nəticəni mübahisələndirməmiş və buna görə məhkəmə kollegiyası Məhkum təhlil edilən cinayət əməlini törətməsi, bu əməlin hüquqi tövsifi ilə bağlı məsələlərin təftiş edilməsini məqsədə müvafiq bilmir. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarına əsasən Məhkum qarşı ibtidai ar aşdırma orqanı tərəfindən eyni əməlinə görə həm də CM-in 308.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin 7 saylı Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin dövlət əmək müfəttişi vəzifəsində işləyərkən şöbənin vəzifə təlimatına əsasən dövlət avtomobil müfəttişi kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni tamah niyyəti ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və Zərərçəkmiş şəxs1 onun xeyrinə edəcəyi hərəkətə görə ondan 2021-ci ilin iyul ayının istintaqa məlum olmayan günündə və saatında Yevlax rayonunun Aşağı Qarxun kəndində yerləşən Baş Dövlət Yol Polisi idarəsinin 7 saylı RQİ və TBŞ-də xidm əti iş otağında 150 manat məbləğində pulunu qəsdən rüşvət qismində tələb edib almaqla fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. İlk növbədə məhkəmə kollegiyası Məhkum qarşı irəli sürülmüş, yuxarıda təsvir edilən epizod üzrə ittihamın o hissəsi ilə razılaşır ki, məhkum olunmuş şəxs həmin epizod üzrə əməlini, yəni rüşvət alma cinayətini vəzifəli şəxs kimi məhz vəzifəsindən suiistifadə etməklə törətmiş və sair niyyətlə, yəni Zərərçəkmiş şəxs1 xeyrinə ittihamda göstərilən hərəkətlərin edilməsi müqabilində onun qarşısında nüfuz qazanmaq məqsədilə ona bu hərəkətlərin edilməsini vəd etmiş, lakin sonuncudan 150 manat məbləğində pul şəklində rüşvət istəyib alsa da, öz vədinə əməl etməmişdir. Lakin, bununla belə, məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə ibti dai araşdırma orqanı tərəfindən Məhkum göstərilən əməlinin həm də vəzifədən sui-istifadə etmə, yəni CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi də qiymətləndirilməsi ilə razılaşmır və belə qənaətə gəlir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri haqlı olaraq həmin maddənin ittihamdan xaric edilməsi barədə nəticəyə gələrkən maddi hüquq normasının tətbiqində səhvə yol verməmişlər. Bu qənaəti ilə bağlı və kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-in 308.1-ci maddəsində vəzifə səlahiyyətlərindən suiistifadə cinayəti vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə e tməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, bunun da nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma kim təsbit edilmişdir. Birincisi, CM-in 308.1-ci maddəsinin məzmunundan göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlara və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolay ı qəsd) ( kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarı). İkincisi, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin zəruri əlaməti cinayətin məqsədidir. CM-in 308-ci maddəsində bu məqsəd vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Qanunsuz üstünlük əldə etmə məqsədi şəxsin öz qulluq səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə dövlətin və ya ayrıayrı şəxslərin əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyy ətinə keçirməklə qazanc əldə etmək istəməsində, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olunmasında, qeyri-əmlak xarakterli mənfəət əldə etmədə, habelə qanunsuz olaraq hər hansı güzəştin və ya imtiyazın əldə olunması istəyində ifadə olunur. Lakin, vəzifədən sui-istifadə etmə əməli hətta belə məqsədlərlə törədilsə belə, bu əməlin mühüm zərərin vurulmasına səbəb olması müəyyən edilmədikdə (CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri əlamətlərindən biri) şəxsin vəzifəsindən sui-istifadə etməsi CM-in 308.1-cı maddəsinin tələbləri baxımından həmin cinayətin tərkibini yaratmır. Üçüncüsü, məhkəmə kollegiyası qeyd edir ki, təhlil olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Cinayət qanunu normasının bu cür təsbitindən və ona verilmiş şərhdən çıxış edərək məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum qarşı CM-in 308.1-ci maddəsi ilə irəli sürülmüş ittiham mücərrəd xarakter daşıyır ona görə ki, onun bu maddədə nəzərdə tutulmuş əməlinin fiziki şəxsə - rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətini törətmiş Zərərçəkmiş şəxs1 mühüm zərərin vurulmasına səbəb olması göstərilsə də, bu nəticə ittihamda yalnız ümumi sözlərlə ifadə olunmuş, digər tərəfdən isə Məhkum törətdi yi əməl nəticəsində mövcud olmayan zərərin mühüm olmasının konkret olaraq nədə ifadə olunması toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş, belə nəticə ilə bağlı ibtidai araşdırma orqanı tərəfindən hüquq və mənafelərinə ziyan vurulması ehtimal olunan Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarına istinadən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin yalnız birbaşa və ya dolayı qəsdlə törədilməsi mümkünlüyünü də nəzərə alaraq vurğulayır ki, şəxsin bu cinayəti törətməsi barədə nəticəyə gəlmək üçün onun qulluq mənafeyi əleyhinə olan əməlini məhz qəsdlə törətməsi müəyyən edilməli, yəni iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk etməsi, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görərək bu nəticələrin baş verməsini arzu etməsi (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi (dolayı qəsd) müəyyən edilməlidir. Hazırki iş üzrə Məhkum ona CM-in 308.1-ci maddəsi ilə elan olunmuş ittihamdan məhkum olunmuş şəxsin vəzifədən sui-istifadə etmə əməlini törədərkən mühüm zərərin vurulmasında ifadə olunan nəticələrin baş verməsini arzu etməsi, yaxud da belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi görünmür və onun belə qəsdinin olması i ş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, bu hal ona qarşı irəli sürülmüş ittihamda da öz əksini tapmamışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CM-in 311.1-ci maddəsində rüşvət alma cinayətinin (passiv rüşvətxorluq) törədilməsinə, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsinə və ya almasına, yaxud bu barədə təklif və ya vədi qəbul etməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-in 308.1 və 311.1-ci maddələrinin müqayisəli təhlili göstərir ki, bu madd ələrdə nəzərdə tutulmuş hər iki cinayətin subyekti yalnız vəzifəli şəxs ola bilər, rüşvət alma cinayəti müstəsna olaraq birbaşa qəsdlə törədilsə də, vəzifədən sui-istifadə cinayətinin həm də dolayı qəsdlə törədilməsi mümkündür, hər iki cinayətin törədilməsi nəticəsində təqsirkar özgə əmlakını ələ keçirə bilər, lakin birinci halda, yəni CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədərkən özgə əmlakını ələ keçirmiş şəxs bunu rüşvət almaqla deyil, başqa üsullarla edir (məsələn dələduzluq, yaxud da əmlakı mənimsəmə yolu ilə), ikinci halda isə özgənin əmlakının ələ keçirilməsi rüşvət almaqla baş verir, hər iki halda əmlakı ələ keçirilmiş şəxsə ziyan vurulur, lakin birinci halda sonuncu heç bir qanuna zidd əməl törətmir, ikinci halda isə o, özü də rüşvət vermə cinayətini (aktiv rüşvət xorluq) törətmiş olur, yəni əmlakından məhrum edilərkən rüşvət vermə cinayətinin subyektinə çevrilir. Təsadüfi deyil ki, cinayət və cinayət-prosessual qanunvericiliyinin tətbiqi ilə bağlı formalaşmış istintaq və məhkəmə təcrübəsinə müvafiq olaraq rüşvəti vermiş şəxs onun hüquqlarına, mənafeyinə və əmlakına zərər vurulmuş şəxs (zərərçəkmiş) hesab edilmir və yalnız CM-in 312-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş hallar (bəraətverici olmayan əsaslar) müəyyən edildikdə o, cinayət məsuliyyətindən azad edilir, belə hallar olmadıqda isə rüşvət vermiş şəxs də cinayət məsuliyyətinə cəlb olunur. Göründüyü kimi, rüşvət alma cinayətini törətmiş şəxs məhz vəzifəsindən, yəni ona verilmiş və ya üzərinə qoyulmuş səlahiyyətlərindən sui-istifadə edərək həmin cinayəti törədir və bu vaxt öz əməli i lə həmçinin hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmadıqda, həmin şəxs yalnız CM-in 311-ci maddəsi ilə, yəni rüşvət alma cinayətini törətdiyinə cinayət məsuliyyətinə cəlb edilir. Belə təfsir, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həm yuxarıda göstərilən Qərarında, həm də kassasiya protestində istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair" 18 iyun 2013-cü il tarixli Qərarında əksini tapmış hüquqi mövqe məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, CM-in 311-ci maddəsi CM-in 308-ci maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir və şəxs yalnız rüşvət alma cinayətini törətdiy i halda cinayətlərin məcmusu yaranmır, buna görə də onun əməli təkcə CM-in 311-ci maddəsi ilə tövsif edilir. Bu qənaət həmçinin CM-in 17.4-cü maddəsinin tələblərindən də irəli gəlir. Belə ki, həmin maddəyə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Hazırki işin hallarından göründüyü kimi, Zərərçəkmiş şəxs1 öz əmlakından – 150 manat məbləğində pulundan özünün rüşvət verməsi (CM-in 312-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi), Məhkum isə həmin məbləğdə pulu rüşvət kimi alması nəticəsində məhrum olmuş və məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda onun hüquq və mənafeyinə hər hansı, o cümlədən mühüm ziyan vurulmasından s öhbət gedə bilməz. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihamdan CM-in 308.1-ci maddəsini rəqəm ifadəsi olaraq xaric edilməsi, onun əməlinin isə yalnız CM-in 311.1-ci maddəsi ilə tövsif olunması və bu maddə ilə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşarkən Məhkum əməlinin hüquqi tövsifində səhvə, yəni CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr təhlil edilən məsələ ilə bağlı göstərilən nəticəyə gələrkən məhkəmələr həm də qanunvericiliyin aşağıdakı normalarına, beynəlxalq müqavilələrin tələblərinə əməl etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mö vqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini, habelə rüşvətxorluq cinayətlərinə dair işlərin ibtidai araşdırması və həmin işlərə məhkəmələrdə baxılması zamanı bu cinayətlərin hüquqi tövsif ilə bağlı uzun illər formalaşmış vahid təcrübəni, bununla əlaqədar istintaq orqanlarının və məhkəmələrin, o cümlədən Ali Məhkəmənin Cinayət Kollegiyasının hüquqi mövqelərini nəzərə almışlar. Bu xarakterli cinayətlərə dair işlərin təhlili göstərir ki, həmin işlər üzrə yalnız rüşvət alma cinayətini törətdiklərinə görə təqsirləndirilən, sonradan isə məhkum olunmuş şəxslərin bu əməlləri müvafiq tövsifedici əlamətlərin olub-olmamasından asılı olaraq yalnız CM-in 311.1 və ya 311.2, yaxud da 311.3-cü maddələri ilə tövsif edilir, belə şəxslərin törətdikləri eyni əməllər əlavə olaraq həm də vəzifədə n sui-istifadə cinayəti kimi qiymətləndirilərək CM-in 308.1 və ya 308.2-ci maddələri ilə tövsif edildikdə isə həmin maddələrin ittihamdan xaric edilməsi barədə qərarlar qəbul edilir (məsələn X5 CM-in 308.1, 313 və 311.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli qərarı). Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi ilə bağlı kassasiya protestinin dəlillərini qəbul edilməz sayan məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı mad dəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasını n 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icraatının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirs iz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vət əndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz m əhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsi ndə, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Resp ublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub-olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanı nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəmə yə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə olumuşdur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü ma ddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin təsvir edilən tələblər inə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçi nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəl mişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əmə linin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5 -ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münas ibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-o lmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə bil əcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlam ətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayə t-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edil məsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məh kəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdiri lməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hü quq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkum barəsində seçilmiş cəza tədbirinin, yəni ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinin açıq-aşkar əsassız və yüngül olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidirlər (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın (seçilmiş cəza tədbirinin) ədalətli olması dedikdə isə, həmin cəzanın (cinayət-hüquqi xarakterli tədbirin) törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin formasını, motivini, üsulunu, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar və ya bir növ cəzanın aşağı və yuxarı hədləri nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilmiş hər hansı bir cəza (seçilmiş bu və ya digər cinayət-hüquqi xarakterli tədbir) cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bütün təsvir edilənlər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında sərgilədiyi hüquqi mövqedən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məs uliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri törətmiş şəxslərin qanunla müəyyən edilmiş əsaslarla məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlardan belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərarın qəbul edilməsi, bu və ya digər şəraitin qiymətləndirilməsi zəruri şərti kimi çıxış edir. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyildir ki, qanunverici də təqsirləndirilən şəxsə cəza təyin olunarkən və ya onun haqqında hər hansı cinayət-hüquqi xarakterli tədbir tətbiq o lunarkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq, bu təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də öl çülür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olu nması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki, insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaq la cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsi ndə göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmu ş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən və onun ailə vəziyyətinə aid olan məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza (tətbiq edilmiş cinayət-hüquqi- xarakterli tədbir) isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-in 58.3-cü madd əsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, norma l cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən v ə ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Məhkəmə kollegiyası təkrarən vurğulayır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət müh akimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bi r sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndi rmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəza nın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmun u CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlam ı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hall arına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərar ın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11346.1.14 -cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət törətmiş şəxsin azadlıq hüququ həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində və CPM-in 14.1-ci maddəsində də nəzərdə tutulmuş və qanunvericiliyin tələblərinə, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, məhkəmələr bu hüququn təmin edilib-edilməməsi məsələsini nəinki təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi, həm də onun barəsində ittiham hökmü çıxararkən müzakirə etməli və bütün halları nəzərə almaqla qanuni və ədalətli nəticəyə gəlməlidirlər. Çünki, CPM-in 12.1-ci maddəsi də tələb edi r ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Bu zaman məhkəmələrin cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərinə də əməl etmələri xüsusi əhəmiyyət kəsb edir. Bu qənaətə gələrkən isə məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına, bu halların arxasında duran təkzib edilməz sübutlara, habelə cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanır. Məhkum barəsində seçilmiş cəza tədbirinin bütün yuxarıda şərh edilənlərə uyğun olub-olmasını yoxlayan məhkəmə kollegiyası kassasiya protestinin bu məsələ ilə bağlı dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş və məhkəmələrin əsaslandıqları bir sıra sübutlara istinad etməyi zəruri bilir. Belə ki, cinayət işinin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Məhkum həmin Komissiya tərəfindən ömürlük birinci dərəcəli əlil hesab edilmişdir. “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 15 aprel 2022-ci il tarixli məktubundan göründüyü kimi, Ucar rayonunun Qazyan kənd sakini, xx xxxx 1967-ci il təvəllüdlü Məhkum 3 dekabr 2021 və 15 mart 2022-ci il tarixlərdə həmin xəstəxananın poliklinika şöbəsində urololi müayinədə olmuşdur. Xəstə dializ xəstəsi kimi qeydiyyata götürülmüş və o na xəstəliyi ilə bağlı “Xroniki böyrək çatışmamazlığı, V mərhələ və proqramlı hemodializ” diaqnozu qoyulmuşdur. Cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən təyin olunaraq keçirilmiş məhkəmə-tibbi ekspertizasının 6 aprel 2023-cü il tarixli 88/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Məhkum adına tərtib edilmiş tibbi sənədlərdən görünür kimi, onun “Digər xroniki tubulointerstisial nefritlər. Xroniki böyrək xəstəliyi, mərhələ 5” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edildi. Qeyd edilən xəstəlik xroniki gedişlidir. Məhkum düçar olduğu xəstəliklə əlaqədar ona proqramlı hemodializ müalicəsi aparılmaqla cəzaçəkmə müəssisəsində saxlanılması mümkündür. Məhkum düçar olduğu xəstəliyin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil. Göründüyü kimi, bu rəyd ə Məhkum qeyd-şərtsiz olaraq deyil, yalnız onun xəstəliyi ilə bağlı proqramlı hemodialez müalicəsi aparılmaqla cəzaçəkmə müəssisəsində cəza çəkməsinin mümkün olması göstərilmişdir ki, Azərbaycan Respublikası Penitensiar Xidmətin İstintaq Təcridxanalarında, cəzaçəkmə müəssisələrində və ya ixtisaslaşdırılmış Tibb Müəssisəsində belə müalicənin aparıla bilməsi müəyyən edilməmişdir (məhz bu halları nəzərə alan ibtidai araşdırma orqanı tərəfindən Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədə müvafiq hesab edilməmiş və məhkəməyədək icraat zamanı onun haqqında “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmişdir). Cinayət işinin materiallarında olan tibbi sənədlərə görə isə, Məhkum yuxarıda göstərilən böyrək çatışmazlığı xəstəliyindən müalicə olunması üçün onun həftədə üç dəfə, hə r dəfə dörd saat ərzində tibb müəssisəsində hemodialez müalicəsinin aparılması tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən həmin məsələ ilə bağlı cinayət qanunvericiliyi normalarının tələblərinə, bu normalara verdiyi təfsirə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əməl edərək onun törətdiyi cinayətin (bir epizod üzrə 150 manat məbləğində pul şəklində rüşvət alma cinayətinin) xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-in 59.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – məhkum olunmuş şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, "Xroniki böyrək çatışmamazlığı, V mərhələ və proqramlı hemodializ” diaqnozlu xəstəliyindən əzab çəkməklə İ qrup əlil olmasını, habelə iş üzrə CM-in 61.1-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah oluna biləcəyini mümkün bilmiş və bütün bunlara görə tamamilə düzgün olaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də qanuni və əsaslı olaraq Məhkum barəsində şərti məhkum etmənin tətbiqi haqqında birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, nəticə etibarı ilə isə CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı da kassasiya protestinin dəlillərini qəbul edilməz sayır və həm bu dəlilləri, həm də Məhkum əməlinin düzgün tövsif edilməməsinə dair dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir və eyni zamanda qeyd etməyi lazım bilir ki, sonuncunun barəsində şərti məhkum etmənin tətbiqini məqsədə uyğun hesab edən məhkəmələr həmçinin maddi hüquq normalarının aşağıdakı tələblərinə də əməl edərək bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə almışlar. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şər h edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlər də təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafi q sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata ke çirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edər kən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsu si formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, hə m qanunverici, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumları şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmiş hallar, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi məhkəmə kollegiyasına Məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real çəkməsinin məqsədə müvafiq hesab edilməməsi və onun cəmiyyətdən təcrid olunmadan islah olunması barədə mötəbər nəticəyə gəlmək üçün kifayət qədər əsaslar verdiyindən kollegiya bunun əksinə olan mövqedən çıxış etməyi, bununla da apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanlara əsaslanıb kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protesti təmin edilməməklə Məhkum CM-in 311.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarı həmin protestə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini r əhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar