Məhkəmə qərarları › İş №1(102)-179/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-179/2019

05.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-179/2019 05.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)179-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 05 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 may 2017 -ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli bəraət hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X15) X10 – 10 mart 1954-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləmiş, ailəli, məhkum olunmamış, Bakı şəhəri, *************************** qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müd dətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə X10 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan əməli törətmişdir. Belə ki, X10 01.11.2016-cı il tarixdə, saat 18-20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesindən Bakıxanov qəsəbəsi istiqamətində idarə etdiyi, AZ**-*** dövlət nömrə nişanlı, “MAN” markalı, texniki cəhətdən saz vəziyyətdə olan yük avto mobili ilə 40 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda göstərilənlərə ehtiyatsızlıqdan riayət etməyərək Şəhər yolu şosesi, Sabunçu körpüsünün başlanğıcında yolu keçən piyada X8 idarə etdiyi AZ**--*** dövlət qeydiyyat nişanlı, “MAN” markalı avtomobilin qabaq orta hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə sonuncu aldığı baş beyin mədəsinin əzilməsi, baş-beyin maddəsinə və mədəciklərə qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol baldır sümüklərin açıq, sağ baldır sümüklərinin qapalı sınıqları, başın, sifət in, hər iki aşağı ətrafın əzilmiş yaraları və sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə) 25 iyul 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2017-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X11 və X6 ibarət tərkibdə) 01 noyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən yenidən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X21 (sədrlik edən və məruzəçi), X3 və X12 ibarət tərkibdə) 03 avqust 2018-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, hökm ləğv edilmiş, X7 bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli hökmündən Dövlət ittihamçısı kassasiya protesti verərək hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya prote stini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən hökm çıxarılarkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq X7 CM-nin 263.2-ci maddəsi ilə əsassız bəraət verildiyindən hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə X2 yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının və müvafiq olaraq təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gələrkən həlledici şəkildə apellyasiya baxışı zamanı 13 mart 2018-ci il tarixli qərarla təyin olunmuş təkrar məhkəmə yol-nəqliyyat ekspertizasının rəyinə əsaslanmışdır. Həmin ekspertiza nəticəsində verilmiş 8 may 2018-ci il tarixli 9028 saylı rəydən görünür ki, ekspert X2 ifadəsində qeyd etdiyi məlumatı - “zərərçəkmiş şəxsi ona 5-6 metr məsafə qalmış görməsi” xüsusatını əsas götürmüş və məhz bu məlumatlardan çıxış edərək bütün hesablamalarını aparmış və gəldiyi nəticələri əsaslandırmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd olunan göstəricilərin, xüsusilə də, zərərçəkmiş şəxsi ona 5-6 metr məsafə qalmış görməsi barədə X2 verdiyi məlumatın həqiqiliyini lazımınca yoxlamadan, o cümlədən Ş6 zərərçəkmişi 5-6 metrdən daha böyük məsafədə görməməsinə nəyin əngəl olduğunu araşdırmadan həmin göstəriciyə əsaslanan ekspert rəyini mötəbər və inandırıcı sübut kimi qəbul etmişdir. Halbuki, Ş6 əməlində ehtiyatsızlığın olub-olmamasının müəyyən edilməsi baxımından iş üzrə qeyd olunan xüsusatın (zərərçəkmiş şəxsi 5-6 metr məsafə qalanadək görməməsinin) özünün d iqqətsizliyindən, yoxsa ondan asılı olmayan başqa amillərdən irəli gəlməsi xüsusatının araşdırılması ilə bağlı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2017-ci il tarixli qərarındakı mövqeyə uyğun olaraq hadisə zamanı havanın yağmurlu və ya dumanlı olub-olmadığı, bununla əlaqədar görüntünün məhdudlaşıb-məhdudlaşmadığı, hava nəzərə alınmaqla Ş6 hansı məsafədən maneəni görə bilməsinin müəyyən edilməsi üçün müvafiq sorğu verilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologiya Departamentinin 2 mart 2018-ci il tarixli məktubuna əsasən 1 noyabr 2016-cı il tarixdə hava tutqun buludlu, görünüş 4 km-dən 10 km-dək, havanın orta temperaturu 10,2°C, minimum temperatur 8,6°C, külək şimal-şimal-qərb istiqamətli olub, mak simum sürəti 15m/san. (7 ball) olmuşdur. 01 noyabrdan 02 noyabra keçən gecə güclənən külək şimal istiqamətili olub, maksimum sürəti 17m/san. (7 ball) olmuşdur.,Saat 19 -dan 1905-dək, saat 0245-dən 0530-dək adi yağış, saat 1015-dən 1210-dək çiskin, saat 1210-dan 1900-dək adi yağış yağmış, yağıntının miqdarı 7,4mm olmuşdur. 01 noyabrdan 02 noyabra keçən gecə saat 1900-dan 1920-dək adi yağış yağmış, yağıntının miqdarı 0,4 mm olmuşdur. Yağıntının ümumi miqdarı 7,8 mm olmuşdur. İş materiallarında olan ibtidai istintaq zamanı 1 dekabr 2016-cı il tarixli qərarla təyin edilmiş məhkəmə avtotexniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 28434 saylı, 29 dekabr 2016-cı il tarixli rəyindən görünür ki, “MAN TGA 01” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin rəydə həmçinin göstərilmişdir ki, piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 33,3 metr aralı məsafədə olmuşdur. İstintaq tərəfindən verilən məlumatlara əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafə(Sa) onun mövcud şəraitə uyğun tam dayanma yolundan (Sd) böyükdür (Sa>Sd). Ona görə də, nəqliyyat vasitəsinin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdu r. Apellyasiya icraatı zamanı məhkəmə iclasında qeyd olunan rəyi tərtib etmiş ekspert Vüqar Quliyev rəyin məzmununa uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən təyin edilərək keçirilmiş ekspertiza tədqiqatlarının gəldiyi nəticələri bir kənara qoyaraq, iş üzrə apellyasiya icraatı zamanı təyin olunmuş təkrar məhkəmə-yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 8 may 2018-ci il tarixli 9028 saylı rəyinə əsaslanıb rəyin “hərəkət üçün təhlükə yaranan anda Man TGA 01 markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 24,2 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısını alması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azər baycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır” hissəsi ilə razılaşmaqla ona əsassız olaraq üstünlük verməsi və nəticə etibarı ilə Ş6a təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyasının həmin ekspertiza tədqiqatının “Hərəkət üçün təhlükə yaranan anda Man TGA 01 markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 24,2 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur” kimi istintaq orqanının gəldiyi obyektiv nəticəni təkrarlayan və təsdiq edən hissəsini qəbul etməməsi isə anlaşılan deyil. Halbuki, müvafiq vəsatət qaldırmalqa apellyasiya məhkəməsinin diqqətini təkrar məhkəmə yol-nəqliyyat ekspertizasının rəyinin çatışmazlıqlarına cəlb etsə də, lakin məhkəmə kollegiyası araşdırmanın hərtərəfliliyini, tamlığını təmin etmək, eyni məsələ üzrə bir-birini istisna edən iki (ibtidai istintaqda və apellyasiya məhkəməsində keçirilmiş) məhkəmə ekspertizalarınin rəyləri arasında olan ziddiyyətləri həll etmək baxımından zəruri olsa da, bilavasitə hadisə yerində hadisənin baş verməsi şəraitini, mexanizmini, bununla bağlı olan faktiki məlumatları (obyektiv tədqiqat üçün tələb olunan göstəriciləri) müəyyən etmək üçün səy göstərməmiş, cinayət-prosessual qanunun 144, 267.2-ci maddələrinin tələblərinin ziddinə olaraq, təkrar məhkəmə yol-nəqliyyat ekspertizasını tə yin etməkdən imtina etmişdir. İşin hallarından göründüyü kimi, məhkəmə keçirilmiş yol-nəqliyyat ekspertizasının rəylərində və cinayət işinin digər materiallarında Ş6 idarə etdiyi avtomobillə baş vermiş yolnəqliyyat hadisəsində onun təqsirli olması təsdiq olunduğu halda təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Ş6 törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı onun təqsirli olmasını təsdiq edən mötəbər sübutların, o cümlədən ibtidai araşdırma zamanı verilmiş obyektiv ekspert rəyinin olmasına baxmayaraq, məhkəmə kollegiyası yalnız apellyasiya icraatı zamanı təyin olunmuş təkrar ekspertiza rəyinə əsaslanmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi vəzifələrini yerinə yetirməmiş, Ş6 törətdiyi əməllərə qanunun aliliyi p rinsipi baxımdan düzgün qiymət verməmiş və nəticədə ona CM-nin 263.2-ci maddəsi ilə bəraət vermişdir. Məhkəmə kollegiyası sübutları nəzərə almamaqla CPM-nin 28-ci maddəsi ilə nəzərdə tutulmuş «cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi» prinsipinə riayət etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası açıq-aşkar Ş6 ifadələrini və ekspert rəylərinin bir hissəsini əsas sübut kimi qəbul edib, digər tərəfdən məhkəməyədək icraat zamanı və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları nəzərə almayaraq CPM-nin 33cü maddəsində təsbit olunmuş “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini pozmuşdur. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya prot estinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, çıxışını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyr inə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. X10 həm isbtidai istintaqda və həm də məhkəmə iclasındakı ifadələrində göstərmişdir ki, sabunçu körpüsünün başlanğıcında 40 km/saat sürətlə hərəkət də olan zaman bir nəfər şəxsin hərəkətdə olduğu zolaqda iti yerişlə üzərinə gəldiyini görmüş və bu zaman həmin şəxsi idarə etdiyi avtomobillə vurmamaq üçün dərhal əyləcə basmış, həmçinin, sükanı sol tərəfə burmuşdur ki, hadisədən yayınsın. Onun tərəfindən görülən qabaqlayıcı tədbirlərə baxmayaraq hadisədən yayına bilməmiş və idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə yolu keçən piyadanı vurmuşdur. Həmin gün hava yağmurlu olduğundan o, əyləci basarkən idarə itdiyi avtomobilin arxası sağ tərəfə sürüşmüşdür. Hadisə yerinin müayinəsi zamanı və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı piyadanın vurulduğu yer dəqiq müəyyən edilməmiş, onun yolun hansı tərəfindən hansı istiqamətdə hərəkət etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ifadəsinə görə piyada onun hərkə t istiqamətinin əksinə hərəkət edərkən hadisə baş vermişdir. Lakin buna baxmayaraq 01 dekabr 2016-cı il tarixli məhkəmə-avtotexniki ekspertiza təyin edilməsi barədə qərarda göstərmişdir ki, sürücünün hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru yolu keçməyə başladığı andan yaranmışdır və həmin andan vurulmağa kimi piyada 5,5 metr məsafə qət etmişdir. Cinayət işinin materiallarında olan həm 29.12.2016-cı il tarixli və həm də 08 may 2018-ci il tarixli yol-nəqliyyat hadisəsinin məhkəmə-ekspertizalarının hər iki rəyindən müəyyən edilir ki, ekspertlər piyadanın yolun hərəkət hissəsinin sol kənarından sağa doğru yolu keçməyə başladığı andan vurulmağa kimi 5,5 metr məsafə qət etdiyinə istinad edərək, bu məsafəni qət etdiyi zamanı tapmaqla, həmin zaman kəsiyində avt omobilin təhlükə yarandığı anda hadisə yerindən hansı məsafədə olmasını müəyyən etmişlər (33 metr). Avtomobilin dayanma məsafəsi 24,2 metr olmasını nəzərə alaraq nəticəyə gəlmişlər ki, sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X10 ifadələrində piyadanın onun üzərinə hərəkət etdiyini 5-6 metr məsafədən gördüyünü göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hadisə zamanı piyadanın hansı nöqtədən hərəkətə başlayıb hansı istiqamətdə hərəkət etməsi, təhlükənin yarandığı an, piyadanın hadisə yerinə qədər qət etdiyi məsafə ehtimallar əsasında, subyektiv mülahizələrlə müəyyən edildiyindən onun əsasında alınmış yol-nəqliyyat hadisəsinin məhkəməekspertizalarının hər iki rəyi X2 ittiham olunması üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübut lar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi toplanmış sübutların mötəbərliyini qiymətləndirərəkən səhvə yol vermiş, apellyasiya instansiya məhkəməsi isə yol verilmiş pozuntuları aradan qaldıraraq düzgün nəticəyə gəlmiş və cinayət işi üzrə bəraət hökmü çıxarmışdır. Göstərilənlərə əsasə n məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X7 bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli hökmü dəyişikliksiz saxlansın. Sə drlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar