Məhkəmə qərarları › İş №1(102)-179/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-179/2020

12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-179/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Zərərçəkmiş şəxs5 Məhkum1 iştirakları ilə xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan, ünvan 1 yaşamış və hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.Qəhrəmanov) Məhkum1 – Azərbaycan Respublikası CM-nın 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 170.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş c əzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzanın müddətinə hesablanaraq, Məhkum1 üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), R.K.Səfərov və Q. X.Babayev) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) aya endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum1 təyin olunmuş cəzaları qismən toplamaqla ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum1 xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək 2 (iki) gün həbsdə olduğu müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 yetkinlik yaşına çatmayanı vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etməklə, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Məhkum1 yetkinlik yaşına çatmayan Məhkum2 pul əldə etməsini vəd edib aldatmaqla cinayətkar fəaliyyətə cəlb edərək, onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında, ünvan 1 ünvanda yerləşən, Zərərçəkmiş şəxs3 məxsus evə qanunsuz daxil olub oradan ümumi dəyəri 800 manat olan 3 ədəd plastik qapını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3, ümumilikdə 800 manat məbləğində, təkr arən, xx xxxx 2018-ci il tarixdə, saat 15 radələrində Məhkum2 ilə ünvan 2 ünvanda yerləşən, Zərərçəkmiş şəxs4 məxsus evə qanunsuz daxil olub oradan ümumi dəyəri 2400 manat olan 8 ədəd plastik qapını və 8 ədəd plastik pəncərəni gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 2400 manat məbləğində, təkrarən xx xxxx 2018-ci il tarixdə, saat 19:00-da Məhkum2 ilə Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivi 40 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan həyətə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq oradan dəyəri 100 manat olan 01 ədəd qədimi samovarı, dəyəri 100 manat olan alüminium materialından 02 ədəd su qabını, dəyəri 50 manat olan 01 ədəd plastik qapını, dəyən 100 manat olan 01 ədəd su qızdırıcısını, ümumi dəyəri 1000 manat olan 100 ədəd istifadə o lunmuş dikti, ümumi dəyəri 2000 manat olan 100 ədəd dəmir dirəkləri, ümumi dəyəri 800 manat olan 40 ədəd dəmir konstruksiyadan ibarət ayaqaltını, dəyəri 200 manat olan 180 metr uzunluğunda 32 mm-lik dəmir armaturu, ümumi dəyəri 2000 manat olan dəmir materialından künclükləri və dəmir boruları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 6350 manat məbləğində, təkrarən, xx xxxx 2018-ci il tarixdə, saat 15:00-da və xx xxxx 2018-ci il tarixdə saat 14:00-da Məhkum2 ilə Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivi 41 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan həyətə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 60 manat 360 manat dəyərində 05 ədəd 130x150 sm ölçülü dəmir barmaqlığı, hər birinin dəyəri 15 manat olan 60 manat dəyəri ndə 4 ədəd 3 metr uzunluğunda 7 sm diametrli dəmir borunu, dəyəri 15 manat olan 1 ədəd 3 metr uzunluğunda 4 sm diametrli dəmir, hər birinin dəyəri 10 manat olan 30 manat dəyərində 3 metr uzunluğunda 4 sm diametrli dəmir borunu, dəyəri 150 manat olan 1 ədəd 1x2 metr ölçülü dəmir əsaslı ərintidən hazırlanmış qapını, dəyəri 20 manat olan 1 ədəd 3 metr uzunluğunda dəmir profili (qapı çərçivəsi), dəyəri 30 manat olan 01 ədəd su nasosunu, hər birinin dəyəri 100 manat olan 300 manat dəyərində 3 ədəd dəmir listi, dəyəri 100 manat olan 80 metr uzunluğunda 16 mm-lik armaturu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1065 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, yaxud cərimə cəzası ilə əvəz edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya şikayətinin həllinin məhkəmənin mülahizəsinə buraxılması barədə Zərərçəkmiş şəxs5 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəs inin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları tə hlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə Məhkum1 təy in edilmiş cəzanın ağır olması mübahisələndirilir. Məhkum еdilmiş şəхs Məhkum1 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını və ilk dəfə məsuliyyətə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını düzgün nəzər ə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilmə si hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, himayəsində iki azyaşlı uşağının olması, əməlindən səmimi peşman olması, ailəsinin yeganə qazanc gətirən şəxsi olması və ilk dəfə məsuliyyətə cəlb olunması cəzasını yüngülləşd irən hallar kimi və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum1 elan olunmuş ittihamlarla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşd ırılmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı Məhkum1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar