Məhkəmə qərarları › İş №1(102)-179/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-179/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-179/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçıs ı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəşad Əliyev (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Fəhmin Hümbətovdan ibarət tərkibdə) 1(124)-122/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1998-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, subay, əvvəllər məhkum olunmamış, Yevlax rayonu F.İsayev küçəsi mənzil 18-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 2 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yerləşən fərdi yaşayış evinin həyətində anası Şahid2 qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sonuncunun sərxoş vəziyyətdə onu, anası Şahid2 və bacısı Şahid1 vurub dərəcələri təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə aralarında baş vermiş şəxsi münasibətlər zəminində münaqişə zamanı mətbəxdən götürdüyü tiyəsi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə iki dəfə qəsdən zərbə vuraraq, ona döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin 1 (bir) ədəd və sağ kürəkarası nahiyəsinin 1 (bir) ədəd döş boşluğuna nüfuz edən sağ döş boşluğuna qanın və havanın yığılması ilə müşayiət olunan deşilmişkəsilmiş yaraları xəsarətlərini yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Vidadi Cəfərov (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Ruhiyyə Əsgərovadan ibarət tərkibdə) 1(105)-282/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 17 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 5 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 13 aprel 2022-ci il tarixdən hesablanmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin də qəbul etdiyi işin faktiki hallarından görünür ki, Məhkum mətbəxdən bir ədəd mətbəx bıçağını götürüb həyətə çıxmış, əlində bıçaqla Zərərçəkmiş şəxs üzərinə getmişdir ki, onu qorxutsun. Həmin vaxt bacısı və anası yerə yıxılmış vəziyyətdə olmuşla r. Zərərçəkmiş şəxs onun evdən həyətə çıxdığını görüb üstünə gəlmişdir. Həmin vaxt o, evdən götürdüyü sağ əlində tutduğu mətbəx bıçağını Babəkə doğru o tərəf, bu tərəfə yellətmişdir ki, yaxın gəlməsin. Zərərçəkmiş şəxs əlində bıçağı görüb geri qaçmağa başlayan zaman o, sağ əlində tutduğu mətbəx bıçağı ilə Babəkin kürək nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs həmin zərbədən sonra ona tərəf dönmək istədikdə ikinci zərbəni də vurmuşdur. Nəzəri müddəalara istinad olunaraq məhkəmənin qərarında qeyd olunur ki, emosional gərginlik vəziyyətində olan şəxsin hadisələrin mahiyyətini dərk etməsi və adekvat reaksiya verməsi üçün 1,5-2 saniyə müddət tələb olunur. Həmçinin göstərilir ki, hadisə anında Zərərçəkmiş şəxs qaçmağa başlaması qısa zaman ərzində baş vermiş, yəni, 1,5-2 saniyə ərz ində olmuş, bu müddətdə emosional gərginlik vəziyyətində olan təqsirləndirilən şəxs Məhkum adekvat reaksiya verməsi üçün yetərli zamanı və hücumun artıq başa çatmasını dərk etmək imkanı olmamışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə ehtimallar üzərində qurulmuşdur. Zərərçəkmiş şəxsin geriyə dönüb qaçmasına tələb olunan müddət, təqsirləndirilən şəxsin hadisə anında emosional vəziyyəti, hücumun başa çatmasını dərk edib-etməməsi, hadisə anında təqsirləndirilən şəxsin motivinin müdafiə olunmaq və ya qisas niyyəti ilə xəsarət yetirmək olması zəruri istintaq hərəkətləri aparılmaqla müəyyən edilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs Məhkum əlində bıçaq görüb dayanması, arxaya çevirilməsi, qaçmağa başlaması hücumun dayandırılmasını göstərən elə fəal hərəkətlərdir ki, emosional vəziyyətindən a sılı olmayaraq belə fəal hərəkətləri görən şəxsin hücumun bitməsini dərk etməməsi qeyri-mümkündür. Qərardan eyni zamanda bəlli olur ki, məhkəmə birinci bıçaq zərbəsini Məhkum emosional vəziyyəti ilə əlaqələndirsə də, ikinci bıçaq zərbəsinin yetirilməsi anında zəruri müdafiə vəziyyətinin mövcudluğunu zərərçəkmiş şəxsin yenidən hücuma davam etməsi ilə əlaqələndirmişdir. Məhkəməyə də aydındır ki, ikinci bıçaq zərbəsinin yetirilməsi zamanı keçən müddət, hücumun bitməsinin tam dərk edilməsinə tələb olunan 2 saniyəlik müddətdən artıq olmuşdur. Başqa sözlə, ikinci bıçaq zərbəsi yetirilən zaman 2 saniyədən çox keçmişdir ki, bu müddətdə də hücumun bitməsini təqsirləndirilən şəxs tərəfindən dərk edilməsi mümkün olmaya bilməzdi. Cinayət işinin materialları ilə müəyyən edilir ki, ilk olaraq hücuma keç ən tərəf zərərçəkmiş şəxs olsa da, sonradan bıçaqla silahlanan Məhkum olmuş o, bıçağı əlinə aldıqdan sonra zərərçəkmiş şəxsə xəsarətlər yetirmişdir. Evin Məmmədli bıçağı əldə etdikdən sonra Zərərçəkmiş şəxs qəsdi başa çatmış, zərərçəkmiş şəxs ona qarşı digər zorakı hərəkətlərlə yol verməmiş, buna baxmayaraq Məhkum bıçaqdan istifadə etmişdir. Bu zaman o, mütləq üstün tərəfə çevrilmiş, onun üçün iddia edilən zəruri müdafiə vəziyyəti artıq aradan qalxmış olmuşdur. Həmin anda qəsdin davam etməməsi Məhkum üçün açıqaydın aşkar olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası Məhkum əməlinin tövsifində əsassız nəticəyə gələrək qanunsuz qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə kollegiyası Emil Məmmədlini CM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilsə də, onun barəsində 8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respuablikası Milli Məclisi tərəfindən qəbul edilmiş və həmin gün qüvvəyə minmiş qərarı tətbiq etməmişdir. Məhkum törətdiyi cinayət əməli 16 sentyabr 2021-ci ildə, yəni amnistiya aktı qüvvəyə mindiyi günə qədər törədilmiş, məhkəmə tərəfindən tövsif edilmiş əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmuş, həmçinin təqsirli bilindiyi CM-in 130.1-ci maddəsi amnistiya aktının 11-ci maddəsində nəzərdə tutulan məhdudiyyətlərə aid edilməmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə kollegiyası şəxsi cinayət məsuliyyətindən azad etməməklə onun hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini ara şdırıb, protestin təmin edilmədən saxlanılması barədə Dövlət ittihamçısı2 çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim e dilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya məhkəməsində işə baxılarkən qanunların düzgün tətbiq edilməməsi, məhkəmənin təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsi ilə tövsif edilməsi barədə qərarının işin hallarına uyğun olmamasıdır. Belə ki, protestdə qeyd olunur ki, cinayət işi üzrə toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına ağır zərəri sonuncu tərəfindən edilmiş ictimai təhlükəli qəsdin bitdikdən sonra yetirmiş, bu da həmin əməlin CM-in 130.1-ci maddəsi ilə tövsif edilməsini istisna edir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsi rini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittiham tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum ona qarşı Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirli olması tam təsdiq edilmiş və həmin maddə ilə onun barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları araşdırıb, işin hallarına əsasən nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 130.1-c i maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edərkən onun ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə və işin digər materiallarına istinad etmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi Məhkum, hadisəni bilavasitə görmüş sahidlər Şahid2, S.Q.Əhmədovanın ifadələri ilə Zərərçəkmiş şəxs ifadəsinin arasında ziddiyyətlərin olması ilə əlaqədar həmin sübutlara qiymət verərək, məhkumun və şahidlərin ifadələrinin biri-birinə uyğun gəlməsi və cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri təsdiq edilməsi, zərərçəkmişin ifadəsi isə ekspert rəyləri ilə təkzib edilməsi səbəbindən məhkumun və şahidlərin ifadələri həqiqətə uyğun və düzgün hesab etmiş və hadisənin məhz həmin ifadələrdə təsvir olduğu kimi baş verməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun aparılmasını nəzərə alıb apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı hesab edir. Məhkum birinci instansiya məhkəmə si məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə gecə vaxtı onların yaşadığı evin həyətinə gəlib onun və onun anasının ünvanına söyüş söymüş, onlar Zərərçəkmiş şəxs sakitləşdirmək istəyəndə sonuncu onlara və həyətə çıxmış bacısı Səmaya qarşı zor tətbiq etmiş, əvvəl ona sonra isə anasına və bacısına əllə zərbələr vurmuşdur. Zərbələrdən o, anası və bacısı yerə yıxılmışlar. Zərərçəkmiş şəxs anası və bacısına zor tətbiq etməsini görüb onları müdafiə etmək üçün təz evin mətbəxindən bıçaq götürüb həyətə çıxmış və B.B.Həcətova iki bıçaq zərbəsi vurmuşdur. Bıçaq zərbələri aldıqdan sonra Zərərçəkmiş şəxs oradan uzaqlaşmışdır. İbtidai istintaq zamanı dindirilərkən E.Q.Məmmədov ifadəsində qeyd etmişdir ki, bıçaqla həyətə çıxdıqdan sonra da Zərərçəkmiş şəxs onu ü stünə gəlmiş, o əlində olan mətbəx bıçağını Zərərçəkmiş şəxs doğru o tərəf, bu tərəfə yellətmişdir ki, ona yaxın gəlməsin. Zərərçəkmiş şəxs onun əlində bıçağı görüb qaçmaq istəyən an o, Babəki bıçaqla vurmuşdur. Zəruri müdafiə vəziyyətinin mövcud olması üçün zəruri şərtlərdən biri ictimai təhlükəli cəhdin mövcud olmasıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, müdafiə aktı başa çatmış hücum aktdan bilavasitə sonra olsa da, işin hallarından asılı olaraq, xüsusən müdafiə olunan üçün hücumun bitməsi vaxtı aydın olmadığı halda zəruri müdafiə həddi aradan qalxmış olmur. Belə vəziyyət də cinayətin zəruri müdafiə həddinin aşmaqla törədilməsi qəbul edilə bilər. Göründüyü kimi, məhkum Elvin Məmmədov Zərərçəkmiş şəxs iki bıçaq zərbəsi sonuncu tərəfindən ona, anasına və bacısına zor tət biq edilməsindən (əllə zərbələrdən) sonra vurmuş, həmin bıçaq zərbələrin yetirilməsindən bilavasitə əvvəl də Zərərçəkmiş şəxs onun üstünə gəlmiş və məhkumun zərərçəkmiş şəxs tərəfindən ona, anasına və bacısına qarşı zor hərəkətlərinin davam etdirilməsini güman etmək üçün kifayət qədər əsasları mövcud olmuş və bu təhlükə real olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs Məhkum sağlamlığı və hətta həyatı üçün təhlükə yarada bilərdi. Hadisədən bilavasitə əvvəl Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə və onun yaxın qohumlarına qarşı aqressiv zorakılıq hərəkətlərini törətməsi onun ictimai təhlükəli hərəkətlərin davam etməsi barədə qənaətinə gəlməyə əsas verir. Ona görə də, Məhkum əməli məhz Azərbaycan Respublikası CM-in 36-cı maddəsinin tələbləri nəzərə alınmaqla tövsif edilməlidir. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya məhkəməsi işin hallarını və məhkumun psixoloji vəziyyətini nəzərə alıb, əsaslı olaraq məhkum tərəfindən zərərçəkmiş şəxsə bıçaq zərbələrinin sonuncunun bıçaqdan qorxub qaçmaq istəyən an, yəni ictimaitəhlükəli cəhddən bilavasitə dərhal sonra yetirilməsi məhz zəruri müdafiə həddini aşma kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında məhkumun zərərçəkmiş şəxsə bıçaq zərbələri vurduğu zaman sonuncunun ona və qohumlarına qarşı zorakılıq hərəkətlərini dayandırmasına əmin olması barədə nəticəyə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamı n sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Qanunun yuxarıda göstərilən tələbləri nəzərə alaraq məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Odur ki, kassasiya şikayə tinin bu barədəki dəlili əsassızdır. İş materiallarından da göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum əməli düzgün olaraq CM-in 130.1-ci maddəsi ilə tövsif etmişdir və həmin əməlin CM-in 126.1-ci maddəsinə tövsif olunması üçün heç bir qanuni əsas yoxdur, kassa siya protestinin bu barədəki dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdir mək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, kassasiya protestinin dəliləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 05 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar