Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-179/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri, Union Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli, 1(103)-1510/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.2003-cü ildə Masallı rayonu, Sığıncaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirli yinin Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, İbadov X4 Respublikasında yaşayan tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2021-ci ilin iyun ayında birbaşa özünə müraciət etmiş Şahid4 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları zamanı 2.445 (iki min dörd yüz qırx beş) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid4 2021-ci ilin iyun ayında hissə-hissə olmaqla 2.445 manat pul vəsaitini vahid niyyətlə nağd qaydada Yasamal rayonu ərazisində yerləşən “Bəyaz” marketin yaxınlığında almaqla, ümumilikdə 2. 445 manat pul vəsaitini X5 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək sonuncu ilə əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Şahid4 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu Şəhriyar Nağıyev vasitəsilə 2021-ci ilin iyul ayında Ukraynada istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hesab edilən, Ukrayna dilində tərtib edilmiş, Şahid4 “KROK Universiteti”nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2023-cü il tarixdə başa çatması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən Universitetin “Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri A.Q.Lotarev tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində “Ali Təhsil Müəssisəsi, Ukrayna, Kiyev şəhəri, İqtisadiyyat və Hüquq Universiteti “KROK”, eyniləşdirmə kodu 04635922” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş saxta arayışın qanunsuz olaraq hazırlanmasına və həmin arayışın sonuncunun istifadəsində olan +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə özünün +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı hesabına göndərilməsinə nail olaraq, 2021-cü ilin iyul ayının dəqiq müəyyən olunmayan günündə Şahid4 təqdim etməklə, sonuncu öz növbəsində 2021-ci ilin iyul ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə rəsmi sənəd hesab olunmaqla Şəhriyar Nağıyev və Siruz Süleymanov tərəfindən saxtalaşdırmaqla hazırlanmasın a nail olduğu “KROK Universiteti”-nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2023-cü il tarixdə başa çatmasına dair saxta arayışı ünvan 2 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə təqdim etməsinə baxmayaraq, qeyd edilən sənədin gec təqdim edilməsi səbəbindən növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid4 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə cəhd etmişdir.
3. Bundan başqa o, təkrarən Ukrayna Respublikasında yaşayan tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində fəaliyyət göstərərək “İnstagram” sosial şəbəkəsində “Asangroup Xaricdə Təhsil” səhifəsini yaratmaqla “tam qanuni formada əsgərlikdən möhlət hüququ-universiteti və məktəbi yeni bitirmiş şəxslər üçün” başlıqlı reklamlar paylaşaraq, müxtəlif şəxslərə Ukrayna Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almalarına dair verəcəkləri arayışları çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağı rış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə xx.xx.2023-cü tarixdə bilavasitə özünə müraciət etmiş Şahid5 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları və "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində görüşləri zamanı 2.980 (iki min doqquz yüz səksən) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid5 2023-cü ilin iyun ayında hissə-hissə olmaqla vahid niyyətlə 2.980 manat pul vəsaitinin 980 manat hissəsinin ünvan 5 ünvanında yerləşən “Rahat” marketdə olan “Milliö n” ödəmə terminalından öz adına olan "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürüb Bakı şəhəri ərazisində, İnşaatçılar metrostansiyası yaxınlığındakı bankomatdan çıxarmaqla və onlayn ödənişlər etməklə ələ keçirib, geridə qalan hissəsini isə "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində nağd qaydada almaqla, ümumilikdə 2.980 manat pul vəsaitini X5 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək sonuncu ilə əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Şahid5 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu Şəhriyar Nağıyev vasitəsilə 2023-cü ilin iyun ayında Ukraynada istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hes ab edilən, Ukrayna dilində tərtib edilmiş, Şahid5 "xxxx" MMC-nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən universitetin “Rektorunun səlahiyyətlərini icra edən Y.O.Bezukladnikov tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində “Kiyev Turizm, Mehmanxana və Otelçilik Universiteti, eyniləşdirmə kodu 41891827” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 237-01-04/y nömrəli saxtaarayışın təkrarən qanunsuz olaraq hazırlanmasına və həmin arayışın sonuncunun istifadəsində olan +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə özünün +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı hesabına g öndərilməsinə nail olaraq, 13 iyun 2023-cü il tarixdə Şahid5 təqdim etməklə, sonuncu öz növbəsində 2023cü ilin iyun ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə rəsmi sənəd hesab olunmaqla Şəhriyar Nağıyev və Siruz Süleymanov tərəfindən saxtalaşdırmaqla hazırlanmasına nail olduğu "xxxx"nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatmasına dair saxta arayışı ünvan 6 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə təqdim edərək, növbəti hərbi çağırışdan xx.xx.2025-ci il tarixədək möhlət alınmasına nail olaraq X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə r əsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid5 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etmişdir.
4. Bundan başqa o, təkrarən Ukrayna Respublikasında yaşayan tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində fəaliyyət göstərərək “İnstagram” sosial şəbəkəsində “Asangroup Xaricdə Təhsil” səhifəsini yaratmaqla “tam qanuni formada əsgərlikdən möhlət hüququ-universiteti və məktəbi yeni bitirmiş şəxslər üçün” başlıqlı reklamlar paylaşaraq, müxtəlif şəxslərə Ukrayna R espublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almalarına dair verəcəkləri arayışları çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə bilavasitə özünə müraciət etmiş Şahid2 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları zamanı 1.190 (bir min bir yüz doxsan) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid2 vahid niyyətlə xx.xx.2023-cü il tarixdə hissə-hissə olmaqla 935,0 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində nağd qaydada alaraq, həmin tarixli xidmət müqaviləsi və eləcə də, hüquq verən rəsmi sənəd hesab edilən, 935 manat məbləğində pul vəsaitinin mədaxil olunmasını təsdiq edən, həmin ofisdə fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus 0052 nömrəli kassa mədaxil orderini doldurub, müəssisənin dairəvi möhürü ilə təsdiq edərək istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayıb sonuncuya təqdim edərək, Şahid2 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən “Bravo Express” marketdə olan “Milliön” ödəmə terminalından öz adına olan "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüş 255 manat məbləğində pul vəsaitini ələ keçirib, ümumilikdə 1.190 manat pul vəsaitini X5 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək sonuncu ilə əvvəlcədən planlaşdırdıqları qaydadayəni, Şahid2 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu Şəhriyar Nağıyev vasitəsilə 2023-cü ilin iyun ayında Ukraynada istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hesab edilən, Ukrayna dilində tərtib edilmiş, Şahid2 "xxxx" MMC-nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən universitetin “Rektorunun səlahiyyətlərini icra edən Y.O.Bezukladnikov tərəfindən imzalanması görüntüsü yaratmaq la və üzərində “Kiyev Turizm, Mehmanxana və Otelçilik Universiteti, eyniləşdirmə kodu 41891827” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 269-01-04/y saylı nömrəli saxta arayışın təkrarən qanunsuz olaraq hazırlanmasına və həmin arayışın sonuncunun istifadəsində olan +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə özünün +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı hesabına göndərilməsinə nail olaraq, 25 iyun 2023-cü il tarixdə Şahid2 təqdim etməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılması ilə əlaqədar Şahid2 növbəti hərbi çağırışdan möhlət alınmasına nail o la bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətlə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid2 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etmişdir.
5. Bundan başqa o, təkrarən Ukrayna Respublikasında yaşayan tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində fəaliyyət göstərərək “İnstagram” sos ial şəbəkəsində “Asangroup Xaricdə Təhsil” səhifəsini yaratmaqla “tam qanuni formada əsgərlikdən möhlət hüququ-universiteti və məktəbi yeni bitirmiş şəxslər üçün” başlıqlı reklamlar paylaşaraq, müxtəlif şəxslərə Ukrayna Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almalarına dair verəcəkləri arayışları çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə xx.xx.2023-cü tarixdə bilavasitə özünə müraciət etmiş Şahid3 qeyd olunan cinayəti təşkil etməsi üçün tel efon danışıqları zamanı 1.190 (bir min bir yüz doxsan) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid3 vahid niyyətlə xx.xx.2023-cü il tarixdə hissəhissə olmaqla 550 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 935,0 manat) pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “KFC” restoranında nağd qaydada alaraq, sonuncuya həmin tarixli xidmət müqaviləsi təqdim etməklə, xx.xx.2023- cü il tarixdə sonuncu tərəfindən öz adına olan "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüş 255 manat məbləğində pul vəsaitini onlayn ödənişlər etməklə ələ keçirərək, ümumilikdə 1.190 manat pul vəsaitini X5 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyvədə əməl edərək sonuncu ilə əvv əlcədən planlaşdırdıqları qaydada yəni, Şahid3 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu Şəhriyar Nağıyev vasitəsilə 2023-cü ilin iyun ayında Ukraynada istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hesab edilən, Ukrayna dilində tərtib edilmiş, Şahid3 "xxxx" MMC-nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən universitetin “Rektorunun səlahiyyətlərini icra edən Y.O.Bezukladnikov tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində “Kiyev Turizm, Mehmanxana və Otelçilik Universiteti, eyniləşdirmə kodu 41891827” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 297-01-04/y nömrəli saxta arayışın təkrarən qanunsuz olaraq hazırlanmasına və həmin arayışın sonuncunun istifadəsində olan +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə özünün +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı hesabına göndərilməsinə nail olaraq, 28 iyun 2023-cü il tarixdə Şahid3 təqdim etməklə, sonuncu öz növbəsində 2023cü ilin iyul ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə rəsmi sənəd hesab olunmaqla Şəhriyar Nağıyev və Siruz Süleymanov tərəfindən saxtalaşdırmaqla hazırlanmasına nail olduğu "xxxx"nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatmasına dair saxta arayışı Masallı şəhəri, Heydər Əl iyev prospekti 25 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə təqdim edərək, növbəti hərbi çağırışdan xx.xx.2025-ci il tarixədək möhlət alınmasına nail olaraq X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətlə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid3 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etmişdir.
6. Bundan başqa o, təkrarən Ukrayna Respublikasında yaşayan tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib "xxxx" MMCnin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliy ev 11A ünvanında yerləşən ofisində fəaliyyət göstərərək “İnstagram” sosial şəbəkəsində “Asangroup Xaricdə Təhsil” səhifəsini yaratmaqla “tam qanuni formada əsgərlikdən möhlət hüququ-universiteti və məktəbi yeni bitirmiş şəxslər üçün” başlıqlı reklamlar paylaşaraq, müxtəlif şəxslərə Ukrayna Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almalarına dair verəcəkləri arayışları çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə xx.xx.2023-cü tarixdə birbaşa özü nə müraciət etmiş Şahid1 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları zamanı 1.035 (bir min otuz beş) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid1 tərəfindən “Milliön” ödəmə terminalından öz adına olan "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüş vahid niyyətlə, yəni xx.xx.2023-cü il tarixdə 935,0 manat və xx.xx.2023-cü il tarixdə isə 100,0 manat pul vəsaitini Bakı şəhəri ərazisində, İnşaatçılar metrostansiyası yaxınlığındakı bankomatdan çıxarmaqla və onlayn ödənişlər etməklə ələ keçirib, ələ keçirib, ümumilikdə 1.035 manat məbləğində pul vəsaitini X5 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək sonuncu ilə əvvəlcədən planlaşdırdıqları qayd ada yəni, Şahid1 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu Şəhriyar Nağıyev vasitəsilə 2023-cü ilin iyun ayında Ukraynada istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hesab edilən, Ukrayna dilində tərtib edilmiş, Şahid1 "xxxx" MMC-nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatması barədə biləbilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən universitetin “Rektorunun səlahiyyətlərini icra edən Y.O.Bezukladnikov tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində “Kiyev Turizm, Mehmanxana və Otelçilik Universiteti, eyniləşdirmə kodu 41891827” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 293-01-04/y nömrəli saxta arayışın təkrarən qanunsuz olaraq hazırla nmasına və həmin arayışın sonuncunun istifadəsində olan +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə özünün +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı hesabına göndərilməsinə nail olaraq, 28 iyun 2023-cü il tarixdə Şahid1 təqdim etməklə, sonuncu öz növbəsində 2023-cü ilin iyul ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə rəsmi sənəd hesab olunmaqla Şəhriyar Nağıyev və Siruz Süleymanov tərəfindən saxtalaşdırmaqla hazırlanmasına nail olduğu "xxxx"nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatmasına dair saxta arayışı Masallı şəhəri, Heydər Əliyev prospekti 25 ünvanında ye rləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə təqdim etməsinə baxmayaraq, qeyd edilən sənədin gec təqdim edilməsi səbəbindən növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətlə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid1 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən ha kim: X8) 08 may 2024cü il tarixli, 1(005)-78/2024 nömrəli hökmü ilə Məhkum CM-in 320.1, 29,32.3,321.1 və 32.3,321.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi və ona CM-in 320.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 29,32.3,321.1 və 32.3,321.1-ci maddələri ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hö km qanuni qüvvəyə mindikdən sonra hesablanması, sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirməyin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılması, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyindən Şahid4 aid epizodla bağlı cinayət əməllərinə dair Məhkum qarşı verilmiş ittihamın bu hissəsi üzrə cinayət təqibinə xitam verilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkə mə məsrəfi məsələləri də həll edilmişdir.
8. Hökmdən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək, Məhkum CM-in 320.1, 29,32,3,321.1 və 32,3,321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli hökmünün CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə, həmçinin cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla dəyişdirilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət məhkəmə tərkibində) 28 avqust 2024-cü il tarixli, 1(103)1510/2024 nömrəli qərarı ilə apellyasiya protestinin təmin edilməsi, Məhkum CM-in 320.1, 29,32.3,321.1 və 32.3,321.1-ci maddələri ilə məhkum olunmasın a dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(005)-78/2024 nömrəli hökmünün dəyişdirilməsi, hökmdən CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların xaric edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 03 iyul 2023-cü il tarixdən 05 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddətin, bir günə bir gün hesabı ilə hesablanmaqla ona hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ittihamın Şahid4 aid epizodla bağlı hissəsi üzrə Məhkum cəza təyin edilməməsi, Məhkum bar əsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 28 avqust 2024-cü il tarixdən hesablanması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli, 1(103)-1510/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
11. Kassasiya şikayətlərinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, məhkəmələr tərəfindən sübutetməyə da ir cinayət-prosessual normaların tələbləri pozulmuş və nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əməlində cinayət tərkibinin olmamasına baxmayaraq Azərbaycan Respublikası CM-in 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Məhkum tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə ittiham edildiyi maddələrin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq müəyyən edilmir.
12. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli, 1(103)-1510/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
14. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi4 hər biri ayrı-ayrılıqda kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
19. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instan siyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
21. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərə findən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-cimaddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
22. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli, 1(103)-1510/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
23. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
24. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvaf iq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
25. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
26. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
27. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əm əldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
28. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
29. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
30. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, o, Məhkum cinayət i şi materiallarında olan əməlinin CM-in 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, Məhkum əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1cimaddələri ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində cinayət tərkibinin olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.
31. Bu isə onu göstərir ki, məhkumun müdafiəçisi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etmə yi xahiş edir.
32. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
33. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarl arının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
35. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, apellyasiya məhkəməsi ittiham tərəfinin apellyasiya müraciəti əsasında irəli sürdüyü dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir.
36. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçiri lmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum məhkəməyədək və məhkəmə icraat zamanı verdiyi ifadələri, həmçinin şahidlərin ifadələri, sms yazışmalar, o cümlədən istintaq hərəkətlərinin pr otokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
37. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qə rarını şübhə altına almaq üçün əsas görmür.
38. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə xitam verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası məhkumun, müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli, 1(103)-1510/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli, 1(103)-1510/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kass