Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1790/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Ukrayna SSR-nın Çerniqov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ü nvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1284/2024 nömrəli 14 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/2024 nömrəli 2 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər T.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Q.Quliyev və F.A.Namazovdan ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, onun 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ed ilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 4 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1284/2024 nömrəli 14 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər E.H.Allahverdiyev (sədrlik edən və məruzəçi), C.V.Hüseyn və H.Ç.Məmmədovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/2024 nömrəli 2 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəm ənin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)841/2025 nömrəli 7 may 2025-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1284/2024 nömrəli 14 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd şəffaf rəngli sellofan bağlamada, külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,879 qram, 1,449 qram, 1,084 qram, 1,206 qram, 1,272 qram, 0,668 qram, 0,900 qram, 1,497 qram ümumi təmiz çəkisi 9,955 qram psixotrop maddə metamfetamini 200 ma nat nağd pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 4 mart 2023-cü il tarixdə saat 10:40-da ünvan 3 ünvanının yaxınlığında saxlanılıb ünvan 4rləşən 34-cü Polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bağlamada, ayrıayrılıqda təmiz çəkiləri 1,879 qram, 1,449 qram, 1,084 qram, 1,206 qram, 1,272 qram, 0,668 qram, 0,900 qram, 1,497 qram - ümumi təmiz çəkisi 9,955 qram külli miqdarda, ağ rəngli, kristalşəkilli, tozşəkilli kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olu b kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiyası məhkəməsində baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri gö türdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsinə dair ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildir mək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1284/2024 nömrəli 14 avqust 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 1(103)1284/2024 nömrəli 14 avqust 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1790/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1790/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver