Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1791/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin müdafiəçisi X1 və qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs və nümayəndəsi Şahid3 iştirakı ilə, Şir van Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-572/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1990-cı il tarixdə Laçın rayonunun Malıbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Laçın rayon, Malıbəy kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu, taxta Körpü qəsəbəsi, Laçın rayon Malıbəy obasında yaşayan, Laçın Rayon Məhkəməsinin 4(047)-01/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərarı ilə cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
2. Laçın rayon prokurorunun 01 fevral 2022-ci il tarixli cinayət işi üzr ə icraatın dayandırılması və tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün cinayət işinin materiallarının məhkəməyə göndərilməsi haqqında qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 126.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olan əməli törətdikdən sonra yüngül dərəcəli əqli gerilik, kəskin nəzərə çarpan davranış pozuntusu formasında xroniki psixi patologiya vəziyyətində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmadığından Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş materialları tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün Lənkəran Ağır Cinayətlə Məhkəməsinə göndərilmişdir. 3. 25 fevral 2022-ci i l tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Azərbaycan Respublikası CM-nin 126 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 5 iyul 2021-ci il tarixdə, saat 21 radələrində Ağcabədi rayonunun Taxta körpü inzibati ərazisi, Laçın rayonu Malıbəy kənd sakinlərinin müvəqqəti olaraq məskunlaşdığı Malıbəy obasında əkin sahələrinə gedən ümumi su arxının kənarında yerləşən torpaq yolda həmkəndlisi Zərərçəkmiş şəxs onun istifadəsində olan torpaq sahəsinə gələn suvarma suyunun qarşısını kəsməsinə etiraz etdikdə sonun cunun onun ünvanına nalayiq söyüşlər söyməsindən əsəbiləşərək şəxsi münasibətlər zəminində aralarında olan mübahisə zamanı qisas almaq məqsədilə əlində olan istintaqa məlum olmayan küt dəmir parçası ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə vuraraq sağ mil sümüyünün orta 1/3-nin qapalı yerdəyişmiş sınığı, sol əlin V barmağının proksimal ucunun sınığı xəsarətləri ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır, həmçinin baş nahiyəsinə vuraraq müştərək travma, açıq ağır kəllə-beyin travması, sağ təpə nahiyəsinin əzilmiş yarası, sağ tərəfli beynin ağır dərəcəli əzilməsi, sağ tərəfli beyin yarımkürəsinin intraparenximatos hematoması, sağ təpə sümüyünün içəriyə basılmış çox qəlpəli sınığı xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan qəsdə n sağlamlığa ağır zərər vurmuşdur.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-234/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, Məhkum barəsində təkrar stasionar komissyon psixatrik ekpertizasının təyin edilməsi və Şahid1 cinayət məsuliyyətinə cəlb edildməsi üçün materialların ayırılıb prokurora göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum və onun qardaşı oğlu olan Şahid1 bir neçə ildir ki, onunla torpaq və su ilə bağlı münaqişə aparırlar, Şahid1 onu ağacla vursa da, istintaq sonuncunu məsuliyyətdən yayındırmış, Məhkum isə anlaqsız çıxarmışdır.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-572/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-234/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, müəllif onları təkrarlamaqla Məhkum barəsində əsassız olaraq tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edildiyini, həmçinin sonuncunun qardaşı oğlu olan Şahid1 də ona qarşı cinayət törətdiyini iddia edərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-572/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə bax ışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Zərərçəkmiş şəxs kassasiya şikayətində Məhkum barəsində əsassız olaraq tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyini, həmçinin cinayət işi üzrə şahid qismində tanınmış Şahid1 Elsəvər oğlunun ona qarşı törədilmiş cinayətə görə məsuliyyət daşıdığını iddia ed ərək, faktiki olaraq mübahisələndirilən qərarın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətində irəli sürdüyü, ona qarşı törədilən cinayət əməlinə görə Məhkum ilə yanaşı həmçinin ci nayət işi üzrə şahid qismində tanınmış Şahid1 Elsəvər oğlunun da cinayət məsuliyyətinə cəlb edilməsi barədə tələbinin əsaslılığını yoxlayarkən, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş şəxsin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, bu əsasları mübahisləndirilən qərarın ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.
18. İşin müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə məhkəmə kollegiyasının mövqeyi həm də məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin müddəalarına əsaslanır.
19. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cina yət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
20. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs iş üzrə şahid qismində tanınmış Şahid1 Elsəvər oğlu tərəfindən ona qarşı cinayətin törədildiyi üzrə dəlillərini əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən Şahid1 Elsəvər oğluna qarşı hər hansı cinayəti törətməsi barədə ittiham irəli sürülməmişdir. Bu vəziyyətdə məhkəmələr Şahid1 Elsəvər oğluna qarşı irəli sürülməyən ittihama baxa bilməzlər.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən kompleks stasionar məhkəmə psixiatrik və məhkəmə p sixoloji ekspertizasının 147 saylı, 01 noyabr 2021-ci il tarixli rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin keçirtdiyi komisyon stasionar məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 167 nömrəli, 27 dekabr 2021-ci il tarixli rəyini nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.2-cü maddələrinə əsasən Məhkum barəsində tibbi xarakterli məcburi tədbir tədbiq olunmaqla ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad edilən ekspertiza rəylərini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq cinayət işinin bütün hallarına əsaslanmaqla cinayət törədikdən sonra psixi xəstəliyə tutulmuş Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla ona ümumi tipli psixatriya stasionarlarında məcburi müalicə təyin edilmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, hazırkı kassasiya şikayəti ilə mübahisələndirilən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-234/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı qanunsuz məhkəmə aktı kimi şərh edilə bilməz. Məhkəmə kollegiyasının fikrincə, məhkəmələr əsaslı olaraq işdə olan ekspertiza rəylərini yoxlayıb işin bütün halları ilə bağlı şəkildə qiymətləndirərək, Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etməklə, qanuni və əsaslı nəticəyə gəlmişlər.
24. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
25. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-572/2 022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.