Məhkəmə qərarları › İş №1(102)-1792/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1792/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1792/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(100)-406/2022 nömrəli (hakimlər: Əliyev Nural Turab oğlunun sədrliyi, İmanov Dadaş Hüseyn oğlu və Ələkbərli Roman Nəriman oğlundan məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 2005-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Tovuz rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, XXX ünvanında qeydiyyatda olmaqla XXX-də yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, onun CM-nin 62-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Bərdə rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökm üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Bərdə Rayon Məhkəməsinin 13 aprel 2 022-ci il tarixli hökmü ilə təyin edilmiş və 13 oktyabr 2022-ci il tarixə çəkilməmiş 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qəti cəza müddətinə hesablanmaqla üzərində 1 (bir) il 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, hazırki cinayət işi üzrə onun 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun üzərinə gecə saat 20:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bərdə rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması qərara alınmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli 1(105)-105/2023 nömrəli (hakimlər: Hüseynov Salman Bilal o ğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Cəfərov Rafiq Musa oğlundan məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmünə görə təqsirləndirilən Məhkum 14 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə şəhəri, Çay sahili küçəsindən keçən Tərtər çayının hövzəsinin yaxınlığında yerləşən avtomobil duracağında tanışı Zərərçəkmiş şəxs onunla güləşərək zarafat etmək istəməsi ilə ba ğlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əynində olan şalvarın sağ yan cibində gəzdirdiyi məlum olmayan deşici-kəsici alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya qara ciyərin sağ payının zədələnməsi ilə qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yara, daxili qanaxma ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, məhkəmələr Məhkum barəsində CM-nin 62-ci ma ddəsini tətbiq edib ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən hökmdə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmişdirlər. Belə ki, işin faktiki hallarından görünür ki, Məhkum 14 aprel 2022-ci il tarixdə Bərdə şəhərində tanışı Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı cibində gəzdirdiyi məlum olmayan deşici-kəsici alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncunun sağlamlığına qara ciyərin sağ payının zədələnməsi ilə müşayiət edilən ağır zərər vurmuşdur. Yuxarıda göstərilən, məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan həmin hallar Məhkum tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edərək onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqini deyil, məhz maddənin sanksiyası həddində cəza təyin edilməsini şərtləndırməsinə baxmayaraq, məhkəmə bunun əksinə olaraq Məhkum maddənin sanksiyasında müəyyən edilən cəzadan yüngül cəza - 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədəuyğun hesab etmişdir. İş materiallarından görünür ki, Məhkum Tovuz Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 oktyabr 2022-ci il tarixədək cəzasının 5 ayını çəkmiş və 4 ay çəkilməmiş cəzası qalmışdır. Məhkəmə cəza təyin edərkən nəzərə alma mışdır ki, Məhkum yetkinlik yaşına çatanadək artıq 2 dəfə qəsdən cinayət törətmiş və törətdiyi oğurluq əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi onun islah olunmamasına gətirib çıxarmışdır ki, o yenidən daha ağır cinayət olan hazırki əməli törətmişdir. Qeyd edilən xüsusat cəza təyin edilərkən mütləq nəzərə alınmalı olduğu halda məhkəmə, əvvəllər təyin olunduğu halda islah təsiri olmayan "azadlığın məhdudlaşdırılması" cəzasını yenidən Məhkum təyin etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respu blikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiya sının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməs ini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilərək, Gəncə Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı məhkuma cəza təyin edilməsi hissəsində ləğv edilməli və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də h aqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Baxılan işdə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən məhkum edilmiş şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq olunarkən cinayət-hüquqi normalarına əməl olunmamış, o cümlədən məhkum edilmiş şəxsin şəxsiyyəti, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, törədilmiş cinayətdə təqsirli şəxsin rolu lazımınca nəzərə alınmamışdır. Belə ki, hazırkı iş üzrə məhkəmələr tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş və cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ailənin yeganə uşağı olmaqla atasının ölməsini Məhkum cəzasını yüngülləşdirilən h allar kimi nəzərə alınmışdır. Göründüyü kimi məhkəmələrin istinad etdikləri yüngülləşdirici hallardan yalnız üçü (Məhkum cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinin tələbləri baxımından mütləq nəzərə alınmalı, digər hallar isə cinayət qanununun 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən lakin məhkəmənin mülahizəsinə görə Məcəllənin 59.2-ci maddəsinə (nə qədər ki, həmin maddədə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmamışdır) əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verilən yüngülləşdirici hallar olmuşdur. Birinci instansiya və onunla razılaşan apellyasiya məhkəməsi Məh kum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün sadalanmış yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirmişlər. Lakin qəbul edilmiş məhkəmə aktlarından məhkəmələrin istinad etmiş olduqları yuxarıda sadalanmış yüngülləşdirici halların müstəsnalığını göstərən əlamətlərin nədə ifadə olunduğunu müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmələr bu xüsusatları müstəsna hallar kimi qiymətləndirdikləri hallar sırasında sadəcə sadalamış, onların həm yüngülləşdirici hal kimi, həm də məcmusunun müstəsnalığını nədə gördüklərini əsaslandırmamışlar. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarda verilmiş izaha əsasən məhkəməl ər CM-nin 59.2-ci maddəsində nəzərdə tutulmuş və məhkəmənin mülahizəsinə görə cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsini mümkün saydıqları halları, həmçinin CM-nin 62-ci maddəsinin tətbiqi üçün yüngülləşdirici halların məcmusunun müstəsnalığını hökmdə əsaslandırmalıdırlar. Göründüyü kimi aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn hallara əməl etmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən Cinayət Məcəlləsinin nə 62.1-ci maddəsi, nə də ki, cəzanın təyin olunması məsələlərinə həsr olunmuş digər müddəalar bu kimi xüsusatların (sadəcə cəzanın yüngülləşdirən halların) ayrılıqda götürülməklə, işin digər hallarından, o cümlədən cinayətin xarakterindən, ictimai təhlükəlil ik dərəcəsindən, törədilmə hallarından asılı olmayaraq – özü-özlüyündə cəzanın yüngülləşdirilməsini şərtləndirən hallar kimi qiymətləndirilməsinin mümkünlüyünü nəzərdə tutmamışdır. Hazırki iş üzrə törədilmiş cinayətin ictimai təhlükəliliyi, törədilməsi ilə bağlı olan diqqətəlayiq hallar isə odur ki, Məhkum Cinayət Məcəlləsinin 15.4-ci maddəsində ağır cinayət kimi təsnif edilən qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Bu xüsusatların fonunda məhkəmələrin Məhkum törətdiyi cinayət əməlindən peşman olmasını, əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ailənin yeganə uşağı olmaqla atasının ölməsini cəzanı yüngülləşdirən müstəsna hallar kimi qiymətləndirmələri və işin hallarına görə Məhkum Cinayət Məcəlləsinin 126.1-ci mad dəsinin sanksiyasında (üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmayan azadlığın məhdudlaşdırılması cəzası təyin etmələri nə Cinayət Məcəlləsinin 62-ci, nə də ki, 58.3-cü maddələri ilə uzlaşan nəticə kimi qiymətləndirilə bilməz. Kollegiyanın qənaətinə görə cinayətin xarakterini və ictimai təhlükəliliyini səciyyələndirən bu cür halların fonunda məhkəmələrin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək ona törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyinə uyğun olmayan həddə yüngül cəza təyin etmələri onu göstərir ki, həmin məhkum barəsində qeyd olunan güzəştli institut tətbiq olunarkən onun şəxsiyyəti ilə yanaşı, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ümumiyyətlə nəzərə alınmamışdır. Hazırkı iş üzrə ape llyasiya baxışında keyfiyyətli araşdırmanın aparılmaması, müvafiq olaraq birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanların diqqətəlayiq hal kimi nəzərə alınmaması həmçinin aşağıdakı hallarla da müəyyən olunur. Belə ki, verilmiş apellyasiya protesti üzrə işə baxan məhkəmə kollegiyası apellyasiya protestində Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinin ləğv edilməsi və sonuncuya daha sərt cəza təyin edilməsi ilə bağlı dövlət ittihamçısının dəlillərinə qiymət verərkən hazırkı işin kontekstində məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cəza növü kimi kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğun olduğunu qeyd etmişdir. Qeyd olunanlar onu göstərir ki, əslində apellyasiya məhkəməsinin Məhkum CMnin 62-ci maddəsi nin qaydaları əsasında təyin olunmuş həmin cəza vasitəsilə islah oluna bilməsinə inam yaratmasına, cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının həmin güzəştli institutun tətbiqinə yol verməsinə dair qənaəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutların məcmusundan, baxılan məsələnin həlli üçün əhəmiyyətli olan (cəzanın müəyyən edilməsinə təsir göstərən) bütün halların nəzərə alınmasından irəli gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məc əlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cüm lədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarında hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. “Məhkəmə hökmü haqq ında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi möyqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən irəli gələn nəticənin, həmçinin cəzanın tətbiq edilməsi məsələlərinin həllində vahid məhkəm ə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə almadan məhkəmə kollegiyası əsassız olaraq məhkum barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qənaətə gəlmişdir. Apellyasiya instansiya məhkəməsinin qeyd olunanları nəzərə almadan məhkəmə tərəfindən müəyyən edilmiş yüngülləşdirici halları təkrarlamaqla azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsini mümkün sayması onu göstərir ki, bu qaydada, yəni Azərbaycan Respublikası CM-nin 8, 58.3, 62-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə təyin edilmiş azadlı ğın məhdudlaşdırılması cəzası nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz. Azərbaycan Respublikası CPM-nin 420.2-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərərçəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər. Beləliklə, göstərilənlərlə əsasən məhkəmə kolle giyası hesab edir ki, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin etdiyi 1 (bir) il 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, şəxsin törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayıb, ədalətli hüquqi nəticə kimi qənaətbəxş olmayıb, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini təmin etməyərək, məhkumun şəxsiyyətinə, onun törətmiş olduğu cinayətin ağırlıq dərəcəsinə uyğun gəlməməkdədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının məhkuma cəza təyin edilməsi hissəsində yenidən keçirilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən məhkuma cəza təyin edilməsi hissəsində ləğv edilsin və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar