Məhkəmə qərarları › İş №1(102)-1794/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1794/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1794/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum ed ilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-3/2024 saylı, 26 fevral 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim X7) xx.xx.2003-cü ildə Türkiyə Respublikasının Kahramanmaraş şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, subay, Türkiyə Respublikası Elazığ şəhəri, Mərkəz, Olqunlar məhəlləsi Fırat küçəsi 8/2-də qeydiyyatda olan ünvan 1 ünvanda kirayədə yaşayan, hazırda Naxçıvan Şəhər İcra və Probasiya şöbəsində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)18/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-3/2024 saylı, 26 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Həmin qərardan kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 31 iyul 2023-cü il tarixdə saat 10:40-da etibarnamə və AU 483452 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai Acsent” markalı, **-HF-*** qeydiyyat n işanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq yaşayış məntəqəsi daxilində avtomobillər üçün maksimal hərəkət sürəti 60 km/saat olduğu yerdə avtomobili 82.9 km/saat sürətlə idarə etməklə və həmin qanunun tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək, Naxçıvan şəhəri ərazisinə düşən həmin yolun 2-ci km-də avtomobil ilə ehtiyatsızlıqdan önündə onunla eyni istiqamətdə hərəkətdə olan “X11” markalı 67-A-262 qeydiyyat nişanlı motosikleti arxadan vurmuş, “X11” markalı motosikletin sürücüsü X4 bədənin müxtəlif nahiyələrində irili-xırdalı bir neçə sıyrıq, qançır və əzilmişcırılmış yaralar, baş beyində ödem, beyin toxumasına və beyinciyə qansızmadan ibarət dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuş, “X11” markalı motosikletə 655 manat, “Hyundai Accent” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobilin sahibi X8 isə 2685 manat maddi ziyan vurmuşdur. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, Cəzanın ağırlığına görə qərarla razılaşmırıq: Belə ki, məhkəmə cəza təyin edərkən Məhkum törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, özünü [təqsirli bildiyini, əməlindən peşman olduğunu və verdiyi ifadəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə i etdiyini bildirmişdir. Məhkum məhkəmədən ona cərimə cəzasının təyin İ olunmasını xahiş etsə də məhkəmə tərəfindən onun bu xahişi nəzərə alınmamışdır. Həmçinin 1 bildirirəm ki, Məhkum oğlu və onun anası Türkiyə Respublikasının Kahramanmaraş " şəhərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasına gəlib və Naxçıvanda yaşayırlar. Atası vəfat edib. Anası xəstədir. Yılmaz X2 şəhərində fərdi iş olanda işləyir və anasına maddi dəstək olur. Məhkəmə qərarı ilə Məhkum cəzasını 02 (iki) il, 06 (altı) ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində c əzasının çəkməsi müəyyən olunmuşdur. Bildirirəm ki, müəssisənin daxili ı intizam qaydalarına uyğun olaraq məhkum yalnız iş olduğu hallarda müəssisədən kənarda işləyib hər gün cəzaçəkmə müəssisəsinə qayıtmalıdır. Digər hallarda isə məhkumun müəssisənin ərazisində olması şərtdir. Azərbaycan Respublikasının CM-nın 8-cı maddəsinə əsasən cinayət törətmiş şəxs naqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və.inayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1 -ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tö rədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah jolunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır ki, onun ailə və maddi.əziyyətinə, həmçinin tək qalan anasının həyat şəraitinə və pisxologiyasına təsir edir ki, Məhkum barəsində 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunub məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi məqsədə müvafiq deyil. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra İonun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini 1 əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş İcinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkum səmimi etirafı, özünü təqsirli bilməsi, əməlindən peşman olduğu, əməli ehtiyyatsızlıqdan ilk dəfə törətməsi, ölmüş zərərşəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyanın ödənilməsi və onunla barışıq əldə etməsini, əməlini dərk etdiyini, səhvini başa düşdüyünü ailə vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə cərimə növündə cəzanın tətbiq edilməsi barədə qərar çıxara bilərsiniz. Yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və məhkum barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Z.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız h əmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində cəzanın ağırlığı və məhkum edilmiş şəxsə daha da yüngül cərimə cəzası verilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. 263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ö lümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı y üngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etm işdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, onun şəxsiyyəti, ilk dəfə cinayət törətməsi, törətdiyi əməli səmimi etiraf etməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini, əməlində cəzasını ağırlaşdıran halların olmaması düzgün nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini tədqiq edərək qeyd edir ki, Müdafiəçi2 apellyasiya şikayətində göstərdiyi dəlilləri eyni ilə təkrar olaraq kassasiya şikayətində göstərmiş və bununla bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından məhkəmələr təqsirləndirilən şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edə bilən, ədalətli, qanuni, əsaslı, təqsirli bilindiyi maddənin sanksiyası daxilində minimum həddə yaxın Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, kassasiya şikayətində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın daha aşağı həddə endirilməsi və cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş edilsə də, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müstəsna hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiya belə hesab edir ki, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilərək daha aşağı həddə təyin olunması barədə qərar qəbul edilməsi üçün əsaslar yoxdur və bu hal cəza t əyin etmənin ümumi prinsiplərinə uyğun deyildir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzaları nın təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericili yin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzər ə alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya həm də apellyasiya instansiya məhkəmələri işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materiallarına uyğun çıxarılmışdır. Buna görə də, kollegiya Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha aşağı həddə təyin olunması ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində tətbiq etdiyi müvafiq cəza cəzanın məqsədlərinin təmin edilməsi üçün tam əsaslıdır, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ha qlı olaraq razılaşaraq düzgün və əsalətli qərar qəbul etmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq qərarın dəyişdirilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsini n Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(108)-18/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar